Aran iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının 2021-ci ilə qədər şərti iqtisadi rayonlarından biri. Cənubdan İranla, həmçinin Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan, Abşeron və Lənkəran iqtisadi rayonları ilə həmsərhəddir. Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonlarından və Mingəçevir, Şirvan və Yevlax şəhərlərindən ibarətdir.
İqtisadi rayon əsasən Kür-Araz ovalığında yerləşir, əlverişli İCM-ə malikdir. Ovalığın ərazisinin mərkəzi və şərq hissələri okean səviyyəsindən aşağıda yerləşir, səthi hamardır. Dəniz və çay çöküntüləri düzənliyin çox hissəsini örtür. İqtisadi rayonun ətrafında olan dağlara yaxın sahələrinin səthi meyllidir. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. İqtisadi rayonun sahəsi 21,43 min km2 olmaqla ölkə ərazisinin 24,7%-ni əhatə edir. Əhalinin sayı 1863,5 min nəfər, o cümlədən şəhər əhalisi 708,3 min nəfərdir.