dördkünclü sözü azərbaycan dilində

dördkünclü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dördkünclü • 90.9091%
  • Dördkünclü • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dördkünclü qala (Yuxarı Əskipara)
Qazax rayonunun Yuxarı Əskipara kəndində nisbətən salamat qalan abidələrdən biri Dördkünclü qaladır. Adına Qüllə də deyirlər, Koroğlu qalası da. Coğas çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 metr təşkil edir. Qala çaydaşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyatində köməkçi binalar olub.

dördkünclü sözünün leksik mənası və izahı

  • 1 sif. Dörd küncü olan, dördbucaqlı, dördguşəli, yaxud dördbucaq şəklində olan. Dördkünc bina. – Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış dördkünclü işləmələr var idi. M.İbrahimov. Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə də dördkünc kiçik bir hovuz vardı… Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / dördkünclü

dördkünclü sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 DÖRDKÜNC(LÜ) Kərim dayı dönüb getmək istəyəndə “Azərbaycan qadını” yadına düşdü, çantadan çıxarıb ... dördkünc tumboçkanın üstünə qoydu.. (M.İbrahimov); ÇARGÜL Yan divarlardan birisində çargül rəngli pəncərələr arxasında zərli çərçivəyə tutulmuş güzgülər vurulmuşdu.. (Çəmənzəminli); DÖRDBUCAQ(LI) O zaman Ağdam geniş dördbucaq şəklində tikilmiş bir karvansaradan ibarət idi (Çəmənzəminli); KVADRAT Otağın ortasında.. balaca kvadrat stol qoyulmuşdu (M.İbrahimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / dördkünclü

dördkünclü sözünün rus dilinə tərcüməsi

dördkünclü sözünün inglis dilinə tərcüməsi

dördkünclü sözünün ləzgi dilinə tərcüməsi

"dördkünclü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dördkünclü nədir? #dördkünclü sözünün mənası #dördkünclü nə deməkdir? #dördkünclü sözünün izahı #dördkünclü sözünün yazılışı #dördkünclü necə yazılır? #dördkünclü sözünün düzgün yazılışı #dördkünclü leksik mənası #dördkünclü sözünün sinonimi #dördkünclü sözünün yaxın mənalı sözlər #dördkünclü sözünün əks mənası #dördkünclü sözünün etimologiyası #dördkünclü sözünün orfoqrafiyası #dördkünclü rusca #dördkünclü inglisça #dördkünclü fransızca #dördkünclü sözünün istifadəsi #sözlük