Cina sözü azərbaycan dilində

Cina

Yazılış

  • Cina • 89.9225%
  • cina • 10.0775%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Artemisia cina
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Yayılması və ekalogiya == Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Cina Devis
Virciniya Elizabet "Cina" Devis (ing. Virginia Elizabeth «Geena» Davis; 21 yanvar 1956) — ABŞ aktrisasıdır. Cina Devisin İQ-si (intellekt əmsalı) yüksək olduğuna görə Mensa cəmiyyətinin üzvüdür. == Gənclik == 1956-cı ildə Massaçusets ştatının Uorhem şəhərindən doğulan Cina Devis, erkən yaşlarından etibarən musiqilə yaxından əlaqədar idi. Piano, flüt və vurmalı çalğılardan bəzilərini çalmağı öyrənmiş və yetkinlik dövründə bir müddət Uorhemdəki kilsədə orkestr çalğıçılarına qoşulmuşdur. "Nyu İnqlend Kollec"ini bitirdikdən sonra getdiyi "Boston Universiteti"ndə "Gözəl Sənətlər Hissəsindən" 1979-cu ildə yaxşı bir dərəcəylə məzun oldu. Bir müddətə şagird olaraq İsveçdə qaldığından axıcı bir şəkildə İsveç tamaşaçıları tərəfindən danışa bilməkdədir. == Film karyerası == Məzun olduqdan sonra Nyu-Yorkdakı "Zoli" adlı bir modellik agentliyi üçün işə başladı. Modellik, hətta bir müddətə qarsonluq belə etdiyi bu dövrdə Cina Devis yalnız televiziya seriallarında çəkilməyə başlayır. Cina Devis Sidni Pollakın diqqətini çəkincə 1982-ci ildə baş rolunda Dastin Hoffmanın oynadığı "Tutsi" adlı filmdəki romantik serial aktrisa idi və rolunu məharətlə ifa edərək uğurlu film karyerasına başlayır.
Cina Linn
Cina Linn (15 fevral 1974, Mayaqüez[d], Puerto Riko) — amerikalı keçmiş pornoqrafik film aktrisası. == Həyatı == Doğum adı Tanya Merkado olan Cina Linn 14 fevral 1974-cü ildə italyan ailəsində anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Nyu-Cersi köçüb. O, Nyu-Cersi ştatının Cekson qəsəbəsində böyüyüb. 1997-ci ildə Çeri jurnalı üçün poza verib. 2000-ci ilin iyununda o, "Pleasure Productions" ilə bir illik müqavilə bağlayıb. 2002-ci ildə Eminemin "Supermen" mahnısının klipində çəkilib. 2012-ci ildə sənayedən ayrıldığını açıqladı.
Cina Lollobricida
Cina Lollobricida (it. Gina Lollobrigida; 4 iyul 1927[…], Subyako[d], İtaliya krallığı – 16 yanvar 2023[…], Roma, İtaliya) — məşhur İtaliya aktrisası. Əsl adı Luica idi. O, 1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən tanınmış Avropa aktrisalarından biri idi. Lollobricidanın ikinci peşəsi fotojurnalist idi. == Həyatı == Cina Lollobricida 4 iyul 1927-ci ildə mebel istehsalçısı ailəsində doğulub. Ondan başqa ailədə daha üç qız övladı var idi. Gəncliyində Lollobricida model kimi çalışaraq, bir neçə gözəllik müsabiqəsində uğurla iştirak edir. Sonralar isə onun üçün çox uğurlu kino karyerası dönəmi başlayır. Aktrisa ən məşhur rejissorların filmlərində çəkilmək üçün saysız dəvətlər alır.
