yük-nəqliyyat sözü azərbaycan dilində

yük-nəqliyyat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yük-nəqliyyat • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yük
Yük — daşınılan və nəql edilən əmtəə. Yüklər daşınma üsuluna görə ( dəniz, dəmir yolu, avtomobil, hava və s.), rejiminə görə (temperatur, rütubətlilik, və s. ), həmçinin qabaritlərə, gözlənilməz situasiya və s. görə fərqlənirlər. Həmçinin ballast da yük adlana bilər.
Yük (1995)
== Məzmun == Film Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatının bir günü ərzində başına gələn əhvalatlardan söhbət açır. == Festivallar və mükafatlar == 1)2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Aktyor Mirzə Ağabəyliyə pul Mükafatı verilmişdir. == Film haqqında == Film ömür yükünü ləyaqətlə daşımış Şahmar Ələkbərova həsr olunur. Film ssenari müəllifi Şahmar Ələkbərovun kinoda son işidir. Film Berlin Film Festivalında nümayiş etdirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Şahmar Ələkbərov Quruluşçu rejissor: Rövşən Almuradlı Quruluşçu operator: Fikrət Hacı Abrek Quruluşçu rəssamlar: Adil Azay, Rafiq Nəsirov Bəstəkar: Eldar Mansurov Montaj: Nisə Hacıyeva Səs operatoru: Vladimir Savin Rejissorlar: Elman Şeydayev, Ötkəm İsgəndər Operatorlar: Rostislav Şamrayevski, Eldar Ağayev Geyim üzrə rəssam: Adil Azay Qrim üzrə rəssam: Elbrus Vahidov, Çingiz Paşayev Rejissor assistentləri: Ramiz Əbilbəyli, Elxan Emin Operator assistenti: Nəsir Ağayev Rəssam assistentləri: Şahin Həsənov Şahin Həsənli (rəssam) , Rövşən Mehdiyev, Xatirə Həsənova, Sakit Həsənov Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova Montaj assistenti: Samirə Seyidbəyli Pirotexnik: Əlibala Məmmədov İşıq ustaları: Məhəmməd Hacıyev, Tahir Bağırov Redaktor: Orxan Fikrətoğlu Direktor müavinləri: Məhəmməd Ağabəyov, Tofiq Musayev, Çingiz Əliyev Filmin direktoru: Adil Qulamov Filmin Sponsoru: Mirzə Fərəcov Musiqi redaktoru: İsmayıl Dadaşov === Rollarda === Mirzə Ağabəyli-Ağa Musa Nağıyev Ağakişi Kazımov-Hacı Zeynalabdin Tağıyev Nahidə Orucova-Qulluqçu Kübra Püstə Əliyeva-Amaliya Loğman Kərimov-Xəfiyyə Məzahir Süleymanov-General Şubinski Zilli Namazov-Ələddin Nailə Əliyeva-Sona xanım Dilarə Nəzərova-Kazino şansonetkası Salam İsmayıl-Dərviş Telman Əliyev-Dükançı Mirbaba Xəlilov-Ağa Musanın evinə gələn Cəfər Namiq Kamal-Ağa Musanın evinə gələn Füzuli Məmmədov (aktyor)-Alverçi Zahid Qurbanov-faytoncu Novruz Cəfərov-Fəhlə Əlgüşad Rəhimov Akif Yusifov Q. Məmmədov S. Quliyev M. Ağayev Sabir Qurbanov-Səməd Mənsur Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Meyxanadakı adam İdris Rüstəmov-Meyxanadakı ziyalı H. İlyasov Kazım Abdullayev-Aktyor Bahar Abdullayeva Vaqif Əsədov-Dərviş İzaməddin