ord sözü azərbaycan dilində

ord

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ord • 52.0000%
  • ORD • 32.0000%
  • Ord • 8.0000%
  • oRD • 8.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstan Ordusu
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir. == Tarixi == Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub.
Gəlin qayası (Ordubad)
Gəlinqaya — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində dağ. Dağın ən yüksək zirvəsində yüksələn abidə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları əfsanələşdirən, müqəddəsləşdirən xalqımız onu da müqəddəsləşdirmişdir. Onunla bağlı xalq arasında əfsanələr var. Gəlin qayası əfsanələrində xalqımızın mifoloji düşüncələri əks olunmuşdur.
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə == Tarixi == Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. == Məlumat == 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Gənzə (Ordubad)
Gənzə (əvvəlki adı: Kənzə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Kənzə kəndi Gənzə kəndi adlandırılmışdır. Gənzə kəndi Ordubad bölgəsinin qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 12 km şimal-şərqdə, yaşıllıqlar qoynunda yerləşir. == Toponimi – oykonomi == Tədqiqatçıların Gənzə toponimi – oykonomi haqqında müxtəlif fikirləri var. Bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. M.Seyidov, Q.Qeybullayev, F.Rzayev və başqaları bu adların qədim türk tayfalarından biri lan sak tayfaları ilə əlaqədar yaranması fikrindədirlər. Kəndin adının ilk öncə Kanzak olduğunu qeyd edən filologiya elmləri namizədi F.Rzayevin fikrincə, "kan" qədim türk dillərində "ulu", "ata" mənasında işlənmiş, kəndin adındakı son kompanent "zə" (əslində "zək") isə sak tayfalarının adından götürülmüşdür. Deməli, oykonim ilk vaxtlar qaynaqlarda da qeyd olunduğu kimi Kənizək–Kənzək şəklində işlənmiş, zaman keçdikcə tədricən dəyişilərək sondakı "k" səsi düşmüş, Gənzə formasına düşmüşdür. Qeyd etmək yerinə düşər ki, türk dillərində söz sonunda "k" samitinin eleziyası (səsdüşümü) xarakterik haldır.
Hacı ağa Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Hatəm bəy Ordubadi
Hatəm bəy Ordubadi (XVI əsr, Ordubad – 1610-cu illər, Urmiya) — məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri. Nəsirəddin Tusinin törəmələrindəndir. Atası Məlik Bəhram Ordubadın kəlantəri idi. Hatəm bəy Ordubadi, bir müddətdə Xoy hakimi Dolubudaq Rumlunun vəziri olmuşdur. Sonra Kirman hakimi Vəli xan Əfşar və oğlu Beyktaşın vəziri olubdur. Azərbaycan, Ərəb və fars dillərini mükəmməl bilirdi. Hətəm bəy Ordubadi Nəsrəddin Tusinin törəmələrindəndir. Hətəm bəy Ordubadinin qəbri Xorasandadır.
Heydər Əliyev ordeni
"Heydər Əliyev" ordeni — 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi. == Təsisi == Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunmuşdur. "Heydər Əliyev" ordeninin təsisi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətlərini nəzərə alaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qərara alınmış və Azərbaycan Respublikasının ""Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında" 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilmişdir. Həmin Qanun dərc edildiyi gündən – 28 aprel 2005-ci il tarixindən qüvvəyə minmişdir. Həmin Qanunda 3 fevral 2014-cü il tarixli, 896-IVQD nömrəli Qanunla dəyişikliklər edilmişdir. == Statusu == 1. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir: 1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə; 1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə. 2.
Həbs orderi
