Fəthi Burnaş
Fəthilisalam Burnaşev (tam adı: Fəthilisalam Zakir oğlu Burnaşev, Фәтхелислам Закир улы Бурнашев, Фатхелислам Закирович Бурнашев; təxəllüsü: Fəthi Burnaş, Фәтхи Бурнаш, Фатхи Бурнаш; 13 yanvar 1898 və ya 13 (25) yanvar 1898, Kır Bikşege[d], Çuvaşıstan MSSR[d] – 1 avqust 1942, 1946 və ya 1 avqust 1946, Kuybışev) — tatar əsilli SSRİ dramaturqu, şairi, nasiri, publisisti, tərcüməçisi, teatr aktyoru və ictimai xadimi.
== Həyatı ==
Fəthilisalam Zakir oğlu Burnaşev 13 yanvar 1898-ci ildə SSRİ-nin respublikalarından olan RSFSR-nın daxilindəki Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının Batır rayonunun Kır Bikşege kəndində anadan olmuşdur. O, Kazan şəhərinə köçmüş və mədrəsədə təhsil almışdır. 1919-cu ildə RKP (b) üzvü olmuşdur. Oktyabr inqilabından sonra yazıçı və ictimai xadim olaraq fəaliyyət göstərməyə başlamışdır. O bir neçə tatardilli qəzet və jurnallarının tərtbatçısı və redaktoru olmuşdur. Bunlardan biri də «Çayan» («Чаян», «Skorpion») jurnalıdır.
Fəthi Burnaş Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, 1927–1928-ci illərdə Kazan şəhərindəki Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrının rəhbəri idi.
Fəthi Burnaş 24 avqust 1940-cı ildə repressiyaya məruz qalmışdır.