* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Aydınlıq, işıq. Günəşin nuru ətrafı işıqlandırmışdır. – Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilara. A.Səhhət. Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir. Göy üzü damardamar; Göydən yerə nur damar. (Bayatı). □ Nur almaq – bax nurlanmaq. Nur saçmaq (səpmək, tökmək) – işıq vermək, işıqlatmaq, ziya saçmaq, parlatmaq. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar … parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. A.Şaiq. Göyün altun saçlı qızı nur saçar; İnsanların tutqun könlünü açar. H.Cavid. Nura boyamaq (qərq etmək) – işıqlandırmaq, işıq saçmaq, parlatmaq, şəfəqləndirmək. Nura boyanmaq (qərq olmaq) – hər tərəf aydınlıq, işıq içərisində olmaq, şəfəq vermək, parlamaq. Çilçıraqlar üstə yanır ağ şamlar; Möhtəşəm sütunlar nura boyanır. S.Vurğun. Günəş çoxdan doğmuş, ətrafı nura qərq eləmişdi. Ə.Vəliyev. 2. məc. Maarif, aydınlıq, tərəqqi simvolu kimi işlənir. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / nur3 ə. 1) aydınlıq, işıq; 2) parlaqlıq; 3) şərəf, şan; 4) Qur’an surələrindən birinin adı. Nuri-didə bax nuri-eyn; nuri-eyn göz işığı; nuri-həqq Allahın nuru; nuri-təcəlla 1) görünən işıq; 2) Allahın nuru.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nur1 NUR – ZƏHRİMAR Üz-gözündən nur tökülür (“Ulduz”); Keşişin qaşqabağından zəhrimar tökülürdü (İ.Fərzəliyev). NUR – ZÜLMƏT Sevən ürəklərə eşqin nur saçır; Çiçəklər gülümsər günəş doğanda (M.Araz); Tənha qayalara, lal meşələrə; Zülmət gecələrdə hayandı Göy göl (M.Araz).
Azərbaycan dilinin antonimlər lüğəti / nur2 сущ. книжн. свет: 1. лучи, испускаемые каким-л. телом. Ayın nuru свет луны, günəşin nuru свет солнца 2. перен. символ истины, разума, просвещения или радости, счастья. Elm bir nur, cəhl zülmətdir ученье – свет, неученье – тьма; nur almaq см. nurlanmaq, nur saçmaq (səpmək, tökmək) светить, озарять; nura boyamaq (qərq etmək) освещать, озарять, nura boyanmaq (qərq olmaq) освещаться, осветиться, озариться; gözümün nuru (nuri-çeşmim, nuri-didəm) свет моих очей, ненаглядный мой
Azərbaycanca-rusca lüğət / nur1 [ər.] сущ. нур (1. экв; nur saçmaq (səpmək, tökmək) нур гун (чукӀурун), экв гун, экуь авун; nura boyamaq (qərq etmək) нурлу авун, экуь авун, экв (нур) чукӀурун; nura boyanmaq (qərq olmaq) нурлу хьун, экуь хьун, цӀарцӀар гун; 2. пер. экуьвал, маариф.
Azərbaycanca-ləzgicə lüğəti / nur