Bırkandul
Brkandul və ya Bırkandul — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
== Əhalisi ==
Əhalisi 875 nəfərdir.
== Tarixi ==
Peştəsər silsiləsinin ətəyində yerləşən bu kənd 1508-ci ildə Bərkandul, 1917-ci ildə Burxandul, 1933-cu ildə Burqandul, 1961-ci ildə Brkandul variantlarında qeydə alınmışdır.[mənbə göstərin]
== Toponimiyası ==
Tədqiqatçılar kəndin adını Talış dilindəki bır (böyürtkən kolu) və kandul (mağara, oyuq) sözləri əsasında "böyürtkənli dərə, oyuq" kimi izah edirlər. Rusiyanın Maqadan vilayətində də Burkandya adlı yaşayış məntəqəsi var.
== Din ==
Kənddə Bırkandul kənd məscidi dini icması fəaliyyət göstərir.