ac sözü azərbaycan dilində

ac

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ac • 62.7948%
  • AC • 27.1179%
  • Ac • 10.0000%
  • aC • 0.0873%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lockheed AC-130
AC-130 Gunship, Lockheed C-130 Hercules nəqliyyat təyyarəsinin xüsusi təyinatlı qüvvələrə qaynar müharibə bölgələrində yaxın hava dəstəyini təmin edə bilmək üçün modifikasiya edilmiş versiyasıdır. Standart bir Lockheed C-130 Hercules nəqliyyat təyyarəsindən daha artıq mühərrik gücü, dırmaşma sürəti və döyüş mənzilinə malikdir. Aşağı hündürlükdə olan uçuşlarda olduqca uğurlu olan, yerləşdiyi bölgələri çöl yerlərindəki hədəflərə qarşı dəqiq atəş aça bilən, təsir gücü yüksək olan hücum təyyarəsidir. Dəqiqə ərzində 610 metr hündürlüyə qalxa bilən təyyarə hər cür eniş-qalxış zolağından istifadə edə bilər. Təyyarədə dörd ədəd hər biri 4.910 at gücündə olan Allison T56-A15 turbopərvanə mühərrikləri vardır. Xilasetmə əməliyyatlarında da istifadə edilə bilən təyyarələrdən ABŞ Silahlı Qüvvələrində 8 ədədi H və 13 ədədi U modelli AC-130 vardır. == İnkişaf etdirilməsi == AC-130 modellərinin meydana çıxması Vyetnam müharibəsi dövrünə aiddir. Koreya müharibəsi dövründən etibarən ABŞ Hərbi Hava Qüvvələri (USAF) qurudakı qoşunlara kömək məqsədilə xüsusi olaraq təchiz edilmiş olan hərbi təyyarələrdən istifadə etməyə başladı. Vyetnam müharibəsində C-47 başda olmaqla müxtəlif nəqliyyat təyyarələri dəyişkən kalibrli və çaplı toplar ilə təchiz edilərək düşmən atəşi altında qalmış ABŞ hərbi birliklərinə aşağı hündürlükdən hava dəstəyini təmin etmək üçün modifikasiya edilmişdilər. Ehtiyaclar nəticəsində Lockheed C-130 Hercules nəqliyyat təyyarələrindən bir qismi də 105, 40, 20 mm-lik toplarla təchiz edilmişdir.
.ac
.ac — Askension adasının ölkə internet kodu
AC/DC
AC/DC — 1973-cü ildə Anqus və Malkolm Yanq qardaşları tərəfindən Sidneydə qurulmuş Avstraliya rok qrupu. == Qrup haqqında == Hər nə qədər qrup hard-rok və heavy metalın qabaqcıllarından qəbul edilsə də, qrup üzvlərinin musiqisi rock and roll musiqisinə daha çox oxşadırlar. == Qrupun tarixi == AC/DC, Angus və Malcolm Young qardaşlar tərəfindən 1973-cü ildə Sidneydə qurulmuş Avstraliyalı hard rok qrupudur. Hər nə qədər qrup hard rok və heavy metalın qabaqcıllarından qəbul edilsə də qrup üzvlərinin hazırladığı musiqi "rock and roll"-a daha çox bənzədilir. Qrupun ilk albomu "High Voltage" 1975-ci ildə yayımlanana qədər heyətində bir çox dəyişiklik yaşadı. 1977-ci ildə bas gitara ifaçısı Mark Evans'ın yerinə Cliff Williams gəldi. 1979-cu ildə qrup böyük müvəffəqiyyət təmin edən "Highway to Hell" adlı albomunu hazırladı. 1980-ci il 19 fevral günü qrupun solisti Bon Scott yüksək miqdarda spirt qəbul etdikdən sonra öldü. Qrup qısa bir müddət musiqini buraxmağı düşündüsə də sonunda Scott'un yerinə Geordie qrupundan Brian Johnson'ı heyətinə qataraq yoluna davam etdi. Eyni il qrup bu günə qədər ən çox satış əldə edən "Back in Black" albomunu hazırladı.
