cürdək sözü azərbaycan dilində

cürdək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cürdək • 96.0000%
  • CÜRDƏK • 4.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

cürdək sözünün leksik mənası və izahı

  • 1 is. Gildən, saxsıdan, şüşədən və s. materialdan qayrılan darboğazlı su qabı. [Çoban:] Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür, bəri gəl. Ə.Haqverdiyev. [Cəmil] …balaca saxsı cürdəyi götürüb su gətirdi. Xanıma soyuq su verdi. Ə.Vəliyev. Məişətdə işlədilən müxtəlif formalı səhənglər, nimçələr, kasalar, kiçik cürdəklər, qazanlar öz ornamentlərinin zənginliyi ilə seçilir. “Elm və həyat”.

    Azərbaycan dilinin izahlı lüğəti / cürdək

cürdək sözünün etimologiyası

  • 1 “Su qabı” deməkdir. Cür “su”dur, -dək isə “qab”dır, daqqa sözünün qədim kö­kü daq olub, o da -dək şəklinə düşüb. Hazırda cürdək sadə söz hesab edilir. Ermənilərdəki cür (su) sözü də bizdən götürülüb. Cür sözünün türk dillərində “su” demək olmasını cuyuq, çağış (yağış), carla (suya çək), çən (duman –çən), çisək, çiləmək, çi (şeh) sözləri də sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / cürdək

cürdək sözünün sinonimləri (yaxın mənalı sözlər)

cürdək sözünün rus dilinə tərcüməsi

cürdək sözünün inglis dilinə tərcüməsi

cürdək sözünün fransız dilinə tərcüməsi

cürdək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. кутар, гичин (чепедикай, хъенчӀикай, шуьшедикай ва мс. раснавай туьд шуькӀуь цин къаб).

    Azərbaycanca-ləzgicə lüğəti / cürdək

cürdək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Gil, saxsı, şüşə və s. materiallardan düzəldilən darboğazlı su qabı. Lənət müxənnəsə, ara qatana, İnsan gərək yalan sözdən utana. Xəbər verin sınıx saxsı satana, Cürdəyini çox zindana çəkməsin.                                    (“Nəcəf və Pərzad”)

Azərbaycan dastanlarının leksikası

"cürdək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cürdək nədir? #cürdək sözünün mənası #cürdək nə deməkdir? #cürdək sözünün izahı #cürdək sözünün yazılışı #cürdək necə yazılır? #cürdək sözünün düzgün yazılışı #cürdək leksik mənası #cürdək sözünün sinonimi #cürdək sözünün yaxın mənalı sözlər #cürdək sözünün əks mənası #cürdək sözünün etimologiyası #cürdək sözünün orfoqrafiyası #cürdək rusca #cürdək inglisça #cürdək fransızca #cürdək sözünün istifadəsi #sözlük