Pirəbilqasım
Pirəbülqasım – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Pirəbülqasım kəndi rayon mərkəzindən 16 km şərqdə yerləşir. ”Bədo” istirahət yerinin yaxınlığında, Bakı – İsmayıllı şossesindən 3 km cənubdadır.
Pirəbülqasım kəndində aşağıdakı tayfa tipli əqrabalar olmuşdur. İndi də onların qarışıq da olsa nümayəndələri var. Abdullu (bir kökdən başlayıb), Kərimli, Qədirli, Cabarli, Mollacəbili, Məhərrəmli (Qubadan gəlmədi), Mahmudlu (bir kökdəndirlər Eyvazli Dağistandan gəlmə), Mməmmədli (Qubadan gəlmədir), Əbilli (bir-birinə yaxındırlar), Seyidli
Zahir Müslimov
Ağasən Bədəlzadə
Xəlil İsgəndərov
Ərəstun Mahmudov – Azərbaycanın Milli Qəhrəmanı
Əhalisi 161 nəfərdir ki onunda 73 nəfəri kişi, 88 nəfəri qadındır. Pirəbülqasım piri – qabarıq heksoqonal günbəz – 1655-1656-cı illərdə usta Hacıbaba tərəfindən inşa edilmişdir. Bundan əlavə, Pirəsürə (Yeddibulaq) piri, Şamqərib piri, Əncirli pir, Sofu baba piri, qədim Kəlovdan kəndinin qalıqları, Şeyitlər adlanan tiflan bulağı yaxınlığındakı qəbirlər, daş bulaqlar və sair abidələr vardır.
Mənbə kimi Sadıqov Sadıq Mustafa oğlunun şəxsi əlyazmasından istifadə olunub.