Ordovik dövrü
Ordovik dövrü (ordovik) — paleozoy erasının ikinci dövrü. Kembri dövründən sonra başlamış və Silur dövrü onu əvəz etmiş. 485,4 ± 1,9 milyon il əvvəl başlamış və 443,8 ± 1,5 milyon il əvvələ qədər davam etmişdir ( hardasa 42 milyon il). Bu dövrdə toplanmış müxtəlif süxurların kompleksi ordovik sistemi adlanır.
== Ordovik sisteminin bölgüləri ==
Ordovik sistemi Silurun ordovik şöbəsinin əsasında müstəqil sistem kimi ayrılıb. Hal-hazırda ordovik sistemini üç şöbəyə və bu şöbələrin hər birini iki mərtəbəyə ayırırlar: alt ordovik şöbəsi (Oı) tremodok (Oıt) və areniq (Oıar) mərtəbələrinə; orta ordovik (O2) llanvirn (O2İn) və llandeyl (O2l) mərtəbələrinə; üst ordovik (O3) isə karadok (O3c) və aşgil (O3a) mərtəbələrinə ayrılır.
== Tektonika və paleocoğrafiya. ==
Ordovik dövründə, kembri dövrünün sonunda mövcud olan platformalar və geosinklinal qurşaqlar saxlanılmışdı. Geosinklinal qurşaqlar intensiv dağılmaya məruz qalmışdılar; geosinklinal çökəklərdə əyilmə sürətlə gedirdi. Buna görə də bu çökəklərdə, böyük qalınlığa malik (bir çox km-lər) terrigen dəniz çöküntüləri və effuzivlər toplanırdı.