* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Qırmızı. Al bayraq. Al qan. Al şəfəq. – Al yanaqların sanasan ki, qızılgül xərməni; Tər zənəxdaninə baxdıqca cünun eylər məni. M.P.Vaqif. Sənə al don yaraşır, niyə qarə geymisən sən; Məgər aşiqin ölübdür, sənə bu əza neçindir? S.Ə.Şirvani. Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı. S.Vurğun. // is. Qırmızı paltar, al parça. Saqqalı ağ olanın qiymətidir bir qara pul; Gər girsən bəzənib gündə yaşıl, al içinə. M.P.Vaqif. Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin! Q.Zakir. [Qəribin anası:] Gəlişin haradan, bazirganbaşı?; Sən alıb-satırsan alı, qumaşı. “Aşıq Qərib”. □ Al geymək məc. – bəzənmək, qızarmaq. Al geyib qızarır yenə üfüqlər; Bir azdan gözünü açacaq səhər. S.Vurğun. Kəndimiz bəzənib süsən, sünbülə; Bağlar geyib al, başına döndüyüm. (Qoşma). 2. Qızmar, yandırıcı. Gecələr ayazda, gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər bir zəhmətdən fövqdür. S.M.Qənizadə. 3. is. köhn. Qadınların üzlərinə, dodaqlarına sürtdükləri qırmızı boya, ənlik.
Azərbaycan dilinin izahlı lüğəti / al2 is. köhn. Hiylə, məkr, yalan. Aldandılar, aldanmadıq dünyəvi məkrü alına. Nəsimi. Onun hər muyunda yüz min qal oldu; Qaşı fitnə, qəmzəsində al oldu. Qurbani. Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun etdin. Füzuli. ◊ Al dil – hiylə, məkr, aldatma, yalan. [Səmayə] özü bir yaxşı ictimaiyyətçi qızdı; Heydərov onu al dillə aldadıb yoldan çıxartmışdır. Mir Cəlal. Al dilə tutmaq – aldatmaq, tovlamaq, hiylə işlətmək. [Ələmdar:] …Bəy məni al dilə tutub bu dörd divarın arasına gətirib… S.Rəhimov. Ala düşmək – şərə düşmək, kələyə düşmək, tora düşmək.
Azərbaycan dilinin izahlı lüğəti / al3 is. Xurafata inananların təsəvvüründə: qaranlıqda tək qaldıqda guya insanın gözünə görünən mövhum surət, xəyal; qulyabanı (bəzən “al anası” şəklində işlənir). Ata, ata, süpürgəsaqqal gəlir; Ərdo Məlik gəlir, odur al gəlir. A.Səhhət. Zahıya deyərdilər ki, yatma, yatsan, al anası gələr, ciyərini çıxarar. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / al4 AL1 ə. 1) ocaq, nəsil; 2) sülalə, bir nəsildən olan adamlar. Ali-əba Məhəmməd peyğəmbər və onun nəslinə mənsub dörd nəfər (Məhəmməd, Fatimə, Əli, Həsən, Hüseyn); ali-nəbi (rəsul) Peyğəmbərin nəsli. AL2 ə. hiylə, fırıldaq. AL3 ə. yüksək, hündür.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / al5 Hiylə, məkr, yalan. (“Koroğlu” dastanının lüğəti) Qırmızı. (“Koroğlu” dastanının lüğəti) Görsün mən dəlinin indi gücünü, Boyansın əndamı al qana, gəlsin!.. (“Koroğlu ilə Dəli Həsən”) * Əyləşibdi Çənlibelin elində, Deyil işlərində naşı Koroğlu. Misri qılınc həmayıldi belində Geyər hər vaxt al-qumaşı Koroğlu. (“Koroğlunun Ərzurum səfəri”)
Azərbaycan dastanlarının leksikası / al1 Dilimizdə “Sənə al da geysən, yaraşır, şal da geysən” cümləsi var. Al sözü “narıncı (оранжевый) rəngdə olan ipək parça” deməkdir. Bir mənası da “parlaq” (сияющий) deməkdir; bu mənada yal kimi də yazılıb. Görünür alov (yalov) sözü ilə qohumdur və “od rəngində olan”deməkdir. “Разноцветный” mənasını əks etdirən ala sözü də bu fikrə haqq qazandırır. Deməli, al sözü rəng bildirən sifətdir və al qırmızı birləşməsindəki al sözü ilə qohumdur. Bəzilərinə görə, farsca “qıpqırmızı” deməkdir. Məncə, türk mənşəlidir və alov, ulduz kimi sözlərlə qohumdur, “od rəngi” deməkdir. “Ön” deməkdir. Tatar dilində allı-artlı sözü “qabaqlı-dallı” (друг за другом) kimi izah olunur. Alın sözü də burdandır. Ərəbcə “ailə”, “nəsil” deməkdir. Alosman “Osman nəsli”dir. El arasında zahı qadınlar xəstələnəndə “hal aparıb” deyirlər. Sözün əsli aldır və ərəbcədir, “ifritə”, “qulyabanı”deməkdir.