Bağırov-dərviş Əli Əşari-Dərviş Vaqif Əliyev (II) Ə. Hüseynov Süleyman Zeynalov(S. Zeynalov kimi) K. Həsənov Eldar Mansurov-Şəmsi Əsədullayev Sevil Hacıyeva R. Rabinoviç İ. Yusipova Yelena Dostal E. Əhmədli E. Rüstəmov E. Atakişiyev Ə. Əliyev A. Məmmədov A. Əliyev Əjdər Zeynalov V. Əliyev Tatyana Xaymoviç Cabir Əmrahov Tofiq Bayramov-Qumarbaz Möhsün Hüseynxanlı(Mövsüm Hüseynxanlı kimi)-Qumarbaz Bəxtiyar Kərimov Fuad Əliyev (III)-Qumarbaz Ağarəfi Rəhimov-Qumarbaz Vaqif Rəsulov A. Məmmədov Məmməd Ələkbərov-Şuşa bəyi Dağlar Rüstəmov-Cahangir Zeynalov Kazım Həsənquliyev R. Əliyev R. Mustafayev Ayan Əsgərova Suad Qarayeva Ramal Ramizoğlu Kamal Almuradlı Cavidan Şeydayev Ötkəm İsgəndərov-Fotoqraf (titrlərdə yoxdur) Orxan Fikrətoğlu-Mirzə (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === İlham Əsgərov-Hacı Zeynalabdin Tağıyev (Ağakişi Kazımov) (titrlərdə yoxdur) Səidə Quliyeva-Sona xanım (Nailə Əliyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Şəmsi Əsədullayev (Eldar Mansurov) (titrlərdə yoxdur) Rasim Balayev-Şeir deyən ziyalı (titrlərdə yoxdur) Nahidə Orucova-Amaliya (Püstə Əliyeva),Kazino şansonetkası (Dilarə Nəzərova) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yük maşını
Yük maşını ağır yük daşıyan bir mühərrikli nəqliyyat vasitəsidir. Avtomobil prinsipinə əsasən işlədikləri üçün texniki təsnifatda böyük bir yük avtomobili olaraq təyin olunurlar. Ümumiyyətlə Azərbaycan dilində beynəlxalq nəqliyyat daşımalarında istifadə olunan çox oxlu yük maşınlarına tır deyilir. Bu söz Azərbaycan dilinə TIR müqaviləsinə görə, TIR plitələrini daşıyan və beynəlxalq daşımaları aparan uzun yük maşınlarından keçmişdir.
Yük təyyarəsi
Yük təyyarəsi və ya nəqliyyat təyyarəsi — sərnişindən çox yük daşımaq məqsədilə hazırlanmış tərpənməz qanadlı bir hava gəmisidir. Sərnişin təyyarələrində olan rahatlıqın olmadığı yük təyyarələri, yükün boşaldılması və yüklənməsi işləri üçün bir və ya birdən çox böyük qapılara malikdir. Yük təyyarələri hava kargo daşıyıcısı olan şirkətlər, sivil vətəndaşlar və ya müxtəlif ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur.
Nəqliyyat
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
Bakı yük terminalı
Bakı yük terminalı Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdakı bütün müasir tələblərə cavab verən yük terminalı. MDB-də ən iri yük terminalından biridir. Sahəsi 163,000 m². 2005 il martın 23-də açılmışdır. Açılış mərasimində ölkə prezidenti İlham Əliyev və Lüksemburqun mülki aviasiyasının direktoru Henri Klyayna iştriak edib.
Pikap yük maşını
Pikap yük maşını, icazə verilən maksimum yükü 3500 kq-dan çox olmayan yüklərin daşınması üçün hazırlanmış bir mühərrikli nəqliyyat vasitəsidir.