Həbs orderi və ya Tutulma haqqında qərar — cinayəti törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq olunan prosessual məcburiyyət tədbirini əks etdirən qərar.
I dərəcəli "Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden.
Kabus ordu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar. Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kabus ordusu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar. Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kazım Ordubadi
Kazım Ordubadi (1919, Şiraz – 2002) — rəssam. == Həyatı == 1919-cu ildə Şirazda dünyaya gəlmişdir.Atası Məhəmmədhəsən Kompani və anası Rafiyə Ordubadi idi.Onun babalarının hər ikisi, Hacı Məhəmməd Tacir və Hacı Abbas Ordubadi,Naxçıvandan Şiraza köçmüşlər. == Xarici keçidlər == "Kazım Ordubadi". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
Kompozit order
Kompozit order, İonik order başlıqlarının volyutalarını Korinf orderindəki akanthus yarpaqları ilə birləşdirən kompleks bir orderdir.
Kontinental Ordu
Kontinental Ordu — sonralar Amerika Birləşmiş Ştatları kimi tanınan koloniyaların başlatdığı Amerikan İnqilab Müharibəsinin törədilməsindən sonra İkinci Kontinental Konqres tərəfindən formalaşdırıldı. 1775-ci il, İyunun 14-də Konqresin qərarı ilə təsis edilən Böyük Britaniya hakimiyyətinə qarşı On Üç Koloniyanın hərbi səylərini koordinasiya etmək üçün yaradılmışdır. Kontinental Ordu yerli döyüşçülər və könüllü qoşunlardan ibarət ordu idi. General Corc Vaşinqton müharibə boyunca ordunun baş komandanı olmuşdur. 1783-cü ildə müharibənin başa çatması ilə Paris Sülh Müqaviləsi bağlanır və Kontinental Ordunun əksər hissəsi dağılır. 1792-ci ildə, 1-ci və 2-ci Alaylar General Entoni Veynin rəhbərliyi altında Amerika Birləşmiş Ştatları Legionunun əsasını qoymağa başladılar. Bu, 1796-cı ildə yaranmış ABŞ Ordusunun təməli oldu.
Koreya Xalq Ordusu
Koreya Xalq Ordusu (KPA; Chosŏn'gŭl: 조선인민군; Chosŏn inmin'gun) Şimali Koreyanın təhlükəsizliyinə cavabdeh olan qurumdur. KXDR Sonqun siyasəti əsasında idarə olunur ki, bu siyasət də ordunun əsas diqqət mərkəzində olmasına səbəb olmuşdur. Ordu 5 yerə bölünmüşdür: Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Strateji Raket Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələr. Əlavə olaraq 14 yanvar 1959-cu ildə yaradılmış İşçi-Kəndli Qırmızı Mühafizəçilər adlı hərbiləşdirilmiş qüvvələr də orduya tabedir. 2016-cı il hesablamalarına görə 5,889,000 nəfər hərbiləşdirilmiş şəxsi heyəti ilə dünyanın ən böyük hərbiləşdirilmiş qüvvələridir. Bu rəqəm ölkə əhalisinin 25%-ni təşkil edir.
Korinf orderi
Korinf orderi — kapitellərin akanthus yarpaqları ilə bəzədildiyi və sütunların bir postamentə qoyulduğu klassik memarlıqdakı üç orderdən biridir. Afinada, ehtimal ki, eramızdan əvvəl V əsrdə, dorik və İonik orderlərdən sonra meydana gəlmişdir. İonik orderdən daha mürəkkəb bir formaya malik olan Korinf orderinin forması Yunan mifologiyasına görə daxilində akanthus yarpaqları olan bir səbətdən ilham alınaraq yaradılmışdır. Klassik memarlıqdakı digər iki orderdən daha gec ortaya çıxmışdır və qədim yunan şəhəri Korinfin adını daşıyır. İonik orderdə olduğu kimi baza diametri və hündürlüyü arasında 1/9 nisbət vardır. Bununla birlikdə, Dorik orderinə baxarkən bu nisbətin 1/6 olduğu görünür, yəni Dorik sütunların İonik və Korinf sütunlarından daha qısa bir formaya sahib olduğu görülür.
Kurmet ordeni
