* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax cıqqa 1-ci mənada. Yanaşsa üzünə müştaq dəhanlar; Nəfəs dəyər, cığaları yellənər. Qurbani. Əsmə, səba yeli, titrəmə çöllər; Cığalar tərpənib tel inciməsin. Aşıq Abbas. Çəpkəni hər rəng çalır; Tovuzun cığası kimi. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / cığa2 ərəb. ciqqə Başın ön və yan tərəflərinə tökülən tellər. Qurbaniyəm, dərd cəkmişəm nəhanlar, Xəyalım sevməkdi səntək cananlar, Yanaşsa üzünə müştaq dəhanlar, Nəfəs dəyər, cığaları yellənir. (“Qurbani”) * Dastanlarda cığalanmaq feilinə də rast gəlinir: Köçdü, getdi xan çobanın elləri, Cığalanmır sərv tellər, ay lələ! Uçub bülbül, boş qalıbdı dalları, Boş qaldı budaqlar, dallar, ay lələ! (“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikası / cığa1 Farscadır və əsli “ciqqə”dir, “əlavə” deməkdir. Saçın ucundakı saçaqlara deyilir: Dal gərdəndə cığa telin tökmüsən. (M.Cümə). Cığalı(təcnis) da buradandır. Özbəklərdə belə yozumu var: təzə bəyin papağında metaldan dairəvi bəzək və ona bərkidilmiş lələk (durna teli və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / cığa1 сущ. 1. чёлка (опущенная на лоб и подстриженная прядь волос) 2. в классической поэзии: символ пряди красивых волос. Tovuz cığası tək əlvan (bəzəkli) многоцветный (пестрый), как павлиные перья
Azərbaycanca-rusca lüğət / cığaI (Zaqatala) böyük buynuz II (Qazax) atın kəkili. – Cığa atın kəkilidi dana!
Azərbaycan dilinin dialektoloji lüğəti.