Yük (film, 1995)
== Məzmun == Film Bakı milyonçusu Ağa Musa Nağıyevin həyatının bir günü ərzində başına gələn əhvalatlardan söhbət açır. == Festivallar və mükafatlar == 1)2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Aktyor Mirzə Ağabəyliyə pul Mükafatı verilmişdir. == Film haqqında == Film ömür yükünü ləyaqətlə daşımış Şahmar Ələkbərova həsr olunur. Film ssenari müəllifi Şahmar Ələkbərovun kinoda son işidir. Film Berlin Film Festivalında nümayiş etdirilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Şahmar Ələkbərov Quruluşçu rejissor: Rövşən Almuradlı Quruluşçu operator: Fikrət Hacı Abrek Quruluşçu rəssamlar: Adil Azay, Rafiq Nəsirov Bəstəkar: Eldar Mansurov Montaj: Nisə Hacıyeva Səs operatoru: Vladimir Savin Rejissorlar: Elman Şeydayev, Ötkəm İsgəndər Operatorlar: Rostislav Şamrayevski, Eldar Ağayev Geyim üzrə rəssam: Adil Azay Qrim üzrə rəssam: Elbrus Vahidov, Çingiz Paşayev Rejissor assistentləri: Ramiz Əbilbəyli, Elxan Emin Operator assistenti: Nəsir Ağayev Rəssam assistentləri: Şahin Həsənov Şahin Həsənli (rəssam) , Rövşən Mehdiyev, Xatirə Həsənova, Sakit Həsənov Quraşdırılmış səhnələrin rəssamı: Fatma Qurbanova Montaj assistenti: Samirə Seyidbəyli Pirotexnik: Əlibala Məmmədov İşıq ustaları: Məhəmməd Hacıyev, Tahir Bağırov Redaktor: Orxan Fikrətoğlu Direktor müavinləri: Məhəmməd Ağabəyov, Tofiq Musayev, Çingiz Əliyev Filmin direktoru: Adil Qulamov Filmin Sponsoru: Mirzə Fərəcov Musiqi redaktoru: İsmayıl Dadaşov === Rollarda === Mirzə Ağabəyli-Ağa Musa Nağıyev Ağakişi Kazımov-Hacı Zeynalabdin Tağıyev Nahidə Orucova-Qulluqçu Kübra Püstə Əliyeva-Amaliya Loğman Kərimov-Xəfiyyə Məzahir Süleymanov-General Şubinski Zilli Namazov-Ələddin Nailə Əliyeva-Sona xanım Dilarə Nəzərova-Kazino şansonetkası Salam İsmayıl-Dərviş Telman Əliyev-Dükançı Mirbaba Xəlilov-Ağa Musanın evinə gələn Cəfər Namiq Kamal-Ağa Musanın evinə gələn Füzuli Məmmədov (aktyor)-Alverçi Zahid Qurbanov-faytoncu Novruz Cəfərov-Fəhlə Əlgüşad Rəhimov Akif Yusifov Q. Məmmədov S. Quliyev M. Ağayev Sabir Qurbanov-Səməd Mənsur Şahmar Qəribli(Şahmar Qəribov kimi)-Meyxanadakı adam İdris Rüstəmov-Meyxanadakı ziyalı H. İlyasov Kazım Abdullayev-Aktyor Bahar Abdullayeva Vaqif Əsədov-Dərviş İzaməddin Bağırov-dərviş Əli Əşari-Dərviş Vaqif Əliyev (II) Ə. Hüseynov Süleyman Zeynalov(S. Zeynalov kimi) K. Həsənov Eldar Mansurov-Şəmsi Əsədullayev Sevil Hacıyeva R. Rabinoviç İ. Yusipova Yelena Dostal E. Əhmədli E. Rüstəmov E. Atakişiyev Ə. Əliyev A. Məmmədov A. Əliyev Əjdər Zeynalov V. Əliyev Tatyana Xaymoviç Cabir Əmrahov Tofiq Bayramov-Qumarbaz Möhsün Hüseynxanlı(Mövsüm Hüseynxanlı kimi)-Qumarbaz Bəxtiyar Kərimov Fuad Əliyev (III)-Qumarbaz Ağarəfi Rəhimov-Qumarbaz Vaqif Rəsulov A. Məmmədov Məmməd Ələkbərov-Şuşa bəyi Dağlar Rüstəmov-Cahangir Zeynalov Kazım Həsənquliyev R. Əliyev R. Mustafayev Ayan Əsgərova Suad Qarayeva Ramal Ramizoğlu Kamal Almuradlı Cavidan Şeydayev Ötkəm İsgəndərov-Fotoqraf (titrlərdə yoxdur) Orxan Fikrətoğlu-Mirzə (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === İlham Əsgərov-Hacı Zeynalabdin Tağıyev (Ağakişi Kazımov) (titrlərdə yoxdur) Səidə Quliyeva-Sona xanım (Nailə Əliyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Şəmsi Əsədullayev (Eldar Mansurov) (titrlərdə yoxdur) Rasim Balayev-Şeir deyən ziyalı (titrlərdə yoxdur) Nahidə Orucova-Amaliya (Püstə Əliyeva),Kazino şansonetkası (Dilarə Nəzərova) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Yük maşını yarışı
Yük maşını yarışları — yük maşınları ilə həyata keçirilən bir motorsport növüdür. Avropa Yük Maşınları Yarışı Çempionatı (EHRC) Almaniyanın Nürburgring və Fransanın Le Mans kimi dünyanın ən məşhur motorsport dövrələrində keçirilir. ABŞ-də Craftsman Yük Maşınları Seriyası Yarışları, 400 millik yarışları izləmək üçün ölkənin hər yerindən izdiham yığır. == Vacib məlumatlar == Avropa yük maşını yarışları 1980-ci illərdə başladığında, normalda yollarda işləyən nəqliyyat vasitələrindən istifadə edilmişdir. Craftsman Yük Maşınları Seriyası Yarışları, 1995-ci ildən başlanmışdır. Yarış üçün nəzərdə tutulmuş yük maşınları 161 km/saat sürətə Porsche 911 idman avtomobilindən daha sürətli çatır. Bir yük maşını üçün minimum çəki 5500 kq-dır. Təhlükəsizliyə görə 161 km/saat sürət həddi mövcuddur.
