* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [isp. cigarra] Siqaret, papiros. Cığara çəkmək. Cığara qutusu. – Sarışın, həssas baxışlı Şeyda isə cığaranı dumanladaraq, əli alnında düşünüb durur. H.Cavid. Əbdül ağa ağac müştükə keçirdiyi barmaq yoğunluqda cığarasını fikirli-fikirli çəkirdi. P.Makulu. □ Cığara kağızı – çox nazik, zərif kağız, papiros kağızına oxşar kağız. Bu, zərrəbinlə oxunacaq dərəcədə xırda zərif bir xətt ilə cığara kağızına yazılmış bir məktub idi. M.Rzaquluzadə. – Ay kişilər, insafınız olsun, batdıq suyun içində! Belə də qır basarlar? Zalım uşağı elə bil dama cığara kağızı çəkiblər. “Kirpi”.
Azərbaycan dilinin izahlı lüğəti / cığara1 устар. I сущ. папироса, сигарета. Cığara çəkmək курить папиросу; cığara qutusu портсигар II прил. папиросный. Cığara kağızı папиросная бумага (сорт очень тонкой прозрачной бумаги, обычно идущей на изготовление гильз для папирос)
Azərbaycanca-rusca lüğət / cığara