Corc sözü azərbaycan dilində

Corc

Yazılış

  • Corc • 99.6691%
  • CORC • 0.3008%
  • corc • 0.0301%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Henri Corc
Henri Corc (ing. Henry George; 2 sentyabr 1839[…], Filadelfiya, Pensilvaniya – 29 oktyabr 1897[…], Nyu-York, Nyu-York ştatı) — Burjua radikalizmi və ya sol libertarizm kimi təsnif edilən Amerikalı siyasi iqtisadçı, publisist və siyasətçi. Corcizmin banisi. Henri Corc Filadelfiya şəhərində ən kasıb orta sinif ailəsində anadan olub. Ailənin 10 uşağının ikincisi idi. 14 yaşındaykən Corc üçün məktəb dayanmış və 15 yaşında, 1855-ci ilin aprelində, "Hindoo" gəmisində kabin oğlanı olaraq Melburn və Kalkuttaya üzərək dənizə getmişdi. 14 aylıq səyahətdən sonra Filadelfiyaya qayıtdı və burada şagird çilingəri kimi işə başladı. Bir müddət sonra qızıl mədənlərində pul qazanmaq fikri ilə Kaliforniyaya köçdü, lakin uğursuz oldu və çap işinə qayıtmaq məcburiyyətində qaldı. Bir çapçı kimi çalışdıqdan sonra Henri Corc tezliklə özünü jurnalistikada sınamağa qərar verdi. Günlərinin sonuna qədər bu ərazidə qaldı, redaktor və qəzet sahibi kimi ömrünü başa vurdu.
III Corc
III Georq (alm. Georg III‎, ing. George William Frederick, George III; 24 may (4 iyun) 1738[…] – 29 yanvar 1820[…], Vindzor sarayı, Vindzor[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1760–1820), II Georqun oğlu. III Georqun uzun hakimiyyəti (59 il — II Elizabet və Viktoriyanın hakimiyyətindən sonrakı üçüncü ən uzun müddət) dünyada inqilabi hadisələrlə əlamətdar oldu: Amerika koloniyalarının Britaniya tacından ayrılması və ABŞ-nin yaranması, Fransa İnqilabı və Napoleon müharibələri. Georq, eyni zamanda 1811-ci ildən bəri onun regentliyi zamanı ağır bir ruhi xəstəliyin qurbanı olaraq tarixə düşdü. 1801-ci ildə İrlandiya Krallığı ləğv edildi və vahid ölkə Böyük Britaniya Krallığının deyil, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının (İngilis Birləşmiş Krallıq) kralı kimi tanındı; eyni ildə, III Georq, Amyen sülhünün şərtlərinə əsasən, III Eduard dövründən bütün İngilis və sonra isə Britaniya kralları tərəfindən istifadə edilən formal "Fransa kralı" rəsmi adından imtina etdi. 1814-cü ildə (Georq artıq son dərəcə xəstə idi və nizamın qüvvəyə minməsi halında) Hanover statusu seçicidən krallığa qaldırıldı, müvafiq olaraq III Georq həmin il Hannoverin ilk kralı oldu. II Georqun nəvəsi, 1751-ci ildə atası həyatda olarkən vəfat edən Uels şahzadəsi Frederik Lyuisin böyük oğludur. Bundan sonra, 12 yaşlı şahzadə Georqun özü Uels Şahzadəsi oldu və 1760-cı ildə babasının ölümündən sonra taxta çıxdı. Hannover sülaləsinin Böyük Britaniyada anadan olmuş ilk monarxı olmuşdur; Atası, babası və böyük babasından fərqli olaraq ingilis ana dili idi.
Konstaninensku Corc
Konstaninensku Corc ( bəzən Konstaninsko, rum. George (Gogu) Constantinescu; 4 oktyabr 1881, Krayova – 11 dekabr 1965) — Rumıniyalı alim, mühəndis və ixtiraçıdır. O, 130-dan çox rəsmi qeydiyyatdan keçmiş ixtira sahibidir. Davamlı mexanikanın bir hissəsi olan "Səs dalğalarının nəzəriyyəsi" (ing. theory of sonics) yaradıcısıdır və nəticədə titrəmələr vasitəsilə mexaniki enerjinin ötürülməsini təsvir edə bilmişdi. Rumıniya Akademiyasının fəxri üzvü. Corc Konstaninensku Krayovʼda Mihai Bravu bağına yaxın ərazidə "Həkim evi"də doğulmuşdur. Uşaqlıq dövründə atasının, həmçinin Corc (1844-cü il təvəllüdlü), riyaziyyat və texnika elmləri professoru olub və Sorbonne Universitetində riyaziyyat sahəsində ixtisaslaşmış bir şəxs olaraq, ona təsiri böyük olmuşdur. 1912-ci ildə kiçik Konstaninensku İngiltərəyə köçdü. O , 1965-ci il dekabr ayının 11-dən 12-ə keçən gecə Koniston yaxınlığında Oxen House’da öz evində dünyasını dəyişdi.