"Kurmet" ordeni (qaz. Құрмет "şərəf, hörmət") — Qazaxıstan Respublikasının Sərəncamı, 1993-cü ildə təsis edilmişdir. "Kurmet" ordeni vətəndaşlara iqtisadiyyatın, sosial sahənin, elm və mədəniyyətin, təhsilin inkişafındakı xidmətlərinə, dövlət orqanlarında nümunəvi xidmətlərinə və aktiv ictimai fəaliyyətlərinə görə verilir. == Haqqında == Orden nişanı gümüşdən hazırlanmışdır və şüaları yaşıl emaye ilə örtülmüş və sonu Qazaxıstan naxışının elementləri ilə örtülmüş zərli beşguşəli ulduzu əks etdirir. Kirişlər arasında müxtəlif şüalar şəklində gümüş iplər var. Nişanın ortasında qızıl günəşi əks etdirən yuvarlaq mavi emaye medalyon var. Medalyonun altında "ҚҰРМЕТ" yazısı olan qırmızı emaye lent var. Qazax ornamentinin elementi şəklində bir keçid köməyi ilə döş nişanı medal lentlə örtülmüş altıbucaqlı medal blokundan asılır. Kiçik bir eni olan qırmızı zolaqlar ilə haşiyələnmiş, ortasında ağ zolaqlı mavi ipək parça. == Biznes və iqtisadiyyat == Arken Arıstanov, Almatı şəhərinin Regional Maliyyə Mərkəzinin sədri.
Kutuzov ordeni (Rusiya)
Kutuzov ordeni — Rusiya Federasiyasının dövlət mükafatıdır. == Ordenin tarixi == Kutuzov ordeni SSRİ-də 1942-ci ildə təsis edilib.SSRİ dağıldıqdan sonra orden Rusiya Federasiyası Ali Sovetinin 20 mart 1992-ci il tarixli 2557 saylı qərarı İlə Rusiya Federasiyasının dövlət mükafatlarının sistemində saxlanılmışdı. Lakin Rusiya Federasiyasının dövlət mükafatı 2010-cu ilə qədər nizamnaməyə və rəsmi təsvirə malik deyildi. Rusiya Federasiyası Prezidentinin 7 sentyabr 2010-cu il tarixli 1099 saylı "Rusiya Federasiyasının dövlət mükafat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər Haqqında"fərmanı ilə nizamnamə və ordenin təsviri təsis edilmişdir.2013-cü ilin yanvarında və 2015-ci ilin aprelində ordenin nizamnaməsinə dəyişikliklər edilmişdi.
Könüllü ordu
Könüllü ordu (rus. Добровольческая армия) Rusiya vətəndaş müharibəsi əsnasında 1917-ci ilin noyabrında Antantanın yardımı ilə general M.V.Alekseyev tərəfində, keçmiş çar ordusu zabitləri, yunkerləri, kazaklarından təşkil olunmağa başlanıb. 27 dekabr 1917-ci ildə (9 yanvar 1918-ci il) Rostov-na-Donu şəhərində rəsmi olaraq, M.V.Alekseyevın ali rəhbərliyi, L.Q.Kornilovun baş komandanlığı və A.S.Lukomskoyun qərargah rəyasəti olmaqla Könüllü ordunun yaradılması barədə elan olundu. 1-ci Könüllü diviziyanın rəisi Anton Denikin idi. Fərqləndirici işarə kimi — şinelin və kitelin sol qolunda üçrəngli şevron (Rusiya Respublikasının bayrağı). Könüllü ordu (təxminən 4 min süngü və qılınc) A.M.Kaledinin ağ-qvardiyaçı kazakları ilə birlikdə bolşeviklərə qarşı vuruşurdular. Kaledinin süqutundan sonra Könüllü ordu 1918-ci ilin fevralında Rostovu tərk edir və bolşeviklərə qarşı orada plasdarm yaratmaq məqsədi ilə Kubana çəkilir (Buz yürüşü). Lakin 6 minlik Könüllü ordunun 9-13 apreldə Yekaterinodarı tutmaq cəhdi boşa çıxır. Bu döyüşlərdə həlak olan Kornilovun əvəzinə orduya Denikin komandanlıq etməyə başlayır. Dona qayıdan Könüllü ordu burada almanların dəstəklədikləri ataman P.N.Krasnovdan silahla və sursatla kömək alır.
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.
Liviya Milli Ordusu
Liviya Milli Ordusu (LMO), 2019-cu ilin Noyabr ayından etibarən Həftar Silahlı Qüvvələri (HSQ) olaraq bilinən İkinci Liviya Vətəndaş müharibəsində rol oynayan hərbi qüvvədir. Xəlifə Həftar başçılıq edir və Tobruqdakı Nümayəndələr Palatasına bağlıdır. Liviya Milli Ordusu, 2011-ci ildə Liviyadakı vətəndaş müharibəsi zamanı Liviya Silahlı Qüvvələrinin NATO tərəfindən ağır məğlubiyyətindən sonra yeni Liviya hökuməti tərəfindən quruldu. 