* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Donmuş su. Buz parçaları. Buz təbəqəsi. Qışda sular donub buz olur.□ Buz bağlamaq (tutmaq) – buzla örtülmək, donmaq. Suyun üzü buz bağlayıbdır. – Sevgilim, qış gəlir, şaxta düşəcək; Yenə axar çaylar buz tutacaqdır. S.Vurğun. Ətrafda nə varsa donub buz bağlamışdı. Ə.Məmmədxanlı. 2. Çox soyuq, sərin şey haqqında (çox vaxt “kimi” qoşması ilə). Əllərin lap buzdur. Buz kimi bulaq suyu. – Buranın yerindən, havasından əlavə, suyu çox içməlidir. Buz kimi ürək sərinlədəndir. Ə.Haqverdiyev. Vücuduna yapışan buz kimi soyuq və kələkötür palçıq onun böyrünü, arxasını deşirdi. A.Şaiq. □ Buza dönmək – 1) bərk üşümək, soyuqdan donmaq dərəcəsinə gəlmək; 2) tamamilə soyumaq. Məşədibəy qayıdıb içəri girəndə, stolun üstündəki xörək soyuyub buza dönmüşdü. M.Hüseyn. ◊ Buz baltası – çox sağlam, canıbərk adam haqqında. Ürəyi buz kimi olmaq – tamamilə arxayın, rahat, əmin olmaq.
Azərbaycan dilinin izahlı lüğəti / buz2 is. □ Buz şüşə - sabun və su ləkələrini bilindirməyən xüsusi şüşə.
Yeni sözlər və yeni mənalar lüğəti / buz1 Büzüşmək feili ilə qohumdur. “Suyun üzünün soyuqdan büzüşməsi” deməkdir. Mənbələrdə feil kimi verilib və rus dilində “замерзать” kimi tərcümə olunub. “Ər tumluqta buzti” cümləsi də verilib: kişi soyuqda dondu. Sözün “soyuq” mənası da var və sifət bildirdiyindən dərəcə əlaməti də qəbul edir: bumbuz! Deməli, buz sözü həm feil, həm isim, həm də sifət kimi formalaşıb. Başqa yozuma görə sözün etimonu bu feilidir, buy və buz (замерзать; застывать) formalarına malik olub. Buy feili Bakı dialektində indi də “donmaq” mənasını verir: Buyuxdum, yəni “soyuqdan dondum”. Buz ad –feil omonimi kimi işlədilib: həm “лед” həm də “застывать, замерзать” mənalarını verən söz olub. Buz sözünün “sındırmaq” mənası da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / buz2 I сущ. лёд: 1. замёрзшая вода. Bərkiməmiş buz неокрепший лёд, hamar buz гладкий лёд, buz parçası льдина, buz kütləsi торос 2. перен. разг. холодный, бесчувственный человек II прил. 1. ледяной. Buz yolu ледяная дорога, buz yığını ледяной затор, buz örtüyü ледяной покров 2. холодный (как лёд). Əli buzdur руки у него холодные, как лёд ◊ buz kimi как лёд; buz baltası крепыш, здоровяк (об очень здоровом человеке); ürəyini buz kimi saxla будь совершенно спокоен(-на), не волнуйся; buza dönmək: 1. леденеть, оледенеть, замерзать, зам ёрзнуть, коченеть, окоченеть; 2. совсем остыть (о пище)
Azərbaycanca-rusca lüğət / buz1 I. i. ice; ~ bağlamaq to ice up, to be* covered with ice; ~a dönmək to become* iced, to turn into ice; (soyumaq) to get* cold, to cool (down); ~ kimi soyuq icecold; chilling; Əllərim buz kimidir My hands are icy II. s. icy; ◊ ~ döyüşü Battle on the ice; ◊ ~ baltası (böyüklər haq.) robust / brawny fellow; (uşaq) sturdy child*
Azərbaycanca-ingiliscə lüğət / buz1 is. glace f ; üzən ~ glace flottante ; süni ~ glace artificielle ; əbədi ~lar glaces éternelles ; ~ üzərində çayı keçmək passer la rivière sur la glace ; ~ axını başladı c’est la débâcle, la rivière charrie ; ~ əridi (sındı) la glace est rompue (və ya fondue) ; özünü balıq kimi buza çırpmaq être aux abois ; ~ bağlamaq couvrir (se) de glace ; ~a dönmək devenir vi (ê) glacé, -e ; ~ kimi soyuq froid comme la glace ; tar. ~ döyüşü bataille f sur la glace ◊ ~ baltası grand (və ya solide) gaillard m
Azərbaycanca-fransızca lüğət / buz1 сущ. 1. мурк; buz bağlamaq (tutmaq) мурк кьун, муркӀади кьун, дав хьун, давди кьун; // муркӀадин; buz parçası муркӀадин къаяб; 2. мурк хьтин, гзаф къайи, серин (мес. булахдин яд); // buza dönmək а) мекьила мур хьун, мекьивиляй давди кьадай дережадиз атун; б) къайи хьун (мес. чай, къафун); ** buz baltası гзаф сагълам, ччан кӀеви касдин гьакъинда; ürəyi buz kimi olmaq тамам архайин хьун, регьят хьун, умун хьун.
Azərbaycanca-ləzgicə lüğəti / buz