kord sözü azərbaycan dilində

kord

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kord • 45.1613%
  • Kord • 41.9355%
  • KORD • 12.9032%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kord (pulemyot)
Giliz: 12.7×108mm Kalibr: 12.7 mm Atəş sürəti: 650-750 mərmi/dəqiqə Mərminin çıxış sürəti: 860 m/s Təsirli məsafə: 2,000 m Bəsləmə sistemi: 50 mərmilik kəmər Nişangah: Dəmir nişangah Kord pulemyotu (rusca: Корд), Rusiya istehsalı bir ağır pulemyotdur.. Silah, köhnə NSV pulemyotunun yerini almaq məqsədilə yaradılmış və 1998-ci ildən Rusiya Silahlı Qüvvələrində silahlanmaya qəbul edilmişdir. Xarici görünüşü NSV pulemyotuna bənzəsə də, daxili mexanizmi, qaz sistemi və qüllə bölməsi əsaslı bir şəkildə yenidən yaradılmışdır. Bu dəyişikliklər, silahın NSV ilə müqayisədə daha az geri təpməsinə və bu geri təpmənin azalması sayəsində də, silahdan atəş açılan zaman atılan güllələrin hədəfi daha dəqiq vurması təmin edilmişdir. 1974-cü ildə sovet ordusunun iri çaplı “DŞK” pulemyotunun yerinə, arsenalına qəbul etdiyi və konstruksiyası Nikitin, Sokolov və Volkova aid olan NSV-12,7 “Utes” pulemyotunun hazırlanması üçün, Qazaxıstanın Uralsk şəhərində xüsusi zavod tikildi. SSRİ-nin dağılmasından sonra rus ordusu seçim qarşısında qaldı: ya gərək iri çaplı pulemyotu özünün yeni qonşusundan alaydı, ya da pulemyotun istehsalını özü təmin edəydi. Nəticədə, ikinci variant seçildi və 1997-ci ildə “Utes” pulemyotunun Rusiyanın özünə aid konstruksiyası əsasında hazırlanan və “KORD” adı alan iri çaplı pulemyot yaradıldı. 27 mart 2001-ci ildə “KORD” rəsmi şəkildə Rusiya ordusunun təchizatına daxil edildi və “V.A.Deqtyarev adına Zavod” onun toplu şəkildə istehsalına başladı. == Variantları == Öz sələfi kimi “KORD” da dayaq və montajın fərqli tipləri üçün müxtəlif zirehli texnika və nəqliyyat vasitələrində istifadə məqsədilə bir neçə variantda yaradılıb: - 6P49 – NSVT-12,7 pulemyotunun əvəzi üçün elektron atəşli tank variantı; - 6P50 – dayaq üzərində hazırlanan əsas variant (piyada qoşunlarda istifadə edilən NSVS-12,7 variantının əvəzinə); - 6P57 – 6T19-un dəstəyi ilə yaradılan piyada qoşunları variantı. İri çaplı pulemyotun daha çox müdafiə məqsədilə orduda istifadə olunan dünyadakı yeganə variantı (əvvəl 6P50-1 adlanırdı); - 6P58 – 6U16-nın müxtəlif texnikalarda montaj üçün nəzərdə tutulan hər tərəfə dönə və atəş aça bilən variantı (əvvəl 6P50-2 adlanırdı); - 6P59 – 6U16-nın bazasında və SP-nin dayağı üzərində yaradılan hər tərəfə dönə və atəş aça bilən variantı (əvvəl 6P50-3 adlanırdı); - 6P60 – piyada qoşunlarında istifadə edilən 6T20 dayağı üzərində yaradılan variantı; - 6P51 – tanklarda montaj olan mərmi ilə qidalanan tank variantı.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
Afrika kordiyası
Afrika kordiyası (lat. Cordia africana) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin kordiya cinsinə aid bitki növü.