Leroy Corc
Leroy Corc (nid. Leroy George; d. 21.04.1987, Paramaribo, Surinam) — Surinam əsilli hollandiyalı futbolçu. Göztəpə klubunun şərəfini qoruyur. Leroy 2006-2010-cu illərdə "Utrext" klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə Niymegenə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib. Leroy Corc Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb.
Melissa Corc
Melissa Süzan Corc (ing. Melissa Suzanne George; 6 avqust 1976, Pert) — Avstraliya-ABŞ aktrisası.
Paul Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Pol Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Uinston Corc
Vinston Corc (19 may 1987-ci ildə Qayananın Corctaun şəhərində anadan olub) — Qayanalı yüngül atlet. Corc ölkəsini 2012 Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış yarışlarında təmsil etmişdir. O, 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimində Qayananın bayraqdarı olmuşdur. Vinston Corc 2011 və 2013-cü illərdə Qayana Atletika Assosiasiyası tərəfindən Qayanada İlin kişi atleti seçilmişdir.
Vilhelm Corc
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Corc Heylmeyer
Corc Heylmeyer (22 may 1936, Filadelfiya, Pensilvaniya – 22 aprel 2014 və ya 21 aprel 2014, Plano) — maye kristal texnologiyasının yaradıcısı. 1960-cı illərin ortalarında Heylmeyer Radio Corp of America (RCA) şirkətinin tədqiqat laboratoriyasında işləyib. Artıq o zaman Heylmeyer ekranda təsvirin formalaşdırılması üzərində təcrübələrə başlayıb. 1968-ci ilin mayında RCA şirkətinin nümayiş etdirdiyi yeni texnologiyanı elektron cihazlarda istifadə etmək mümkün idi. Artıq o zaman bir sıra alimlər LCD ekranların gələcəyinə inanırdılar. 1960-cı illərdə maye kristal texnologiya məhdud şəkildə tətbiq edilirdi və ekranlarda uzun müddət işıqlandırıcı olmayıb, amma texnologiya daim təkmilləşirdi. Hazırda bütün monitorlar və televizorlar bu texnologiya əsasında buraxılır. Heylmeyer 2014-cü il aprelin 21-də öz evində ölmüşdür. Mühəndis altsheymer xəstəliyindən əziyyət çəkirdi.
Corc Heyns
Corc Heyns (ing. George Gaynes; 16 may 1917, Helsinki – 15 fevral 2016[…], Nort-Bend[d], Vaşinqton) — ABŞ aktyorudur. Fin, rus, polyak, fransız və holland əsillidir.
Corc Karlin
Corc Denis Patrik Karlin (ing. George Denis Patrick Carlin; 12 may 1937[…], Nyu-York, Nyu-York ştatı – 22 iyun 2008[…], Santa-Monika, Kaliforniya) — ABŞ əsilli komediyanın stend-ap janrında komik, aktyor, yazıçı, ssenarist, prodüser, dörd Qremmi və Mark Tven adına mükafatlarının sahibi.
Corc Kelli
Corc Kelli (28 aprel 1905 – 6 mart 1967) — amerika psixoloqu. Şəxsiyyətin eksperimental nəzəriyyələri ilə məşğul olub. Şəxsiyyətin konstruktorlar konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Bu fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki, bu da gələcək haqqında sonrakı xəbərvermənin adekvatlığını yüksəltməyə səbəb olur. Kelli bir sıra konkret psixoloji metodikalara tətbiq oluna bilən "repertuar şəbəkə" metodiki prinsipini işləyib hazırlamışdır. Hal-hazırda bundan klinik və təlim psixologiyasında müvəffəqiyyətlə istifadə olunur. Ümumi psixologiya. Prof. S. İ. Seyidov və prof.