Yük maşını kabinəsi
Yük maşını kabinəsi yük maşınında, avtobusda və ya mikroavtobusda olan kuzov üslubudur. Onun şaquli ön hissəsi, "düz üzlü" və ya yarım kapotu mövcud olur və kabinəsi ön oxun üstündə (və ya qarşısında) yerləşdirilir. Bu, mühərrikin sürücünün qarşısında quraşdırıldığı ənənəvi yük maşınlarından fərqli bir üsuldur. ABŞ-da tullantıların təkrar emalı ilə məşğul olan terminal traktorlar üçün geniş istifadə olunur.
Karvan (nəqliyyat)
Konvoy və ya karvan qarşılıqlı dəstək və müdafiə üçün birlikdə səyahət edən bir qrup nəqliyyat vasitəsidir. Onlar adətən motorlu nəqliyyat vasitələri və ya gəmilərdən ibarət olurlar. Konvoy adətən silahlı müdafiə dəstəyi ilə təşkil edilir. O, həm də qeyri-hərbi mənada, məsələn, ucqar ərazilərdən keçərkən də istifadə oluna bilər.
Koreyada nəqliyyat
Koreyada nəqliyyat - Koreya, böyüklüyü və qarışıqlığı ilə hər nə qədər xaricdən gələn turistlərin gözünü qorxutsa da, daxili nəqliyyat sistemi çox rahat və əlverişli olan bir ölkədir. Cənubi Koreya, hər mənada sənaye sıçrayışını etmiş və fərdə verilən dəyər baxımından, sivil olaraq çox inkişaf etmişdir. Koreyada günlük həyatın sferasında olduğu kimi, nəqliyyat sistemində də bu vəziyyət özünü büruzə verir. Koreya müharibəsindən sonra, müharibədən çıxmış, ən çətin günləri görmüş Asiyanın çalışqan əhalisi, infrastruktur və ölkənin yenidən qurulması baxımından demək olar ki, çox çalışdılar. Hər keçən gün inkişaf səviyyəsinin yüksəldilməsi istiqamətində addım atan Koreya, nəqliyyat məsələsində də əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar və bu inkişaf prosesini hələ də davam etdirirlər. Nəqliyyatın çox inkişaf etdiyi Cənubi Koreyada altı müxtəlif nəqliyyat növü mövcuddur. Bunlar: avtobus, metro, taksi, avtomobil, qatar və təyyarədir. == Avtobus == Koreyada iki növ avtobus mövcuddur: Şəhərdaxili avtobuslar və şəhərlərarası avtobuslar. Şəhərlərarası avtobuslar da özlüyündə 2 yerə bölünür. Birincisi, 100 km-ə qədər olan şəhərlərarası avtobus, ikincisi isə 100 km-dən çox olan ekspress avtobuslardır.
