dana-buzov sözü azərbaycan dilində

dana-buzov

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dana-buzov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Dana
Bos taurus taurus (lat. Bos taurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin bos taurus növünə aid heyvan yarımnövü. İnək təsərrüfatı ətraf mühit üçün çox böyük gərginlik yaradır. Bu barədə BMT-nin Elm və İctimai Maraqlar Mərkəzin məlumat verir. Birincisi, ət emalı sənayesinin mənfi nəticələrindən biri meşələrin məhv edilməsidir. Amazon cəngəlliklərində əvvəllər mövcud olan sahənin təqribən 70 faizi indi iribuynuzlu mal-qara üçün otlaq kimi istifadə edilir. ABŞ-də ət emalı məqsədilə heyvanların yemlənməsi üçün becərilən qarığdalının 80 faizi, soyanın 90 faizi və taxılın təqribən 70 faizə yaxını məsrəf olunur. İkincisi, kənd təsərrüfatı heyvanları planetdə bütün içməli suyun 58 faizini mənimsəyir, belə ki, bir litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edilir. Bu heyvanlar həmçinin eroziya hallarının 55 faizinə, pestisidlərdən istifadə hallarının 37 faizinə səbəb olur. İnəklər qlobal istiləşməyə gətirib çıxardan buxar qazlarından biri olan metan buraxır.
Dana Baş
Dana Baş (ing. Dana Bash) tam adı (Dana Rut Şvarts ing. Dana Ruth Schwartz; d. 15 iyun 1971, Montvale, Nyu-Cersi, ABŞ) — ABŞ jurnalisti. CNN-in siyasi məsələlər üzrə baş müxbiri.
Dana Danilenko
Dana Danilenko (19 iyul 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Dana Dileyni
Dana Dileyni(ing. Dana Welles Delany; 13 mart 1956) — ABŞ aktrisasıdır. == Həyatı == Dana Dileyni 13 mart 1956-cı ildə ABŞ-ən Nyu-York şəhərində anadan olub.İrland və İngilis mənşəlidir.Stemfordda böyüdü.1974-cü ildə Filipps Akademiyasını bitirdi.Sonra muzikldə iştirak etdi. 1978-ci ildə Vesleyan Universitetini tamamladı.Sonra Nyu-Yorka qayıdıb özünü çəkilişlərdə sınamaq istədi.
Dana International
Şaron Kohen (ivr. ‏ שרון כהן‏‎, 2 fevral 1969 və ya 2 fevral 1972, Tel-Əviv) ya da bilinən səhnə adıyla Dana International (דנה אינטרנשיונל) — İsrail müğənnisi, mahnı şairi, bəstəkar. Dana International Yaron Kohen (ירון כהן) adı ilə bioloji olaraq kişi cinsiyyəti ilə dünyaya gəlmişdir. 13 yaşındaykən homoseksual olduğunu kəşf etmişdir və 1993-cü ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək qadın olmuş, Yaron olan adını Şaron olaraq dəyişdirmişdir. Birləşmiş Krallığın Birminhem şəhərində təşkil edilən 1998 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil eymiş və "Diva" adlı mahnıyla birinci yeri tutmuşdur. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Ding Dong" adlı mahnı ilə bir dəfə daha təmsil etmişdir. Ancaq finala çıxa bilməmişdir.
Dana Kugel
Dana Kugel (26 iyun 1997-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Dana Lombardi
Dana Lombardi (ing. Dana Lombardy) — ABŞ oyun dizayneri. Əsas olaraq masa oyunları üzərində işləmişdir . == Karyera == Dana Lombardi 1979-cu ildə ilk dəfə satışa çıxarılmasından bəri üç ayrı buraxılışla nəşr olunan "Streets of Stalingrad" masa döyüş oyununu dizayn etmişdir. O həmçinin, "History Channel" telekanalının "Silah nağılları" verilişi kimi müxtəlif televerilişlərdə çıxışları ilə tanınır. Lombardi bir çox kitab, oyun və jurnalda redaktor, kartoqraf, qrafika rəssamı və dizayner kimi işləmişdir. O, 1996-cı ildən 2000-ci ilə qədər "Napoleon Journal" jurnalının naşiri vəzifəsində çalışmışdır.
