Chamaecyparis pisifera
Noxudmeyvəli sərvpəri (lat. Chamaecyparis pisifera) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sərvpəri cinsinə aid bitki növü.
Vətəni Yaponiya, Kyuşu adalarıdır. Hündürlüyü 30 m-ə qədər olan çətiri ensiz piramidal, konusvarı, gövdəsinin qabığı hamar, qırmızımtıl-qonur rəngli ağacdır. Budaqları üfüqi şaxələnmişdir. Yarpaqlarının təpəsi sivri ucla qurtarır, tünd-yaşıldır. Lavson sərvpərisindən yarpaqlarının daha sivri olması ilə fərqlənir. Zoğlarının üst tərəfi tünd-yaşıl, alt tərəfi qonur-yaşıl rəngdədir və üzərində ağ ləkələr vardır. Qozaları Lavson sərvpərindəkilərə nisbətən daha xırda olub kürəşəkillidir, diametri 6-8 mm, sarımtıl-qəhvəyi rəngdədir, qısa saplaqlarda yerləşmişdir. Toxumları enli, şəffaf qanadlıdır və hər üzündə yaxşı görünən 5-6 qatran vəzisi vardır.