* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Dörd küncü olan, dördbucaqlı, dördguşəli, yaxud dördbucaq şəklində olan. Dördkünc bina. – Yaşıl məhəccərli dördkünc bağçada Nizaminin tuncdan tökülmüş miniatür heykəli qoyulmuşdu. M.Hüseyn. Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış dördkünclü işləmələr var idi. M.İbrahimov. Dördkünc həyətin ortasında dördkünc bir bağça, bağçanın ortasında yenə də dördkünc kiçik bir hovuz vardı… Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / dördkünc1 DÖRDKÜNC(LÜ) Kərim dayı dönüb getmək istəyəndə “Azərbaycan qadını” yadına düşdü, çantadan çıxarıb ... dördkünc tumboçkanın üstünə qoydu.. (M.İbrahimov); ÇARGÜL Yan divarlardan birisində çargül rəngli pəncərələr arxasında zərli çərçivəyə tutulmuş güzgülər vurulmuşdu.. (Çəmənzəminli); DÖRDBUCAQ(LI) O zaman Ağdam geniş dördbucaq şəklində tikilmiş bir karvansaradan ibarət idi (Çəmənzəminli); KVADRAT Otağın ortasında.. balaca kvadrat stol qoyulmuşdu (M.İbrahimov).
Azərbaycan dilinin sinonimlər lüğəti / dördkünc2 прил. четырёхугольный. Dördkünc bina четырехугольное здание, dördkünc stol четырехугольный стол
Azərbaycanca-rusca lüğət / dördkünc