buraxmaq sözü azərbaycan dilində

buraxmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • buraxmaq • 98.9395%
  • Buraxmaq • 0.6238%
  • BURAXMAQ • 0.4367%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

buraxmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Əlini açaraq əlindəki, yaxud əli və s. ilə tutduğu şeyin çıxmasına, düşməsinə, getməsinə imkan vermək, daha tutub saxlamamaq. İpin ucunu buraxmaq. Quşu əlindən buraxmaq. Tutub buraxmır. // Əlindən salmaq. [Məryəm] …başını bir neçə dəfə yellətdi və barmaqları boşalıb kağızı buraxdı. B.Talıblı. 2. İçərisindən keçirmək, bir şeyin öz içərisindən keçməsinə imkan vermək. Bu şüşə işığı buraxmır. Pərdə işıq buraxır. Bu kağız mürəkkəbi buraxır. 3. Bir yerə daxil olmağa, keçməyə icazə vermək, girməsinə, daxil olmasına mane olmamaq. İçəri buraxmaq. İclasa buraxmaq. Zala hələ heç kəsi buraxmırlar. Sərnişinləri vaqona buraxmaq. // Sürüb salmaq, otlamasına imkan vermək. Heyvanları əkinə buraxmaq. Sürünü meşəyə buraxmaq. Keçini bostana buraxmaq. 4. Yol vermək, imkan vermək, qoymaq, razı olmaq. Mən heç vaxt sizi yalvarmağa buraxmaram. M.S.Ordubadi. 5. Üzərinə saldırmaq. İti canavarın üstünə buraxmaq. 6. Üstündən keçmək, ötürmək; ixtisar etmək. Yazarkən mətnin üç xəttini buraxdım. Şerin ikinci bəndini buraxdı. İki sətri buraxıb, üçüncüyə keç. 7. Üzürlü və üzürsüz olaraq gəlməmək (dərsə, iclasa, məşğələyə və i.a.), ötürmək. Şagird bu həftə iki dərs buraxmışdır. 8. Ötürmək, əldən çıxarmaq, istifadə edə bilməmək. Üçüncü tramvaydı ki, buraxıram. İki avtobusu buraxıb, üçüncüsünə minə bildik. Fürsəti əldən buraxmaq. 9. Axıtmaq, axıb gəlməsinə, axıb getməsinə, ya axıb çıxmasına imkan vermək. Arxa su buraxmaq. Vannanın suyunu buraxmaq. Otağa təmiz hava buraxmaq. 10. Öz daxilindən çıxarmaq, yaymaq. Qaz buraxmaq. Tüstü buraxmaq. – Qatar Culfa burnundan fitini buraxdı. M.S.Ordubadi. Uzaqlarda ağ tüstü buraxa-buraxa (z) sürünən dəmir yolu qatarı görünür. M.Hüseyn. 11. Uçurtmaq, havaya qaldırmaq, atmaq, yollamaq. Badban buraxmaq. Havaya balon buraxmaq. – Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. M.F.Axundzadə. // tex. Süni peyklər, raketlər haqqında. Aya raket buraxmaq. 12. Getməsinə icazə vermək, rüsxət vermək. Məni buraxın, gedim. Atası onu buraxmadı. Mən onu öz yanımdan buraxa bilmərəm. Uşaqları gəzməyə buraxmaq. Bir həftəlik məzuniyyətə buraxmaq. 13. Azad etmək, daha saxlamamaq; çıxmasına, getməsinə icazə vermək, imkan vermək. Əsirləri vətənlərinə buraxmaq. İnəkləri tövlədən buraxmaq. Quşu qəfəsdən buraxmaq. 14. Vermək, təxsis etmək; sərəncamına, ixtiyarına vermək. Klub təşkili üçün vəsait buraxmaq. Pul buraxmaq. 15. Məktəbdə təhsil verib, hazırladıqdan sonra hüquq və ad vermək. Ali məktəblər ildə minlərlə mütəxəssis buraxır. 16. Tərk etmək, əl çəkmək, vaz keçmək, boşlamaq, atmaq. Papirosu buraxmaq. Sənətini buraxmaq. Mən köhnə mənzili buraxdım. Bu fikri burax. – Şam ağacı bildi bu keyfiyyəti; Söylədi: Bəsdir, buraxın söhbəti. M.Ə.Sabir. Bir ləhzə buraxmaz məni asudə xəyalım. A.Səhhət. Ölüb gedənlərin yasını burax; Anla ki, hər zaman axır bu həyat! S.Vurğun. // dan. Boşamaq, boşanmaq, ayrılmaq, atmaq, tərk etmək. Arvadını buraxmaq. Ərini buraxmaq. 17. Başlı-başına qoyub getmək, başsız qoymaq. İşi buraxmaq. – [Katib:] Heyif ki, mən dəftərxananı buraxıb gedə bilmədim. Ə.Haqverdiyev. 18. Əlaqəni kəsmək, uzaqlaşmaq, əl çəkmək. İstəsən aləmi gəz qarış-qarış; Xain adamları tez görüb, burax. S.Vurğun. 19. Nəşr etmək, çap edib yaymaq. Nəşriyyat bu il çoxlu kitab buraxdı. Qəzet buraxmaq. // İstiqraz, lotereya, pul və s. haqqında. Yeni marka buraxmaq. // Çapa, nəşrə, tamaşaya qoymağa icazə vermək. Əsəri çapa buraxmaq. Yeni pyesi tamaşaya buraxdılar. 20. Tapşırmaq, saxlamaq üçün vermək. Evi kimə buraxıb gəldin? – Çamadanı konduktora buraxıb getdim. Mir Cəlal. 21. Təxir etmək, sonraya qoymaq, keçirmək. Mübahisəni sonraya burax. – [Əbülhəsən bəy:] Eşq, məhəbbət məktubunu gündüz yazmaq cayiz deyil, …onu gecə saat birdən sonraya buraxmalısan. M.S.Ordubadi. Doğrudan da Əhməd məsələni uzağa buraxmayıb, o saat Nabat xanımın yanına elçi göndərdi. B.Talıblı. 22. Satmaq üçün vermək, təchiz etmək. Mağazalara mal buraxmaq. // Satmaq. Müştərilərə yeni mallar buraxmaq. 23. İstehsal etmək. Fabriklərimiz növbənöv mallar buraxır. Avtomobil zavodları yeni tip maşın buraxır. 24. Uzatmaq, genəltmək. Paltarın ətəyini bir qədər buraxmaq lazımdır. 25. Boşaltmaq, gərginliyini azaltmaq. İpi bir az buraxmaq. 26. Qoymaq, rastlaşdırmaq, qarşısına çıxarmaq. Dünya hadisələri heyrətamiz bir surətdə inkişaf edir, insanları hər gün yeni bir vaqiə qarşısında buraxırdı. M.İbrahimov. 27. məc. Xidmət etmək. Aşxana gündə iki yüz adam buraxa bilir. Hamam saatda yüz adam buraxır. 28. Əmr şəklində: burax (bir şeydən daşındırmaq üçün işlənir) – baş qoşma, bənd olma, məşğul olma, əl çək, fikir vermə. Burax, canım, onunla işin olmasın.

