* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] klas. Günah, təqsir, suç, qəbahət. İki şonqar dalaşanda, bir qarğaya cürm düşər. (Ata. sözü). [Vəzir:] Sultan Mahmud Qəznəvi bu gunə cürm üçün müqərrəblərindən birisinin boynunu öz əlilə vurdu. M.F.Axundzadə. Bağışla cürmümü, ey şux, kim, həyatımda; Çox etmişəm səni azürdə ahü zarım ilə. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / cürm2 ə. 1) günah, təqsir, qəbahət; 2) yazıq, fağır; 3) planet. Cürmi-ərz yer kürəsi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / cürm