pirdi sözü azərbaycan dilində

pirdi

Yazılış

  • pirdi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pirdirəyi
Pirdirəyi — Şamaxı şəhərindən şimal-qərbdə, Gülüstan qalasının qalıqlarından şərqdə yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 1049,4 m, şəhər səviyyəsindən isə 350 m.X əsrin birinci rübündə Şamaxının Şirvanşahların paytaxtı və Şirvanın mühüm və vacib şəhərlərindən biri olduğu zaman, Pirdirəyi dağının zirvəsində "pir" ziyarətgahı var idi ki, həmin dövrdə şəhərlərdə və kəndlərdə müasir Azərbaycanın ərazisində onlara tez-tez rast gəlmək olardı. == Arxeoloji tədqiqatlar == Dağın dibindəki arxeoloji tədqiqatların materialları bu ərazinin erkən orta əsrlərə qədər olan tarixini əks etdirir. Dağın şərq dibinin yaxınlığında erkən orta əsrlər dövrü üçün səciyyəvi olan keramik qabların çoxsaylı parçaları tapılmışdır. Sara Aşurbəylinin sözlərinə görə, bu tapıntılar vaxtilə Şamaxı yaxınlığında böyük yaşayış məskəninin olduğunu göstərilər.1967-ci ildə arxeoloqlar dağın dibində yastı qapaqlı və qulpları qabağa çıxan keramik qabların çoxsaylı qırıntılarını yığmışdılar. Taxıl ovma, həvəngdəstəni və üzüm sıxma vannaları şəklində daş alətlər aşkar olunmuşdur. Bu tapıntılar orta əsrlərə xarakterik olan istehsal texnikasının tənəzzülünü göstərir. Arxeoloq Hüseyn Ciddinin sözlərinə görə, bu tənəzzül Bizans, xəzərlilər və sasanilərin arasında olan müharibələr kimi xarici amil və feodal cəmiyyətinin formalaşması kimi daxili amil ilə bağlı idi.Şamaxı şəhərindən 1 kilometr şimalda yerləşən Piridirəyin geniş yaşayış məskəni Kür-Araz mədəniyyəti materiallarıyla zəngindir. Bu məskən şumlanıb və üzümlüklərlə tutulub. 1970-ci ilin arxeoloji qazıntılar zamanı yaşayış məskəninin ərazisində əkinçilik məhsullarının emalı üçün istifadə olunan daş alətlər, nalşəkilli ocaq altlıqları və keramik qablar aşkar edilmişdir.

Oxşar sözlər

#pirdi nədir? #pirdi sözünün mənası #pirdi nə deməkdir? #pirdi sözünün izahı #pirdi sözünün yazılışı #pirdi necə yazılır? #pirdi sözünün düzgün yazılışı #pirdi leksik mənası #pirdi sözünün sinonimi #pirdi sözünün yaxın mənalı sözlər #pirdi sözünün əks mənası #pirdi sözünün etimologiyası #pirdi sözünün orfoqrafiyası #pirdi rusca #pirdi inglisça #pirdi fransızca #pirdi sözünün istifadəsi #sözlük