cinayəti sözü azərbaycan dilində

cinayəti

Yazılış

  • cinayəti • 92.2647%
  • Cinayəti • 7.7353%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hinterkayfek cinayəti
Hinterkayfek cinayəti (alm. Hinterkaifeck‎) – Almaniyanın Bavariya əyalətinin İnqolştadt və Şkorbenhauzen şəhərləri arasında yerləşən Qruber ailəsinə məxsus fermada gerçəkləşdirilmiş cinayət hadisəsi. Hinterkayfek ferması Münhen şəhərinin şimalında, təxminən 70 km məsafədə yerləşir. Cinayət 1922-ci ilin 31 mart axşamı mülk sahibi Qruberlər evdə olarkən baş vermiş və ailənin altı üzvü balta ilə qətlə yetirilmişdir. Bu günə qədər hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə nəticəsində ferma sahibi 63 yaşlı Andres Qruber və onun 72 yaşlı həyat yoldaşı Kazilla; dul qızları 35 yaşlı Viktoriya Qabriel; Viktoriyanın övladları, 7 yaşlı Kazilla, 2 yaşlı Yozef və ailənin xidmətçisi 44 yaşlı Maria Baumqartner öldürülmüşdür. Hadisəyə qədər Bavariya əyalətində Hinterkayfek yer mövcud olmamışdır. Kayfek adı isə fermadan bir kilometr məsafədə yerləşən kənddən götürülmüşdür. == Cinayət == Cinayətdən bir neçə gün öncə ferma sahibi Andres Qruber qar üzərində meşə tərəfindən evinə doğru gələn ayaq izlərinin olduğunu qonşularına bildirmişdi. Fermerin aşkarladığı izlər geri qayıtmamışdı.
Müharibə cinayəti
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir.Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir.Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi;Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri:mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi;Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması;Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik;Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi;Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Amadu Diallo cinayəti
Amadu Diallo cinayəti, 4 Fevral 1999-cu ildə, Nyu-York şəhərində, 4 mülki geyimli NYPD polisi (Sean Carroll, Richard Murphy, Edward McMellon və Kenneth Boss) tərəfindən, 23 yaşlı Qvineyalı immiqrant Amadu Diallonun (Amadou Diallo) öldürüldüyü hadisə. Nyu-York Polis Departamenti, illərdir 51 qadına təcavüz edən və pullarını oğurlayıb qaçan İsak Cons adlı təcavüzkarın axtarışındaydı. Polislər Amadu Diallo adlı Qvineyalı immiqrantı təcavüzkar ilə səhv saldılar. Özünü itirən Amadu, silahları üzərinə tuşlanmış polislərin "Təslim ol" deməsindən sonra əlini cibinə salmaq istədi. Amadunun cibindən silah çıxardacaqını düşünən polislər 41 dəfə atəş açdılar. Polislərin etdiyi 41 atəşdən 19u Amaduya dəyərək ölümünə səbəb oldu. Amadu Diallo silahsız idi. Atəş açan 4 polis Qəsdən adam öldürmə ilə ittiham olundular lakin məhkəmədə bəraət qazandılar.
Aytac Babayeva cinayəti
Aytac Babayeva cinayəti - Bakı şəhəri, Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi. Bu cinayətin yetirməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü İzzət Hüseynov Natiq oğlu bilinir. O, Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü müddətində həbs edilib. Hadisə nəticəsində səkkiz bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçinmişdir. == Arxa plan == İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: 20 yaşlı İzzət Hüseynov 17 yaşlı Aytac Babayevanı bıçaqladıqdan sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb. Hadisə Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib. İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. == Etirazlar == Aytac Babayevin səkkiz bıçaq zərbəsi ilə amansız şəkildə qətlə yetirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur.
