Pirin Milli Parkı
Pirin Milli Parkı — Bolqarıstanda, Blaqavqrad bölgəsində yerləşən milli park. UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.
== Haqqında ==
Pirin Milli Parkı Bolqarıstanın cənub-qərbində yerləşmiş olub təxminən 400 km2 sahəyə malikdir. Əhəng daşı qayalardan, buzlaq göllərdən, şəlalələrdən, mağaralardan, iynəyarpaqlı meşələrdən ibarətdir. Çox zəngin floraya və möhtəşəm təbii gözəlliklərə malikdir.
Təxminən 1300 növ əhəmiyyətli bitki növünün evi olan bu park, bütün Bolqarıstan ərazisində olan ümumi bitki növlərinin %30-indən çoxunu özündə saxlayır. Bunlardan təxminən 300 növü yosundur. Park 18 yerli endemik (yalnız o bölgəyə xas, başqa yerdə olmayan) növə, 15 Bolqarıstan və bir çox Balkan endemik növlərinə; ayrıca Pirin bölgəsinin simvolu olan Edelveys (günəbaxana bənzər ağ Alp çiçəyi) kimi qorunmaqda olan bitki növlərinə də ev sahibliyi edir. Pirin Milli Parkında üç fərqli bitki qurşağı mövcuddur: meşə qurşağı, subalp qurşağı və Alp qurşağı. Parkda heyvan növləri də çoxdur.