Hacı Məmmədov (cinayətkar)
Hacı Teymur oğlu Məmmədov (1951 – 3 dekabr 2017, Xəzər rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı. == Həyatı == Hacı Məmmədov Daxili İşlər Nazirliyi sistemində 1977-ci ildən işləməyə başlayıb. O, 1995-ci ildə DİN-də Baş Cinayət Axtarış İdarəsində əmlak cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, sonradan isə baş əməliyyat müvəkkili təyin edilib. O, Qusarda yerləşən "Qarabulaq" istirahət mərkəzinin qeyri-rəsmi sahibi olub. === Cinayətkar illəri === Hacı Məmmədovun özünə dəstə yaradaraq müxtəlif vəzifəli adamları oğurlayıb onlardan külli-miqdarda pul tələb edilməsi, onlarla adamın qətlə yetirilməsində ittiham olunur. O, Azərbaycan Respublikasının ilk hərbi prokuroru Rövşən Əliyevin və "Qara Polkovnik" kimi tanınan Fətulla Hüseynovun qətlində ittiham olunur. Onun dəstəsi 2005-ci ildə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı getdiyi qadın salonundan çıxarkən oğurlayıb. Məhz bu hadisədən sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər" əməliyyatı ilə həbs edilmişdir. === Məhkəmə prosesi və MTN-nin istintaq təcridxanasında saxlanılması === Məhkəmə ifadəsində Hacı Məmmədov ona qarşı irəli sürülən ittihamların bəzilərini qəbul etmişdi. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adam oğurluğu və qətllərdə təqsirləndirilmış Hacı Məmmədova qarşı ümumilikdə 80-ə qədər maddə ilə ittiham irəli sürülüb və onun barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.
Hinterkayfek cinayəti
Hinterkayfek cinayəti (alm. Hinterkaifeck‎) – Almaniyanın Bavariya əyalətinin İnqolştadt və Şkorbenhauzen şəhərləri arasında yerləşən Qruber ailəsinə məxsus fermada gerçəkləşdirilmiş cinayət hadisəsi. Hinterkayfek ferması Münhen şəhərinin şimalında, təxminən 70 km məsafədə yerləşir. Cinayət 1922-ci ilin 31 mart axşamı mülk sahibi Qruberlər evdə olarkən baş vermiş və ailənin altı üzvü balta ilə qətlə yetirilmişdir. Bu günə qədər hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə nəticəsində ferma sahibi 63 yaşlı Andres Qruber və onun 72 yaşlı həyat yoldaşı Kazilla; dul qızları 35 yaşlı Viktoriya Qabriel; Viktoriyanın övladları, 7 yaşlı Kazilla, 2 yaşlı Yozef və ailənin xidmətçisi 44 yaşlı Maria Baumqartner öldürülmüşdür. Hadisəyə qədər Bavariya əyalətində Hinterkayfek yer mövcud olmamışdır. Kayfek adı isə fermadan bir kilometr məsafədə yerləşən kənddən götürülmüşdür. == Cinayət == Cinayətdən bir neçə gün öncə ferma sahibi Andres Qruber qar üzərində meşə tərəfindən evinə doğru gələn ayaq izlərinin olduğunu qonşularına bildirmişdi. Fermerin aşkarladığı izlər geri qayıtmamışdı.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Müharibə cinayətləri

Münəvvər Qarabulud cinayəti
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. == Həyatı == Münəvvər Qarabulud, İstanbulda 7 mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi. Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. == Cinayət == 3 mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur. Azərbaycanda blok olunub.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur. Azərbaycanda blok olunub.
Məfatihul-cinan
Məfatihul-cinan (ərəb. مفاتیح‌الجنان‎) — Şeyx Abbas Quminin On dörd məsumdan nəql etdiyi duaları topladığı külliyat. Məfatihul-cinan azərbaycanca cənnətin açarları mənasını verir. == Tərcüməsi == Şeyx Abbas Qumi, Məfatihul-cinan, mütərcim: Zəfər Cəfərzadə, Daneşe hamedun, Bakı, 2006, 5000 tiraj, 1232 səh.
Nərmin Quliyeva cinayəti
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. == Hadisə == Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. === Qaçırılma === Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb. Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. === Cəsədin tapılması === Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. === Qatil === Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb.