2014-cü ildə İkinci Liviya Vətəndaş Müharibəsinin başlaması ilə ordu Xəlifə Həftarın nəzdindəki terrorla mübarizə qrupuna və Abdulsalam əl-Obidinin rəhbərlik etdiyi qanuni qrupa bölündü. Qısa bir müddət sonra, eyni ildə Nümayəndələr Palatası Xəlifə Həftəri ordunun rəhbəri təyin etdi və ordunu tək bir dam altında yenidən bir araya gətirdi. Nümayəndələr Palatasının komandanlığı altında Həftər, Baş Milli Konqresə qarşı “Qürur Əməliyyatı” adlı bir əməliyyat başlatdı. İkinci Liviya Vətəndaş Müharibəsi davam edərkən, beynəlxalq səviyyədə tanınan Tripoli mərkəzli Milli Konsensius Hökuməti 2016-cı ildə quruldu. Xəlifə Həftər tabeliyindəki Liviya Milli Ordusu, bu hökuməti sona çatdırmaq üçün 4 aprel 2019 tarixindən etibarən Tripoliyə hücuma başlamışdır və hücum 2020-ci ildə Türkiyənin regiona müdaxiləsi ilə Liviya Milli Ordusu üçün məğlubiyyət ilə başa çatmışdır. Liviya Milli Ordusu böyük ölçüdə muzdlulardan və ya militanlardan ibarətdir. Bu quruluşda sələfi təşkilatlar, Sudan, Çad və Rusiyadan olan muzdlular vardır.
M.S.Ordubadi
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Naxçıvan qəzası – 1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: "Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim.
Milli Ordu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrininin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfərlik şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.
Milli Xalq Ordusu
Nationale Volksarmee (Azərbaycanca mənası: Milli Xalq Ordusu) — 1956-cı ildə qurulan və 1990-cı ilə qədər fəaliyyət göstərən Almaniya Demokratik Respublikasının (Şərqi Almaniya) silahlı qüvvələridir. 1945-ci ildə Nasist Almaniyası müharibəni uduzdu və 1949-cu ildə Almaniyanın bölünməsi nəticəsində Almaniyanın şərq hissəsi Sovet hakimiyyəti altına düşdü. 1949–1956-cı illər arasında 7 il ərzində Qırmızı Ordu Şərqi Almaniyanın təhlükəsizliyini təmin etdi. Nationale Volksarmee, Sovet rəhbərliyinin nəzarəti altında olan sosialist fikirli Şərqi Alman hökumətinin qərarı ilə 1956-cı ildə yaradılmışdır. Qırmızı Ordudan silah və texnika köməyi alan Nationale Volksarmee, hər fürsətdə hərbi nümayişlər və təbliğatlar edərək Şərqi Alman xalqını təsiri altına almağa çalışırdı. 1990-cı ildə Almaniyanın birləşdirilməsindən sonra ləğv edildi və Almaniya Federativ Respublikasının (Bundeswehr) silahlı qüvvələrinə qoşuldu.
Minadora Ordjonikidze
Minadora Ordjonikidze(ing. Minadora Orjonikidze;14 mart 1879, Qareşa[d], Kutaisi quberniyası – 19 oktyabr 1967, Tbilisi)— Minadora Ordjonikidze (gürcü: მინადორა ორჯონიკიძე 14 mart 1879, Qareşa[d], Kutaisi quberniyası – 19 oktyabr 1967, Tbilisi), Gürcüstan Demokratik Respublikası və onun Qurucu Məclisində fəal olan gürcü siyasətçisidir. Tibb təhsilini Cenevrə Universitetində alan Orjonikidze marksizmlə tanış oldu və təhsil aldığı müddətdə gürcü marksist Malakia Toroşelidze ilə evləndi. Gürcüstana qayıtdıqdan sonra Orjonikidze inqilabi hərəkatın fəal iştirakçısı oldu, baxmayaraq ki, 1905-ci ildə bolşeviklər və menşeviklər arasında bölünmədən sonra gürcülərin əksəriyyətini izləmişdi və menşevik olmuşdu . 1918-ci il mayın 26-da Gürcüstan Xalq Cümhuriyyəti müstəqillik elan edərkən, Orjonikidze bəyannaməni imzalayan və Təsis Məclisinə seçilən beş qadından biri idi. 1921-ci ildə Qırmızı Ordunun Gürcüstana hücumundan sonra Bolşevik əleyhinə hərəkatın fəal iştirakçısı idi, lakin Gürcüstanda baş verən üsyandan sonra 1924-cü ildə Moskvaya sürgün edildi. 1930-cu illərdə yenidən həbs edilən əri və iki oğlu Qazaxıstan SSR-ə sürgün edildikdə güllələndi. 1950-ci ildə həbsdən çıxan qadın 1956-cı ildə reabilitasiya olunduğu Gürcüstana qayıtdı. Orjonikidze 1967-ci ildə vəfat etdi. 1950-ci ildə həbsdən çıxan qadın 1956-cı ildə reabilitasiya olunduğu Gürcüstana qayıtdı.

