bülöv sözü azərbaycan dilində

bülöv

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bülöv • 78.9474%
  • Bülöv • 18.4211%
  • BÜLÖV • 2.6316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bülövlük
Bülövlük – Azərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qoşasu inzibati ərazi vahidində olan kənd Mıxtökən silsiləsinin (kiçik Qafqaz) ətəyindədir. Bəzi tədqiqatçıların fikrincə, oykonim bülöv (kəsici alətləri itiləyən daş) sözündən və çoxluq, yer, məkan bildirən -lük şəkilçisindən düzəlib, "bülöv daşı olan yer" mənasındadır. Lakin dağlarda bitən ağ çiçəkli yabanı dərman bitkisinin adı da bülöylüdür. Xırda heyvanların ayaqlarındakı xəstəliyi bu otla müalicə edirlər. Güman ki dağətəyi zonada yerləşən kəndin ərazisində bülöylü otunun zəngin olduğuna görə kənd belə adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Bülövqaya
Bülövqaya — Babək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri. == Əhəmiyyəti == Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir.
Bülövqaya yaşayış yeri
Bülövqaya — Babək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri. == Əhəmiyyəti == Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2011 ••••••••••••••• 0.17
2018 ••••••••••••• 0.15

bülöv sözünün leksik mənası və izahı

  • 1 is. Bıçaq və başqa kəsərləri itiləmək üçün daş. [Hacı Nuru:] Sənin atan usta Rəhman dəllək ülgüc, bülöv ilə məqul dövlət qazandı. M.F.Axundzadə. [Cəmil] haradansa bülöv daşı tapıb gətirdi və bıçağının tiyəsini itiləməyə başladı. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / bülöv

bülöv sözünün etimologiyası

  • 1 Mənbələrdə bilək daşı kimi qeydə alınıb, əsli biləklayu olub, biləgü kimi də işlədilib, “biləyə oxşayan” deməkdir. Bilə feili olub və “bülövləmək” mənasında işlədilib. Başqa yozum: biçməs (bismək, bizmək forması da olub) sözünün kökü bi ismi olub, bıçaq, -bıçqı (mişar), bucaq kəlmələri də onun əsasında yaranıb. Bi sözünün qədim mənası, kəsərin “iti tərəfi” deməkdir. Onun zəminində bil-ə-mək (itiləmək) feili əmələ gəlib, ç (s,z) səsi bi ismini feilə çevirib. Bülöv (əsli: bi-lə-v) kə­səri itiləmək üçün vasitədir. Sözün bis forması (“iti” mənasını verir) sonradan biz (şilo) şəklinə düşüb. Biz ad-feil omonimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bülöv

bülöv sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 BÜLÖV (kəsər alətləri itiləmək üçün daş) [Həmidə:] Kənarda hırıldaya-hırıldaya xəncərinin ağzını bülövə çəkən kobud qəssaba hirsi tutdu (H.Abbaszadə); ƏZMƏ (məh.) Əzmiyə çəkirəm, pıçağın ağzı itilənir (ADDL); QART (dan.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / bülöv

bülöv sözünün rus dilinə tərcüməsi

  • 1 точило, точильный брусок, точильный камень

    Azərbaycanca-rusca lüğət / bülöv
  • 2 I сущ. 1. точило, точильный брусок 2. тех. хон (образивный брусок) II прил. 1. точильный. Bülöv daşı точильный камень, bülöv cihazı точильный прибор 2. шлифовальный. Bülöv çarxı шлифовальное колесо

    Azərbaycanca-rusca lüğət / bülöv

bülöv sözünün inglis dilinə tərcüməsi

bülöv sözünün fransız dilinə tərcüməsi

bülöv sözünün ləzgi dilinə tərcüməsi

"bülöv" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bülöv nədir? #bülöv sözünün mənası #bülöv nə deməkdir? #bülöv sözünün izahı #bülöv sözünün yazılışı #bülöv necə yazılır? #bülöv sözünün düzgün yazılışı #bülöv leksik mənası #bülöv sözünün sinonimi #bülöv sözünün yaxın mənalı sözlər #bülöv sözünün əks mənası #bülöv sözünün etimologiyası #bülöv sözünün orfoqrafiyası #bülöv rusca #bülöv inglisça #bülöv fransızca #bülöv sözünün istifadəsi #sözlük