Corc Kennan
Corc Kennan (ing. George Kennan; 16 fevral 1845 – 10 may 1924[…]) — ABŞ yazıçısı, jurnalisti, səyyahı. Corc Kennan 16 fevral 1845-ci ildə anadan olmuşdu.12 yaşında məktəbi atıb çalışmağa başlamışdı. Corc Kennan XIX əsrin 60-cı illərinin sonlarında Rusiya və Qafqaza səfər edib. Kennan bu bölgənin etnoqrafiyası, məişəti, adət-ənənələri ilə maraqlanıb. Jurnalist Qafqaza səfəri çərçivəsində də zəncinin şəklini çəkib. Onu da qeyd edək ki, fotonu hansı şəraitdə çəkməsi haqda hansısa informasiya yoxdur. Corc Kennan 10 may 1924-cü ildə vəfat edib. Kennan G. Tent life in Siberia, and adventures among the Koraks and other tribes in Kamtchatka and Northern Asia. – N. Y., G. P. Putnam & sons; L., S. Low, son & Marston, 1870.
VI Corc
VI Corc (ing. George VI, əsl adı Albert Frederik Artur Georq, 14 dekabr 1895[…], Norfolk qraflığı – 6 fevral 1952[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — Böyük Britaniyanın və onun dominionları olan Kanada, Avstraliya və Cənubi Afrikanın 11 dekabr 1936-cı ildən vəfatına qədər kralı. Vindzorlar sülaləsindəndir. O Hindistanın sonuncu imperatoru (22 iyun 1948-ci ilədək), İrlandiyanın sonuncu kralı (18 aprel 1949-cu ilədək) və Millətlər Birliyinin birinci sədri olmuşdur. Kral V Corcun ikinci oğlu kimi o həmişə böyük qardaşı Eduardın kölgəsində olmuş və taxt-taca sahib olmağı heç düşünməmişdir. Birinci dünya müharibəsində kral hərbi donanmasında xidmət etmiş, müharibədən sonra isə kral evinin ictimai fəaliyyətlərində iştirak etmişdir. 1923-cü ildə o Elizabet Bouz-Layonla evlənmiş, bu evlilikdən iki qızı dünyaya gəlmişdir – gələcək kraliça Elizabet və şahzadə Marqaret. 1936-cı ildə atası V Corcun vəfatından sonra böyük qardaşı Uels şahzadəsi Devid VIII Eduard adı ilə yeni varis elan edildi. Bir il keçməmiş o amerikalı və iki dəfə ərdə olmuş Uollis Simpsonla ailə həyatı qurmaq istədiyini bildirdi. Lakin, baş nazir Stenli Bolduin buna etiraz edərək, kralın Anqlikan kilsəsinin başçısı olduğu üçün boşanmış qadınla evlənə bilməyəcəyini xatırlatdı.
V Corc
V Corc (ing. George V, George Frederick Ernest Albert; Georq Frederik Ernest Albert; 3 iyun 1865[…] – 20 yanvar 1936[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — 6 may 1910-cu ildən 1936-cı ildə vəfatına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Britaniya dominionlarının 9-cu kralı, həmçinin Hindistanın imperatoru. Corc kraliça Viktoriyanın və şahzadə Albert Saksen-Koburq-Qotun oğludur. 1877-ci ildən 1891-ci ilədək Hərbi Dəniz Qüvvələrində qulluq edib. 1901-ci ildə anası Viktoriyanın ölümündən sonra atası VII Edvard kral olur, Georq isə Uels şahzadəsi adını alır. 1910-cu ildə atasının ölümündən sonra o V Corc adı ilə kral elan edilir. Birinci dünya müharibəsindən sonra imperiyaların çoxu dağılsa da Böyük Britaniya öz ərazisini bir qədər də genişləndirə bildi. 1917-ci ildə V Corc cəmiyyətdəki antialman əhval-ruhiyyəsi fonunda Saksen-Koburq-Qot sülaləsinin Böyük Britaniyadakı qolunun adını Vindzorlar sülaləsi adına dəyişdi. Özü isə o sülalənin ilk monarxı oldu. Onun krallığı dövründə Britaniya cəmiyyətində sosializm, kommunizm, faşizm və irland respublikaçılığı ideyaları güclənməyə başlayır.
Vinston Corc
Vinston Corc (19 may 1987-ci ildə Qayananın Corctaun şəhərində anadan olub) — Qayanalı yüngül atlet. Corc ölkəsini 2012 Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış yarışlarında təmsil etmişdir. O, 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimində Qayananın bayraqdarı olmuşdur. Vinston Corc 2011 və 2013-cü illərdə Qayana Atletika Assosiasiyası tərəfindən Qayanada İlin kişi atleti seçilmişdir.