Ac çöl
Mirzəçöl (qaz. Мырзашөл, özb. Mirzacho‘l, Мирзачўл, rus. Мирзачуль) — Gilli-şoranlıq ərazilərdən ibarət olan səhra. Orta Asiya regionunda Qazaxıstanın cənubu və Özbəkistanın ərazilərini təşkil. Sırdərya çayı yaxınlığında, Fərqananə vadisinin çıxacağında yerləşir. Səhranın sahəsi 10 min km² təşkil edir. == Adı == Region ölkələri arasında Mirzəçöl adlandırılsada bəzi mənbələrdə Açlıq çölü olaraq adı keçir. Türkistanda geniş çöllük ərazi həyat şəraitinin cətinlikləri səbəbindən bu çür adlandırılmışdır. Səhrada yalnız köçərilərə rast gəlinir.
Ac həriflər
Ac həriflər bu mənaları ifadə edə bilər: Ac həriflər (pyes) — Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış pyes. Ac həriflər (film) — eyniadlı pyes əsasında Azərbaycan rejissoru Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılan Azərbaycan filmi.
Ac həriflər (hekayə)
Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəri. Vodevil janrında yazılmışdır. Ac həriflər, Millət dostları səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur. Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil.
Ac həriflər (pyes)

Ac həriflər (film)
Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyevin 1911-ci ildə yazdığı eyniadlı pyesi əsasında rejissor Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılan tammetrajlı bədii televiziya film-tamaşası. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Film-tamaşada əsas rolları Yaşar Nuri, Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal Kazımov, Arif Mədətov və Ədalət Ziyadxanov ifa edirlər. == Məzmun == Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər.
AC Milan FK
Milan FK (it. Associazione Calcio Milan) — İtaliyanın Lombardiya regionunun Milan şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Associazione Calcio Milan"dır və buna görə klub dünyada daha çox "A.C. Milan" adıyla tanınır. Klub ev oyunlarını San-Siro stadionunda keçirir. Komandanın hal hazırda kapitanı Davide Kalabriya, baş məşqçisi isə Paulo Fonsekadır. Dünyanın ən titullu klub komandalarından biridir. Ən çox beynəlxalq kubok qazanmış İtaliya futbol klubudur. Klub ilk İtaliya çempionluğunu, çempionatda debüt etdiyi 1900/1901 mövsumundə, son çempionluğunu isə 2021/22 mövsumundə qazanıb. 1963-cü ildə Avropa Çempionlar kubokunu qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin Avropanın ən böyük klub turniri olan Çempionlar Liqasının kubokunu öz müzeyində əbədi saxlamaq hüququna malik 5 Avropa klubundan biridir.
Ac dovşan hücum edir
Ac həriflər (film, 1993)
Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyevin 1911-ci ildə yazdığı eyniadlı pyesi əsasında rejissor Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılan tammetrajlı bədii televiziya film-tamaşası. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Film-tamaşada əsas rolları Yaşar Nuri, Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal Kazımov, Arif Mədətov və Ədalət Ziyadxanov ifa edirlər. == Məzmun == Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər.
Heterorhachis aculeata
Heterorhachis (lat. Heterorhachis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Heterorhachis aculeata (Burm.f.) Roessler Sinonim Berkheya eryngiifolia Less. Berkheya palmata (Thunb.) Willd. Berkheya pinnata (Thunb.) Less. Carlina aculeata Burm.f. Crocodilodes eryngiifolium (Less.) Kuntze Crocodilodes palmatum (Thunb.) Kuntze Crocodilodes pinnatum (Thunb.) Kuntze Heterorhachis spinosissima Sch.Bip. ex Walp. Rohria palmata Thunb. Stobaea pinnata Thunb.
Heterothalamus acaulis
Baccharis acaulis (lat. Baccharis acaulis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü. == Sinonimləri == Heterothalamus acaulis Wedd. ex R.E.Fr. Lepidophyllum acaule Benth. & Hook.f. ex Hook.f. & A.B.Jacks. [Illegitimate] Pseudobaccharis acaulis (Wedd. ex R.E.Fr.) Cabrera Psila caespitosa Phil.