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. == Əhəmiyyətli işləri == Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.
Dana bəy
Dana bəy — Oğuz bəyi. == Həyatı == Qızılla birlikdə Azərbaycana gələn Boğa, Göy Daş, Mənsur və Dana Anadoluya qədər uzanan səfərlərinə davam etdilər Dana bəyin əmrindəki oğuz birlikləri Vəhsudanla qurduqları yaxşı münasibətlər sayəsində Urmiyəyə yerləşdilər. Vəhsudan, Dananın qohumlarından bir qızla evləndi və oğuzları, xüsusilə də bu ərazilərdəki bəylərin gözünü qorxutmaq üçün Urmiyəyə yerləşdirdi.8 Bu oğuz türkmənlərin Azərbaycanda ilk məskunlaşmasıdır. Beləcə, Azərbaycan yaylaqları oğuzların axtardıqları bir ölkə idi. Yenə bu səfərlərin Dandanakan müharibəsindən əvvəl meydana gəldiyi bilinməkdədir. Ehtimal ki, gələn oğuz kütləsi Səlcuklu bəylərindən müstəqil fəaliyyət göstərirdilər. Urmiyə ətrafına yerləşən oğuz türkmənlərin 3000 çadır, yəni 15.000 nəfər olduğu təxmin edilir.
Dana qalası
Danaqalası — Şərur rayonunun Axura kəndindən şərqdə, Havuş kəndinin cənub tərəfində hündür dağ üzərində arxeoloji abidə. Səlcuq sərkərdəsi Tananın adı ilə bağlıdır. Ə.İ.Novruzlunun apardığı arxeoloji tədqiqatlar nəticəsində buradan qala divarlarının izləri aşkar edilmişdir. Divarlar iri daşlardan inşa edilmişdir. Arxeoloji tapıntıların əsas hissəsini şirsiz saxsı məmulatı təşkil etsə də, qaladan şirli qab hissələri, metal əşya qalıqları da tapılmışdır. Qalada mədəni təbəqə çox yığılmamışdır. Materiallar müxtəlif tarixli dövrlərə aiddir. Şirli qablar anqob təbəqəsini qazma və qravirovka üsulu ilə naxışlanaraq yaşıl rəngli şirlə örtülmüşdür. Keramika XI-XVII əsrlər üçün xarakterikdir. Bu əsasda Dana qalasının XI əsrdə inşa edildiyi ehtimal edilir.
152mm Sph DANA
DANA – (çexcə “dělo automobilní nabíjené automaticky” – avtomatik yükləyicili silahlı yük maşını) 1970-ci illərdə Çexoslovakiya Sosialist Respublikasında 8х8 təkər formullu “Tatra 813” yük maşınının üzərində istehsal edilmiş 152 mm-lik “SpGH Dana” haubitsası bu günədək dünya bazarında sifariş sayı ilə diqqət çəkir. İndiyədək 800-ə yaxın “Dana” istehsal edilərək Çexiya, Slovakiya, Gürcüstan, Azərbaycan, Polşa, Liviya silahlı qüvvələrində xidmətə göndərilmişdir. “Dana” 8×8 konfiqurasiyalı “Tatra 813” şassisi üzərində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4, yaxud 5 nəfərdir. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə, ± 220° çarpaz atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir. 1970-ci illərin ortalarında Dubnitsa şəhərinin maşınqayırma zavodunda 152 mm ShKH vz77 tipli özüyeriyən artilleriya qurğusu istehsal olundu və 1979-cu ildə seriyalı istehsalına başlanan bu qurğu “Dana” adı aldı. Daşınma bazası üçün ciddi modernizə olunan, 8x8 təkər formullu, iki qabaq istiqamətverici və hərəkətdə olarkən hava ilə doldurula bilən təkərləri olan TATRA 815 yüksəkkecidli avtomobil qəbul edildi. Əsas silahlanma 152 mm-lik haubitsa-topdur ki, bu da fırlanan iki yarım qülləsi olan platformada qurulub.