Corc Dik
Corc Dik (ivr. ‏ג'ורג' דיק‏‎, ərəb. جورج ديك‎) — İsrail diplomatı. 2018-ci ildən bəri İsrailin Azərbaycandaki səfiridir. O, səfir təyin olunan ilk Xristian İsrail ərəbidir. Dik Yafanın Əcəmi məhləsində, müxtəlif mənşəli qonuşular ətrafında böyüyüb. O, Rayxman Hüquq Məktəbində və Fulbrayt proqramının dəstəyi ilə Corctaun Universitetində oxumuşdu. 2008-ci ildə Dik Xarici İşlər Nazirliyində işləməyə başlamışdı. 2009-2012 illərin arasında o, Nigeriyadaki missiyanın başçısı idi. 2012-2015 illərin arasında Dik Norveçdə səfirin müavvini olaraq işləyirdi.
Corc Hitçinqs
Corc Hitçinqs (ing. George Herbert Hitchings; 18 aprel 1905[…] – 27 fevral 1998[…]) — amerikalı biokimyaçı. Ceyms Blek və Gertrud Elion ilə birlikdə 1988-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanıb. Hitçinqs bu mükafata xüsusilə kimyaterapiya sahəsində tədqiqatlarına görə layiq görülüb. Bakalavr və magistr təhsilini Vaşinqton universitetində alıb. O, 1933 Harvard Universitetində doktorluq dərəcəsini bitirib. 1939-cu ilə qədər Harvard Universitetində, sonra isə üç il Westem Reserve Universitetində dərs deyib. 1942-ci ildə Nyu-Yorkdakı Wellcome Araşdırma Laboratoriyaları'na köçüb. Təqaüdə çıxdıqdan sonra Şimali Karolinada Wellcome Araşdırma Laboratoriyaları'nda təhsilini davam etdirib. Nyu-York və Şimali Karolinadakı Wellcome Araşdırma Laboratoriyaları'nda həmkarı Gertrud Elion ilə 40 ildən artıqdır ki, müəyyən xərçəng hüceyrələrini və xəstəliyə səbəb olan mikroorqanizmləri hədəf alan dərmanlar üzərində işləyib və bir sıra zəruri dərmanlar hazırlayıb.
Corc Aslan
Corc Aslan (1958, Mardin ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Corc Aslan 1958-ci ildə Mardin ilinin Nüseybin ilçəsində anadan olub. İbtidai və orta təhsilini Midyat ilçəsində alıb. Bir müddət mühasib olaraq çalışıb. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 2 il hərbi həbsxanada saxlanılıb. 1984-cü ildən Niderlandda yaşayır. Niderlandda və digər Avropa dövlətlərində Süryani/Aysorlarla bağlı olan institutların qurucusu olub. Shemsho jurnalının təsisçisi olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mardin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Corc Palade
Corc Emil Palade (rum. George Emil Palade; 19 noyabr 1912[…], Yassı – 7 oktyabr 2008[…]) — amerikalı hüceyrə bioloqu. 1974-cü ildə iki həmkarı (Albert Klod və Kristian de Dyuv) ilə birlikdə "hüceyrənin struktur və funksional təşkili ilə bağlı kəşflərinə görə" fiziologiya və ya tibb üzrə Nobel mükafatına layiq görülmüşdür. ABŞ Milli Elmlər Akademiyasının (1961) , Pontifik Elmlər Akademiyasının (1975) , London Kral Cəmiyyətinin əcnəbi üzvü (1984).
Corc Szekeres
George Szekeres AM FAA (Macar: [ˈsɛkɛrɛʃ]; 29 may 1911, Budapeşt – 28 avqust 2005, Adelaida) — Macar-Avstraliya riyaziyyatçısı idi. Szekeres Macarıstanın paytaxtı Budapeştdə anadan olub və Budapeşt Texniki Universitetində kimya üzrə təhsil alıb. O, altı il Budapeştdə analitik kimyaçı kimi çalışıb. 1937-ci ildə Ester Klein ilə evləndi. Ailə yəhudi olduğu üçün Nasistlərin təqibindən qaçmalı oldular, buna görə də Szekeres Çinin Şanxay şəhərində iş tapdı. İkinci Dünya Müharibəsi, yaponların işğalı və kommunist inqilabının başlanğıcı zamanı orada yaşayıblar. 1948-ci ildə Avstraliyanın Adelaide Universitetinə dəvət alır və onu qəbul edir. Çox əziyyətlərdən sonra o, bir riyaziyyatçı kimi çiçəklənməyə başladı. 1963-cü ildə ailə Sidneyə köçdü və burada Szekeres Yeni Cənubi Uels Universitetində vəzifə tutdu və 1975-ci ildə təqaüdə çıxana qədər burada müəllimlik etdi. O, həmçinin dərs dediyi universitetin ev sahibliyi etdiyi Orta Məktəb Riyaziyyat Olimpiadaları və Sidney Riyaziyyat Cəmiyyəti Universitetinin ev sahibliyi etdiyi illik bakalavr müsabiqəsi üçün problemlər hazırlayıb.
