Piri sözü azərbaycan dilində

Piri

Yazılış

  • Piri • 83.8313%
  • piri • 15.8172%
  • PİRİ • 0.3515%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hadiqaib piri
Hadiqaib piri - Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyarətgah. Hаdiqаib yаşаyış yеrində оlаn аrmud аğаcınа sitаyiş еdilməsi müхtəlif şəkildə həyаtа kеçirilir. Birinci növ sitаyişdə аrmud аğаcının budаqlаrınа müхtəlif rəngli pаrçаlаr bаğlаnılır. İkinci növ nəzirlərin vеrilməsi və qurbаn kəsilməsidir. Sоnuncuyа хüsusilə üstünlük vеrilir. Ахurа kənd əhаlisi qurаqlıq bаş vеrdikdə Hаdiqаib pirinin yаnındа qurbаn kəsir və аllаhа duа еdərək yаğış göndərməsini хаhiş еdir və yаlvаrırlаr.
Havuş piri
Havuş piri — Şərur rayonunun eyniadlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Dərinliyi 15 m-dən artıqdır. Eni 3, bəzi yerlərdə 4 m-dir. Giriş hissəsi tağvarı formadadır. İçərisində cızma və qazma üsulu ilə həkk edilmiş əli nizəli döyüşçü rəsmləri var. Mağarada 1x1 m ölçüdə təmizləmə işi aparılmış, 40 sm dərinlikdə insan skeletləri aşkar edilmiş, 1 m dərinlikdən iti uclu qara rəngli silah sınığı tapılmışdır. Qədim insan məskəni olması ehtimal edilən mağaranın pirə çevrilməsi əcdadlara və onların ruhlarına olan inamlarla bağlıdır. Buradakı tək armud ağacından da pir kimi istifadə edilir; övladı olmayan qadınlar ağacın budaqlarından nənni asır və arzularını diləyirlər. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.155.
Həzrətbaba piri
Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah. == Ümumi məlumat == Dəniz səviyyəsindən 3629 metr hündürlükdə yerləşən Babadağdan Qaraçay, Vəlvələçay və Girdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur. == Adının mənası == Babadağ oronimi Azərbaycan dilindəki "baba" (hörmət bildirən titul mənasında) sözündəndir.>. == Həzrətbaba piri == Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır. Keçmişdə Quba, İsmayıllı, Qəbələ və başqa rayonlardan gəlib bu piri ziyarət edirdilər. Rəvayətə görə, bu pir vaxtilə Şabranda rəncbər olmuş bir nəfər şəxsin qəbridir. O, bir dəfə plov yeyərkən təsadüfən bir düyünü taptalamış və bunu böyük günah sayaraq həmin dağa qalxmış və orada vəfat etmişdir. Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Miranşah piri
Miranşah piri — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraqala kəndindənndən şərqdə, hündür təpənin ətəyində yerləşən ziyarətgah. == Tarixi == Pir vaxtilə qayanın təbii oyuğunda olmuş və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düzgün olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbir vardır. Baş daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə tikilmişdir. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi və günbəzi aypara təsvirləri ilə tamamlanmışdır. Pirin fasadında iki qapısı və üç pəncərəsi vardır. Onlar varımdai- rəvi tağlarla tamamlanmışdır.
Nüsnüs piri
Nüsnüs piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində orta əsrlərə aid ziyarətgah. == Coğrafi mövqeyi == Kəndin qərbində, nisbətən hündür ərazidə inşa edilmiş, tarixi-memarlıq abidəsi kimi diqqəti cəlb edən məscid binasının birinci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Onun Dahyanus (Dağ Yunus) dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir. == Memarlıq quruluşu == Məscidin mərkəzində hündürlüyü təxminən 5 metr olan daş sütun var. Rəvayətə görə, o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Onun hündürlüyü 1,5 metr, eni isə 1 metrdir. == Kitabələri == Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir. Kitabə haqqında ilk dəfə rus diplomatı və şərqşünası N.V.Xanıkov məlumat vermişdir.