Alberto Korda
Alberto Díaz Gutiérrez və ya daha çox tanınan adı ilə Alberto Korda (d. 14 sentyabr 1928, Havana — ö. 25 may 2001, Paris) — kubalı fotoqraf. 1960-cı ildə çəkdiyi Guerrillero Heroico (Qəhrəman partizan) fotosu ilə məşhurdur. == Həyatı == Korda adı ilə tanınan Alberto Dias Qutierres 14 sentyabr 1928-ci ildə Kubanın paytaxtı Havana şəhərində anadan olmuşdur. Fotoqrafiyaya atasından götürdüyü Kodak 35mm fotoaparatı ilə öz sevgilisinin şəkillərini çəkməklə başlamışdır. Fotoqrafiyaya başlama səbəbinin "qız tutmaq" olduğunu açıqlayan Korda ilk evliliyini kubalı model Natalia Menendez ilə etdi. Korda dəmiryolu işçisinin ailəsində doğulmuşdu və fotoqraf olmazdan əvvəl bir neçə işdə çalışmışdır. O, öz karyerasına ziyafət məclislərində və toylarda şəkil çəkməklə başlamışdır. Yeni başlayan Kordanın fotoları çox keyfiyyətsiz idi; bir neçə aydan sonra şəkillər tutqunlaşır və saralırdı.
Brenye-Kordon
Brenye-Kordon (fr. Brégnier-Cordon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01058. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 832 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Brenye-Kordon ilə əlaqəli mediafayllar var.
Cənub kordilinası
Cənub kordilinası (lat. Cordyline australis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin kordilina cinsinə aid bitki növü. == Təbii yayılması == Yeni Zelandiya endemikidir. Türkiyədə, Şimali-Qərbi Suriyada, Cənubi Qafqazda, Qərbi Avropada, Cənubi Amerikada və bir çox başqa ölkələrdə qayalı açıq yamaclarda və quru düzənliklərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə qədər olan, bünövrəsindən qalınlaşmış ağac və ya koldur. Gövdədə yarpaqlar dəstəyə yığılmışdır. Budaqları düz dayanandır. Kladodiləri əyri-uzunsov-lansetvari, parlaq, uzunluğu 5-6 sm, eni 1,5-2 sm olub, ucu bizdir. Budaqlarının təplərində uzunluğu 0,3-1 m-ə qədər olan yarpaq topaları vardır. Yarpağı oturaq, qılıncvari, yaşıl, uzunluğu 40-90 sm, eni 3-7 sm-dir, çoxsaylı paralel damarcıqlıdır.
Kordebalet
Kordebalet (fr. corps de ballet) — baletdə rəqqas və rəqqasə ansanblının kütləvi rəqs nömrəsi. Funksiya etibarilə kordebalet operada, operettada və müzikllarda xor ifasının analoqudur. Bu zaman solist ifaçı korifey ətrafındakı ifaçılar isə kordabalet adlanır.
Kordestanas
Kordestanas (kürd. Kurdistan/کوردستان; erm. Կորդաստանաս/K'rdstanac) — Cəzirədə tarixi vilayət. "Kürdüstan" termininin ilk istifadələrindən biridir. == Tarixi == "Kordestanas" adı erməni salnaməçisi Edessalı Matfey tərəfindən Diyarbəkir və Sivərək şəhərləri arasındakı ərazini təyin etmək üçün istifadə edilmişdir. Salnamə 952–1136-cı illərdə baş verən hadisələri üç hissədə təsvir edir, lakin "Kordestanas" bu dövrdə kürdlərin yaşadığı bütün əraziləri özündə birləşdirmirdi. Onlar aysor azlığı ilə birlikdə burada və həmçinin cənubda, indiki Dəhuk və Ninəvə ərazilərində yaşayırdılar. Bundan başqa, Zaqros dağlarının bir hissəsi bir müddətdən sonra səlcuqlar tərəfindən "Kürdüstan" adlandırılmışdır.
