* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 say 1. Doxsan doqquzdan sonra gələn rəqəm – 100. Yüz manat. Yüz nəfər. Yüz faiz. Yüz addımlıqda. On dəfə on yüz elər. // Başqa saylarla birlikdə. Dörd yüz kilo. Təyyarə saatda 600 kilometr yol gedir. □ Yüz il – bir əsr. Bir taleyin əllərində cütlənmiş zərik; Yüz il qoşa atılsaq da qoşa düşmərik. M.Araz. 2. Qeyri-müəyyən çox miqdar mənasında. Sənə yüz dəfə demişəm ki… Yüz ildir ki, onu görməmişəm. – Yüz dəfə ölç, bir dəfə biç. (Ata. sözü). Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli. ◊ Yüz… dəyər – bir şeyin başqa bir şeyə nisbətən çox-çox üstünlüyünü, yaxşılığını bildirir. Nə qədər olsa qoca gərçi Vidadi xəstə; Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər. M.V.Vidadi. Yüz faiz – bax yüzdə yüz. [Sultan:] Mən yüz faiz əminəm, o saatca başlardın ki, əmi, belə çal-saqqal vaxtında o yaşda adamla evlənmək sənə yaraşmaz. İ.Hüseynov. Yüzdə doxsan doqquzu – demək olar ki, hamısı. Dünyada firəng dilini və elmini mükəmməl təhsil eliyən müsəlmanların yüzdə doxsan doqquzu heç bilməz ki, orucu necə tutarlar. C.Məmmədquluzadə. Yüzdə yüz – 100 faiz, tamamilə, hamısı, bütünbütünə. Planı yüzdə yüz yerinə yetirmək.
Azərbaycan dilinin izahlı lüğəti / yüz2 Mürəkkəb sözlərin əvvəlində bir şeyin yüz vahiddən ibarət olduğunu bildirir; məs.: yüzmanatlıq, yüzfaizlik, yüznəfərlik.
Azərbaycan dilinin izahlı lüğəti / yüz1 Vaxtilə son ədəd olub, həm də qeyri-müəyyən çoxluq (müq.et: yüz ölç, bir biç...) bildirir, üzülmək sözü ilə bağlıdır (sonuncu rəqəm olduğundan “üzülür”). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yüz2 I колич. числ. 1. сто: 1) число 100. Yüzədək saymaq считать до ста, yüzü beşə bölmək разделить сто на пять 2) количество 100. Yüz manat сто манатов, yüz metr сто метров, saatda yüz kilometr sürətlə со скоростью сто километров в час, yüz faiz сто процентов, yüz yaşında в возрасте ста лет, bir neçə yüz fəhlə несколько сот рабочих, yüzdən artıq tələbə свыше ста студентов, yüzə yaxın adam около ста человек, yüzdən biri один из ста 2. выражает неопределённое большое количество в значении: “много”. Yüz dəfə demişəm сто раз говорил, yüz dəfə yazmışam сто раз писал II в знач. сущ. сотня. Yüz addımlıqda в сотне шагов (в ста шагах) ◊ yüz yerə bölünmək разорваться на части; yüz ildir görüşməmişik kimlə сто лет не виделись, век не виделись с кем; yüz qarğaya bir sapand daşı пара пустяков (о пустяшном деле); yüz dəfə öldürüb diriltmək kimi терзать, довести до отчаяния кого (укорами, замечаниями и т.п.); yüz dəfə (yol) сто раз (многократно); yüz yerə yozmaq гадать, прикидывать; qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol трус умирает в день сто раз, а герой – один раз в жизни; yüz əldən keçəndən sonra через сотни рук; yüz ölç, bir biç семь (сто) раз отмерь, один раз отрежь; yüz fikir bir borcu ödəməz никакими думами не оплатишь; yüz eşitməkdən bir görmək yaxşıdır лучше один раз увидеть, чем сто раз услышать
Azərbaycanca-rusca lüğət / yüz1 числ. 1. виш (100); yüz manat виш манат; yüz nəfər виш кас; on dəfə on yüz elər цӀудра цӀуд виш жеда; yüz il виш йис, са асир (век); // вишни; yüz iyirmi вишни къад; beş yüz qırx вад вишни яхцӀур; 2. тайин тушир гзаф кьадар манада; ** yüz... dəyər виш... ква, виш... гала (са затӀунин маса затӀуниз килигай къат-къат вине хьун, хъсан хьун, артухвал къалурдай ибара); yüz faiz кил. yüzdə yüz; yüzdə yüz вишез виш, виш процент, вири.
Azərbaycanca-ləzgicə lüğəti / yüz