pis sözü azərbaycan dilində

pis

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pis • 95.2384%
  • Pis • 4.5976%
  • PİS • 0.0853%
  • PiS • 0.0525%
  • Pİs • 0.0131%
  • pİs • 0.0131%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pis məqsədli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Pis İncəsənət Muzeyi
1993-cü ildə əntiq əşyalar toplayan Skot Vilson (Scott Wilson) Bostonun küçələri ilə gəzərkən zibil yeşiyində rəsm əsəri görür. Çox pis çəkilmiş tablonu götürən Skot Vilson fikirləşir ki, dünyanın ən gözəl tabloları sərgilənən incəsənət müzeyləri olduğu kimi, pis çəkilmiş tablolar saxlanan muzeylər də olmalıdır. Belə bir muzeyin olmadığı üçün Skot Vilson özü bu muzeyi yaratmaq qərarına gəlir və beləliklə də, Pis İncəsənət Muzeyi yaranır. Muzeydə əvvəlcə bir eksponat olur və sərgi Skotun dostunun evində təşkil olunur. İndi Pis incəsənət muzeyinin üç sərgi zalı, 600-ə yaxın eksponatı və ildə 8000 ziyarətçisi var.
Pis adam (film, 2010)
Pis adam (Rom: Raavan) – 2010-cu ildə hind dilində çəkilmiş filmdir. Filmi eyni vaxtda iki versiyada — tamil dilində (fərqli adla — “İblis”/Raavanan) və hind dilində lentə alınıb. Hər iki filmdə Aishwarya Rai qadın baş rol ifaçısı olmuşdur, lakin Tamil versiyasında Vikram Veera (İblis) rolunu və onun əri rolunu (Deva) isə Prithviraj oynamışdırsa, Bollywood Hind dilindəki versiyada isə Vikram Deva rolunu oynamış, Veera rolunu isə isə Abhishek Bachchan canlandırmışdır. Filmin Tamil versiyası teluqu dilinə dublyaj edilmişdir. Eyni gündə — 18 iyun 2010-cu ildə hind, tamil və teluqu filmlərinin premyerası baş tutmuşdur. Film Ramayana dastanı əsasında çəkilmişdir. Filmdə baş qəhrəmanın bacısının toy mərasimində xoşagəlməz bir hadisə baş verir, onun toy məclisinə polis hücum təşkil edir, bundan əsəbləşən Beera toy mərasiminə hücumu təşkil edən şəxsin həyat yoldaşını (Aishwarya Rai) bir qayıq gəzintisi sırasında oğurlayır. Daha sonra isə bu adam oğurluğu hadisəsi polislər də daxil olmaqla bütün hüquq mühafizə orqanlarına xəbər edilir və Beeranı hər yerdə axtarmağa başlayırlar. Beera əqidəsinə görə qaçırdığı qızı 14 saat ərzində öldürməlidir, lakin qıza aşiq olduğuna görə qızın oğurlanmasının üstündən kifayət qədər zamanın keçməsinə baxmayaraq, qızı öldürməyə cəsarət edə bilmir.
Pis oğlanlar (film, 2021)
Pis uşaqlar (ing. The Bad Guys) — DreamWorks Animation tərəfindən istehsal edilmiş Amerika kompüter animasiyalı soyğunçu komediya filmidir. Filmin rejissoru Pier Perifeldir (onun bədii debütü) İtan Koen və Hilari Uinstonun ssenarisi əsasında, icraçı prodüser Aaron Bleybi tərəfindən yazılmış eyni adlı uşaq kitabları seriyasına əsaslanır. Sem Rokvell, Mark Meron,Entoni Ramos,Kreyq Robinson və Akvafina, islahat bəhanəsi ilə həbsdən qaçmağa çalışan bir qrup heyvan cinayətkarını səsləndirirlər. Digər səs aktyorları arasında Riçard Ayoad,Zazie Bitz,Lili Sinqx və Aleks Borşteyn var idi . Filmin premyerası Latın Amerikasında 17 mart 2022-ci ildə oldu və 22 apreldə ABŞ-da yayımlandı, Universal Pictures distribyutor kimi xidmət etdi. Los-Ancelesdə, insanların və antropomorf heyvanların bir yerdə yaşadığı bir dünya.Cənab Qurd, cənab Piranya, cənab İlan, cənab Köpək Balığı və Miss Tarantula cinayətlərinin mürəkkəbliyi və ədalətdən qaçmaq bacarığı ilə tanınan cinayətkar dəstənin üzvləridir. Qubernator Diane Foksington efirdə dəstə üzvlərini təhqir etdikdə, onlar professor Rupert Marmalade IV-in almalı olduğu yaxşı işlər mükafatını oğurlamağa qərar verirlər.Yaşlı qadını soymağa çalışan canavar təsadüfən ona müvazinətini saxlamağa kömək edir, bundan sonra o, yaxşı əməlinə görə onu tərifləyir.Qurd cinayətkar həyatının ona nə qədər təsir etdiyini anlayır və Marmeladın çıxışı zamanı təsadüfən özünü və dəstəni üzə çıxarır, nəticədə onlar həbs edilir. Həbsi zamanı Qurd Marmeladı ona və dostlarına yenidən təhsil almağa kömək etməyə inandırır, bu arada lütfü oğurlamaq üçün yeni plan hazırlayır.Marmelad, Canavarı və