Kordilyer-Betika dağları
Kordilyer-Betika və ya Əndəlüs dağları (isp. Cordilleras Béticas, Sistemas Béticos) - Cənubi İspaniyada Andalusiya əyalətində dağ sistemi . == Coğrafiyası == Aralıq dənizi sahillərindən 600 km uzanaraq Qibraltara və Kadis körfəzindən Valensiya körfəzinə qədər uzanır. Dağ sistemi bir sıra silsilə və massivdən ibarətdir. Ən hündür silsiləsi Sieera-Nevedadır.Bu silsilənin ən hündür hissəsində Mulasen yerləşir. Hündürlüyü 3478 m-dir. Bura ən hündür nöqtəsi İspaniyada, Piriney yarımadasında yerləşir. Kordilyer-Betikanın ikinci ən hündür nöqtəsi Alp dağlarının Avropa hissəsində yerləşir. Bu dağ başlanğıcını İspaniyanın ən böyük çaylarından olan Qvadalkivirdən götürür O burada Andaluz düzənliyinə qədər uzanır . == Landşaftları == Kordilyer-Betikanın dağ landşaftları yarımadanın əsas isti hissəsindən başlayır.
Kordilyer (sıra dağlar)
Kordilyer (sıra dağlar) - (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Kordiya
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Kordiyerit
Kordiyerit — mineral, Al3Mg2 [AlSi5O18]. Mg Fe-la əvəz olunması adi haldır. == Haqqında == Kordiyerit - rombik, psevdoheksaqonal- aşağı temperaturlu b-kordiyerit. Kordiyerit yüksək temperaturlu polimorf modifikasiyası - heksaqonal, indialit. Kordiyerit indialitə keçid 600-8300 C-də baş verir. Habitus prizmatik. İkiləşmə {110} və {130} üzrə sadə, polisintetik, sektorial üçlüklər və altılıqlar. Ayrılma {010} üzrə orta, {001} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: dənəvər. Rəngi bozumtul-abı, göy.
Kordova
Kordova (İspaniya) — İspaniyada şəhər. Kordova (Argentina) — Argentinada şəhər. Kordova xilafəti — İspaniyada mövcud olmuş ərəb-müsəlman dövləti. Kordova əmirliyi — Kordova xilafətinin ərazilərinin bir hissəsində mövcud olmuş müsəlman əmirliyi. Kordova (departament) — Kolumbiyanın departamentlərindən biri.
Kordova (Argentina)
Kordova (isp. Córdoba) — Argentinada şəhər. Cordoba əyalətinin paytaxtı.
Kordova (departament)
Kordova (isp. Córdoba) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şimalında, Karib düzənliyində yerləşir. Şimaldan Karib dənizi, şimali-şərqdə Sukre departamenti, şərqdə Bolivar departamenti və cənubda isə Antokiya departamenti ilə sərhəddir. İnzibati mərkəzi Monteriya şəhəridir. Departamentin adı, Kolumbiyanın müstəqilliyi üçün çalışan General Xose Maryia Kordovanın adından götürülmüşdür.
Kordova (İspaniya)
Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtuba — İspaniyanın Əndəlus vilayətində şəhər. == Tarixi == İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır. İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib. Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib. İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır.