    Azərbaycan dilinin izahlı lüğəti / buraxmaq

buraxmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

buraxmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. пускать, отпускать, пропускать, выпускать, освобождать, распускать, упускать; 2. оставлять, покидать, бросить;

    Azərbaycanca-rusca lüğət / buraxmaq
  • 2 глаг. 1. отпускать, отпустить: 1) перестать держать. Əlimi burax отпусти мою руку 2) позволять, позволить кому-л. уйти или уехать. Mən səni tək buraxmaram я не могу отпустить тебя одного 3) давать, дать возможность удалиться, удовлетворив в чём-нибудь 4) перестать сдавливать, сдерживать что-л. Tormozu buraxmaq отпустить тормоз, kəndiri buraxmaq отпустить верёвку 5) выдавать, выдать что-л. Qəbzlə inventar buraxmaq отпускать инвентарь по расписке 6) продавать, продать. Müştərilərə (alıcılara) mal buraxmaq отпускать товар покупателям 7) выделять, выделить денежные средства на какой-либо расход, ассигновать. Pul buraxmaq отпустить деньги на что-л. 8) отращивать, отрастить (волосы, ногти и т.п.). Saqqal buraxmaq отпустить бороду 2. спускать, спустить: 1) давать или заставлять вытечь, вылиться, выйти (о газе, дыме, воде и т.п.) 2) пустить, освободив от привязи. İti buraxmaq спустить собаку с привязи 3. выпускать; выпустить: 1) ронять, выпускать из рук 2) освобождать, выпустить на свободу. Quşu qəfəsdən buraxmaq выпустить птицу из клетки 3) выводить из учебного заведения по окончании курса обучения с предоставлением соответствующих прав. Müəllim buraxmaq выпускать учителей, həkim buraxmaq выпускать врачей 4) производить товары, изделия и т.п. Yüksək keyfiyyətli məhsul buraxmaq выпускать товары высокого качества 5) издавать, публиковать, печатать книги, газеты, журналы и т.п. Kitab buraxmaq выпускать книги 6) увеличить в длину или ширину какую-л. часть одежды. Paltarın ətəyini buraxmaq выпустить подол платья 4. запускать, запустить. Raket buraxmaq запустить ракету 5. оставлять, оставить. Sualları cavabsız buraxmaq оставить вопросы без ответа 6. бросать, бросить. Siz içkini buraxın (вы) бросьте пить 7. пропускать, пропустить: 1) дать пройти, посторониться. Buraxın, gəlsin пропустите 2) дать обогнать, обойти, опередить. İrəli buraxmaq пропустить вперёд кого-л. 8. уйти (прекратить свою работу, службу где-л., уволиться откуда-л.), оставить. İnstitutu buraxmaq уйти из института 9. травить (отпускать понемногу снасть, канат, цепь и т.п.), стравить ◊ şayiə buraxmaq пустить слух о ком-л., чём-л.; başlı-başına buraxmaq: 1. давать, дать волю; 2. оставить на произвол судьбы; пускать, пустить на самотёк