dəstəni onlara gözəl əxlaqla dərs vermək üçün evinə dəvət edir, lakin gözlənilən nəticəni vermirlər.Sonda Marmeladın qvineya donuzlarını laboratoriyadan xilas etmək üçün qəhrəmanların iştirakı ilə əməliyyat keçirmək ideyası fiaskoya çevrilir. Foksington eksperimenti dayandırmaq və dəstəni həbsə göndərmək qərarına gəlir, lakin Qurd ona nifrət etməsinin səbəbinin xarici görünüşü olduğunu etiraf etdikdə fikrini dəyişir.Foxington başa düşdüyünü və müsbət nəticəyə ümid etdiyini deyir.Bundan sonra Qurd fikirlərini toplayır və pişiyi ağacdan xilas edir, bunu Marmelad videokameraya çəkərək internetdə dərc edir.Video internetdə yayılır və ictimaiyyətin personajlar haqqında fikirlərini dəyişir və İlan ən yaxın dostu ilə əlaqəni itirdiyindən şübhələnməyə başlayır.
Pis tərbiyə (film, 2004)
Pis tərbiyə (isp. La mala educación) — rejissor Pedro Almodovarın dram janrında filmi. 2004-cü ildə çəkilmişdir. Enrike (Fele Martínez) 27 yaşlı uğurlu rejissordur. O özünü yeni filmlərini üçün yeni süjetlərinin axtarışındadır. Bir gün, öz ofisində işləyərkən, onun yanına İqnasio adında uşaqlıq dostu adında gənc insan gəlir. İgnasio Enrique'yə deyir ki, ona təcili olaraq iş tapmaq lazımdır və həmçinin onun uşaqlıq haqqında yazılmış hekayəsini verir. O bu gündən onu İqnasio deyil, Anhel adlandırmağı xahiş edir. "Ziyarət" adlı hekayədə İgnasio və Enriquenin katolik internatda birgə həyatından danışılır. İgnasio internatda padre Manolo tərəfindən müntəzəm seksual zorakarlığa məruz qalır.
Yaxşı, pis, zalım
Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur. Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir. Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir.
Böhtan və pis güman
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" — deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" Hz.
Super pis (film, 2007)
Super pis (ing. Superbad)— rejissor Qreq Mottola tərəfindən 2007-ci ildə çəkilmiş ABŞ komediya filmi. Ssenarisini İvan Qoldberq və Set Rocenin yazdığı filmin baş rollarını Cona Hill, Maykl Sera, Kristofer Mintz-Pliz, Set Roqen, Bill Heyder rol almaqdadır. Oxuduqları liseyin qızlarından birinin düzəltdiyi şənliyə dəvət edilən üç dostun başına gələn hadisələrdən bəhs edir.
Yaxşı, pis, zalım (film, 1966)
Yaxşı, pis, zalım (ing. The Good, the Bad and the Ugly, it. Il buono, il brutto, il cattivo) — Serco Leone tərəfindən vestern janrında çəkilmiş film. "Bir ovuc dollar" (1964) və "Bir neçə dollar üçün" (1965) filmlərilə başlayan trilogiyanın sonuncusudur. Amerikada vətəndaş müharibəsi dövründə, quldur Tuko Ramirez (Zalım) Sarışın (Yaxşı) tərəfindən tutularaq dövlət adamlarına təslim edilir. Sarışın quldurun tutulmasına görə vəd edilən pulu alır. Buna baxmayaraq, o, Tukonu asılarkən kəndirə açdığı atəşlə ölümdən xilas edir. Sentenza (Pis) isə Bill Karson adında böyük bir miqdarda qızılı gizlətmiş şəxsin izinə düşür. Tuko səhranın ortasında Sarışını öldürmək istəyərkən Bill Karsonla rastlaşırlar. Karson qızılları bir qəbirdə gizlətdiyini söyləmiş və oradaca vəfat etmişdir.
Yaxşı gündə, pis gündə (teleserial, 2020)
"Yaxşı gündə, pis gündə" serialı — Barış Ərçətinin reijssorluğunu etdiyi, Aksel Bonfil və Pelin Karamehmetoğlunun ssenarisini birgə qələmə aldıqları 2020 Türkiyə komediya serialıdır. Leyla (Elçin Sangu) sevdiyi adamla evlənəcəyi gün şadlıq sarayında tərk edilməyinin acısını yaşayır. Hələ bu bəs deyilmiş kimi, Leyla sevdiyi Sarpın (Mehmet Ozan Dolunay) Melisa (Yasəmən Allen) ilə olan evliliyini də planlaşdırmaq məcburiyyətində qalır. Elçin Sangu — Leyla Mehmet Ozan Dolunay — Sarp Yasəmən Allen — Melisa Şənay Gürlər Dərya Alabora Nərgiz Qumbasar Hakan Salınmış Sinan Albayraq Əli Yağçı Dəniz Işın Tuqay Ərdoğan Elçin Sangunun dizisinden ilk kare 10 iyul 2020 qaynağından arxivləndi.
Yaxşı qadın, pis qadın (teleserial, 2007)
Yaxşı qadın pis qadın Choi Jin-sil, Lee Jae-ryong, Sung Hyun-ah və Jeon No-minin baş rolda oynadığı 2007-ci il Koreya teleserialıdır.
