* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Ərzaq payı, pay. …Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni xeyli azaltdı. M.İbrahimov. Hər üç-dörd ayda, hər kənd təsərrüfatı kompaniyasının axırında bir təriflənmək [Rüstəm kişinin] cirəsi idi. M.İbrahimov. // Norma. Hər suçunun cirəsi gündə bir hektar yer suvarmaqdır. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / cirə2 is. bot. Xırda ağ çiçəkləri olan birillik bitki (toxumlarından ədviyyə kimi istifadə edilir).
Azərbaycan dilinin izahlı lüğəti / cirə1 CİRƏ I is. Pay, norma. ..Cahan xanım son aylar onun özünü də sıxışdırmağa, cirə ilə dolandırmağa başlamışdı (M.İbrahimov). CİRƏ II is. bot. Toxumu ədviyyat üçün istifadə olunan bitki.
Azərbaycan dilinin omonimlər lüğəti / cirə2 1 сущ. бот. кумин 2 сущ. диал. пай, паёк, доля; норма. Çörəyi cirə ilə vermək давать, отпускать хлеб по установленной норме; gündəlik cirə: 1. дневной (суточный) паек; 2. дневная норма (выработка для выполнения); cirəyə salmaq kimi: 1. установить паёк, норму хлеба и т.п. для кого; 2. не давать хлеба, достаточного для пропитания
Azərbaycanca-rusca lüğət / cirə1 I. i. ration; rate; quota; standard, norm; ~yə düzmək / qoymaq to put* on rations; hər ərzaq ~si (norması) ration scale II. i. bot. carraway, (toxum) carraway seed III. s. carraway; ~ yağı carraway oil; ~ toxumu carraway seeds
Azərbaycanca-ingiliscə lüğət / cirə1 is. ration f ; rationnement m, norme f ; ~ yə düzmək mettre à la ration ; soumettre au rationnement
Azərbaycanca-fransızca lüğət / cirə(Cəbrayıl, Gədəbəy, Şamaxı) qənaət. – Dolanışıxda da cirə lazımdı adama (Gədəbəy)
Azərbaycan dilinin dialektoloji lüğəti.