Oxud piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. == Məzmun == Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Oxut piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. == Məzmun == Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Piri Məmmədov
Piri Məmmədov - (25 yanvar 1940, Alıkənd, Göyçay rayonu – 25 dekabr 2008, Bakı) —Azərbaycan Respublikasının əməkdar jurnalisti,5 may 1977-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. == Həyatı == Piri Məmmədov 1940-cı il yanvarın 25-də Azərbaycan SSR-də, Göyçayın Alı kəndində anadan olub,Əmək fəaliyyətinə 1965 ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. Daha sonra S.M.Kirov adına ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib (1969). 1978 ildən “Kommunist” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 1992 ildən fəaliyyətini “Xalq qəzeti”ndə davam etdirən Məmmədov 1996 ildən ömrünün sonunadək “Respublika” qəzetində “Sosial problemlər” şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977 ildə “Qızıl qələm” mükafatı ilə təltif edilib.2008-ci il dekabrın 25-də Bakıda vəfat edib.
Piri Quliyev
Piri Dostməmməd oğlu Quliyev və ya Usta Piri (2 (14) mart 1869, Əmircan, Bakı qəzası – 5 avqust 1951, Bakı) — Azərbaycan neftçisi, qazma ustası, Əmək Qəhrəmanı. == Həyatı == 2 mart 1869-cu ildə Əmircanda doğulub. 1885-ci ildən bəri Bakı Neft Şirkətinin barel istehsalında işləyən, 1887–1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı neft yataqlarında qazma ustası, 1904-cü ildən Bakı neft şirkətinin baş qazma ustası. 1917–1920-ci illərdə Bakı şəhərində inqilabi fəaliyyətdə fəal iştirak etmişdir. İnqilab zamanı Bakı neft yataqlarında işləyən avadanlıq praktik olaraq məhv edilib və Piri Quliyev bütövlükdə respublikanın neft sahələrində və neft sənayesində qazma işlərinin bərpası üçün böyük işlər gördü. 1924–1926-cı illərdə ABŞ-yə işgüzar səfərə çıxmışdı. Amerikaya gəldikdən sonra, Signal Hill-də qazma müqaviləsi hazırlayıb, daha sonra Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləmişdir. Piri Quliyev SSRİ-yə ABŞ-nin neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını gətirdi. 1926-cı ildən — "Azneft" MMC-nin yeni yataqlarının kəşfiyyat şöbəsinin müdiri. Balaxanı və Sabunçu quyuslarının əsas inkişaf etdiricilərindən biri Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismara verilməsi istiqamətində aktiv iştirak etmişdir.
Piri Rəis
Piri Rəis (türk. Piri Mühiddin Rəis; təq. 1470, Gelibolu, Rumeli əyaləti, Osmanlı imperiyası – 1554, Qahirə, Misir əyaləti, Osmanlı imperiyası) — Bəzi məlumatlara görə əsl adı Piri Mühiddin Rəisdir. Böyük Türk dənizçisi və coğrafiyaçısı. == Həyatı == Əslən Osmanlı türkü olan Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. Hacı Mehmedin oğlu olan Piri Rəis əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinə başlamışdır. Əmisinin vəfatından sonra Barbarosun yanında çalışan Piri Əndəlüs müsəlmanlarının ispanlardan azad olunmasında və 1517-ci ildə Sultan Səlimlə (1512–1520) birlikdə Misirin fəthində iştirak etməklə, həmçinin Nil hövzəsinin xəritəsinin tərtibini də başa çatdırmışdır. == Xəritələri və əsərləri == Admiral Piri Rəis məşhur bir dənizçi olduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Topladığı bilik və məlumatlara əsasən məşhur olan iki xəritəsi və "Kitabi Bəhriyyə" əsəri ilə dünyada əvəzolunmaz bir şəxsiyyətə çevrilmişdir. Məşhur dənizçi-coğrafiyaşünas tərtib etdiyi xəritələri və kitabı öz imzası ilə 1517-ci ildə Yavuz Sultan Səlimə təqdim etmişdir.