Corc Tomson
Sör Corc Paget Tomson (3 may 1892[…], Kembric – 10 sentyabr 1975[…]) — İngilis fizik. Elektron difraksiyası ilə elektronun dalğa xüsusiyyətlərini kəşf etdiyinə görə 1937-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Corc Fen
Corc Fen (ing. George Fan; d. 1978) — ABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indie oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"-in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"-i təsis etmiş və Müstəqil Oyunlar Festivalında(en) finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"-də işləməyə başlamışdır.
Devid Lloyd Corc
Devid Lloyd Corc (ing. David Lloyd George; 17 yanvar 1863[…], Mançester, Lankaşir – 26 mart 1945[…]) – britaniyalı siyasətçi, 1916-1922 illərdə baş nazir. 1945-ci ildə ölümündən qısa bir müddət əvvət Dvifor qrafı rütbəsi verildi. Liberal Partiyasından seçilən sonuncu baş nazirdir. Birinci dünya müharibəsi ərzində ölkəsini idarə etdi, müharibədən sonra Avropanın yenidən dirçəlməsində baş rol oynadı. Osmanlı İmperiyasını parçalama siyasətini dəstəklədi, İstiqlaliyyət Müharibəsi boyunca İngilis hökumətini idarə etdi. Türkiyə Cümhuriyyətinin qurulmasına səbəb olan türklərə qarşı açılmış müharibənin baş memarı oldu. 1863-cü ildə Mançesterə bağlı Korlton-on-Medlokda doğulan Lloyd Corc, fəhlə ailəsindən olan ilk ve əslən Uelsdən olan yeganə Böyük Britaniya baş naziridir. Hüququ bitirdi. 1885-ci il seçkilərində Austen Çamberlainın islahat programından təsirlənərək Liberal Partiyaya qatıldı.
Henri Corc Farmer
Henri Corc Farmer (17 yanvar 1882, Birr[d], Lenster – 30 dekabr 1965, Saut-Lanarkşir[d]) — ingilis musiqişünası. Farmer 1914–1947-ci illərdə Qlazqoda (Şotlandiya) yaşamış, burada orkestrə rəhbərlik etmiş, universitetdə dərs demişdir. Yaxın Şərq xalqlarının musiqisini, xüsusilə ərəb musiqisi və onun müxtəlif nəzəri məsələrini tədqiq etmiş, orta əsrlər ərəb, Azərbaycan (Əbdülqadir Marağai, Səfiəddin Urməvi) musiqi nəzəriyyəçilərinin yaradıcılığını öyrənmiş, ayrı-ayrı musiqi alətlərinin (o cümlədən qədim ərəb, türk) təsvirini və təsnifatını vermişdir. "13-cü əsrə qədərki ərəb musiqisi tarixi", "İslam musiqisi" Farmerin mühüm elmi əsərləridir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.
Herbert Corc Uells
Herbert Corc Uells (21 sentyabr 1866[…] – 13 avqust 1946[…], London) — Dünyaların müharibəsi, Görünməz adam, Doktor Moronun adası və Zaman maşını adlı fantastik romanları ilə tanınan, amma demək olar ki, ədəbiyyatın hər şaxəsində bir çox əsər yazmış ingilis yazıçı. Sosialist olduğunu açıqca söyləyən H. G. Wellsin çox əsərində əhəmiyyətli ölçüdə siyasi və ictimai şərh edənlər vardır. Jül Vern kimi gələcəkdəki texnoloji inkişafları izah etdiyi kitablarıyla fantastik şaxənin qabaqcıllarından hətta, yaradıcılarından sayılır. Uellsin fantastik romanlarında texnologiyanın müşahidə edilməsinin gətirəcəyi imkanlar bir kənara qoyulur. Uellsdə fərziyyə bir ədəbiyyat formasına çevrilir və texnologiyanın deyil, onun ictimai təməllərinin araşdırılmasına yönəlmiş bir ölçü qazanılır. Uells yalnız fantastik içindəki utopiya əleyhdarı düşüncələrin müdafiəçisi olaraq bu növə damğasını vurmaqla qalmayıb, cəmiyyətin şiddət və çətin yoluyla, qədərindən sürətli bir müddət içində sosialist bir cəmiyyətə malik olmaq istəyirdi. 1946-cı ildə 13 avqustda Londonda vəfat etmişdir.