Yaxşı qadın pis qadın (teleserial, 2007)
Yaxşı qadın pis qadın Choi Jin-sil, Lee Jae-ryong, Sung Hyun-ah və Jeon No-minin baş rolda oynadığı 2007-ci il Koreya teleserialıdır.
Erigeron piscaticus
Erigeron piscaticus (lat. Erigeron piscaticus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fragaria pistillaris
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Kamil Pissarro
Kamil Jakob Pissarro (ing. Camille Pissarro; 10 iyul 1830[…], Şarlotta Amaliya, Sen-Tomas, Danimarka Qərbi Hindistanı – 13 noyabr 1903[…], Paris) — fransız boyakarı. İmpressionizmin yaradıcılarından biri. == Həyatı == Kamil Pissarro 1855–1861-ci illərdə Parisin Süis Akademiyasında oxumuşdur. Yaradıcılığına K. Koro, C. Konstebl, J. F. Millenin təsiri olmuşdur. Mənzərələrində havanın şəffaflığını və nəmliyini, yenicə yağmış yağışı, yaxud yaxınlaşan yağış havasını bütün incəliyi ilə vermişdir ("Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris). İmpressionistlərin çoxundan fərqli olaraq Pissarro daha aydın və tam kompozisiya quruluşuna, forma plastikliyinə meyil etmişdir. Rəsm, akvarel, ofort və litoqrafiyaları da var. == Əsərləri == "Luvesyendə poçt arabası", 1870, İmpressionizm muzeyi, Paris "Şumlanmış torpaq", 1874, Puşkin adına Təsviri Sənət Muzeyi, Moskva "Parisdə Monmartr bulvarı", 1897, Ermitaj, Leninqrad == Qalereya == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh.
Lathyrus pisiformis
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. == Yarımnövləri == Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald == Sinonimləri == Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Miconia pisinniflora
Miconia pisinniflora (lat. Miconia pisinniflora) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Narcissus pisanus
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Narcissus pseudonarcissus var. pisanus
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Os pisiforme
Noxudabənzər sümük (lat. os pisiforme) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun üçvəcli sümüyə məxsus arxa səthi vardır. Bu sümük aşağı doğru çıxıqdır və bayır tərəfdə şırıma malikdir.
Oskar Pistorius
Oskar Pistorius (22 noyabr 1986, Yohannesburq) — CAR-lı atlet. Hər iki diz nahiyəsində olan protezlərlə qaçır (Oskar Pistorius incik sümükləri olmadan dünyaya gəlib və bu səbəbdən ayaqları amputasiya olunub). 2004, 2008 və 2012 Paralimpiya oyunlarının qalibi. Ülgüclü protezlərlə qaçdığına görə o "Ülgüclü Qaçan" ləqəbi qazanmışdı. 2011-ci il Dünya Çempionatında bayraq yarışında gümüş medalın sahibi olub. Beynəlxalq Atletika Federasiyaları Birliyi, Pistoruisun 2008-ci il Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmuşdu. Daha sonra edilən testlər nəticəsində afrikalı atletin London 2012-də mübarizələrə qoşula biləcəyinə qərar verilib. Beləliklə, Pistorius London Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış uğrunda yarışa qatılmışdır. Burada o 23-cü yeri tutmuşdur. 14 fevral 2013-cü il tarixində Pistorius Pretoriya şəhərindəki evində sevgilisi CAR-lı fotomodel Riva Stinkampı oğru zənn edərək başından və qolundan odlu silahla vuraraq öldürüb).
Pisanitsa
Pisanica (xorv. pisanice) — Xorvatların pasxa bayramı üçün bəzədiyi yumurta; qədim slavyan adəti. Pasxa bayramı vaxtı yumurtanı tünd rənglərlə boyayırdılar və hədiyyə verirdilər. Xüsusilə də kiçik uşaqlara və yaxın qohumlara hədiyyə olunurdu. Kənd sakinləri yumurtanı boyamaq üçün əllərindəki bütün imkanlardan istifadə edirdilər. Yumurtaları boyamaq üçün ən yayğın rəng qırmızı çuğundurun və digər tərəvəzlərin bolluğuna görə qırmızı idi. Medjimuryedə amorf karbonu palıdla qarışdırırdlar ki, tünd-qəhvəyi rəng ala bilsinlər. Yaşıl bitkilərdən yaşıl rəng üçün istifadə edilirdi. Pisanitsa sözü xorvat mənşəli olub mənası "məktub" deməkdir. Pisanitsalarda yazılan ən çox yayılan ifadə xorvatca "Sretan Uskrs", yəni "Pasxa bayramınız mübarək" olurdu.
Pisarev (Şaran)