Piri Torpağı
Piri Torpağı (dan. Peary Land) — Yarımada Qrenlandiyanın şimal qutaracağında Viktoriya-Ford və İndependes-Ford körfəzləri sahillərində yerləşir. Yarımada şimalından Linkoln dənizi və Şimal Buzlu okeanın suları yuyur. Yarımadanın qərbdən şərqə uzunluğu 375 km təşkil edir. Ərazi dağlıqdır və ən hündür zirvə 1920 m təşkil edir. Sahilləri parçalıdır və fiordlarla zəngindir. Ən iri fiord Frederik-Hayd-Frorddur. Qərb sahillərində buzlaqlar vardır. Yarımadada Qrenlandiyanın ucqar şimal nöqtəsi olan Morris-Cesul burnu yerləşir. Yarımada ABŞ qütb araşdırmaçısı Robert Pirinin şərəfinə adlandırılmışdır.
Piri kəndi
Piri kəndi (Kəleybər)
Pirmaşa piri
Pirmaşa piri — Culfa rayonunun Camaldın kəndində hündür təpənin üzərində ziyarətgah. Pir müqəddəs şəxsiyyətlərdən birinin qəbri üzərində, müasir üslubda, bişmiş kərpicdən tikilmiş altıüzlü prizma şəklində binadan ibarətdir. Binanın hər bir üzündə yerləşən ensiz pəncərələr onun görünüşünü daha da ahəngdar edir. Pirin çardağı piramida formasında başlıqla örtülmüşdür. Yerli əhalinin məlumatına görə, burada vaxtilə möhrədən tikilmiş bina olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatının tapılması onun uzun müddət ziyarətgah kimi istifadə olunduğunu təsdiq edir. Pirin köhnə tikintilərini və onun ziyarətgaha çevrilməsini, pirin ətrafında olan qəbiristanlıqla eyni dövrə XIV–XVIII əsrlərə aid etmək olar. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 401.
Qaradaş piri
Qaradaş piri — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Tivi kəndində ziyarətgah. == Tarixi == Ziyarətgahdakı armud ağacının dibində qara daş vardır. Azərbaycan türklərində armud ağacı müqəddəs sayılır. Qara daş isə bütün müsəlman dünyasında müqəddəs hesab edilir. Etnoqrafik materiallar təsdiq edir ki, yerli əhali arasında bu cür daşların göydən gəlməsi, bu səbəbdən də müqəddəs sayılması haqqında fikirlər vardır.
Qaş piri
Qaş piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindən qərbdə təbii, uzunsov mağaradan ibarət ziyarətgah. Təbii mağara insanlar tərəfindən sitayiş obyektinə çevrilərək ziyarət edilir. Mağaranın uzunluğu 34 metr, eni 1–2 m arasındadır. Onun hündürlüyü 1-1,2 metrdir. Mağaranın girəcəyində və onun mərkəzi hissəsində olan daşın üzərində dilək tutularaq şam yandırılır. Vaxtilə mağaranın yaxınlığında daşdan və bişmiş kərpicdən inşa edilmiş bina olmuşdur. Araşdırmalar zamanı antik və orta əsrlərə aid şirsiz və şirli keramika məmulatı aşkar olunmuşdur. Azərbaycan türklərinin islama qədərki inancları ilə bağlı olan mağara-piri e.ə. I minilliyə aid etmək olar. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər mövcuddur.
Qız piri
Qız piri — Şərur rayonunun Havuş kəndindən şimalında ziyarətgah. Pirin yaxınlığında şəlalə vardır. Pir təbii qayalıqdan axan su qaynağı və onun ətrafındakı kollardan ibarətdir. Bu ərazi yerli əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət olunur. Pirdə olan ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlanır. Belə rəvayət edilir ki, gecələr pirdə od yanarmış və o hərəkət edərmiş. Piri 5-8 əsrlərə aid etmək olar.
