cür sözü azərbaycan dilində

cür

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cür • 99.9690%
  • Cür • 0.0155%
  • CÜR • 0.0155%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşağı Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == Aşağı Cürəli Biləsuvarın ilk salınan kəndlərindəndir. Əsasən 1940–50-ci illərdə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəd ərazidən köçürülən insanlardan təşkil olunmuşdur. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. Əsgərabad, Dərvişli, Amankənd, Ağalıkənd və Yuxarı Ağalı kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === Gözəlov Xalid Həsən oğlu (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mahmudov Cavid Hilal oğlu (1989–2020) — İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Aşağı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Braziliya cürəsi
Braziliya cürəsi (lat. Amazonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cürcan
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Cürci Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Cürcis
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Cürni (Urmiya)
Cürni (fars. جورنی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 366 nəfər yaşayır (62 ailə).
Cüro Kurepa
Cüro Kurepa (serb. Ђуро Курепа, fr. Georges Kurepa; d. 6 avqust 1907, Majske Poljske — ö. 2 noyabr 1993, Belqrad) — Yuqoslaviya riyaziyyatçısı. Öz həyatı boyunca Kurepa 700-dən çox kitab, məqalə, referat, icmal və 1000-dən çox elmi məqalə nəşr etdirmişdir. O, Avropanın bir çox ölkələrində, elə cə də Kanada, İsrail, İraq, ABŞ, Kubada mühazirə vermiş və bir dəfə demişdir: "Mən Yuqoslaviyanın az qala 19 universitetinin hər birində mühazirə vermişəm." Onun qardaşı oğlu Svetozar Kurepa da riyaziyyatçı olmuşdur. == İlk illəri == Cüro Kurepa 1907-ci ildə Avstriya-Macarıstan İmperiyasından asılı olan Xorvatiya-Slovaniya Krallığındakı Majske Poljane kəndində anadan olmuşdur. Kurepa Rud və Andeliya Kurepanın 14 uşağından ən kiçiyi idi. O, təhsilinə qəsəbəsində başlamışdır.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cürə nağara
Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı "cürə" (kiçik) sözü də bu mənanı verir. Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla səsləndirilir. Diametri 300–320 mm, hündürlüyü 340–360 mm-dir. Çiling nağara əsasən zurnaçılar dəstəsində istifadə edilir.
Cürəli
Aşağı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Aşağı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd.
Cürəxan (Zəncan)
Cürəxan — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Ətraf bölgəsinin Qarapişili kəndistanında, Zəncan şəhərindən 46 km şərqdədir.
Cırıldayan cürə
Cırıldayan cürə (lat. Spatula querquedula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Enlidimdik cürə
Enlidimdik cürə (lat. Spatula clypeata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Mahir Cürət
Mahir Cürət (tam adı: Mahir Rzabala oğlu Mirzəyev; 20 may 1972, Corat, Sumqayıt) — azərbaycanlı meyxanaçı və qəzəlxan. == Həyatı == Mahir Rzabala oğlu Mirzəyev 1972-ci ilin mayın 20-də Coratda doğulub. Coratdakı 7 saylı orta məktəbi bitirib. Sumqayıt şəhərindəki Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin klarnet sinfində təhsil almışdır. 2001 və 2002-ci illərdə keçirilən De gəlsin meyxana yarışmasında iştirak etmişdir. 2022-ci ildə "Bitər həsrət" adlı kitabı işıq üzü görmüşdü. === Həbsi === 2016-cı ilin may ayında meyxanaçı polis tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu. 2017-ci ilin avqust ayında azadlığa çıxmışdır.