Hypericum acostanum
Hypericum acostanum (lat. Hypericum acostanum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Hypericum calycinum var. acutifolium
Hypericum calycinum (lat. Hypericum calycinum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Hyundai Accent
Hyundai Accent (bəzi ölkələrdə Verna, Avstraliyada 2000-ci ilə qədər Excel adı ilə satılır) — Cənubi Koreyanın Hyundai Motor Company şirkəti tərəfindən istehsal olunan subkompakt avtomobildir. Cənubi Koreya, Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Hindistan və İranda istehsal olunur.
Hündür acıyonca
Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü. == Arealı == Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Hündürboylu acılıqotu
Hündürboylu acılıqotu (lat. Ephedra procera) — bitkilər aləminin qnetumlar şöbəsinin qnetumlar sinfinin acılıqotular dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir.
International Journal of Academic Research
INTERNATIONAL JOURNAL OF ACADEMIC RESEARCH (IJAR) ISSN 2075-4124 Elmin müxtəlif sahələri üzrə tədqiqatların nəticələrini özündə əks etdirən "Int. J. of Academic Research" (Beynəlxalq Elmi Araşdırmalar Jurnalı) ayaşırı dərc olunan beynəlxalq elmi jurnaldır. == Məqsəd və vəzifələr == Beynəlxalq Elmi Araşdırmalar Jurnalında elmin kompleks problemləri, humanitar və ictimai siyasi, tətbiqi, təbiyyat elmləri üzrə indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən elmi-texniki məqalələr dərc edilir. Jurnal eyni zamanda konfranslar, simpoziumlar, elmi məktəblər, ümumiyyətlə, elmi həyatda cərəyan edən hadisələr haqqında məlumatlara da səhifələrində yer verir.Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir. == İcmal məlumat == Məqalələr yalnız beynəlxalq ekspertlər qrupu (Redaksiya heyəti) tərəfindən ən azı 2 dəfə yoxlanıldıqdan sonra dərc üçün təsdiqlənə bilər. Akademik və professorlarla yanaşı elmin müxtəlif sahələrində tədqiqat aparan gənc aspirant və doktorantlar, tədqiqatçılar da jurnalın müəllifi ola bilərlər.
Inula acaulis
Inula acaulis (lat. Inula acaulis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Inula acuminata
Inula acuminata (lat. Inula acuminata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Khan Academy
Khan Academy və ya Xan Akamdemiyası — 2008-ci ildə Sal Xan tərəfindən yaradılan sinif daxilində və xaricində öyrənmək istəyənlərin özlərinə ən uyğun şəkildə öyrənə bilmələri üçün çalışma tapşırıqları, öyrədici videolar, interaktiv çalışmalar vasitəsilə şəxsiləşdirilmiş öyrənmə təcrübəsi vəd edən amerikan qeyri-kommersiya təşkilatı. Riyaziyyat, fizika, proqramlaşdırma, tarix, incəsənət, iqtisadiyyat və daha bir çox bunlar kimi mövzulara toxunur. Boşluqları və güclü cəhətləri aydınlaşdırıb uyğun olaraq tapşırıq vermə alqoritmamızdan istifadə edərək riyaziyyat üzrə ibtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilik edir. Sayt həmçinin daha mütəxəssisləşdirilmiş məzmun vəd etmək üçün NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla əməkdaşlıq edir. Veb-sayt və onun məzmunu əsasən ingilis dilində verilir, bununla yanaşı, eyni zamanda, azərbaycan, benqal, bolqar, çin, çex, danimarka, ərəb, holland, fransız, gürcü, alman, ivrit, hindi, indoneziya, italyan, yapon, koreya, norveç, polyak, portuqal, serb, ispan, isveç, tamil, teluqu, türk, urdu və özbək dillərində də fəaliyyət göstərir. == Tarixçə == Qurumun qurucusu Salman Xan, ABŞ-nin Nyu-Orlean şəhərində bir benqallı ata və bir hind anasının övladı olaraq doğulub böyüdü. Massaçusets Texnologiya İnstitutunda üç fərqli sahə üzrə təhsil aldıqdan sonra dörd il ərzində Harvardda biznes idarəetməsi fakültəsi üzrə magistratura pilləsini qazandı. 2004-cü ilin sonlarına yaxın əmisi oğlu Nadiaya riyaziyyat tədris edərkən, bənzər kurs istəkləri tələbi ilə Youtube videolarını hazırlamağa başlayan Salman Xan, hazırladığı dərsləri yüksək qiymətləndirənlərin sıx marağına görə 2009-cu ildə işini tərk etmiş və 2010-cu ildən bəri "Khan Academy" adlı qeyri-kommersiya təşkilatı yaratmış və dərslər hazırlamağa başlamışdır. Məlumatın ehtiyacı olan hər kəs üçün sərbəst olacağına inanan Xan, maliyyə sektorunda uğurlu bir karyeradan imtina edərək, ən dəyərli bir şey olduğuna inandığı biliklərini paylaşmağı seçir. Khan Academy, qazanc üçün deyil, ianə ilə dəstəklənən və təhsil sahəsindəki sosial sahibkarlığın nümunəsidir.