Barbara Barns cinayəti
Barbara Enn Barns (ing. Barbara Ann Barnes) — 1995-ci ilin dekabrında, 13 yaşında qətlə yetirilən amerikalı məktəbli qız. İş bu günə kimi həll olunmamış qalır. Çoxları onun ölümünə görə əmisinin məsuliyyət daşıdığını güman etdi, lakin digərləri inanırdılar ki, cinayət ərazidə yerli biri tərəfindən törədilib. Jurnalist Ceyms Renner işin Tina Harmon, Krista Harrison, Debora Smit və Emi Mixaleviç cinayətləri ilə əlaqəli ola biləcəyi barədə nəzəriyyəsini yayımladı. == Məlumat == Barns məktəbdə yaxşı oxuyan, şirindilli bir qız kimi təsvir edilmişdir. O, səkkizinci sinifdə oxuyurdu və Harding orta məktəbinə gedirdi. Evi ilə məktəbi arasında məsafənin az olması səbəbindən o, məktəbə hər gün məktəb yoldaşları ilə gedirdi. Barnsın atası 1989-cu ildə güllələndi, hansı ki bu, onun şəxsiyyətinin dəyişməsinə səbəb oldu. == İtkin düşməsi və qətli == Bir sinif yoldaşı tərəfindən Barnsın 7 dekabr 1995-ci ildə qaçırıldığı zaman məmləkəti Ohayo ştatı, Styubenvill şəhərindən məktəbə getdiyi bildirildi.
Dekan Shillingsworth cinayəti
Din Şillinqsvortun (ing. Dean James Shillingsworth; 25 fevral 2005 — 11 oktyabr 2007) cəsədi [1] 17 oktyabr 2007-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Ambarvale şəhərindəki Mandurama qoruğundakı gölməçədə uşaqlar tərəfindən tapıldı. Körpənin cəsədi tartan çamadanın içərisində iki plastik torbaya bükülmüşdü. Körpənin suda qaldığı müddətə görə bədəni parçalanıb. Yerli polis, NSW Polis Ədliyyə Xidmətləri Qrupu tərəfindən araşdırılan cinayət yeri qurdu. [2] Araşdırma və təhqiqatın sübutları oğlanın anasına gətirib çıxardı. Daha sonra polis onun yaxınlıqdakı Rosemeadow şəhərində yaşayan anası Reyçel Pfitzneri həbs edib. O, Dekanı öldürməkdə ittiham olunurdu. [1] [3] O, zaminə buraxılması üçün müraciət etməyib və barəsində həbs qətimkan tədbiri seçilib. [4] == Arxa planda == Pfitznerin ayrılmış atasının dediyinə görə, onun hər birinin fərqli atası olan üç övladı var idi.
Doğan Öz cinayəti
Doğan Öz (1934, Sultandağı, Afyonqarahisar ili – 24 mart 1978, Ankara) - türk prokuror. Dövlət daxilindəki əks-partizan qruplaşmalar barəsindəki tədqiqatları ilə tanınmışdır. 1978-ci ilin mart ayının 24-də evindən çıxıb işə gedərkən, naməlum şəxslər tərəfindən avtomobilinə açılan atəş nəticəsində vəfat etmişdir.
Dövlət-korporasiya cinayəti
Dövlət-korporasiya cinayəti — Kramer və Michalowski tərəfindən 1990-cı ildə kriminologiya elminə bəxş edilmiş termin. Kramer və Michalowski-ə görə, dövlət və korporasiyaların birgə törətdikləri cəmiyyətə zərərli və qeyri-qanuni əməllər, habelə, dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsindən bəhrələnən korporasiyaların törətdikləri cinayətlər dövlət-korporasiya yaxud dövlət-şirkət cinayətləri adlanır. Tənqidi kriminologiyanın bir hissəsi olan bu mövzu olduqca yeni olduğundan bu sahədə çox saylı genişmiqyaslı tədqiqatlara ehtiyac var, amma ki, Kramer və Michalowski-nin nəzəriyyəsi yarandığı gündən etibarən bir çox böyük miqyaslı cinayətlərə yeni baxış prizmaları ortaya çıxmaqdadır.
Emil Hüseynov cinayəti
Emil Hüseynov cinayəti - Rusiya Federasiyasının Yekaterinburq şəhərində etnik zəmində baş vermiş cinayət hadisəsi. Cinayət nəticəsində sabiq Azərbaycanlı futbolçu Emil Hüseynov Tiqran və Andranik Çiçakyan qardaşları tərəfindən qətlə yetirilmişdir. == Arxa plan == Emil Hüseynov 1988-ci ildə Bakı şəhərində anadan olub. Futbolçu karyerası ərzində Neftçi və fəaliyyətini dayandırmış Karvan və Abşeron kulbarında çıxış edib. Futbol ilə bağlı olan karyerasını başa vurduqdan sonra Emil sahibkarlıq ilə məşğul olmaq üçün Rusiyaya yollanır. Hadisə də 2015-ci ilin 20 aprel tarixində Emil Hüseynovun yaşadığı Yekaterinburq şəhərinin Alpinistov küçəsində yerləşən Azərbaycan mətbəxi restoranının qarşısında baş verib.Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər. Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında Tiqran Cicakyan adlı erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə sancıb.