Maviqanad cürə
Maviqanad cürə (lat. Spatula discors) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Məhəmmədağa Cürmi
Məhəmmədağa Cürmi (XIX əsr, Bakı) — XIX əsr Azərbaycan şairi. Məhəmmədağa Cürminin doğum və ölüm tarixi haqqında məlumat yoxdur, O, XIX əsrin 80-ci illərində Bakıda fəaliyyət göstərən "Məcməüş-şüəra" ədəbi məclisinin fəal üzvü və rəhbəri olmuşdur. Müasirlərindən Seyid Əzim Şirvani, Mirzə İsmayıl Qasir, Ağadadaş Sürəyya və başqalarının əsərlərində onun adının çəkilməsi göstərir ki, tanınan şair imiş, Ancaq əsərləri tam halda əldə yoxdur.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. (III-VU). Həssas, sayı azalmaqda olan növdür. Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi”
Zəxireyi-Nizamşahi — XII əsr alimi Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. Əlyazma 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma da, haqqında məlumat verilmiş digər 2 əlyazma ilə birgə 2005-ci ildə YUNESKO-nun"Dünyanın Yaddaşı" Proqramının reyestrinə daxil edilmişdir. Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərinin əlyazması ona görə unikaldır ki, AMEA-nın Əlyazmalar İnstitutundan başqa dünyanın heç bir yerində əsərin nüsxəsi yoxdur. Əlyazmanın bütün mətni qızıl suyu ilə cəkilmiş çərçivə ilə çərçivələnib.
Yuxarı Cürəli
Yuxarı Cürəli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Cürəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndi Ağalıkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Cürəli kənd Soveti yaradılmışdır. XIX əsrə aid mənbələrdə rayonun ərazisində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin kənd böyüyərək Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə cürəli tayfasının adını əks etdirir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə yerləşir. Ağalıkənd və Təzəkənd kəndləri ilə sərhəddir. Əlikram Bayramov — müğənni. Nəcəfli Sadiq Nüsrət oğlu (2000–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Cürəli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Öznur Cürə
Öznur Cürə Girdi (1 oktyabr 1997, Kağıthane, İstanbul ili) — qadınlar arasında makaralı oxatma idman növündə W2 kateqoriyasında mübarizə aparan türk para-oxatan. O, Paralimpiya, dünya və Avropa çempionu və bəzi dünya rekordlarının sahibidir. == İdman karyerası == Cürə evdən uzaq olduğu, iflic səbəbi ilə xəstəxanalarda fiziki müalicə aldığı vaxtlarda oturaraq voleybol oynamağa başlayıb. Lakin o, bu idman növünə davam etməyib. Fiziki müalicəsi bitdikdən sonra İstanbula qayıdıb və 2019-cu ildə onu "Okçuluk Vakfı" idman klubuna dəvət edən para-oxatan Bahattin Həkimoğlu ilə tanış olduqdan sonra para-oxatma üzrə idman karyerasına başlayıb. O, makaralı oxatma yarışlarında W2 kateqoriyası üzrə mübarizə aparır. Məşqçiləri Elanur Karakoç və Hasan Basri Hancıdır. === 2024 === Cürə Fransanın Paris şəhərində keçirilən 2024 Yay Paralimpiya Oyunlarında qadınlar arasında fərdi makaralı oxatma yarışının sıralama mərhələsində 704 xal toplayaraq yeni bir dünya rekordu təyin edib. O, daha sonra həmin yarışda iranlı Fatimə Həmmatini məğlub edərək qızıl medalın sahibi olub. == Şəxsi həyatı == Öznur Cürə 1 oktyabr 1997-ci ildə İstanbulun Kağıthanə səmtində anadan olub.