Koreyanın nəqliyyat

Kosovoda nəqliyyat
Kosovoda nəqliyyat (alb. Transporti në Kosovë, serb. Транспорт на Косову, türk. Kosova'da ulaşım) — müstəqilliyi qismən tanınan Kosovo Respublikasında nəqliyyatın vəziyyətinə verilən ad. Bu səbəbdən müəyyən çətinliklər yaşayır. Kosovo 2008-ci ildə Serbiyadan müstəqillik əldə etmişdir və dünyanın bir çox ölkələri tərəfindən müstəqil ölkə kimi tanınır. Kosovonun şimala çıxışı yoxdur buna səbəb Serbiyanın onun müstəqilliyini tanımamasıdır. Digər qonşu ölkələr isə onun müstəqilliyini tanıyır və nəqliyyat əlaqəsi qurur. Müstəqillik əldə edildikdən sonra şəhər və hava nəqliyyatının inkişafı istiqamətdə tədbirlər görülmüşdür. Nəqliyyat Kosovo iqtisadiyyatında mühüm rol oynayır.
Küveytdə nəqliyyat
Küveytdə nəqliyyat — Relsdən başqa bütün nəqliyyat növlərinə Küveytdə rast gəlmək olar. Avtomobil nəqliyyatı ölkədə əsas rolu oynayır. İctimai avtobuslar əhəmiyyətli yerə malikdir. Küveyt İran körfəzinin sahilində bir neçə limana malikdir. Küveytdə 7 hava limanı fəaliyyət göstərir. Onlardan ən böyüyü Küveyt Beynəlxalq Hava limanıdır. == Dəmiryol nəqliyyatı == Küveyt dəmir yolu infrastrukturuna malik deyil. Ancaq avtomobil hərəkətinin intensivliyinin artımı bir neçə dəmir yolu layihəsinin yaranmasına gətirib çıxarmışdır. Əl-Küveyt Gulf Railway yolunun son stansiyalarından biri olmalıdır. Bu dəmir yolunun 2000 kilometri bir neçə körfəz ölkələrini bir-biri ilə bağlayacaqdır.
Kələk (nəqliyyat)
Kələk — su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bolgəsi ucun səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ və kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə hər iki su nəqliyyatı vasitəsi oxşarlıq təşkil etsə də, ölçülərinə və yukgöturmə qabiliyytəinə görə pələ kicik, kələk isə nisbətən iri ölçudə hazırlanırdı. Kələk öz həcminə görə pələdən uç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurdu. Kələyə bağlanmış tuluqların sayı isə 12–16 ədədə çatırdı. Kələk də xüsusi çəp vasitəsilə idarə olunurdu və təxminən 150–170 puda qədər yuk götürə bilirdi. Culfa rayonunun Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üctəpədə digər sahilə çıxa bilirdi.
Livanda nəqliyyat
Livanda nəqliyyat — İnkişaf səviyyəsinin böyük diapazonuyla fərqlənir. Rəfiq Həriri adına Beynəlxalq Hava Limanı ilə yanaşı avtomobil yolları ölkənin paytaxtı olan Beyrut şəhərinə qədər gəlib çıxır. Digər ərazilərdəki yollar isə pis vəziyyətdədir. 1975 və 1990-ci illər arasında vətəndaş müharibəsi və İsraillə İkinci Livan müharibəsi nəqliyyat infrastrukturuna ciddi zərər vurmuşdur. == Avtomobil nəqliyyatı == Livan əsasən geniş yol şəbəkəsinə malik ölkələrdən hesab olunur. Ancaq pis xidmətə görə bəzi sahələr və məskunlaşılmamış yerlər təhlükəli ola bilərlər. Həmçinin yollar həyəcan siqnalları nəticəsində xəbərdarlıqsız bağlana bilərlər. Livanın əsas yolları aşağıdakılardır: Beyrut — Cübeyl — Tərabülüs əş-Şam — Suriya il sərhəddə; Beyrut — Sayda — Sur — İsrail ilə sərhəddə; Beyrut — Bxamdun-əl-Мxatte — Xtaura — Suriya ilə sərhəddə; Xtaura — Zəhlə — Bəəlbək - Каа; Tərabülüs əş-Şam — Bişarri — Bəəlbək. === Avtomagistral === Livanın əsas yollarının bir hissəsi avtomagistral yollarına çevirilmişdir. Onlara aşağıdakılar aiddir: Beyrut avtomagistralı — Tərabülüs əş-Şam (81 km); Beyrut — Кfar-Badde (65 km); Beyrut — Sofar (26 km); Tərabülüs əş-Şam — Xane (20 km).