Pisarev (başq. Владимировка), rus. Владимировка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 55 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (47%) üstünlük təşkil edir.
Pisces
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Pisdər mağarası
Pisdər mağarası — Şərur rayonunun Axura kəndindən şərqdəki Tana qalası yaxınlığında arxeoloji abidə. Yarım dairəvi formalıdır. Dərinliyi 10 m-dən artıqdır. Aşağı hissəsi torpaqla örtülmüşdür. Arxeoloji qazıntılar aparılmamışdır. Ehtimal ki, Pisdər mağarasından ibtidai insan məskəni kimi istifadə edilmişdir. Dərinliyi 10 m-dən artıqdır. Alt Triasın Qarabağlar lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yüksəkliyin yamacındadır. Mağaradan ibtidai insan məskəni kimi istifadə olunduğu ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsində, Tənənəm antiklinalının şərq qanadında yarləşir..
Pisful-Vali (Vaşinqton)
Pisful Vali (ing. Peaceful Valley) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 3324 nəfər olmuşdur. Ümumi ərazisi 44.00 km² olub, bunun 43.9 km² quru, 0.1 km² isə sudur. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 3324 nəfər əhali, 1189 şəxsi təsərrüfat və 799 ailə vardı. Əhalinin sıxlığı 55.8 nəfər/km²-di. Burada 1488 ev var və evlərin sıxlığı 33.8/km²-di. Əhalinin etnik tərkibini 88,2%-i Ağ amerikalılar, 0,7%-i Afroamerikalılar, 2,4%-i Hindilər, 0,8%-i Asiyalılar, 0,1%-ni Okeaniya adalarından olanlar, 4,4%-i digər irqdən olanlar və 3,5%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 1189 şəxsi təsərrüfatın 31,1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 48,9%-ində evli ailə, 11,4%-ində əri olmayan qadın, 6,9%-ində arvadı olmayan kişi, 32,8%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 22,7%-ində tək bir şəxs və 4,5%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı.
Pisidiya Antioxiyası
Pisidiya Antioxiyası (yun. Αντιόχεια της Πισιδίας, lat. Antiochia Caesareia və ya lat. Antiochia Caesaria) — Türkiyənin Aralıq dənizi, Egey və Mərkəzi Anadolu bölgələrinin kəsişdiyi Göllər bölgəsində, Pisidiya və Frigiyanın sərhədində yerləşən qədim şəhər. "Frigiya Antioxiyası" kimi də tanınır. Şəhər şimaldakı 1236 metrlik ən yüksək nöqtəsi ilə vadi görünüşündədir. Şəhərdə bir teatr, kilsə, Avqust məbədi və buna bənzər strukturlar vardır. 1176 metr yüksəkliyi olan təpənin üzərində tikilən şəhərin şimalında, cənub-qərb istiqamətində Gelendost mahalını keçərək Əyirdir gölünə çatan Antius çayı axır. Şəhərin qurulduğu ərazi şərqdə Sultan dağları, şimalda Qartal dağı, cənub-şərqdə Qırmızı dağ, cənub-qərbdə Tirli dağ və Əyirdir gölünün şimal sahili ilə yuyulur.
Pisistrat
Pisistrat, Hippokratın oğlu (q.yun. Πεισίστρατος; e. ə. VI əsr və ya təq. e.ə. 600, Afina – e.ə. 527, Afina) — e.ə. 560—527-ci illərdə (fasilələrlə) Afina tiranı. Pisistrat qədim Afina kralları ilə əlaqəli zadəgan soyuna məxsus idi. Miladdan əvvəl 565 ilə 560 arasında Afina-Meqara müharibəsində Afina qonşularına başçılıq edirdi və meqaralılara bir sıra məğlubiyyətlər yaşatmışdır.
Pisiyli ilankölgəsi
Pisiyli ilankölgəsi (lat. Ferula foetida) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Pisiyli klerodendrum
Bunqe klerodendrumu (lat. Clerodendrum bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin klerodendrum cinsinə aid bitki növü.
Pisiyli pederiya
Pisiyli pederiya (lat. Paederia foetida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin pederiya cinsinə aid bitki növü.
Pisiyli qaraqaytaran
Pisiyli qaraqaytaran (lat. Thalictrum foetidum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü.
Ən pis ikinci plan qadın roluna görə Qızıl Moruq mükafatı
Ən pis ikinci plan qadın roluna görə Qızıl Moruq mükafatı (ing. Golden Raspberry Award for Worst Supporting Actress) — hər il Qızıl Moruq mükafatında (və yaxud "Rezzi") əvvəlki ilin ən pis ikinci plan qadın roluna görə verilən mükafat. Namizədlər və qaliblər illik abunə haqqı ödəyən hərkəsin qoşula biləcəyi Qızıl Moruq Vəqfi qrupu tərəfindən seçilir.