ord sözünün leksik mənası və izahı

  • 1 is. Ağız boşluğunun yanaqlar tərəfində olan hissələrindən biri. [Xanməmməd] ordlarının ikisi də şişik bir halda şəhərin yeni xəbərlərini nağıl eləməyə başladı… Çəmənzəminli. Zurnaçı orduna doldurduğu havanı bilmədi hara üfürsün. Mir Cəlal. ◊ Ordu (ordları) batmaq – aclıq, xəstəlik və s. nəticəsində çox arıqlamaq, zəifləşmək. Batıb uşaqların aclıqdan ordu; Bir tərəf üsyandır, bir tərəf ordu. S.Vurğun. Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov. Ordu orduna keçmək – bax ordu (ordları) batmaq. Xəstənin ordu orduna keçmişdi.

    Azərbaycan dilinin izahlı lüğəti / ord

ord sözünün rus dilinə tərcüməsi

ord sözünün inglis dilinə tərcüməsi

  • 1 i. inside of one’s cheek in the mouth cavity; ~u batmaq to lose* flesh, to grow* thin, to have* a sunken cheek; ~u ~undan keçmək to get* / to grow* pinched; Onun ordu-ordundan keçir He / She has a pinched face, His / Her cheeks are sunken

    Azərbaycanca-ingiliscə lüğət / ord

ord sözünün fransız dilinə tərcüməsi

  • 1 is. joues f pl ; ~u batmaq maigrir vi ; avoir les traits tirés ; ~u ~dan keçmək creuser (se)(les joues) ; onun ~u ~undan keçib ses joues se sont creusées

    Azərbaycanca-fransızca lüğət / ord

ord sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. хъвехъ; ordlarını köpdürmək хъуькъвер дакӀурун; ** ordu (ordları) batmaq хъукъвер къенез хъфин, хъвехъ-хъуькъве акӀун, гзаф яхун хьун; ordu orduna keçmək кил. ordu (ordları) batmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / ord

"ord" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ord nədir? #ord sözünün mənası #ord nə deməkdir? #ord sözünün izahı #ord sözünün yazılışı #ord necə yazılır? #ord sözünün düzgün yazılışı #ord leksik mənası #ord sözünün sinonimi #ord sözünün yaxın mənalı sözlər #ord sözünün əks mənası #ord sözünün etimologiyası #ord sözünün orfoqrafiyası #ord rusca #ord inglisça #ord fransızca #ord sözünün istifadəsi #sözlük