Oğurluq (cinayət)
Ruanda Beynəlxalq Cinayət Tribunalı
Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) (ing. International Criminal Tribunal for Rwanda (ICTR); fr. Tribunal pénal international pour le Rwanda) — 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada törədilmiş və ya qonşu dövlətlərdə Ruanda vətəndaşları tərəfindən törədilmiş Ruanda soyqırımı və beynəlxalq hüququn digər ciddi pozuntularını mühakimə etmək məqsədilə 1994-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə. Məhkəmə sonda 61 nəfəri məhkum etmiş, 14 nəfərə isə bəraət vermişdir. Tribunal 977 saylı qətnaməyə əsasən 1995-ci ildə Tanzaniyanın Aruşa şəhərində təşkil edilmişdi. 2006-cı ildən Aruşada həm də İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi yerləşirdi. 1998-ci ildə 1165 saylı qətnamə ilə tribunalın fəaliyyəti genişləndirildi. Sonralar Təhlükəsizlik Şurası daha bir neçə qətnamə ilə tribunalı 2004-cü ilin sonuna qədər araşdırmalarını, 2008-ci ilin sonuna qədər bütün məhkəmə işlərini, 2012-ci ildə isə ümumilikdə bütün fəaliyyətini başa çatdırmağa çağırmışdı. Tribunal genosid, insanlıq əleyhinə cinayətlər, Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun (daxili münaqişəyə dair) pozuntuları ilə bağlı yurisdiksiyaya malik idi. İlk məhkəmə işi Jan Pol Akayesu ilə əlaqədar olub 1997-ci ildə başlamışdı.
Samuel Pati cinayəti
Sa mere la pute à ce bouffon Je lui baise sa mere Qətlin səbəbi Patinin söz azadlığı dərsində şagirdlərinə "Charlie Hebdo"nun İslam peyğəmbəri Məhəmmədin, birində çılpaq şəkildə olmaqla təsvir olunduğu karikaturalarını göstərməsi idi. Fransa Prezidenti Emmanüel Makron hadisənin "tipik İslamçı terror hücumu" olduğunu və "soydaşımızın uşaqlara söz azadlığını öyrətdiyinə görə öldürüldüyünü" söylədi. Cinayət son illərdə Fransada baş vermiş bir neçə islami terrorizm hadisəsindən biri idi və Fransa cəmiyyətində və siyasətində mübahisələrə səbəb oldu. == Arxaplan == === Qurban === Samuel Pati 1973-cü ildə anadan olub. O, Parisin mərkəzindən 30 kilometr şimal-qərbindəki Konflan-Sen-Onorin kommunasında yerləşən "Bois-d'Aulne" adlı orta məktəbdə tarix, coğrafiya və vətəndaş təhsili müəllimi idi. Məktəbdən on dəqiqə məsafədə olan kiçik Eranyi qəsəbəsində yaşayırdı. Evli idi və beş yaşında oğlu vardı. === Qətlə yol açan hadisələr === Pati Fransa milli tədris proqramına uyğun olaraq, ifadə azadlığı mövzusunda 2020-ci ilin oktyabr ayının əvvəlində əxlaqi və vətəndaş təhsili kursu tədris edirdi. Dərs əsnasında bəzi yeniyetmə tələbələrinə söz azadlığı ilə bağlı sinif müzakirəsi zamanı satirik jurnal olan "Charlie Hebdo"dan Məhəmmədin karikaturasını göstərdi. Pati karikaturanı göstərmədən əvvəl müsəlman şagirdlərinə əgər istəsələr sinifdən çıxmağa dəvət etdi.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — 9 dekabr 1948-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 260 (III) saylı qətnamə ilə qəbul edildi. Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir. İnsanlıq əleyhinə ən ağır cinayət kimi "soyqırım" konsepsiyasının beynəlxalq hüquqi statusunu müəyyənləşdirir və hüquqi tərifini verir. Polşalı yəhudi əsilli vəkil Rafael Lemkinin etnik qrupların məhvinə görə hüquqi məsuliyyət müəyyənləşdirmək və soyqırımı beynəlxalq cəmiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanıması uzun illər davam edən mübarizənin zirvəsidir. Bütün iştirakçı ölkələrin müharibə və sülh dövründə soyqırım aktlarının qarşısının alınması və cəzalandırılması üçün tədbirlər görmələri tələb olunur. Konvensiyanı təsdiqləyən ölkələrin sayı 2011-ci ilin sentyabr ayı etibarilə 141-ə çatır. == Soyqırımın tərifi == Maddə II soyqırımı aşağıdakı kimi müəyyənləşdirir: Maddə III cəzalandırılan əməlləri müəyyənləşdirir: Konvensiya, II Dünya Müharibəsi zamanı Üçüncü Reyxin törətdiyi Holokosta bənzər hərəkətlərin qarşısını almaq üçün qəbul edildi. Konvensiyanın ilk nəşrində siyasi qətllər də yer alırdı, lakin SSRİ və bir sıra digər ölkələr siyasi və ya sosial zəmində müəyyən edilmiş qruplara qarşı yönəlmiş hərəkətləri soyqırım kimi qəbul etməkdən imtina etdilər . Siyasi və diplomatik uzlaşma nəticəsində bu meyarlar istisna edildi. === Soyqırımın subyektiv tərəfi === Soyqırımın subyektiv tərəfi "bu kimi qrupu ...
Suzanna Bombardye cinayəti
Suzanna A. Bombardye (ing. Suzanne A. "Suzie" Bombardier; 14 mart 1966–22 iyun 1980) — 22 iyun 1980-ci ildə qaçırılan, təcavüzə uğrayan və bıçaqlanan qız. Onun cəsədi 27 iyun San-Fransiskonun 60 mil şərqində, Antiok körpüsünün yaxınlığında, Antiokun şərqindəki San-Hoakin çayında üzən bir balıqçı tərəfindən tapıldı. 11 dekabr 2017-ci il əsaslı DNT analizindən sonra məhkum edilmiş seksual cinayətkar 63 yaşlı Mitçell Linn Bekom əsas şübhəli olaraq həbs edildi. O, ölümcül silahdan istifadə etməklə qətl, təcavüz, adam oğurluğunda ittiham edilmişdir. Bu, Antiokda üstü açılmayan ən qədim cinayət idi. Suzannanın cinayəti zamanı Bekom onun ailəsini tanıyırdı. Suzanna təcavüzə uğradı, sinəsindən bıçaqlandı və onun ürəyi deşildi. O, bacısının uşağına baxarkən Antiokda bacısının yaşadığı qəsəbədən oğurlandı. Suzannanın bacısı Stefani Mallen onu axtararkən saat 4-də evə çatdı.
Texasda cinayət
Bu məqalə ABŞ-də yerləşən ən böyük ştat olan Texasdaki cinayətkarlıqların vəziyyətini təsvir edir. == Ştat statistikaları == 1,184-ü cinayət və 8,236-ı təcavüz olmaqla 2014-cü ildə Texasda 923.348 cinayət hadisəsi qeydə alınıb. == Polislik == 2008-ci ildə Texas 1913 dövlət və yerli hüquq-mühafizə orqanlarına malik idi. Bu orqanlarda ümumilikdə 96,116 işçi işləmişdir. Ümumi heyətin 59.219 nəfəri vəzifəli şəxslərdir (ümumi həbs qüvvələri olanlar kimi təyin olunur). === Polis nisbəti === 2008-ci ildə Texasda hər 100 min sakinə 244 polis əməkdaşı düşmüşdü. == Ölüm cəza qanunları == Federal ölüm cəzası nadir hallarda istifadə edilə bilər.
