Dard dilləri
Dard dilləri — hind-Avropa dillərinin ari qoluna daxil olan dil qrupu.
== Yayılması ==
Şimali Əfqanıstanın, Pakistanın və Hindistanın dağlıq rayonnlarında yayılmışdır.
Bu dildə danışanların ümumi sayı 1990-cı illərdə 5 milyon nəfərdən çox idi.
== Tərkibi ==
Dard dilləri 5 yarımqrupa bölünür: şərq yarımqrupuna kəşmiri, şina, phalura dilləri; şərti olaraq kuhistani adı altında birləşdirilən bir sıra dillər və dialektlər – mayyan, kanyavali, torvali və s.; başkarik və ya qarvi adlanan dialektlər qrupu; katar kalai dili və bəzi digər dillər daxildir. Kunar yarımqrupu qavar-bati, şumaştivə qlanqali dillərindən ibarətdir. Bəzi məlumatlara görə, tirahi dili də bu yarımqrupa aiddir. Son dərəcə fərqli paşai dialektləri ayrıca yarımqrup əmələ gətirir. Digər yarımqrup khovar və kalaşa dillərindən ibarətdir. Genetik mövqeyi qeyri-müəyyən olan dameli dili müstəqil yarımqrup hesab olunur.
Daha əvvəllər Nuristan dili də Dard dilinə daxil edilmişdir.