Qəfər piri
Qəfər piri — Culfa rayonunun Milax kəndindən qərbdə ziyarətgah. Pir iri və kiçik qaya parçalarını nizamsız şəkildə düzməklə düzəldilmişdir. Dörd künc fоrmalı оlan pirin küncləri dəyirmiləşdirilmişdir. Girişi cənub-qərb tərəfdəndir. Yerli əhali tərəfindən ziyarət edilən pirə niyyət edilməklə müxtəlif nəzirlər verilir və qurban kəsilir. Pirin ətrafında aşkar оlunan şirli saxsı məmulatı оnu XIV əsrə aid etməyə imkan verir. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 274.
Qərib piri
Qərib piri — Kəngərli rayonunun Qabıllı kəndində ziyarətgah. Möhrədən tikilmiş dördkünc formalı binadan ibarətdir. Hazırda yarımuçuq vəziyyətdədir. Divarlarında şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Divarların bəzi qisimləri hislənmişdir. Ətrafından orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Arxeoloji materiallara əsasən piri XIV–XVI əsrlərə aid etmək olar.
Robert Piri
Robert Piri (6 may 1856[…], Kresson[d], Pensilvaniya – 20 fevral 1920[…], Vaşinqton) — Amerika səyyahı, tədqiqatçısı == Həyatı == Şimal qütb tədqiqatçıları içərisində inadkarlığına və cəsurluğuna görə Robert Piriyə bərabər ikinci bir tədqiqatçı tapmaq çox çətindir. Ömrünün 23 ilini şimal qütbünə həsr etmiş Piri hər dəfə məcburi geri qayıtmasına baxmayaraq qütbü fəth etmək inamını itirməmişdir. О, Qrenlandiyanın şimalından iki dəfə keçməklə onun müstəqil ada olmasını müəyyənləşdirmişdir. 1898-ci ildə şimal qütbünə ilk ekspedisiya Kanada Arktika arxipelaqının Qrant torpağından başlayır. Dörd dəfə qütbü fəth etməyə çalışan Piri ekspedisiyaların birində ayaq barmaqlarının yeddisi donduğundan özü tərəfindən kəsilmişdir. Kəskin iqlim şəraiti qarşıya qoyduğu məqsədin yarımçıq qalmasına səbəb olmuşdur. 1905-ci ildə о, "Ruzvelt" gəmisində yenidən şimal qütbünə yola düşür. Qrant torpağının şimal hissəsindəki Şeridan burnunda qışladıqdan sonra yazda yoluna davam edir. Lakin sınmış buzlar onun irəliləməsinə mane olur. Buna baxmayaraq heç kimin çata bilmədiyi 87006/ şimal enliyinə çatmağa müvəffəq olur.
Salatın piri
Salatın piri — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Tənənəm kəndinin şimalında, dağların arasında ziyarətgah. Pirin mərkəzi hissəsində böyük qaya parçası, qara çalı adlı ağac və itburnu kolu var. Ətrafı 50–70 sm hündürlükdə qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Pirin ətrafındakı daşlar, onun içərisindəki ağaclar müqəddəs hesab edilir. Ziyarətçilər niyyət edərək ağacların budaqlarına müxtəlif rəngli parçalar bağlayırlar. Pirdə həmçinin daşla niyyət etmə adəti də vardır. Vaxtilə pirin yaxınlığında bulaq olmuşdur. Ziyarətçilər niyyətlərinin qəbul olunması üçün burada qurban kəsirlər. Salatın pirini e.ə. II–I minilliklərə aid etmək olar.
Seyidlər piri
Seyidlər piri və ya Seyid Həsən piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göynük kəndinin şimalında yerləşən ziyarətgah. Naxçıvan Muxtar Respublikası ərazisində yerli xarakter daşıyan ziyarətgahlardan biri də Göynük piridir. Bu pir Babək rayonunun Göynük kəndində( kənd Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli qərarı ilə Culfa raqyonundan alınaraq inzibati cəhətdən babək rayonuna verilmişdir) yerləşir Xalq arasında Seyid Həsən piri adlanır. Aparılmış araşdırmalara əsasən Seyid Həsən pirininin yaranma tarixi XIV-XVIII əsrlərə aid etmək olar. Pir dağın yamacında bir-birinin yaxınlığında yerləşən üç ayrı binadan ibarətdir. Binaların girişi cənub tərəfdəndir. Onların içərisində müsəlman adəti ilə düzəldilmiş qəbirlər vardır. Pirlərin divarları islam dininin müqəddəsləri, dini yazılar, müxtəlif süjetli rəsmlərlə bəzədil mişdir. Ətraf kəndlərin əhalisi pirə qurban deyir, niyyətlərinin qəbul olunması üçün pirləri ziyarət edir, niyyət edərək pirə müxtəlif rəngli parçalar, yaylıqlar bağlayırlar. Pir binalarından şimal-qərb tərəfdə qaya daşlarının üst-üstə yığılması ilə dördkünc formada düzəldilmiş ziyarətgah da vardır.