    Azərbaycanca-rusca lüğət / buraxmaq

buraxmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to let* (d.), to set* free (d.); 2. (icazə vermək) to permit (d.), to allow (d.); 3. (dustağı) to discharge (d.); uşağı oynamağa ~ to permit the child to go to play, to let the child go to play; azadlığa ~ to set* free; (quşu) to let* out (d.); bir kəsi məzuniyyətə ~ to let* smb. go on leave, to give* smb. leave (of absence); 4. (içəri buraxmaq) to let* in (d.) Onu içəri buraxın Let him in; 5. (suyu, qazı və s.) to turn on (d.); fəvvarəni ~ to set* the fountain playing; kök ~ (bitki, həm də məc.) to take* root; peyk ~ to launch a sputnik; satışa ~ to put* up for sale (d.); söz / şayiə ~ to spread a rumour; atın başını ~ to give* a horse its head; başlı-başına ~ to neglect (d.), to let* matters drift, to let* matters take care of themselves

    Azərbaycanca-ingiliscə lüğət / buraxmaq

buraxmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. permettre à qn de s’en aller, laisser aller (və ya partir) qn (icazə vermək) ; azadlığa ~ (dustağı) mettre en liberté, libérer vt, relâcher vt ; uşağı oynamağa ~ laisser jouer l’enfant ; saqqal (saç) ~ laisser (se) pousser la barbe (les cheveux) ; bir kəsi məzuniyyətə ~ accorder un congé à qn ; laisser entrer (içəri buraxmaq) ; peyk ~ lancer une satellite ; satışa ~ mise f en circulation, mise f en vente ; başlı-başına ~ négliger vt

    Azərbaycanca-fransızca lüğət / buraxmaq

buraxmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ахъаюн; itlə yoldaş oldun, daşı əldən buraxma. Ata. sözü кицlихъ галаз дуст хьухь, лаш гъиляй ахъаймир; pul buraxmaq пул ахъаюн (са кар патал); 2. акъудун; ракъурун; fürsəti əldən buraxmaq фирсет гъиляй ахъаюн; 3. аккадарун, себеб аваз ва я авачиз татун, ахъаюн (мес. тарс, ижлас); 4. азад авун, ахъаюн (мес. асирар); 5. гъил къачун, гъил чӀугун (мес. са фикирдилай); // терг авун, гадарун (мес. пӀапӀрус); 6. рах. ччара хьун, туна фин (гъуьлуь паб ва я папа гъуьл); ərini buraxmaq гъуьлуькай хкечӀун (ччара хьун); 7. ахъаюн, акъудун (мес. заводди, фабрикди са затӀ); // чап авун, чап авуна чукӀурун (мес. улуб, газет, пул, заем, марка, лотерея ва мс.); 8. тун; // тапшурмишун, хуьн патал вугун (мес. ачар къуншидив); // рехъ гун, имкан гун, рази хьун; 9. бушарун, тӀарамвал тӀимиларун (мес. епинин ва мс.); 10. яргъи авун, ахъайна агалдарун (мес. перемдин цен); 11. пер. къуллугъ авун, рекье ттун, ахъаюн (мес. ресторанди йикъан виш кас); 12. burax буйр. ф. ахъая, кьил кьамир, гъил къачу, фикир гумир.

    Azərbaycanca-ləzgicə lüğəti / buraxmaq

buraxmaq sözünün türk dilinə tərcüməsi

"buraxmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#buraxmaq nədir? #buraxmaq sözünün mənası #buraxmaq nə deməkdir? #buraxmaq sözünün izahı #buraxmaq sözünün yazılışı #buraxmaq necə yazılır? #buraxmaq sözünün düzgün yazılışı #buraxmaq leksik mənası #buraxmaq sözünün sinonimi #buraxmaq sözünün yaxın mənalı sözlər #buraxmaq sözünün əks mənası #buraxmaq sözünün etimologiyası #buraxmaq sözünün orfoqrafiyası #buraxmaq rusca #buraxmaq inglisça #buraxmaq fransızca #buraxmaq sözünün istifadəsi #sözlük