II Corc (Böyük Britaniya kralı)
II Georq (alm. Georg II‎, ing. George II; 10 noyabr 1683, Hannover – 25 oktyabr 1760, London) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1727–1760), I Georqun oğlu, Britaniyanın hüdudlarından kənarda doğulan sonuncu monarx. 1727-ci ildən bəri kral olaraq Georq İngiltərə parlamentinin nəzarətində olan ingilis daxili siyasətinə nisbətən az təsir göstərdi. Müqəddəs Roma İmperiyasının seçicisi olaraq, 12 il mövsümünü Hannoverdə keçirdi, burada dövlət siyasətinə daha çox nəzarət edirdi. Parlament müxalifətini dəstəkləyən böyük oğlu Frederik ilə çətin münasibət qurdu. Avstriya irsi uğrunda müharibə zamanı II Georq 1743-cü ildə Dettingen döyüşündə iştirak etdi və beləliklə şəxsən döyüşə qoşun gətirən son ingilis monarxı oldu. 1745-ci ildə katolik iddiasında İngilis taxtına iddia edən Ceyms Stüartın ("Köhnə iddiaçı") Ceyms oğlu Karl Stuartın rəhbərliyi ilə ("Gənc iddiaçı" və ya "Bonnie Prince Charlie") son Yakobin üsyanı zamanı Georqu devirməyə çalışdı və uğursuz oldu. 1751-ci ildə şahzadə Frederikin gözlənilməz ölümündən sonra II Georqun nəvəsi III Georq varis oldu və nəticədə kral oldu. II Georq, isti aylarda monarxın rəsmi ad gününü qeyd etmək ənənəsini təqdim etdi.
I Corc (Böyük Britaniya kralı)
I Georq (alm. Georg Ludwig von Hannover‎, ing. George I; 28 may (7 iyun) 1660, Hannover – 11 (22) iyun 1727, Osnabrük, Müqəddəs Roma imperiyası) — alman mənşəli Hannoverlər sülaləsindən olan ilk Böyük Britaniya kralı (1714-1727).
Kinq-Corc adası
Kinq-Corc adası (Kral Georq adası, ing. King George Island, Vaterloo) — Cənubi Şetland adaları qrupuna daxil olan ən iri ada. Edvard Bransfild tərəfindən Böyük Britaniya və İrlandiya kralı III Georqın şərəfinə adlandırılmışdır. Argentinada adanı may inqilabının şərəfinə Veyntisinko de Mayo (isp. Veinticinco de Mayo) adlandırırlar. Coğrafi koordinatkarı 62°01′27″ c. e. 58°20′56″ q. u.. Ada şimal-qərbdən cənub-şərqə 16 dəniz mili, şimal-şərqdən cənub-qərbə isə 43 dəniz mili məsafədə uzanır.
Kinq Corc adaları
Kinq Corc adaları (fr. Îles du Roi Georges, ing. King George Islands) — Tuamotu arxipelaqına daxil olan adalar qrupu (Fransa Polineziyası). Arxipelaqın şimalında yerləşir. İnzibati baxımından Takaroa kommunasına daxildir. Adalar qrupuna 3 atoll daxildir: Adalar qrupu 1616-ci ildə holland səyyahları Villem Shouten və Yakob Lemer tərəfindən kəşf edilir. Adalar müasir adını isə Con Bayron İngiltərə kralı III Qeorqın şərəfinə vermişdir.