Tənənəm piri
Tənənəm piri — Şərur rayonunun Tənənəm kəndində orta əsrlərə aid ziyarətgah. Yerli əhali arasında daha çox Piri-Süleyman adı ilə tanınır.
Usta Piri
Piri Dostməmməd oğlu Quliyev və ya Usta Piri (2 (14) mart 1869, Əmircan, Bakı qəzası – 5 avqust 1951, Bakı) — Azərbaycan neftçisi, qazma ustası, Əmək Qəhrəmanı. == Həyatı == 2 mart 1869-cu ildə Əmircanda doğulub. 1885-ci ildən bəri Bakı Neft Şirkətinin barel istehsalında işləyən, 1887–1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı neft yataqlarında qazma ustası, 1904-cü ildən Bakı neft şirkətinin baş qazma ustası. 1917–1920-ci illərdə Bakı şəhərində inqilabi fəaliyyətdə fəal iştirak etmişdir. İnqilab zamanı Bakı neft yataqlarında işləyən avadanlıq praktik olaraq məhv edilib və Piri Quliyev bütövlükdə respublikanın neft sahələrində və neft sənayesində qazma işlərinin bərpası üçün böyük işlər gördü. 1924–1926-cı illərdə ABŞ-yə işgüzar səfərə çıxmışdı. Amerikaya gəldikdən sonra, Signal Hill-də qazma müqaviləsi hazırlayıb, daha sonra Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləmişdir. Piri Quliyev SSRİ-yə ABŞ-nin neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını gətirdi. 1926-cı ildən — "Azneft" MMC-nin yeni yataqlarının kəşfiyyat şöbəsinin müdiri. Balaxanı və Sabunçu quyuslarının əsas inkişaf etdiricilərindən biri Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismara verilməsi istiqamətində aktiv iştirak etmişdir.
Vayxır piri
Vayxır piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində ziyarətgah. == Haqqında == Vayxır piri xalq arasında künbəz adlanır. Pirin binası bişmiş kərpiclə üzlük çəkilməklə bərpa edilmişdir. Bina dairəvi formadadır. Girişi ş. tərəfdəndir. Girişin hər iki tərəfində olan dördkünc formalı sütunun üzərində tağşəkilli ocaq düzəldilmişdir. Pirin divarında taxçalar vardır. Binanın dam örtüyü konusvarı formada olub, dəmirdən hazırlanmışdır. İçərisində iki qəbir vardır.
Heydər Piriyev
Heydər Kamal oğlu Piriyev (17 sentyabr 1959 və ya 1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020). == Həyatı == Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur. === Ailəsi === Ailəlidir, 1 oğlu var. == Hərbi xidməti == 1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb. 1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilmişdir. 2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.
Kəmalə Piriyeva
Kəmalə Piriyeva (9 yanvar 1990, Bakı) — Azərbaycan teleaparıcısı və aktrisası. == Həyatı və fəaliyyəti == Kəmalə Piriyeva 1990-cı il yanvar ayının 9-da Bakı şəhərində doğulub. 1996–2007-ci illərdə Nərimanov rayon 73 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissorluğu" fakültəsindən məzun olub. 2007-ci ildə universitetdən Azad Azərbaycan televiziyasına təcrübə keçmək üçün göndərilib. İlk işi 2007-ci ildə 17 yaşında "Yeni ulduz 7" yarışmasında aparıcılıq etmək oldu. Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala", "Bir balaca oyun" kimi verilişlərdə aparıcılıq edir. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olur. İlk dəfə Atv-də yayımlanan "Sirr" serialında rol alır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini (Anjel) icra edir.