Kordova Cümə məscid-kafedralı
Kordova Cümə məscidi(isp. Mezquita-Catedral de Córdoba) — Kordova əmiri I Əbdürrəhmanın xanəmının şərəfinə tikdirdiyi məscid (lang-en|Cathedral of Our Lady of the Assumption) (isp. Catedral de Nuestra Señora de la Asunción) İspaniyanın Əndəlüs bölgəsində yerləşən daha sonra Müqəddəs Məryəm Kafedralı kilsəsi adlanan Kordova Yeparxiyasının Katolik Kafedralı. Quruluşca Mavritaniya memarlığının qazanılmış abidələrindən biri olaraq qəbul edilir. Ənənəvi hesaba görə,daha öncə,kiçik bir Vestqot krallığı kilsəsi,Bazilika memarlıq üslubundakı Müqəddəs Vikent Lerinski Katolik kilsəsi olmuşdur .784-cü ildə I Əbdülrəhman, sonrakı müsəlman hökmdarları tərəfindən xeyli genişləndirilən Böyük Məscidin inşasını əmr edir. Kordova, Rekonkista dövründə 1236-cı ildə xristianlar tərəfindən ələ keçirilir və bina Roma Katolik Kilsəsinə çevrilir, daxili interyerinin bazilika memarlıq planına uyğunlaşması ilə XVI əsrdə tam olaraq İntibah dövrünün tələblərinə uyğun xristian kilsəsinə məbədinə çevrilməsi yekunlaşır. 2000-ci illərin əvvəllərindən bəri Kordova Kafedralındakı müsəlman icmasına burada namaz qılmaları üçün icazə verdilər . Bu müsəlman icması həm İspaniyadakı, həm də Vatikandakı kilsə rəhbərliyi tərəfindən dəfələrlə rədd edilmişdi. == Mənşəyi == Ümumiyyətlə inanılır ki,Məscid-Kafedral əvvəlcə Müqəddəs Vikentiy Lerinski monastrı olmuş, Pireney yarımadasının ərəblər tərəfindən fəthindən sonra, müsəlmanlar və xristianlar tərəfindən bölüşdürüldü. Tikilinin bucürə paylaşmasının təşkili 784-cü ilə qədər davam etdi,tikilinin xristianlara aid hissəsinin I Əbdürrəhman tərəfindən satın alındıqdan, sonra orijinal quruluş sökülməyə və yerində Kordovanın möhtəşəm məscidini tikilməyə başladı.
Kordova Cümə məscidi
Kordova Cümə məscidi(isp. Mezquita-Catedral de Córdoba) — Kordova əmiri I Əbdürrəhmanın xanəmının şərəfinə tikdirdiyi məscid (lang-en|Cathedral of Our Lady of the Assumption) (isp. Catedral de Nuestra Señora de la Asunción) İspaniyanın Əndəlüs bölgəsində yerləşən daha sonra Müqəddəs Məryəm Kafedralı kilsəsi adlanan Kordova Yeparxiyasının Katolik Kafedralı. Quruluşca Mavritaniya memarlığının qazanılmış abidələrindən biri olaraq qəbul edilir. Ənənəvi hesaba görə,daha öncə,kiçik bir Vestqot krallığı kilsəsi,Bazilika memarlıq üslubundakı Müqəddəs Vikent Lerinski Katolik kilsəsi olmuşdur .784-cü ildə I Əbdülrəhman, sonrakı müsəlman hökmdarları tərəfindən xeyli genişləndirilən Böyük Məscidin inşasını əmr edir. Kordova, Rekonkista dövründə 1236-cı ildə xristianlar tərəfindən ələ keçirilir və bina Roma Katolik Kilsəsinə çevrilir, daxili interyerinin bazilika memarlıq planına uyğunlaşması ilə XVI əsrdə tam olaraq İntibah dövrünün tələblərinə uyğun xristian kilsəsinə məbədinə çevrilməsi yekunlaşır. 2000-ci illərin əvvəllərindən bəri Kordova Kafedralındakı müsəlman icmasına burada namaz qılmaları üçün icazə verdilər . Bu müsəlman icması həm İspaniyadakı, həm də Vatikandakı kilsə rəhbərliyi tərəfindən dəfələrlə rədd edilmişdi. == Mənşəyi == Ümumiyyətlə inanılır ki,Məscid-Kafedral əvvəlcə Müqəddəs Vikentiy Lerinski monastrı olmuş, Pireney yarımadasının ərəblər tərəfindən fəthindən sonra, müsəlmanlar və xristianlar tərəfindən bölüşdürüldü. Tikilinin bucürə paylaşmasının təşkili 784-cü ilə qədər davam etdi,tikilinin xristianlara aid hissəsinin I Əbdürrəhman tərəfindən satın alındıqdan, sonra orijinal quruluş sökülməyə və yerində Kordovanın möhtəşəm məscidini tikilməyə başladı.
Kordova xilafəti
Əndəlüs Əməvi Xilafəti (ərəb. خلافة قرطبة‎) və ya Kordova Xilafəti - indiki İspaniya və Portuqaliyada mövcud olmuş tarixi sünni İslam xilafəti.