pis sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Mənfi keyfiyyət və ya xüsusiyyətlərə malik, verilən tələbləri təmin etməyən, istənilən kimi olmayan, mənfi təsir bağışlayan; yaman, fəna (yaxşı əksi). Pis xörək. Pis xətt. Pis hava. // Öz işini yaxşı bilməyən, təcrübəsiz. Pis usta. Pis təşkilatçı. // Ətrafdakılara yaxşı təsir bağışlamayan; kobud, qaba. Pis xasiyyət. – [Sənəm:] İndi mən nə deyirəm ki, pis söz demirəm ki?! Ü.Hacıbəyov. 2. Bəd, alçaq, rəzil, şərəfsiz, namərd. Pis adam. Pis qonşu. – [Əşrəf Zeynala:] Xülasə, pis övlad gərək ortalıqdan götürülsün. Çəmənzəminli. // Qeyri-əxlaqi, nalayiq, yaramaz, eyibli, nöqsanlı. Pis hərəkət. Pis (z.) danışmaq. Özünü pis (z.) aparmaq. // İs. mənasında. Pis adam. Üz vermə nadana, sirr vermə pisə; Axır qəlbin ya inciyə, ya küsə. Xəstə Qasım. 3. Əzici, üzücü, sıxıcı, ağır, mənhus, xoşagəlməyən. Pis yuxu görmək. – Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı. Ə.Əbülhəsən. // Mənfi. Xəbər də, deyəsən, pis xəbər idi? Mir Cəlal. Ümid pis cavabı xəyalına gətirmək istəmirdi. B.Bayramov. ◊ Pis ağız – söyüşkən, ağzıyava, ağzıpərtöv, hərzə adam haqqında. Çox pis ağzı var. Pis ağzını açma! Pis göz – bir şeyi gördükdə ona xətər yetirən, onu gözə gətirən adam haqqında. Pis göz sənə dəyməz, gözəlim, xoş nəzərim var. Ə.Vahid. Pisinə gəlmək – xoşuna gəlməmək, acığına gəlmək. [Musa:] Doğrusu, mənim də pisimə gəldi, getmədim. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / pis
  • 2 \ – siz hesab etməyin, qınamağın, eyibləməyin mövzusu olan hər şey, istəyin qaydalara uyğun olan bir formada onun ziddinə çıx- mağa və əlindən gəldiyi zaman dəyişdirməyə hüququ çatan hər şey.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / pis