Malik İbrahim piri
Malik İbrahim piri — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin şərqində, Qaradağın ətəyində, eyniadlı qəbiristanlıqda yerləşən ziyarətgah. Ziyarətgah Malik İbrahim qəbiristanlığının mərkəzində böyük bir binadan ibarətdir. Binanın qərb və cənub tərəfində balkon düzəldilmişdir. Cənub tərəfdəki otaqda bir qəbir vardır. Üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün qəbrin kimə məxsus olduğunu müəyyən etmək mümkün deyildir. El arasındakı fikrə görə bu qəbirdə şiələrin üçüncü imamı Hüseynin Kərbalada şəhid olmasından sonra onun qisasını almaq üçün VII əsrin sonlarında başlayan hərəkatın rəhbərlərindən biri olan sərkərdə İbrahim Əjdərin oğlu Malik dəfn edilmişdir. Dini ədəbiyyatdan məlumdur ki, İbrahim Əjdər həlak olduqdan sonra övladları təqib olunmuş, bu səbəbdən də didərgin düşmüş, bəziləri Azərbaycana gələrək orada məskən salmış, oğlanlarından Malik Ordubadda, Malik Əjdər isə Laçın rayonunun Cicimli kəndində dəfn edilmişdir. Cicimli kənd qəbiristanlığında erməni işğalınadək salamat qalan və XI-XII əsrlərə aid edilən Malik Əjdər türbəsi bölgənin məşhur ziyarətgahlarından biri idi. Ordubadda dəfn olunan Malikin qəbri də dəfn olunduğu zamandan ziyarətgaha çevrilmişdir. Qəbir olan binanın qərbdən giriş qapısının baş tərəfində, gəc üzərində rənglə "Malik ibn İbrahim" sözləri yazılmışdır.
Mansur Piriyev
Mansur Piriyev — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri. == Həyatı == Piriyev Mansur Şahmar oğlu 3 fevral 1979-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsini, BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə və BDU-nun Sosial-fəlsəfə ixtisası üzrə magistraturasını bitirib. Tələbə olduğu illər ərzində bir çox mətbuat orqanlarında çalışmış, KİV-də bir sıra rəhbər vəzifələrdə mövqe tutmuşdur. == Fəaliyyəti == Tələbəlik illərində bir sıra qəzet və jurnallarda müxbir və məsul vəzifələrdə fəaliyyət göstərmişdir. 1998-ci ildən 2002-ci ilədək Azərbaycan Dövlət Dillər Universitetinin tədris şöbəsində mütəxəssis, 2005-2006-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radionun elm-təhsil verilişləri departamentinin redaktoru, eyni zamanda "Qarabağnamə", "Zəng", "Həyat tərzi" adlı radio verilişlərinin müəllifi və aparıcısı olmuşdur. 2006-2008-ci illərdə İctimai Televiziyanın elm-təhsil verilişləri departamentinin redaktoru kimi fəaliyyət göstərmiş və "Rəqəmsal dünya", "Hüquq müstəvisi", "Teleportret", "Açıq dərs" və. s verilişlərdə redaktor, aparıcı və ssenari müəllifi kimi çalışmışdır. 2010-cu ildən 2016-cı ilədək dövlət qulluqçusu kimi Fövqəladə Hallar Nazirliyində Təbliğat və Təşkilat sektorunun müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən 2018-ci ilədək BakuBus MMC nin Mətbuat və ictimaiyyətlə əlqələr şöbəsinin müdiri, 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri vəzifəsində çalışır.
