* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••• | 2.76 |
2004 | •••••• | 3.37 |
2005 | •••• | 2.02 |
2006 | ••••••••• | 5.41 |
2007 | ••••• | 2.54 |
2008 | •••• | 2.44 |
2009 | •••••••••• | 5.92 |
2010 | •••••••••••• | 7.08 |
2011 | •••••••• | 4.80 |
2012 | ••••••• | 4.22 |
2013 | ••••••••••• | 6.13 |
2014 | •••••••••••••••••••• | 12.18 |
2015 | ••••••• | 4.08 |
2016 | •••• | 2.08 |
2017 | ••• | 1.79 |
2018 | •••••• | 3.60 |
2019 | ••••••••••• | 6.54 |
2020 | ••••• | 2.92 |
3 sif. 1. Kül rəngli, qara rənglə ağ rəngin qarışmasından əmələ gələn (rəng). Boz torpaq. Boz at. Boz qurd. – Həyətdəki sarı dirəyə ombaları çıxmış bir boz at bağlanmışdı. S.Rəhimov. …Boz qanqallar da çiçək açmışdır. İ.Əfəndiyev. [Mahmud:] Kəndimizin, onun boz çinarlarının, sərin bulaqlarının əvəzi varmı? Z. Xəlil. 2. Tutqun, dumanlı, çiskin. [Hacı Murad:] Sabah, Allah qoysa, qurtarrıq, hava da bozdur; bu dəxi yaxşıdır. N.Vəzirov. Səhərə məxsus ruzgar, yaşıl təpələrin üzərinə çəkilən dumanların boz yorğanını [atdı]… M.S.Ordubadi. 3. Bitkisiz, çılpaq. Boz çöllər. Boz yerdə ot bitməz. – Parça-parça düşərək quşbaşı göydən yerə qar; Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar. A.Şaiq. Buruqlarım hayqıraraq, nərə salır boz çöllərə. S.Vurğun. 4. məc. dan. Utanmaz, nəzakətsiz, həyasız, çəkinməyən, sərt, qaba danışan. Boz adam. ◊ Boz sifət göstərmək – üzə bozarmaq, nəzakətsizlik etmək, özünü qaba, ədəbsiz aparmaq. Qəhrəmanın ciddi təkidi müqabilində Rüstəm acıqlanır, ona boz sifət göstərirdi. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / boz1 Qarğış var: “boyuna boz ip ölçüm”. Sözün əsli qazmaq (ölçmək) kəlməsi ilə bağlıdır. Qəbri qazmaq üçün meyiti iplə ölçürlər, əvvəl qaz-ı ipi olub, sonra boz ip şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / boz5 1. BOZ (rəng) Tövləmizdə boz eşşəkdən başqa bir şeyimiz qalmadı (M.İbrahimov); KÜLRƏNGİ qırmızı lapar-lapar gördüm; torpağı külrəngi (R.Rza). 2. BOZ Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar (A.Şaiq); ÇILPAQ (məc.) Bir-birinə söykənib yastı, çılpaq təpələr (B.Vahabzadə); BİTKİSİZ. 3. BOZ, TUTQUN (dumanlı hava haqqında)
Azərbaycan dilinin sinonimlər lüğəti / boz1 BOZ – AYDIN Sabah, Allah qoysa, qurtarrıq, hava bozdur: bu dəxi yaxşıdır (N.Vəzirov); Yağış nə qədər gurultulu yağsa, o qədər sonra hava xoş və aydın olur (A.Divanbəyoğlu). BOZ – YUMŞAQ Qəhrəmanın ciddi təkidi müqabilində Rüstəm acıqlanır, ona boz sifət göstərirdi (S.Rəhimov); ...Yasəmən iyirmi yaşında, gözəl, yumşaq təbiətli, şad ürəkli bir qadın idi (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / boz1 BOZ I is. Dişi qırqovul. BOZ II is. dan. Dəmrova oxşar dəri xəstəliyi, keçəllik. Uşağın başında boz var, onu həkimə göstərmək lazımdır. BOZ III sif. Kül rəngli, qara rənglə ağ rəngin qarışığından əmələ gələn (rəng). Yatdım boz otlaqda boz dovşan kimi (O.Sarıvəlli). BOZ IV sif. dan. Utanmaz, nəzakətsiz, həyasız, sərt, qaba. Qəhrəmanın ciddi təkidi müqabilində Rüstəm acıqlanır, ona boz sifət göstərirdi (S.Rəhimov).