Texasda cinayətkarlıq

Türkiyədə miqrantlar və cinayət
Türkiyədə qaçqınlar və cinayət — Suriya vətəndaş müharibəsi ilə başlayan miqrant böhranından sonra qaçqın olaraq Türkiyəyə daxil olan, çoxu suriyalı və əfqan olan 6–8 milyon insanın sosial cinayət nisbətlərinə və qaçqınların törətdikləri cinayətlər nəticəsində yaranan vətəndaş itaətsizliyi. Mütəxəssislərin mövqeyinə görə, Türkiyə xalqının miqrantların cinayət nisbətini, onlar arasında işsizlik səviyyəsi və onların ölkədəki sabitliyi pozmalarına dair narahatlıqları və bu narahatlıqlara görə atılan addımlar günü-gündən artır. Miqrant böhranı başladığı gündən ölkəni idarə edən Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti miqrant böhranı nəticəsində cinayət nisbətinin və işsizliyin artması kimi səbəblərlə gündən-günə populyarlığını itirir. Suriyalı miqrantların hüquqlarının müdafiəçisi Taha Elqazi bu nifrətin əsassız olduğunu və AKP hökuməti tərəfindən buraxılan səhvlərə görə məsuliyyətin sığınacaq axtaranlarda olmadığını və cinayət dərəcəsinə suriyalıların yüksək təsir göstərmədiyini bildirmişdir. Bir çox platformalar, o cümlədən miqrant hüquqlarının müdafiəçiləri və Elqazi kimi fəallar cinayət nisbətlərində xüsusi artım olmadığı barədə fikirləri bölüşürlər. Dövlət qurumları tərəfindən yayımlanan statistikaya görə, 2014-cü ildən 2022-ci ilə qədər qaçqınlar arasında cinayət nisbətinin 1,32% olduğu bildirilmişdir, lakin hökumətin miqrant siyasəti və rəsmi statistikanın səkkiz ildir dəyişdirilməməsi səbəbindən bu rəqəmlərin reallığı əks etdirməməsi irəli sürülmüşdür. "Sözcü"nün məlumatına görə, suriyalılar tərəfindən törədilən cinayət nisbəti 2016-cı ildə təkcə Kilisdə 30%-i təşkil etmişdir.
Təhrif edilən cinayətkar (film, 1967)
Təhrif edilən cinayətkar (yap. 変態魔, ing. Perverted Criminal və ya ing. Abnormal Criminal) – 1967-ci ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. Film baş qəhrəmanları cinayətkar və nekrofiliya olan qadındır. == Rollarda == == Maraqlı faktlar == "Təhrif edilən cinayətkar" filmi dünya ölkələrində 3D formatında çəkilmiş ilk seks filmidir.
Ufak Tefek Cinayetler (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. == Sinopsis == Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. == Çəkiliş == Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. == Əsas rollarda == Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) == Mahnılar == Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
Viliskada baltalı cinayət
Viliskada baltalı cinayət və ya Viliskada kütləvi qətl hadisəsi (ing. Villisca axe murders) - 1912-ci ilin 10 iyun tarixində Amerika Birləşmiş Ştatlarının Ayova ştatının Viliska şəhərində yaşayan Mur ailəsinin bütün fərdlərinin qətlə yetirilməsi ilə nəticələnmiş cinayət hadisəsi. Cinayətin 10 iyun axşamı və 11 iyun səhərinə yaxın törədildiyi və cinayət aləti kimi baltadan istifadə edildiyi müəyyənləşdirilmişdir. Hadisə nəticəsində ailə fərdlərindən olan dörd uşaq olmaqla, ümumilikdə səkkiz nəfər qətlə yetirilmişdir və qurbanların xüsusən başlarında olmaqla kəskin balta yaraları təyin olunmuşdur. Uzun müddət davam edən istintaq və araşdırmalara baxmayaraq Viliska baltalı cinayətinin əsil təşkilatçıları heç bir zaman tapılmamışdır. Bir necə nəfər məhkəmə önünə çıxarılsa da, yetərli sübut olmadığı üçün təqsirləndirilən şəxslərin hər birinə bəraət verilmişdir. == Arxa plan == Mur ailəsi, ailə başçısı Coş (43 yaş), Sara (39 yaş) və Herman Montqomeri (11) Meri Katerina (10) Artur Bodi (7) və Paul Vernon (5) adlı dörd uşaqdan ibarət idi. Maddi baxımından təminatlı olan ailə Viliska şəhərində yaxşı adla tanınırdılar. 1912-ci ilin 10 iyun tarixində ailənin fərdi Meri Katerina səkkiz yaşlı İna Mey və 12 yaşlı Lena Stillingeri gecəni onlarda keçirmək üçün öz evlərinə dəvət etmişdir. Hadisə axşamı Sara Mur öz övladları və evə qonaq çağırılan qızlarla birlikdə yerli şəhər kilsəsindəki Uşaqlar Günü Proqramında iştirak etmişdilər.
