* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Ət, noxud, kartof ilə bişirilən sulu xörək; piti. [Telli:] – Ay Pərzad xala, – dedi, – yeri onları da yığ gətir bir yerdə yeyək, bozbaş asmışam. Çəmənzəminli. Bozbaşı qoyun ətindən, özü də maça və döş hissəsindən bişirərdilər. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / bozbaş1 Xörəyə baş soğan (bütöv halda) tökülür. Baş sözü bununla bağlıdır. Boz isə xörəyin rəngi ilə əlaqədardır, farslar buna “abguşt” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bozbaş2 BOZBAŞ (ət, noxud, kartof ilə bişirilən sulu xörək) Bir gün Məşədi Məmmədliyə sifariş elədim ki, cümə axşamı gələcəyəm bozbaş yeməyə (C.Məmmədquluzadə); ABGÜŞT (köhn.) Məşədi getdi abgüştü öz elində buğlana-buğlana gətirdi, çörək doğradı, qarışdırdı və mənə “buyur” deyib təklif etdi (C.Məmmədquluzadə); PİTİ [Məmməd:] A bacı, kabab var? Piti var? (Ə.Qasımov).
Azərbaycan dilinin sinonimlər lüğəti / bozbaş1 i. an Azerbaijani dish made of chopped meat, pea, potatoes mixed with some spices
Azərbaycanca-ingiliscə lüğət / bozbaş1 сущ. шурва; пити (нахутӀар, картуфар кваз чранвай яд квай якӀун къафун).
Azərbaycanca-ləzgicə lüğəti / bozbaş