Azərbaycan dilinin omonimlər lüğəti / boz1 1. серый; 2. один из видов накожного лишая, парша; 3. самка фазана;
Azərbaycanca-rusca lüğət / boz2 1 I прил. 1. серый: 1) цвета золы. Boz rəng серый цвет, boz boya серая краска, boz kostyum серый костюм, boz şinel серая шинель, boz buludlar серые тучи, boz torpaq серозём, boza çalmaq, boz görünmək казаться серым 2) перен. пасмурный, облачный. Boz hava серая погода, boz gün серый день; boz səhər серое утро 2. сизый (тёмно-серый с синеватым оттенком). Boz qağayı сизая чайка 3. перен. грубый, проявляющий грубость в отношении кого-л. Boz adam грубый человек II сущ. мед. накожный лишай, парша. Boz düşüb заразился лишаем; boz canavar серый волк, boz at серая лошадь, зоол. boz dovşan серый заяц, boz balinalar серые киты, boz vağ серая цапля, boz qaz серый гусь, boz durna серый журавль, boz dağ siçancığı серый хомячок, boz yapalaqca серая неясыть, boz kəklik серая куропатка, boz ördək серая утка, boz siçovul серая крыса, boz səxra qaramalı серый степной скот, boz tarla siçanları серые полёвки, бот. boz qovaq тополь; boz söyüd серая ива, boz meşə torpaqları серые лесные почвы ◊ boz sifət göstərmək встретить холодно, нерадушно, проявлять грубость, равнодушное отношение 2 сущ. диал. самка фазана, фазаниха
Azərbaycanca-rusca lüğət / boz1 I. tib. tetter, manage, herpes; ~ düşmək tetter II. s. 1. grey (gray); dull, colourless; ~ rəng grey colour; ~ at grey horse; ~ canavar grey wolf; ~ pişik grey cat; ~ boz paltar grey clothes; ~ (tutqun) gün dull / grey day; 2. (ciddi, kobud) rude, bold, stern, cheeky; ~ adam a rude / bold / stern man*
Azərbaycanca-ingiliscə lüğət / boz1 1) tib. is. gale f, teigne f ; ~ düşmək devenir vi (ê) galeu//x, -se ; 2) sif. gris, -e ; (couleur f) de cendre ;~ rəng couleur f grise ; ~at cheval m gris ; ~ canavar loup m gris
Azərbaycanca-fransızca lüğət / boz3 прил. 1. рехи, руьхъведин ранг алай, рагъул; буз (мес. жанавур, парча); 2. рагъул, циф авай, гьалчӀай, атӀугъай, чӀиш квай (гьава); 3. хъач, ттар, векь авачир; кьецӀил, кьуру (мес. чуьл); 4. пер. рах. регъуь тежер, гьаясуз, чӀугварвал тийир, векъидаказ рахадай (мес. кас); ** boz sifət göstərmək ччин атӀугъун (чӀурун), гьуьрметсузвал авун, вичи-вич эдебсуз (кубут) тухун.
Azərbaycanca-ləzgicə lüğəti / bozI (Gəncə, İmişli, Yevlax) dişi qırqovul. – Quşun xoruzu bəzəkli olar, bozı yox (İmişli); – Bü:n bir boz vurdum (Yevlax); – Qızılquşnan üş boz aldırdım (Gəncə) II (Bərdə, Qarakilsə, Şuşa) dəri xəstəliyi adı. – Uşağın başında boz var, onu həkimə körkəzsənə (Bərdə); – Uzq: də:sən, boz tüşüf ha (Qarakilsə); – Keşmişdə adamın başına boz tüşəndə gətirif üstünə bozbaş kəfi sürtərdilər (Şuşa) III (Bakı, Salyan) həyasız. – Boz adam utanmaz. – Vəli çox boz adamdı (Bakı) IV (Xanlar) naxışsız, saya corab. – Uşağa boz örrük
Azərbaycan dilinin dialektoloji lüğəti.