Nana Corcadze
Nana Gigiyevna Corcadze (gürc. ნანა ჯორჯაძე;; 24 avqust 1948, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcü aktrisası, kinorejissoru, ssenaristi, rəssamı, müəllimi, Kann Film Festivalının mükafatçısı, Oskar mükafatına namizəd. Nana Corcadze 1948-ci ildə Tbilisidə anadan olub. Öz sözləri ilə desək, o, təyyarədə doğulub, damda böyüyüb. O, yaxşı gürcü ailəsindən idi, gəncliyində hippi hərəkatını sevirdi, tez-tez evdən qaçır və qatarlarda avtostop və "dovşan" ilə Sovet İttifaqını gəzirdi. Nana Corcadze 1966-cı ildə musiqi texnikumunu, 1972-ci ildə Tbilisi Rəssamlıq Akademiyasının memarlıq fakültəsini şəhərsalma ixtisası üzrə bitirmişdir. Nana Corcadze 1968–1974-cü illərdə memar kimi çalışmışdır. 1974-cü ildə o, Tbilisi Dövlət Teatr İnstitutunun kino rejissorluğu fakültəsinə daxil olur. Fakültədə Nana təzə qurulan Tengiz Abuladze və İrakli Kvirikadzenin sənət emalatxanasının ilk tələbələrindən olur. O elə burda tanış olduu İrakli Kvirikadze ilə ailə qurur.
Sekvoyya (Corc Gess)
Sekvoyya (ing. Sequoyah, həm də Corc Gess (George Guess) kimi də tanınır; təxm. 1760-1770 — 1843-1845) — çeroki hindu tayfasının başçısı, hecalı çeroki əlifbasının ixtiraçısı, çeroki dilində nəşr edilən "Çeroki Feniks" qəzetinin yaradıcısı olmuşdur. Təxminən 1760-cı və ya 1770-ci illərdə çeroki tayfasından olan bir qadının oğlu olmuşdur. Onun doğum yeri məlum deyil, amma doğulduğu yer kimi Tenessidə Taskeqi kəndi göstərilir. 1809-cu ildə Alabama ştatının Villestaun şəhərinə gələrək, gümüş işləri ilə məşğul olmağa başlamışdır. Onda o ingilis dilini bilməsə də, amerikalıların yazıdan necə istifadə etdiyini görür. Bundan sonra o çeroki dili üçün yazı sistemini tərtib etməyə başlayır. İlk əvvəl o, əlifbanı heroqlif yazısı ilə tərtib etməyə üstünlük versə də, lakin sonradan bunu hecavi əlifba ilə əvəz etmək qərarına gəlir. 1821-ci ildə onun tərəfindən hazırlanmış əlifbada 86 simvol var idi.
Senecio corcovadensis
Senecio corcovadensis (lat. Senecio corcovadensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sent-Corc burnundakı döyüş
Sent-Corc burundakı döyüş — İkinci dünya müharibəsində Sakit okean cəbhəsinin tərkib hissəsi. Döyüş 26 noyabr 1943 ildə Yeni İrlandiya adasındakı Sent-Corc burunu ilə Buka adası arasındakı ərazidə baş vermişdir. Solomon adalarının ələ keçirulməsi istiqamətində baş vermiş döyüşdür. 1 noyabr 1943-ci ildə Buqenvil adasına amerikan desantları çıxarılır. Bu isə Yaponların Buka adasındakı bazasına təhlükə yaradırdı. Bundan sonra Yaponlar 900 əsgəri və 900 texnikanı adadan çıxarlrlar. Səbəb isə aerodromun əhəmiyyətini itirməsi olmuşdur. Yaponlar «Amaqiri», «Yoqiri» və «Ucuki» gəmilərini nəqliyyat kimi istifadə etmişdir. «Onami (1942)» və «Makinami (1942)]]» qəmiləri isə müdafiəni təşkil etməyə yönəldilir. Bu hadisə amerikanlara məlum olur.
Sent-Corces
Sent Corces (ing. St. George's) — Qrenadanın paytaxtı, onun siyasi və mədəni mərkəzi. Sent Corces kiçik Antil adalarına aid olan Qrenada adasının qərb sahilində yerləşir. Dəniz səviyyəsindən 118 metr hündürlükdədəir. Şəhər əhalisi şəhərətrafı ilə birlikdə 40 min nəfərdir. Etnik cəhətcə 50 % zəncilərdir, 40 % mulatlar, qalanı hindlilər və avropalılardır. Dövlət dili ingilis dilidir. Иir qisim əhali patau danışır. Dominant din — xristianlıqdır (katolisizm və protestantlıq).