Azərbaycan dilinin etimologiya lüğəti / al4 I AL (rəng) [Cavahir] Sənin sinəni təzə al qanıma boyadım (M.Hüseyn); QIRMIZI Qəlbimizdən asmışıq beş guşəli ulduzu; Bayrağımız qırmızı, bu gün yer, göy qırmızı (S.Rüstəm); ƏHMƏR (kl.əd.) Boyu bağ içrə sərvi-nazə bənzər; Yanağı həmçü vərdi-əhmərdir (Xətayi); QIZIL Köhnə bəy evinin üstündə qızıl bayraq yellənən gündən, kəndin həyatı dəyişdi, yeni səmtə, yeni yola düşdü (M.İbrahimov). II al bax hiylə III al bax qulyabanı
Azərbaycan dilinin sinonimlər lüğəti / al1 AL – SOLĞUN Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı (S.Vurğun); Onun solğun yanağı qızarmağa başlayırdı (S.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / al1 AL I is. köhn. Hiylə, məkr, yalan. Koroğlunu al dil ilə tutandı; Ölər əcəm oğlu getməz bu yerdən (Dastanlar). AL II is. [ ər. ] Xurafata inananların təsəvvüründə canlanan, gözünə görünən mövhum surət, xəyal. Zahıya deyərdilər ki, yatma, yatsan, al anası gələr ciyərini çıxarar (H.Sarabski). AL III sif. Qırmızı. Narın küləklər öpür sənin al bayrağını (S.Rüstəm). AL IV f. Əl ilə götürmək; qaldırmaq; ələ keçirmək. Mənim könlümdə gül açmış əməlsən; Güc aldın sən bu eldən ey qız, ey qız (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / al2 1 прил. красный, алый, пурпурный. Al don красное платье, al bayraq красное знамя, al qan алая кровь, al şəfəq алая заря 2. румяный, розовый. Al yanaqlar румяные щёки 3. багровый (густого, тёмного оттенка, красный). Al günəş багровое солнце; al qanına boyamaq kimi изрубить кого; al qana boyanmaq быть обагрённым, обагряться в крови; əllərini al qana boyamaq обагрять руки в крови (убивать; проливать кровь чью) 2 устар. в сочет. со словом “dil” хитрость, лукавство, притворство, обман; al dillə притворством, хитростью, обманом; al dilə tutmaq стараться уговорить, обмануть
Azərbaycanca-rusca lüğət / al1 s. 1. rosy; ruddy; red; al yanaqlar rosy / ruddy cheeks pl.; al bayraq red banner; al qırmızı dark red, vermilion; 2. (yandıran, isti) hot; al günəş the hot sun; al günəş altında under the hot sun
Azərbaycanca-ingiliscə lüğət / al1 sif. is. 1) adj vermeil,-le ; rouge ; écarlate ; 2) n malice f ; ruse f ; astuce f ; ~ qırmızı écarlate f (rəng) ; ~a düşmə être trompé, -e (trahi,-e ; frustré,-e) ; ~ dilə tutmaq tromper vt ; duper vt ; trahir vt ; frustrer vt
Azərbaycanca-fransızca lüğət / al2 сущ. куьгьн. гьилле, ттаб, мекир; ** al dilə tutmaq мецив кьун, алцурарун.
Azərbaycanca-ləzgicə lüğəti / al3 1. прил. яру, ал; al bayraq яру пайдах; al qan яру иви; 2. сущ. яру пек, яру парча; 3. сущ. куьгьн. дишегьлийри ччинриз, пӀузарриз ядай яру ранг.
Azərbaycanca-ləzgicə lüğəti / al(Ağcabədi, Ağdam, Bakı, Cəbrayıl, Füzuli, Qazax) hiylə, yalan. – Məni al dilə tutma, nə sözün var mərdana deynən (Ağdam)
Azərbaycan dilinin dialektoloji lüğəti.