* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 miqd. s. 1. Üçdən sonra gələn və 4 rəqəmi ilə işarə olunan say və miqdar. İki dəfə iki – dörd. Dörd yaş. 2. Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən və “yaxşı” ifadə edən nömrə. Dərslərdən 4 almaq. ◊ Dörd bir tərəf – dövrə, hər tərəf, hər yan, ətraf. Qalanı dörd bir tərəfdən mühasirəyə aldılar. Dörd bir yan – bax dörd yan. Bu görünən qaladır; Dörd bir yanı taladır. (Bayatı). Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – bax divar. Dörd əllə – ürəklə, həvəslə, bərk-bərk. Naznaz Qaraşı vurub çölə atmadı, gün-gündən dörd əllə ondan yapışdı. M.İbrahimov. Dörd gözlə – 1) səbirsizliklə, böyük bir intizarla. Dörd gözlə gözləmək. – …Hamısı da axır möhtərəm Elçinin yolunu dörd gözlə gözləyirdilər!… S.Rəhimov; // diqqətlə, böyük həvəslə. Anamın şəklini görüb dörd gözlə qəzeti oxumaq istədim. Mir Cəlal; 2) çox sayıq bir surətdə. Dörd olmaq – çox böyümək, çox artmaq. Yenə dörd oldu suyu irmağın. Nəsimi. Dörd tərəf – bax dörd bir tərəf. [Aydəmir:] Yoldaşları dörd tərəfdən atdılar. C.Cabbarlı. Dörd yan – bax dörd tərəf. Göy yamacın ətəyində kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. Hər gölməçənin dörd yanında torpaqdan sədd çəkmişdilər. M.Hüseyn. Dörd yanına (tərəfinə) baxınmaq (boylanmaq) – çaşmaq, şaşırmaq, çaşaraq təlaşla ətrafına baxınmaq. Dörddə alacağım (alacağın, alacağı) yox, beşdə verəcəyim (verəcəyin, verəcəyi) – dərdsizlik, qayğısızlıq mənasında. Dörddə bir – çox az miqdar, bir şeyin çox az hissəsi. Ey əcəb, mən ki sədaqət yolunu azmayıram! Hələ gördüklərimin dörddə birin yazmayıram! M.Ə.Sabir.
Azərbaycan dilinin izahlı lüğəti / dörd1 Bir vaxtlar üç, sonra yeddi, daha sonra qırx (əsli: qırıq): nəhayət, yüz sözləri say sistemində son ədədlər olub. Üç və uc (конец) eyni söz olub, uc o deməkdir ki, “say sisteminin sonu (ucu) çatdı”. Yeddi odur ki, “sistem bitdi” (yetdi, çatdı), 40 odur ki, “sistemin qırağı gəldi, qırıldı” və s. Dörd “3-dən sonra törəyən”dir, törəməklə bağlıdır, yəni üçdən sonra gələn yeni ədəddir. Ehtimal ki, törəmək və doğmaq tarixən qohum sözlər olub, hər ikisi döl kəlməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dörd2 1. четырёх … (первая часть сложных слов, обозначающая: 1) имеющий четыре одинаковых признака, предмета и т.п. Dördmotorlu четырёхмоторный, dördyerli четырёхместный 2) состоящий из четырёх частей, разделов или мерой в четыре какие-л. единицы. Dördmərtəbəli четырёхэтажный, dördkünc четырёхугольный, dördcildli четырёхтомный) 2. четверо … (первая составная часть сложных слов, соответствующая по значению слову четыре). Dördayaqlı четвероногий
Azərbaycanca-rusca lüğət / dörd3 I числ. четыре: 1. число четыре. İki dəfə dörd дважды четыре, dördü ikiyə bölmək делить четыре на два 2. название цифры четыре 3. количество, содержащее в себе четыре единицы. Dörd qardaş четыре брата, dörd il четыре года, dörd (dənə) onluq четыре десятки, dörd saat четыре часа, dördə on dəqiqə qalmış без десяти минут четыре; dördün yarısı половина четвертого; dördə iyirmi dəqiqə işləmiş двадцать минут четвертого 4. в составе дробного числа: onda dörd четыре десятых, dörddə üç три четвертых, beşdə dörd четыре пятых, dörddə bir hissəsi nəyin четвертая часть (четверть) чего II сущ. четвёрка: 1. цифра 4 (четыре). Dörd yazmaq написать четверку 2. отметка в пятибальной системе оценки знаний, соответствующая оценке “хорошо”. O, riyaziyyatdan dörd aldı по математике он получил четвёрку 2. разг. название различных видов транспорта, нумеруемых цифрой четыре (троллейбус, автобус маршрута №4). Dördə minmək сесть на четверку; dörd yol ayrıcında на перекрёстке, dörd yol ağzı перепутье, распутье; dörd nəfər четверо, dörd yanına baxmaq озираться кругом, по сторонам ◊ dörddə alacağı yox, beşdə verəcəyi kimin море по колено к ому (о беспечном человеке); dörd büküb cibinə qoymaq kimi затыкать, заткнуть за пояс кого; dörd dolanmaq обходить все углы, побывать везде, ходить и искать повсюду; dörd divar голые стены (о пустом помещении, не заставленном мебелью); dörd divar arasında (yaşamaq, oturmaq) в четырёх стенах (жить, сидеть); dörd yandan (tərəfdən) со всех (четырёх) сторон; dörd gözlə baxmaq смотреть (глядеть) в оба, во все глаза; dörd gözlə gözləmək ожидать как манны небесной, все глаза проглядеть, ждать с нетерпением, заждаться
Azərbaycanca-rusca lüğət / dörd1 sy. quatre ; ~ dəfə quatre fois ; ~ dəfə ~ quatre multiplié par quatre
Azərbaycanca-fransızca lüğət / dörd1 числ. кьуд; iki dəfə iki – dörd кьведра кьвед – кьуд; // fizikadan 4 almaq физикадай 4 къачун; ** dörd bir tərəf кьуд пад, гьар пад, вири патар, вири элкъвер; dörd bir yan кил. dörd yan; dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) кил. divar; dörd əllə кьуд гъиливди, рикӀяй, гьевесдалди, кӀевидаказ; dörd gözlə кьуд виливди а) сабурсузвилелди, цӀигел яз; // дикъетдалди, ашкъидалди; б) гзаф мукъаят яз; dörd olmaq кьуд хьун, гзаф чӀехи хьун, гзаф артух хьун; dörd tərəf кил. dörd bir tərəf; dörd yan кил. dörd tərəf; dörd yanına (tərəfinə) baxınmaq (boylanmaq) акахьун, акахьна амукьун, талашдалди кьуд патахъ килигун, элкъуьн; dörddə alacağım (alacağın, alacağı) yox, beşdə verəcəyim (verəcəyin, verəcəyi) дердсузвал, къайгъусузвал манада: атlудай рицl авач, хадай – чlемерук (л.х.м.); dörddə bir кьудлай сад, гзаф тӀимил, са куьнин лап тӀимил пай.
Azərbaycanca-ləzgicə lüğəti / dörd