Mia Ann Piri
Ovçu Pirim
"Ovçu Pirim", yaxud "Ovçu Pirim nağılı" — Pirim adlı ovçunun macəralarından bəhs edən Azərbaycan xalq nağılı. == Nağılın nəşr olunması == İlk dəfə nağıl 1889-cu ildə "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun yeddinci nəşrində "Tatar↑ nağılları" başlığı ilə nəşr olunmuşdur. Nağılın bu variantını 1888-ci ildə Şamaxı şəhərində şəhər müəllimi Aleksandr Kalaşev danışıb. Bakı quberniyasının Şamaxı rayonunun Saqiyan kəndinin sakinləri olan bibisi, 90 yaşlı Manışaq Karoğlanova, əmisi Musa Kalaşev və atası İsaak Kalaşevin sözlərindən onun tərəfindən lentə alınıb. Toplunun 1899-cu ildə çapdan çıxmış 26-cı nəşrində "Zaqafqaziyada tatar xalq ədəbiyyatı" fəslində Ovçu Pirim haqqında rəvayət dərc edilmişdir. Bu məlumatlar Yelizavetpol quberniyasının Cavanşir qəzasının Mamırlı kəndində Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Musa Quliyev tərəfindən qeydə alınıb. Bu nağılın süjeti birincinin süjetindən tamam fərqli idi, ancaq hər iki nağılda Pirim ovçu idi. Fəslin ön sözündə Tiflis gimnaziyasının direktoru A. Boqoyavlenski yazırdı: Ovçu Pirim haqqında rəvayət nəcib hisslərin təsirli mübarizəsinin mənzərəsini verir: Nağıl 1935-ci ildə Hənəfi Zeynallının tərtib etdiyi və Moskvada professor Sokolovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan, türk nağılları" toplusunda çap olunub. Nağıl 1937-ci ildə Hümmət Əlizadənin "Dastanlar və nağıllar" kitabında çap olunub. Nağıl 1959-cu ildə Əhliman Axundovun redaktorluğu ilə "Azərbaycan nağılları" məcmuəsində çap olunub.
Piri Mehmed Paşa
Piri Mehmed Paşa (1458, Konya, Qaramanlı eli – 1532, Silivri, İstanbul ili) — I Səlim və I Süleyman dövrlərində, ümumilikdə 5 il 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimi, Osmanlı alimi və şairi. == Həyatı == Təqribən 1458-ci ildə Konyada dünyaya gəlmişdir. Səlcuqlu dönəminin alimlərindən Fəxrəddin Ər-Razinin sülaləsinə mənsubdur. Atası Xəlvətiyyə təriqətinə mənsub məşhur din adamı Şeyx Camal Əfəndidir. Mədrəsə təhsilini tamamlamasınınn ardından 1491-ci ildə Amasyada məhkəmə katibi olaraq xidmətə başladı. Piri Mehmed Çələbi olaraq anılmağa başlandı və üç ilin ardından 1494-cü ildə baş katibliyə yüksəldi. II Bəyazidin son illərində xəzinə dəftərdarlığına, I Səlimin cülusunun ardından isə başdəftərdar təyin olundu. Çaldıran səfərində Rumeli dəftərdarı olaraq iştirak etdi. Çaldıran qələbəsinin ardından Şah İsmayılın Təbrizi tərk etməsi səbəbilə şəhərdə qalan xəzinə və malların müsadirə edilməsi ilə vəzifələndirildi. 15 oktyabr 1514 tarixində isə divan məclisinə vəzir rütbəsilə daxil oldu.
Piri Məhməd Paşa
Piri Mehmed Paşa (1458, Konya, Qaramanlı eli – 1532, Silivri, İstanbul ili) — I Səlim və I Süleyman dövrlərində, ümumilikdə 5 il 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimi, Osmanlı alimi və şairi. == Həyatı == Təqribən 1458-ci ildə Konyada dünyaya gəlmişdir. Səlcuqlu dönəminin alimlərindən Fəxrəddin Ər-Razinin sülaləsinə mənsubdur. Atası Xəlvətiyyə təriqətinə mənsub məşhur din adamı Şeyx Camal Əfəndidir. Mədrəsə təhsilini tamamlamasınınn ardından 1491-ci ildə Amasyada məhkəmə katibi olaraq xidmətə başladı. Piri Mehmed Çələbi olaraq anılmağa başlandı və üç ilin ardından 1494-cü ildə baş katibliyə yüksəldi. II Bəyazidin son illərində xəzinə dəftərdarlığına, I Səlimin cülusunun ardından isə başdəftərdar təyin olundu. Çaldıran səfərində Rumeli dəftərdarı olaraq iştirak etdi. Çaldıran qələbəsinin ardından Şah İsmayılın Təbrizi tərk etməsi səbəbilə şəhərdə qalan xəzinə və malların müsadirə edilməsi ilə vəzifələndirildi. 15 oktyabr 1514 tarixində isə divan məclisinə vəzir rütbəsilə daxil oldu.