pis sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 çirkin — eybəcər — kifir — iyrənc

    Azərbaycan dilinin sinonimlər lüğəti / pis
  • 3 PİS, BƏD, YAMAN (müxtəlif mənalarda) Of bu məstin nə fəlakətli, yaman haləti var; Nə kərih mənzəri, bəd surəti, pis adəti var (A.Səhhət); AĞLAMALI Ağlamalı günün axirətdədir; Hələ indi səndə nə var, ağlarsan (M.P.Vaqif); BEŞBETƏR (dan.) [Xədicə:] Az, məndən beşbetər, namala bir sir-sifəti ola (Anar); BETƏR (köhn.) Cəlilov: Bundan betər vəhşilik təsəvvürümə gətirmirəm (H.Abbaszadə); FƏNA Əbülhəsən bəy: Özümü çox fəna hiss edirəm, rahatsızam (M.S.Ordubadi); MURDAR (dan.) Vay, Allah səni yox etsin, gör nə murdar səsi var, – deyə Gülpəri qarğış elədi (S.S.Axundov); YÖNSÜZ Hatəm xan: Yönsüz oğul neylər ata malını (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / pis

pis sözünün antonimləri (əks mənalı sözlər)

pis sözünün rus dilinə tərcüməsi

  • 1 1. плохой, дурной, нехороший, порочный, предосудительный, скверный; 2. плохо, дурно, скверно;

    Azərbaycanca-rusca lüğət / pis
  • 2 I прил. плохой: 1. обладающий отрицательными качествами, свойствами; скверный. Pis hava плохая погода, pis yol плохая дорога, pis mal плохой товар, pis məhsul плохая продукция, pis xətt плохой почерк, pis şərait плохие условия 2. неопытный, неискусный в своём деле, нехороший. Pis işçi плохой работник, pis təşkilatçı плохой организатор, pis rəhbər плохой руководитель 3. неприятный для окружающих, грубый, вульгарный. Pis xasiyyət плохой характер, pis hərəkət плохой поступок 4. такой, который не достигает своей цели, низкий по качеству. Pis məsləhət плохой совет, pis dərs плохой урок 5. свойственный нездоровому, больному. Pis iştaha плохой аппетит, pis görkəm плохой вид 6. не предвещающий ничего хорошего; неблагоприятный. Pis xəbərlər плохие вести, pis ələmət плохое предзнаменование, плохая примета, pis yuxu плохой сон, pis proqnoz плохой прогноз 7. скверный в моральном отношении, предосудительный, безнравственный, дурной. Pis nümunə göstərmək подавать плохой пример, pis ad плохая репутация, pis işlər görmək совершать плохие дела; pis əxlaq плохое поведение II нареч. плохо. Pis yatmaq плохо спать, pis qarşılamaq плохо встречать, pis qorunmaq плохо обороняться, özünü pis hiss etmək чувствовать. себя плохо; özünü pis aparmaq вести себя плохо III в знач. предик. pisdir плохо (тяжело, трудно). Onun vəziyyəti pisdir ему плохо; daha pis ещё хуже, pis bişmə недопёк, pis qohu вонь, зловоние, pis eşitmə недослышка, pis eşitmək недослышать, плохо слышать; pis yemləndirmə недокорм, pis keyfiyyətli недоброкачественный, pis məqsədlə с дурными намерениями, злостно, pis fikirlə edilən злоумышленный ◊ adı pisə çıxmaq нажить дурную славу, иметь плохую репутацию; pis ad qoyub (çıxarıb) getmək оставить о себе плохую память; pis ayaqda на худой конец; pis vəziyyətə düşmək попасть впросак, попасть в неловкое положение; pis qələmə verilmək быть на плохом счету; pis qələmə vermək kimi изображать в дурном свете кого, pis qurtarmaq: 1. плохо кончить; 2. плохо кончиться; pis deyil ничего себе, неплохо; pis yola düşmək пускаться во все тяжкие; катиться по наклонной плоскости; pis kökə düşmək выглядеть очень плохо; pis gəlir kimə nə неприятно кому что; pis gətirdikdə в худшем случае; pis gətirir не везёт, pis gözü var kimin дурной глаз у кого; pis gün чёрный день; pis gündə olmaq быть в плохом состоянии, иметь неприглядный вид; pis gündə saxlamaq kimi держать в чёрном теле кого; pis (yaman) günə qalmaq подурнеть; опуститься (физически, морально); pis gün görmək хлебнуть горя; pis günlərin (günün) dostları друзья по несчастью; pis günündə (gündə) atmaq kimi покинуть в беде кого; pis mənada в дурном (плохом) смысле; pis niyyətlər (fikirlər) чёрные мысли; pis olmaz: 1. хуже не будет; 2. не помешает. Getmək pis olmazdı не помешало бы поехать; pis təsir etmək kimə оказывать плохое влияние на кого; pis çıxmaq оказаться плохим, неудачным; pisi çıxmaq испортиться; выйти из строя; pisinə danışmaq проехаться на чей-л. счёт; pisini vurmaq набивать (набить) оскомину