Xırda-para cinayətlər (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. == Sinopsis == Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. == Çəkiliş == Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. == Əsas rollarda == Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) == Mahnılar == Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
Yunanıstanda cinayət
Yunanıstanda cinayətlə mübarizə Yunanıstan Polisi və digər qurumlar tərəfindən aparılır. 20-ci əsrin çox hissəsi üçün təhlükəsizlik qüvvələri, əsl cinayətə diqqət etmək əvəzinə, solçu siyasi baxışları olan insanları təqib etmək üçün vaxtlarını sərf etdikləri üçün tənqid olunurdu. Yunanıstanda cinayət nisbəti tarixən Qərbi Avropada ən aşağı səviyyədə olmuş və davam etməkdədir. 1980-ci ildə, Yunanıstan Polis Rəisi Nikon Arkoudeas (Νίκων Αρκουδέας), mütəşəkkil cinayətkarlığa qarşı ciddi bir uğura imza atdı. 1990-cı illərin əvvəlindən etibarən bir çox qeyri-qanuni immiqrantlar Mərkəzi və Şərqi Avropa ölkələrindən, Asiya və Yaxın Şərqdən Yunanıstana gəldi. Onların qəfil axını 1990-cı və 2000-ci illər ərzində cinayət işlərinin artmasına səbəb olmuşdur. Yunanıstan Polisi bir neçə zəfər qazanmışdır. Belə ki, mafiya təşkilatlarını parçalamış, 17 noyabr terrorçu qrupunu həbs etmiş, 2004-cü il Olimpiya Oyunları üçün təhlükəsizliyi uğurla təşkil etmiş və 2016-cı ildə ölkədə 2000-dən çox soyğunçu olan böyük cinayət təşkilatı məsuliyyətə cəlb etmişdi. 2002-ci ildə Yunanıstan polisi tərəfindən həyata keçirilən cinayətkarlığa qarşı mübarizə əməliyyatı nəticəsində "İnqilabçı Təşkilat" ın sol qolu terrorçu qrupunun fəaliyyətini dayandırmağa müvəffəq oldu. 2011-ci ildə Yunanıstanda cəmi 184 cinayət törədilmişdi.
