* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | ••••••••••••• | 1.35 |
2005 | ••••••••••••• | 1.35 |
2006 | ••• | 0.23 |
2007 | •••• | 0.42 |
2008 | ••• | 0.24 |
2009 | •••••• | 0.64 |
2010 | ••••••• | 0.73 |
2011 | ••• | 0.26 |
2012 | •••••• | 0.60 |
2013 | •••••••••••••••••••• | 2.19 |
2014 | ••••••••••••••••••• | 2.06 |
2017 | •• | 0.16 |
2020 | •••• | 0.40 |
1 is. 1. Kişilərin üst dodaqlarının üstündə qırxılmamış saxlanan tük topası. Gələn oğlanın nazik, qara bığları … geriyə daranmış uzun saçlarına qısılmış balaca qulaqları vardı. M.Hüseyn. Cuma əsgərlərdən birinin sallaq bığlarını görürdü. Ə.Əbülhəsən. 2. Heyvanların üst dodaqlarının hər iki tərəfindən çıxan uzun sərt tüklər. Pişik bığları. Pələng bığları. ◊ Bığ(ının) yeri (yenicə) tərləmək – həddibüluğa çatmaq. Bığ yeri yeni tərləyən bu gənc [Qasım ağa] naxışlı corabları ilə xalının üzəri ilə səssiz yüyürərək atasına yanaşdı. Çəmənzəminli. Bığının yeri yenicə tərləyən Kərim, ilk vaxtlardan hər cür ağırlığa dözməyə və qayğı çəkməyə başlamışdı. S.Rəhimov. Bığını burmaq məc. – lovğalanmaq, özünə güvənmək, təşəxxüs satmaq. Bığının altından gülmək – istehza etmək, ələ salmaq. Bığının altından keçmək – rüşvət vermək. Uzun-uzadı danışıqdan sonra başa düşdük ki, gərək … Qəninin bığının altından keçək. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / bığ1 Bir forması da dodaq saqqalı olub. Bığ və buyuğ sözləri eyni mənada, həm də paralel şəkildə işlədilib. Zənn edirəm ki, burmaq feili ilə qohumdur (“bığıburma” deyirik). Saqqalı sığallayırlar, bığı isə bururlar. Görünür, saqqal və sığal kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bığ2 сущ. ус, усы: 1. волосы над верхней губой у мужчин. Qalın bığ(-lar) толстые усы, burma bığ(-lar) закрученные усы, bığ qoymaq отпустить усы 2. щетинообразные волосы по бокам верхней губы у некоторых животных, служащие для осязания. Pişik bığı кошачьи усы 3. ползучие побеги растений, служащие для вегетативного размножения ◊ bığdan götürüb saqqala yamamaq с трудом сводить концы с концами; выкручиваться как-нибудь, стараться выйти из трудного положения; bığını burmaq: 1. закручивать усы; 2. перен. важничать; bığ altından gülümsünmək улыбаться в усы, улыбаться лукаво; bığ(ının) yeri (yenicə) tərləyir только-только пробиваются усы у кого-л., достигает совершеннолетия (о мальчиках)
Azərbaycanca-rusca lüğət / bığ1 is. moustache f ; bığını burmaq relever (və ya retrousser) sa moustache
Azərbaycanca-fransızca lüğət / bığ1 сущ. 1. спел; bığ qoymaq спелар хуьн (тун); 2. бязи гьайванрин винел пӀузарин кьве патани жедай яргъи цацар хьтин чӀарар; pişiyin bığları кацин спелар; ** bığ(ının) yeri (yenicə) tərləmək (цӀийиз-цӀийиз) спелар экъечӀун, бегьем хьун, агакьун; bığını burmaq пер. спелриз звар гун, дамах къачун, кьама ялар ттун, вич-вичихъ агъун; bığının altından gülmək спелрин кӀаникай хъуьруьн, рахшанд авун, хъачун; bığının altından keçmək рушват гун.
Azərbaycanca-ləzgicə lüğəti / bığ(Bakı) meynənin cavan zoğlarından çıxan nazik tellər
Azərbaycan dilinin dialektoloji lüğəti.