Kordova əmirliyi
Kordova əmirliyi (isp. Emirato de Córdoba, ərəb. إمارة قرطبة ‎) — Orta əsrlərdə İspaniyada İslam dövləti (756-929). Əsası Əməvilərin sülaləsindən olan 756-cı ildə Əmir titulunu qəbul edən I Əbdürrəhman tərəfindən qoyulmuşdur. == Tarixi == 711-718-ci illərdə müsəlmanlar sürətli bir şəkildə Pireney yarımadasını fəth etdikdən sonra burda Əməvilər xilafətinin tərkibində vilayət yaradıldı. Kordova şəhəri, "vali" və ya "əmir" titulu daşıyan hökmdarların iqamətgahına çevrildi. İlk dövrlər İspan əmiri xəlifəyə birbaşa tabe olan Afrika valisi tərəfindən təyin edilirdi. Bütün Pireney müsəlmanları şəhərlərdə yaşayan ərəblərə, kənddə yaşayan bərbərlərə və qoşunlarda üstünlük təşkil edən suriyalılara bölünürdü. Bu xalqlar I Əbdürrəhmanın yarımadaya gəlişinə qədər hakimiyyət uğrunda öz aralarında mübarizə aparırdılar. == Əmirliyin yaranması == 750-ci ildə Abbasilər Əməviləri devirdikdən sonra sülalənin bütün üzvləri qətl edildi.
Korduena
Korduena və ya Qorduena (kürd. Kardox; türk. Karduya; erm. Կորճայք, translit. Korçayk; yun. Κορδυηνή translit. Kordyini; ivr. ‏קרטיגיני‏‎ translit. Kartigini) — Orta Şərqdə, Yuxarı Mesopatamiyada, Türkiyə ilə Suriya sərhədləri arasında qədim tarixi region. 1911-ci il Britannika Ensiklopediyasına görə, Korduena Bohtan regionunun (indiki Şırnak ili) qədim adıdır.
Korduenalılar
Karduxi, korduenalılar və ya qorduenalılar — qədim dövrdə, indiki Suriya Kürdüstanı ərazisində, Assuriya və Midiya sərhədləri yaxınlığında, Dəclənin yuxarı sahili boyunca yerləşən təpələrdə yaşamış döyüşkən tayfalar. == Mənşə == Tarixçi Arşak Safrastiyanın yazılarına görə, klassik yunan ədəbiyyatında adı çəkilən midiyalılar və skiflər yalnız əvvəlcədən düşünülmüş anlayışlar kimi mövcud idilər. O, karduxiləri kutilər ilə eyniləşdirmiş və əlavə etmişdir ki, Parfiya ordusu Həmrin dağlarının aşağı yamacları ilə hərəkət edəndə onlar burada kuti tayfaları ilə təmasda olmuşdular ki, bu tayfalar da midiyalılar və ya skiflər kimi təqdim edilir. Digər alimlərin fikrincə, onların qutilərlə birbaşa əlaqəsi mümkün deyil, çünki kutilər Hind-İran xalqlarından deyildilər və yalnız Mesopotamiyanın cənubunda yaşadıqları məlumdur.
Korduleqastralar (cins)
Korduleqastralar (lat. Cordulegaster) — İynəcələr dəstəsinə aid növ.
Kordərə
Kordərə çayı — Oğuz rayonu ərazisində yerləşən çay, Əlicançayın sol qolu. Kordərə (Sultaniyə) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd.
Kordərə (Sultaniyə)
Kordərə (fars. كردرق‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (43 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.86
2015 •••••••• 0.34
2018 •••• 0.15
2019 •••• 0.14
2020 •••• 0.13

"kord" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kord nədir? #kord sözünün mənası #kord nə deməkdir? #kord sözünün izahı #kord sözünün yazılışı #kord necə yazılır? #kord sözünün düzgün yazılışı #kord leksik mənası #kord sözünün sinonimi #kord sözünün yaxın mənalı sözlər #kord sözünün əks mənası #kord sözünün etimologiyası #kord sözünün orfoqrafiyası #kord rusca #kord inglisça #kord fransızca #kord sözünün istifadəsi #sözlük