Fərxundə Məlikzadə cinayəti
Fərxundə Məlikzadə - 27 yaşlı əfqan qadın Fərxundənin Əfqanıstanın paytaxtı Kabul şəhərində linç edilərək öldürülməsi ilə nəticələnmiş cinayət hadisəsi. Hadisə 2015-ci ilin 19 mart tarixində baş vermişdir. 27 yaşlı qadın İslamın müqəddəs kitabı olan Quranı yandırmaqda və təhqir etməkdə günahlandırılır. Polis tərəfindən aparılan ilkin araşdırmlardan sonra qadın tərəfindən heç bir kitabın yandırılmadığı müəyyənləşmişdir. Fərxundə Məlikzadə cinayətinə görə Kabul şəhərində 49 nəfər məsuliyyətə cəlb olunub. Baş verən cinayət hadisəsi Əfqanıstanda qadın hüquqları məsələsini yenidən gündəmə gətirmiş və ölkə miqyasında Fərxundə Məlikzadə üçün mitinqlər təşkil edilmişdir. 2015-ci ilin may yayında Əfqanıstanda keçirilən məhkəmə prosesi nəticəsində Fərxundənin cinayətində günahlandırılan 4 nəfər edam edilmiş, 8 nəfər isə həbsxanaya göndərilmişdir. Cəzalandırılan şəxslərin hamısı kişidir. == Arxa plan == İlk öncə, Fərxundə dini müəllim işlədiyi Şahdu-Şəmşəyra məscidinin qarşısında məsciddə zinət əşyaları satan bir molla ilə bu barədə mübahisə etmiş və mübahisə zəminində molla onu “Qurani-Kərim” i yandırmaqda ittiham edərək izdihamı ətrafına toplamışdır. Gənc qadın onun yalan danışdığını sübut etmək üçün tez-tələsik Qurandan ayələr gətirərək müsəlman olduğunu sübuta yetirməyə çalışsa da, qaragüruh vəhşicəsinə onu damdan aşağı atmış, maşınla vurmuş, dəyənəklərlə döymüş və az deyilmiş kimi, məscid ətrafındakı daşlarla daş-qalaq etmişdir.
Münəvvər Qarabulud cinayəti
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. == Həyatı == Münəvvər Qarabulud, İstanbulda 7 Mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi.Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. == Cinayət == 3 Mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi. == Məhkəmənin nəticəsi == İddia nəticəsində Cem Garipoglu 24 il həbs cəzası ilə cəzalandırıldı.
Nərmin Quliyeva cinayəti
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. == Hadisə == Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. === Qaçırılma === Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb.Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. === Cəsədin tapılması === Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. === Qatil === Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb. İstintaq zamanı Süleymanovun cinayəti etiraf etdiyi və "psixoloji problemləri" olduğu iddia edildi.