Monteneqroda nəqliyyat
Monteneqroda nəqliyyat hava, avtomobil, dəniz və dəmir yolu kimi sahələri əhatə edir. == Hava nəqliyyatı == Monteneqroda Podqoritsa (TGD) və Tivat (TIV) kimi iki əsas beynəlxalq hava limanı vardır. Hər iki hava limanı 2006-cı ildə açılmışdır: Podqoritsa şəhərində yeni bir sərnişin terminalı da inşa edilmişdir. Hər iki hava limanında 2017-ci ildə sərnişin dövriyyəsi 2184857 nəfər təşkil etmişdir. Həmin ildə hər bir aeroportda sərnişin dövriyyəsi 1 milyonu keçmişdir Berane, Jabljak və Nikşiçdə də hava limanı vardır. Lakin daxili uçuşlar üçün istifadə olunur və böyük təyyarələrin qəbulu üçün uyğun deyildir. İlsiçdə isə təyyarələr çəmənlik sahəyə eniş edir. == Dəmiryolları == Dəmiryollarının ümumi uzunluğu 250 km-dir. Relslər arasında məsafə 1435 mm-dir. Ensiz dəmiryolu xətti yoxdur.
Nikaraquada nəqliyyat
Avtomobil nəqliyyatı — Nikaraqua Respublikasının nəqliyyat növü. == Tarixi == Yol nəqliyyatının ölkə iqtisadiyyatındakı rolunun artması (və atlı nəqliyyatın rolunun azalması) avtomobillərin sayının artması səbəbindən 20-ci əsrin birinci yarısında baş verdi. Yol nəqliyyatının rolu yalnız 1948-ci ildə Pan Amerika magistralının ölkədən keçən 368 kilometrlik hissəsinin inşası başa çatdıqdan sonra sürətlə artmağa başladı. Lakin 1950-ci illərdə ölkənin yol şəbəkəsi inkişaf etməmiş və magistral yolların uzunluğu qısadır. 1952-ci ildə ölkədə 4.3 min vasitə var idi. 1960-cı illərin birinci yarısında atlar, qatırlar, öküzlər və eşşəklər hələ də əsas nəqliyyat növü idi. 1970-ci illərin əvvəllərində avtomobil nəqliyyatı artıq ölkənin yük dövriyyəsində aparıcı rol oynamışdır. 1972-ci ildə ölkənin avtomobil parkı 55 min avtomobildən ibarət idi (bunlardan 33 min maşın), 1974-cü ildə 52 min avtomobildən (bunlardan 32 min maşın). 1979-cu ildəki Sandinista inqilabından sonra yol şəbəkəsinin genişləndirilməsi və yaxşılaşdırılması başladı (xüsusən əvvəllər ölkənin qalan hissəsindən təcrid olunmuş şimal və şərq bölgələrində), bununla belə, ziddiyyətlərin hərəkətləri nəticəsində yolların mədənçiliyi başladı, nəqliyyat infrastrukturunun xeyli hissəsi Vasitənin bir hissəsi zədələnmiş və ya məhv edilmiş, məhv edilmiş və zədələnmişdir. Nəqliyyatdakı vəziyyət, ABŞ-nin Nikaraquanın tətbiq etdiyi iqtisadi mühasirəsi ilə mürəkkəbləşmişdi (1980-ci illərin əvvəllərinə qədər ölkənin motorlu nəqliyyat vasitəsi parkının əsasını ABŞ istehsalı olan, əsasən ikinci əl vasitələrdən ibarət olduğu və uzun müddətdir işlək olduğu üçün) çətinləşdirdi.
Nəqliyyat coğrafiyası
Nəqliyyat coğrafiyası — İqtisadi coğrafiyanın bir sahəsidir. Nəqliyyatın coğrafi problemlərini, onun ərazi üzrə yerləşməsi və inkişaf qanunauyğunluqlarını öyrənir. Nəqliyyat coğrafiyası sənaye coğrafiyası, kənd təsərrüfatı coğrafiyası, əhali coğrafiyası, təbii ehtiyatlar coğrafiyası ilə sıx əlaqədardır.
Nəqliyyat ekspedisiyası
Nəqliyyat ekspedisiyası — Hər hansı nəqliyyat növü vasitəsilə yüklərin daşınmasında yük göndərənlərə, yük alanlara və digər təşkilatlara göstərilən xidmət fəaliyyətidir.
