Axund Buzovand
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda
kənd.
== Tarixi ==
Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir.
1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə
341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı
yaşamışdır.
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.