Samuel Pati cinayəti
Sa mere la pute à ce bouffon Je lui baise sa mere Qətlin səbəbi Patinin söz azadlığı dərsində şagirdlərinə "Charlie Hebdo"nun İslam peyğəmbəri Məhəmmədin, birində çılpaq şəkildə olmaqla təsvir olunduğu karikaturalarını göstərməsi idi.Fransa Prezidenti Emmanüel Makron hadisənin "tipik İslamçı terror hücumu" olduğunu və "soydaşımızın uşaqlara söz azadlığını öyrətdiyinə görə öldürüldüyünü" söylədi. Cinayət son illərdə Fransada baş vermiş bir neçə islami terrorizm hadisəsindən biri idi və Fransa cəmiyyətində və siyasətində mübahisələrə səbəb oldu. == Arxaplan == === Qurban === Samuel Pati 1973-cü ildə anadan olub. O, Parisin mərkəzindən 30 kilometr şimal-qərbindəki Konflan-Sen-Onorin kommunasında yerləşən "Bois-d'Aulne" adlı orta məktəbdə tarix, coğrafiya və vətəndaş təhsili müəllimi idi. Məktəbdən on dəqiqə məsafədə olan kiçik Eranyi qəsəbəsində yaşayırdı. Evli idi və beş yaşında oğlu vardı. === Qətlə yol açan hadisələr === Pati Fransa milli tədris proqramına uyğun olaraq, ifadə azadlığı mövzusunda 2020-ci ilin oktyabr ayının əvvəlində əxlaqi və vətəndaş təhsili kursu tədris edirdi. Dərs əsnasında bəzi yeniyetmə tələbələrinə söz azadlığı ilə bağlı sinif müzakirəsi zamanı satirik jurnal olan "Charlie Hebdo"dan Məhəmmədin karikaturasını göstərdi. Pati karikaturanı göstərmədən əvvəl müsəlman şagirdlərinə əgər istəsələr sinifdən çıxmağa dəvət etdi. Bir şagirdə görə, əvvəllər bu karikaturaları 2015-ci ildə Charlie Hebdo qətliamından bəri hər il müzakirə çərçivəsində göstərmişdi.
Suzanna Bombardye cinayəti
Suzanna A. Bombardye (ing. Suzanne A. "Suzie" Bombardier; 14 mart 1966–22 iyun 1980) — 22 iyun 1980-ci ildə qaçırılan, təcavüzə uğrayan və bıçaqlanan qız. Onun cəsədi 27 iyun San-Fransiskonun 60 mil şərqində, Antiok körpüsünün yaxınlığında, Antiokun şərqindəki San-Hoakin çayında üzən bir balıqçı tərəfindən tapıldı. 11 dekabr 2017-ci il əsaslı DNT analizindən sonra məhkum edilmiş seksual cinayətkar 63 yaşlı Mitçell Linn Bekom əsas şübhəli olaraq həbs edildi. O, ölümcül silahdan istifadə etməklə qətl, təcavüz, adam oğurluğunda ittiham edilmişdir. Bu, Antiokda üstü açılmayan ən qədim cinayət idi. Suzannanın cinayəti zamanı Bekom onun ailəsini tanıyırdı. Suzanna təcavüzə uğradı, sinəsindən bıçaqlandı və onun ürəyi deşildi. O, bacısının uşağına baxarkən Antiokda bacısının yaşadığı qəsəbədən oğurlandı. Suzannanın bacısı Stefani Mallen onu axtararkən saat 4-də evə çatdı.
Özgəcan Aslan cinayəti
Özgəcan Aslan cinayəti (türk. Özgecan Aslan cinayeti; 22 oktyabr 1995 - 11 fevral 2015) - Türkiyənin Mərsin vilayətinin Tarsus şəhərində tələbə Özgəcan Aslanın Suphi Altıntökən tərəfindən qətlə yetirilməsi hadisəsi. Cinayət bütün Türkiyədə böyük reaksiyalara və etirazlara səbəb olmuşdur. Çağ Universitetinin tələbəsi olan Özgəcan Aslanın evə getmək üçün mindiyi kiçik avtobusda qaçırılması və daha sonra kimsəsiz yerə aparılaraq təcavüz edilməsi, izin itirilməsi üçün isə cəsədinin yandırılması Türkiyənin başlıca sosial problemlərindən biri olan ailə daxili zorakılıq və qadın şiddəti məsələlərini yenidən gündəmə gətirmiş və sosial aktivistlər dövlətin bu sahədə daha radikal qərarlar qəbul etməsini tələb etmişdir. == Arxa Plan == Çağ Universitetinin Ədəbiyyat fakültəsinin psixologiya bölümündə I kursda təhsil alan Özgəcan Aslan 11 fevral tarixində universitetdən çıxaraq rəfiqəsi ilə birlikdə Tarsusda yerləşən alış-veriş mərkəzinə yollanır. Alış-veriş mərkəzində rəfiqəsindən ayrılaraq və yaşadığı Mərsin vilayətinə doğru getmək üçün şəhər arası işləyən kiçik həcmli avtobusların olduğu dayancağa gəlir. Burada evinə doğru getmək üçün avtobusların birinə minmiş və daha sonra ondan xəbər alınmamışdır. Axşam qızlarının evə gəlməməsindən narahat olan ailə elə həmin gündə də polisə müraciət etmişdir.Bu tarixdən etibarən yerli polis və jandarm birlikləri tərəfindən axtarış işləri başladılmışdır. Hadisənin səhərisi günü qızın itkin düşdüyü ərazinin yaxınlığında bir avtobus sürücünün özünü şübhəli aparması diqqəti cəlb etmiş və avtobusda aparılan araşdırmalar zamanı qan izinə rastlanılmışdır. Avtobusda tapılan qadın papağının Özgəcan Aslana aid olduğu zərərçəkmişin atası tərəfindən müəyyən edildikdən sonra şübhəlilər istintaqa cəlb olunmuş və qısa müddət sonra onlar öz cinayətlərini etiraf etmişdilər.