Nəqliyyat iqtisadiyyatı
Nəqliyyat iqtisadiyyatı — 1959-cu ildə amerikalı iqtisadçı Con Meyer tərəfindən nəqliyyat sektorundakı mənbələrin bölüşdürülməsi ilə məşğul olan bir iqtisadiyyat sahəsidir. Mülki mühəndisliklə möhkəm əlaqələri vardır. Nəqliyyat iqtisadiyyatı bəzi digər iqtisadi sahələrdən fərqlənir ki, boşluq, ani iqtisadiyyat fərziyyəsi yerinə yetirilmir. İnsanlar və mallar şəbəkələr arasında müəyyən bir sürətlə hərəkət edirlər. Əvvəlcədən bilet alqı-satqısı tez-tez aşağı gediş haqları ilə baş verir. Şəbəkələrin özləri rəqabət edə bilər və ya olmaya bilər. Səyahət (istehlakçının nəzərində son məhsul) bir neçə firma, agentlik və nəqliyyat növü tərəfindən göstərilən xidmətlərin birləşdirilməsini tələb edə bilər . Nəqliyyat sistemləri digər sənaye sahələri ilə eyni tələb və təklif nəzəriyyəsini təqib etsə də, şəbəkə təsirlərinin mürəkkəbliyi və bir-birinə bənzəməyən mallar arasındakı seçim (məsələn, avtomobil və avtobusla səyahət) nəqliyyat vasitələrinin tələbini qiymətləndirməyi çətinləşdirir. Nəqliyyat qərarları ilə əlaqəli mallar arasındakı ehtimal seçimini qiymətləndirən modellərin inkişafı (diskret seçim modelləri) mühüm bir ekonometri sahəsinin inkişafına və Deniel Makfaddenə Nobel mükafatı verilməsinə səbəb oldu. == Xarici təsirlər == Nəqliyyat şəbəkələri istifadəçilərinə fayda verməklə yanaşı, istifadə etməyənlərə həm müsbət, həm də mənfi xarici təsirlər tətbiq edir.
Nəqliyyat kodu
Nəqliyyat vasitəsi kodu — nəqliyyat vasitəsinin individual qeydiyyat nişanı (nömrəsi). Bu kod bir qayda olaraq naqliyyat vasitəsinin ön və arxa hissələrinə bərkidilmiş işıqqaytaran metal və ya plastmas lövhəcik üzərində, ya da salondan nəqliyyat vasitəsinin ön və arxa şüşəsinə yapışdırılmış kağız və ya karton parçası üzərində əks olunur.
Nəqliyyat növləri
Nəqliyyat növləri — mühitdən və yerinə yetirdiyi vəzifədən asılı olaraq nəqliyyat su nəqliyyatına, o cümlədən sualtı və suüstü, yerüstü və hava nəqliyyatına bölünür. == Su nəqliyyatı == Su nəqliyyatı — dəniz və çay nəqliyyatı olmaqla iki hissəyə ayrılır. Bunların da hər birinin sərnişin və yük daşıma bölmələri vardır. Su nəqliyyatında istifadə olunan nəqliyyat vasitələri: Gəmi Qayıq Kater Sal Bərə Kələk Kolaz Pələ Şxun Barj Sandal == Dəmiryol nəqliyyatı == Dəmiryol nəqliyyatının da sərnişin və yük daşıma bölmələri vardır.
Nəqliyyat vasitələri
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.

Oxşar sözlər

#yük-nəqliyyat nədir? #yük-nəqliyyat sözünün mənası #yük-nəqliyyat nə deməkdir? #yük-nəqliyyat sözünün izahı #yük-nəqliyyat sözünün yazılışı #yük-nəqliyyat necə yazılır? #yük-nəqliyyat sözünün düzgün yazılışı #yük-nəqliyyat leksik mənası #yük-nəqliyyat sözünün sinonimi #yük-nəqliyyat sözünün yaxın mənalı sözlər #yük-nəqliyyat sözünün əks mənası #yük-nəqliyyat sözünün etimologiyası #yük-nəqliyyat sözünün orfoqrafiyası #yük-nəqliyyat rusca #yük-nəqliyyat inglisça #yük-nəqliyyat fransızca #yük-nəqliyyat sözünün istifadəsi #sözlük