Dana Reyznietsa-Ozola
Dana Reyznietsa-Ozola (latış. Dana Reizniece-Ozola‎; 6 noyabr 1981, Kuldiq[d]) — Latviya şahmatçısı, qrosmeyster (2001) və siyasətçi, Latviya Seyminin (Latviya Parlamenti) deputatı. Latviyanın keçmiş iqtisadiyyat naziri (2014–2016). Latviyanın hazırkı maliyyə naziri (2016-cı ildən). == Şahmat karyerası == 1998 və 1999-cu illərdə qızlar arasında şahmat üzrə Avropa çempionatında (U-18) qalib olub. Həmçinin qızlar arasında dünya çempionatında iki gümüş medal qazanıb — 1995 (U-14) və 1998-ci ildə (U-18). Qadınlar arasında şahmat üzrə Latviya çempionatında dörd dəfə birinci olub — 1998 (əlavə oyundan sonra), 1999 (turnirdəki bütün oyunlarını udaraq çempionat tarixində ən yaxşı nəticə göstərib), 2000 və 2001-ci illərdə. Səkkiz dəfə Latviyanı qadın şahmat olimpiadalarında təmsil etmişdir (1998, 2000, 2004, 2006, 2010, 2012, 2014, 2016). Reyznietsa-Ozola olimpiadalar zamanı həmişə birinci lövhədə oynayırdı. Latviya komandasının heyətində şahmat üzrə dörd Avropa çempionatında iştirak edib (1999, 2001, 2011, 2015).
Dana Rozmari Skellon
Dana Rozmari Skellon (ing. Dana Rosemary Scallon; 30 avqust 1951, London) — 1970 Avroviziya Mahnı Müsabiqəsində "All Kinds of Everything" mahnısı ilə İrlandiyanı təmsil edərək qalib gəlmişdir. 1997-ci ildən siyasətə qatılmışdır. Həmin il keçirilən İrlandiya prezident seçkilərində namizədliyini irəli sürmüş və 13,8% səs toplayaraq 3-cü olmuşdur. Təkrar olaraq, 27 oktyabr 2011-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürmüş və bu dəfə 2,9% səs toplayaraq altıncı olmuşdur..
Dana (oğuz türkü)
Dana — oğuz türk döyüşçüsü, Urmiya hakimi, Rəvvadi hökmdarı Vəhsudanın müttəfiqi. == Fəaliyyəti == Səlcuq axınları dövründə Azərbaycana yürüş edən oğuz türkləri Rəvvadi hökmdarı Vəhsudan tərəfindən dostca qarşılanmışdır. Vəhsudan oğuz türkü bir qızla evlənmişdir. Oğuzlar əlaqələrinin olduğu müsəlman əmirlərinə qız verməkdə problem görmürdülər. Burada qız üçün başlıq almaq ənənəsi də rol oynayırdı. Bu oğuzların liderləri Dana, Boğa, Göy Daş və Mənsur idi. Onlar ya Vəhsudanın istəyi ilə, ya da Vəhsudanla ittifaqlarını pozaraq qarətə başlamışdılar (Oğuz-Həzbani münaqişəsi) Oğuz-Həzbani münaqişəsində Vəhsudan Həzbanilərin lideri Əbul-Heycanın tərəfinə keçmişdir. Bundan sonra oğuzlar Azərbaycanı tərk etməyə məcbur edilmişdir. Sadəcə Dananın başçılığındakı bir qrup İran Azərbaycanında qalmışdır. Ehtimal ki, Vəhsudanın evləndiyi qız da Dananın yaxın bir qohumudur.

dana-buzov sözünün leksik mənası və izahı

dana-buzov sözünün rus dilinə tərcüməsi

dana-buzov sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#dana-buzov nədir? #dana-buzov sözünün mənası #dana-buzov nə deməkdir? #dana-buzov sözünün izahı #dana-buzov sözünün yazılışı #dana-buzov necə yazılır? #dana-buzov sözünün düzgün yazılışı #dana-buzov leksik mənası #dana-buzov sözünün sinonimi #dana-buzov sözünün yaxın mənalı sözlər #dana-buzov sözünün əks mənası #dana-buzov sözünün etimologiyası #dana-buzov sözünün orfoqrafiyası #dana-buzov rusca #dana-buzov inglisça #dana-buzov fransızca #dana-buzov sözünün istifadəsi #sözlük