    Azərbaycanca-rusca lüğət / pis

pis sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. bad*; ~ hərəkət bad* action; ~ xəbər bad* news; ~ iy bad* smell II. z. bad*, badly; ~ rəqs etmək to dance badly; ~ yaralanmaq to be* wounded badly; özünü ~ aparmaq to behave badly

    Azərbaycanca-ingiliscə lüğət / pis

pis sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. désagréable ; mauvais, -e ; défavorable, mal, pire ◊ ~ ayaqda au pis aller, dans le cas le moins favorable ; ~ iş (əməl) mauvaise action f ; ~ yola çəkmək dépraver vt ; démoraliser vt ; ~ mövqe mauvaise position f ; ~ nəticəli (nəticə verən) résultat m désagréable ; ~ çıxmaq trouver (se) de mauvais aloi (qualité) ; ~ ə çıxmaq être de mauvais aloi ; daha ~ inférieur, -e

    Azərbaycanca-fransızca lüğət / pis

pis sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. пис (1. гьакӀан; кӀвечӀи; pis xörək пис къафун; pis hava пис гьава; // тежрибасуз (мес. устӀар); // векъи, кубут (мес. гаф, хесет); 2. яман, алчах, намерд, усал (мес. кас, къунши); // ахлакьсуз, виже текъвер, налайих, татугай (мес. гьерекат); // сущ. пис кас; // нареч. özünü pis aparmaq вичи-вич пис тухун; 3. рикӀ чуькьуьдай, залан, хуш текъвер, кӀвечӀи; мес. хабар, ахвар); ** pis ağız пис сив квай, сив харчи, сивик пад (рак) квачир, сивел атайвал (экъуьгъиз) рахадай касдин гьакъинда; pis göz пис вил (килигуналди масадаз зарар гудай, вил акьадай, вили ядай касдин гьакъинда); pisinə gəlmək хуш(униз) татун, хъел атун.

    Azərbaycanca-ləzgicə lüğəti / pis

pis sözünün türk dilinə tərcüməsi

"pis" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pis nədir? #pis sözünün mənası #pis nə deməkdir? #pis sözünün izahı #pis sözünün yazılışı #pis necə yazılır? #pis sözünün düzgün yazılışı #pis leksik mənası #pis sözünün sinonimi #pis sözünün yaxın mənalı sözlər #pis sözünün əks mənası #pis sözünün etimologiyası #pis sözünün orfoqrafiyası #pis rusca #pis inglisça #pis fransızca #pis sözünün istifadəsi #sözlük