Piri Rəis xəritəsi
Piri Rəis xəritəsi — 1513-cü ildə İstanbulda Piri Rəis tərəfindən yaradılan dünya xəritəsidir. Xəritədə Avropa və Afrikanın qərb hissəsi, Şimali və Cənubi Amerikanın şərq hissəsi, Atlantik okeanda xırda adaların çoxu təsvir edilmişdir. == Xəritənin tarixi == Xəritə 1929-cu ildə, Topqapı sarayında muzey yaradılanda aşkar olunub.
Piri kəndi (Kəleybər)
Piri kəndi (fars. پيري كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Məlumat yoxdur.
Pirican Cəbiyev
Pirican Ağahüseyn oğlu Cəbiyev (15 avqust 1928, Bakı – 17 mart 2000, Bakı) — Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi (1991). == Ailəsi == Pirican Cəbiyev 1928-ci ildə Balaxanıda anadan olmuşdur. Babası Pirican Cəbiyev xırda neft sahibkarı, əmisi Həbib Cəbiyev xalq düşməni kimi repressiya qurbanları olmuşlar. Atası Ağahüseyn, qardaşı Həbib həbs edildikdən sonra uzun müddət evindən-eşiyindən didərgin düşmüş, gizli yaşamışdır. Qonşusu, o zaman Keşlə Rayon Milis Şöbəsinin rəisi Şirihüseyn Rəhimov Ağahüseynin həyat yoldaşı Mənsurə xanıma ərinin ehtiyatlı olmasını xəbərdarlıq etmişdi. Digər qonşusu isə Ağahüseynin evə gəldiyini görən kimi lazımi orqanlara məlumat verib, həbs olunmasına nail olmuşdu. 1947-ci ildə həbs edilən Ağahüseyn Cəbiyev uzaq Mordoviyaya sürgün edilmiş, orada vəfat etmişdir. Pirican Cəbiyevin Raya xanımla ailə həyatı qurmuşdur. Onun bir qız övladı- Nərgiz Cəbiyeva, üç qız nəvəsi- Fəridə , Nərminə, Təhminə Rzazadə vardır. == Fəaliyyəti == Kənd klubunda kinooperator işləyən Pirican Cəbiyev 1956-cı ildə Bakının Fioletov küçəsində yerləşən Respublika Radio Verilişləri Komitəsinə gəlir, orada xeyirxah insan, komitənin sədri mərhum Ənvər Əlibəyli ilə görüşür.
Piyə Piruzə piri
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018-ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə "Ocaq" adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir.

piri sözünün leksik mənası və izahı

  • 1 "pir" sözü ilə başlanan adların əzizləmə forması (Bu vaxta qədər f. mənşəli hesab edilən "pir" türk sözüdür və "bir" Günəş və ya Tanrı, "pir" "Tanrı" mənasında "od, ocaq" deməkdir).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / piri

piri sözünün etimologiyası

"piri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#piri nədir? #piri sözünün mənası #piri nə deməkdir? #piri sözünün izahı #piri sözünün yazılışı #piri necə yazılır? #piri sözünün düzgün yazılışı #piri leksik mənası #piri sözünün sinonimi #piri sözünün yaxın mənalı sözlər #piri sözünün əks mənası #piri sözünün etimologiyası #piri sözünün orfoqrafiyası #piri rusca #piri inglisça #piri fransızca #piri sözünün istifadəsi #sözlük