Yuvenal cinayətkarlıq
Yuvenal cinayətkarlıq (lat. juvenis – gənc, cavan) — yetkinlik yaşına çatmayanların (qanunla müəyyən edilmiş yaş həddinə çatmayanlar) cinayətin törədilməsində iştirak etməsi. Əksər hüquq sistemləri yetkinlik yaşına çatmayanlarla əlaqədar xüsusi prosessual normalar müəyyən edir; məsələn, tərbiyə müəssisələri və yuvenal məhkəmə kimi. ABŞ-da yuvenal cinayətkarlar dedikdə adətən yaşı 18-dən aşağı olan və hüquq pozuntusu törədən şəxslər nəzərdə tutulur, hansı ki həmin yaş həddində müvafiq pozuntunu törədəcəkləri halda əməl cinayət kimi tövsif ediləcəkdi. Corciya, Nyu-York, Miçiqan, Missuri, Şimali Karolina, Nyu-Hempşir, Texas və Viskonsin ştatlarında isə 17 yaşadək olan şəxslər nəzərdə tutulur. Törədilən hüquq pozuntusunun növündən və ictimai təhlükəliliyindən asılı olaraq, 18 yaşınadək şəxslərin yetkinlik yaşına çatmış şəxslər kimi ittiham edilməsi mümkündür. 2016-cı ildə verilmiş informasiyaya görə əvvəlki dövrlərlə müqayisədə gənclərin daha böyük bir qismi hələ 20-li yaşlarının əvvəllərində tutulurlar. Baxmayaraq ki, bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu statistika gənclərin davranışındakı dəyişikliklərdən daha çox sərt cinayət mühakiməsi və sıfır tolerantlıq siyasətlərinin nəticəsini özündə əks etdirir. Yuvenal hüquq pozuntularına daha çox inzibati xətalar, mülkiyyət əleyhinə cinayətlər və zorakı cinayətlər daxildir. ABŞ hökumətinin rəsmi statistikasına görə 1993-cü ildə gənclərin şiddətə meylli hərəkətləri 12%-ə qədər azalmışdı: bu isə əksər yuvenal hüquq pozuntularının qeyri-zorakı olduğunu göstərirdi.
Zorakı cinayət
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir. == Ölkələr üzrə zorakı cinayətlər == Dövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar. Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.
Özgəcan Aslan cinayəti
Özgəcan Aslan cinayəti (türk. Özgecan Aslan cinayeti; 22 oktyabr 1995 - 11 fevral 2015) - Türkiyənin Mərsin vilayətinin Tarsus şəhərində tələbə Özgəcan Aslanın Suphi Altıntökən tərəfindən qətlə yetirilməsi hadisəsi. Cinayət bütün Türkiyədə böyük reaksiyalara və etirazlara səbəb olmuşdur. Çağ Universitetinin tələbəsi olan Özgəcan Aslanın evə getmək üçün mindiyi kiçik avtobusda qaçırılması və daha sonra kimsəsiz yerə aparılaraq təcavüz edilməsi, izin itirilməsi üçün isə cəsədinin yandırılması Türkiyənin başlıca sosial problemlərindən biri olan ailə daxili zorakılıq və qadın şiddəti məsələlərini yenidən gündəmə gətirmiş və sosial aktivistlər dövlətin bu sahədə daha radikal qərarlar qəbul etməsini tələb etmişdir. == Arxa Plan == Çağ Universitetinin Ədəbiyyat fakültəsinin psixologiya bölümündə I kursda təhsil alan Özgəcan Aslan 11 fevral tarixində universitetdən çıxaraq rəfiqəsi ilə birlikdə Tarsusda yerləşən alış-veriş mərkəzinə yollanır. Alış-veriş mərkəzində rəfiqəsindən ayrılaraq və yaşadığı Mərsin vilayətinə doğru getmək üçün şəhər arası işləyən kiçik həcmli avtobusların olduğu dayancağa gəlir. Burada evinə doğru getmək üçün avtobusların birinə minmiş və daha sonra ondan xəbər alınmamışdır. Axşam qızlarının evə gəlməməsindən narahat olan ailə elə həmin gündə də polisə müraciət etmişdir. Bu tarixdən etibarən yerli polis və jandarm birlikləri tərəfindən axtarış işləri başladılmışdır. Hadisənin səhərisi günü qızın itkin düşdüyü ərazinin yaxınlığında bir avtobus sürücünün özünü şübhəli aparması diqqəti cəlb etmiş və avtobusda aparılan araşdırmalar zamanı qan izinə rastlanılmışdır.

"cina" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cina nədir? #cina sözünün mənası #cina nə deməkdir? #cina sözünün izahı #cina sözünün yazılışı #cina necə yazılır? #cina sözünün düzgün yazılışı #cina leksik mənası #cina sözünün sinonimi #cina sözünün yaxın mənalı sözlər #cina sözünün əks mənası #cina sözünün etimologiyası #cina sözünün orfoqrafiyası #cina rusca #cina inglisça #cina fransızca #cina sözünün istifadəsi #sözlük