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya — 9 dekabr 1948-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 260 (III) saylı qətnamə ilə qəbul edildi. Konvensiya 12 yanvar 1951-ci ildə qüvvəyə minmişdir. İnsanlıq əleyhinə ən ağır cinayət kimi "soyqırım" konsepsiyasının beynəlxalq hüquqi statusunu müəyyənləşdirir və hüquqi tərifini verir. Polşalı yəhudi əsilli vəkil Rafael Lemkinin etnik qrupların məhvinə görə hüquqi məsuliyyət müəyyənləşdirmək və soyqırımı beynəlxalq cəmiyyət tərəfindən insanlığa qarşı cinayət kimi tanıması uzun illər davam edən mübarizənin zirvəsidir. Bütün iştirakçı ölkələrin müharibə və sülh dövründə soyqırım aktlarının qarşısının alınması və cəzalandırılması üçün tədbirlər görmələri tələb olunur. Konvensiyanı təsdiqləyən ölkələrin sayı 2011-ci ilin sentyabr ayı etibarilə 141-ə çatır. == Soyqırımın tərifi == Maddə II soyqırımı aşağıdakı kimi müəyyənləşdirir: Maddə III cəzalandırılan əməlləri müəyyənləşdirir: Konvensiya, II Dünya Müharibəsi zamanı Üçüncü Reyxin törətdiyi Holokosta bənzər hərəkətlərin qarşısını almaq üçün qəbul edildi. Konvensiyanın ilk nəşrində siyasi qətllər də yer alırdı, lakin SSRİ və bir sıra digər ölkələr siyasi və ya sosial zəmində müəyyən edilmiş qruplara qarşı yönəlmiş hərəkətləri soyqırım kimi qəbul etməkdən imtina etdilər . Siyasi və diplomatik uzlaşma nəticəsində bu meyarlar istisna edildi. === Soyqırımın subyektiv tərəfi === Soyqırımın subyektiv tərəfi "bu kimi qrupu ...

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 22.03 dəfə / 1 mln.
2002 •••• 6.85
2003 •••• 6.69
2004 ••••• 9.77
2005 •••••• 10.80
2006 ••••••• 14.19
2007 ••••• 8.88
2008 •••• 8.04
2009 ••••••••• 17.92
2010 •••••••••• 19.52
2011 ••••••••• 17.84
2012 •••••••••••• 22.54
2013 •••••••••••••••••••• 40.70
2014 •••••••••••••••• 31.75
2015 •••••••••• 18.71
2016 •••••••••••••• 28.46
2017 •••••••••••••• 27.48
2018 ••••••••••••••••••• 36.71
2019 •••••••••••••• 26.57
2020 •••••••••• 19.49

"cinayəti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cinayəti nədir? #cinayəti sözünün mənası #cinayəti nə deməkdir? #cinayəti sözünün izahı #cinayəti sözünün yazılışı #cinayəti necə yazılır? #cinayəti sözünün düzgün yazılışı #cinayəti leksik mənası #cinayəti sözünün sinonimi #cinayəti sözünün yaxın mənalı sözlər #cinayəti sözünün əks mənası #cinayəti sözünün etimologiyası #cinayəti sözünün orfoqrafiyası #cinayəti rusca #cinayəti inglisça #cinayəti fransızca #cinayəti sözünün istifadəsi #sözlük