cür sözünün leksik mənası və izahı

  • 1 is. [bəzən “cürə” şəklində də işlənir] 1. Növ, çeşid, qisim. Mağazada yüz cür şey var. □ Hər cür – hər növ, ürəyin istəyən, ən müxtəlif. [Rəsul] hər cür yeməkdən araya gətirdi. “Aşıq Qərib”. Qızın qohuməqrəbaları hərə bir cürə pay götürüb, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev. 2. Üsul, qayda, tərz. Ayrı cür edə bilməzdim. □ Bir cür – bir qaydada, bir tərzdə. Hamı bir cür geyinmişdir. Bu cür – belə, bu qaydada, bu tərzdə. Bu cür işləmək olmaz. – [Əsgər xalasına:] Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / cür

cür sözünün etimologiyası

  • 1 Dürr sözü ilə qohumdur, cürcür və dürlü –dürlü sözləri sinonim kimi işlədilir. De­­virmək və çevirmək sözləri də qohumdur. İndi cür və dürlü sözləri paralel iş­lə­dilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / cür

cür sözünün sinonimləri (yaxın mənalı sözlər)

cür sözünün rus dilinə tərcüməsi

  • 1 1. вид, сорт, род; 2. способ, порядок, образ;

    Azərbaycanca-rusca lüğət / cür
  • 2 в сочетаниях: ayrı cür, başqa cür: 1. иначе, по-другому. Ayrı cür etmək сделать иначе, ayrı cür demək говорить подругому; 2. очень сильно. Ayrı cür istəyir сильно любит; başqa cür desək иначе говоря; bir cür: 1. одинаковый; 2. странный. Bir cür adamdır он странный человек; hərə bir cür каждый по-своему; bu cür: 1. такой, подобный, такого рода. Bu cür vəziyyət такое положение, bu cür sözlər такие слова, bu cür hərəkətlər подобные действия; 2. так, таким образом, подобным образом. Bu cür demək mümkünsə если можно так выразиться; eynilə bu cür: 1. точно так же; 2. таким же образом; iki cür двоякий, двояко. İki cür münəsibət двоякое отношение; iki cür yanaşmaq nəyə двояко подходить к чему; müxtəlif cür разного рода, по-разному; neçə cür сколько видов (сортов и т.д.); nə cür: 1. какой? Nə cür adamdır? Какой он человек?; 2. как, каким образом. O, nə cür oxuyur? как он учится? nə cür istəsəniz как вы захотите; nə cür olur olsun: 1. как бы то ни было; 2. во что бы то ни стало; o cür: 1. такой, подобный. O cür adamlar такие люди, o cür yaxşı такой хороший; o cür pis такой плохой; 2. так, подобным (таким же) образом. O cür hərəkət etmək поступить таким же образом, o cür fikirləşməyin так не думайте: heç cür: 1. никакой; 2. никак, никоим образом. Heç cür başa düşə bilmirəm никак не пойму (не могу понять), heç cür unuda bilmirəm никак не могу забыть; hər cür: 1. весь, всякий, любой, всякого рода (сорта). Hər cür şərait yaratmaq создать всякие условия, hər cür imkan всякие возможности, hər bir çətinliyə qatlaşmaq переносить всякие трудности; 2. разный. Hər cür şey разные вещи, hər cür adam разные люди ◊ min cür xırdavat тысяча мелочей; min cür sifəti var имеет тысячу лиц

    Azərbaycanca-rusca lüğət / cür

cür sözünün inglis dilinə tərcüməsi

  • 1 1. kind, sort; such; so (sifətdən əvvəl); any; hər ~ all sorts of, of all kinds; all kinds of; hər ~ mallar goods of all kinds; hər ~ şeylər all kinds of things; bu ~ of this sort / kind; bu ~ adamlar these kinds of people; Bu nə cür adamdır? What kind of man / woman is he / she?; bu ~ adam such a man*, a man* such as that, a man* like that; bu ~ kitablar such books, books of this kind; 2. way; bu ~ such, (in) this way; başqa ~ in a different way; heç ~ on no account, by no means; hər ~ in every way possible, in every possible way; Bu cür et Do it in this way; Nə cür? How?

    Azərbaycanca-ingiliscə lüğət / cür

cür sözünün fransız dilinə tərcüməsi

  • 1 is. sorte f, espèce f, forme f, genre m, façon f, manière f ; hər ~ toute sorte de, tout genre, toute espèce ; hər ~ mallar les biens de toutes sortes ; hər ~ şeylər toutes sortes de choses ; bu ~ de cette façon, de cette manière ; comme ça ; bu ~ adamlar les gens de cette espèce ; bu nə ~ adamdır de quelle espèce homme est-il? ; bu ~ kitablar les livres de cette espèce (sorte) ; moyen m, voie f ; bu ~ par cette voie ; başqa ~ par un autre moyen (par une autre voie) ; heç ~ aucunement, par aucun moyen ; hər ~ par tout moyen possible ; bu ~et fais comme ça, agis de cette façon! Nə ~? Comment?

    Azərbaycanca-fransızca lüğət / cür

cür sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. жуьре, сорт; hər cür гьар жуьре, жуьреба-жуьре; 2. жуьре, саягъ, къайда, тегьер, рехъ; bir cür са жуьре, са къайдада; bu cür и жуьре, и саягъ, и къайдада, икӀа.

    Azərbaycanca-ləzgicə lüğəti / cür

cür sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(İmişli, Salyan) çayın alçaq çökək sahili. – Cü:rdə bi turac var (İmişli); – Öyimiz cü:rə yoxundu (Salyan)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"cür" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cür nədir? #cür sözünün mənası #cür nə deməkdir? #cür sözünün izahı #cür sözünün yazılışı #cür necə yazılır? #cür sözünün düzgün yazılışı #cür leksik mənası #cür sözünün sinonimi #cür sözünün yaxın mənalı sözlər #cür sözünün əks mənası #cür sözünün etimologiyası #cür sözünün orfoqrafiyası #cür rusca #cür inglisça #cür fransızca #cür sözünün istifadəsi #sözlük