Sent-Corcs kafedralı
Müqəddəs Georgi kafedralı — Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən kafedral. Kafedral səkkizguşəli forma şəklindədir. Şəhərin Çörçil yolu yaxınlığında yerləşir. Kafedral memar Sebastyon Kastaynanın layihəsi və 1896-cı ildə Adova döyüşündə ələ keçirilmiş italyan əsirlərin qüvvəsi əsasında ucaldılmışdır. Kafedral bir çox Avropa memarlığı elementlərini özündə saxlayır. 1937-ci ildə İkinci İtaliya-Efiopiya müharibəsində kafedral yandırılmişdır. 1941-ci ildə müstəqilliyini yenidən qazanan Efiopiyanın imperatoru Hayle Selasiyye tərəfindən bərpa edilmişdir. 1917-ci ildə Efiopiya imperatriçası I Zevditu, 1941-ci ildə imperatoru Hayle Selasiyyenin tacqoyma mərasimləri bu kafedralda keçirilmişdir. Hazırda kafedralda muzey fəaliyyət göstərir.
Sent Corces
Sent Corces (ing. St. George's) — Qrenadanın paytaxtı, onun siyasi və mədəni mərkəzi. Sent Corces kiçik Antil adalarına aid olan Qrenada adasının qərb sahilində yerləşir. Dəniz səviyyəsindən 118 metr hündürlükdədəir. Şəhər əhalisi şəhərətrafı ilə birlikdə 40 min nəfərdir. Etnik cəhətcə 50 % zəncilərdir, 40 % mulatlar, qalanı hindlilər və avropalılardır. Dövlət dili ingilis dilidir. Иir qisim əhali patau danışır. Dominant din — xristianlıqdır (katolisizm və protestantlıq).
Varvara Corcadze
Varvara Corcadze (gürc. ბარბარე ჯორჯაძე; 1833, Kistauri[d], Kaxetiya, Rusiya imperiyası – 10 (22) aprel 1895, Qremi, Kaxetiya, Rusiya imperiyası) — ilk gürcü feminist, dramaturq, şairə, ictimai xadim, ilk feminist manifestinin və "Gürcü mətbəxi və ev təsərrüfatına dair məsləhətlər" adlı ilk yemək kitabının müəllifi. 1833-cü ildə Kistauridə David və Nino Eristavi ailəsində anadan olmuşdur. Varvara evdə yaxşı təhsil almışdır. 1845-ci ildə 12 yaşında, hərbi karyerası uğursuz olan hərbçi Zaxariya Corcadze ilə evlənir. Həmin vaxt gənc ailəyə Varvaranın qardaşı Rafael Eristavi böyük köməklik göstərib. Yeni evlənənlər Qremidəki Corcadzenin malikanəsində məskunlaşırlar. 1850-ci ildən o, ilk şeirlərini yazmağa başlayır. 1854-cü ildə "İveriya" qəzetində ləzgilərin Kaxetiyə basqınının faciəvi nəticələri haqqında geniş məqaləsi dərc olunur. Jurnalistika ilə paralel olaraq hekayələr və pyeslər yazmaqla məşğul olur.
Yeni Corciya boğazı
Corciya boğazı (ing. New Georgia Sound ) - Solomon adalarını təxmini olaraq tən ortadan bölür. Şimaldan boğaz Şuazel,Santa İsabel və Nqqella adaları ilə, cənubdan isə Velya-Lavelya, Kolomnanqara və Yeni Corciya və Rassell adaları arasında yerləşir. Buqenvil adası qərbdə,Quadalkanal adası isə şərqdə yerləşir. Boğaz İkinci Dünya müharibəsi dönəmində növbəti ismi ing. the Slot adlandırılır. Yaponlar uzun zaman bölgəni ələ keçirmək üçün uzun zaman müharibə aparmışdır. 1942 - 1943 ci illərdə ABŞ ,Avstraliya və Yeni Zellandiya donanmaları Yapon İmperiyası donanmasına qarşı vuruşmuşdur. Vulkan məşəlli ada olan Savo adası Quadalkanaldan şimal qərbdə yerləşir. Boğazın daxilində tək nisbətən iri adadır.

Oxşar sözlər

#corc nədir? #corc sözünün mənası #corc nə deməkdir? #corc sözünün izahı #corc sözünün yazılışı #corc necə yazılır? #corc sözünün düzgün yazılışı #corc leksik mənası #corc sözünün sinonimi #corc sözünün yaxın mənalı sözlər #corc sözünün əks mənası #corc sözünün etimologiyası #corc sözünün orfoqrafiyası #corc rusca #corc inglisça #corc fransızca #corc sözünün istifadəsi #sözlük