Kolvari acıyonca
Hippocrepis emerus (lat. Hippocrepis emerus) — paxlakimilər fəsiləsinin hippocrepis cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır. == Botaniki təsviri == 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir.
Kuzinellus acanthus
Kuzinellus acanthus (lat. Kuzinellus acanthus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Kyrstenia acuta
Tamaulipa (lat. Tamaulipa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Tamaulipa azurea (DC.) R.M.King & H.Rob. === Sinonim === Eupatorium azureum DC. Eupatorium ageratifolium Coulter Eupatorium ageratifolium var. acuminatum J.M.Coult.
Lantana glandulosissima f. aculeatissima
Tikanlı lantana (lat. Lantana camara) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin lantana cinsinə aid bitki növü. == Arealı == Vətəni Amеrikadır (trоpik və subtrоpikləri). == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m-ə çatan, 4 tilli zоğları оlan, üzəri хırda tikanlarla örtülü kоldur. Yarpaqları оval və ya yumurtavari, bоz-yaşıl rəngli, üzbəüz düzülüşlü, kənarları dişlidir. Bir kоl üzərində оlan sarı, çəhrayı, qırmızı, bənövşəyi, narıncı rəngli хırda çiçəklər çətirşəkilli çiçək qrupuna yığılmışdır. Maydan оktyabra qədər çiçəkləyir. Mеyvələri isə ardıcıl оlaraq avqustdan dеkabra qədər yеtişir. Tохumlarla və yarım оduncaqlaşmış qələmlə çохaldılır. == Ekologiyası == Bitki işıq və istisеvən, rütubətə tələbkardır.
Laqodex acıçiçəyi
Ligularia achyrotricha
Ligularia achyrotricha (lat. Ligularia achyrotricha) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Lippia nodiflora var. acutifolia
Phyla nodiflora (lat. Phyla nodiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin phyla cinsinə aid bitki növü. == Sinonimləri == Bertolonia crassifolia Raf. Blairia nodiflora (L.) Gaertn. Diototheca repens (Bertol.) Raf. Lantana larranagae Moldenke Lantana repens Sessé & Moc. Lantana repens Larrañaga Lantana sarmentosa Spreng. ex C.B.Clarke [Spelling variant] Lippia aegyptiaca Carrière Lippia fruticosa (Mill.) K.Kenn. ex R.W.Sanders Lippia incisa (Small) Tidestr. Lippia incisa (Small) E.D. Schulz Lippia litoralis Phil.
MAC (Media Access Control)
Media Access Control (MAC) — şəbəkə qurğularının ötürmə mühitinə irişmə metodunu təsvir etmək üçün ümumi termin. Çox zaman lokal şəbəkələrə (LAN) aid işlədilir. Yeddi səviyyəli ISO/OSI modelində kanal səviyyəsinin aşağı altsəviyyəsinə aid edilir. Mühitə erişmə metodlarının, kadrların formatının, ünvanlamanın spesifik xüsusiyyətlərini göstərir. Rabitə kanalına çoxlu erişmələri dəstəkləyir, informasiya və idarəedici kadrların qəbulunu və verilişini həyata keçirir, ötürülmə xətalarını aşkarlayır. IEEE 802.3 standartında təyin olunub.
Mentha acuta
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Mentha acutata

Mentha aquatica var. acuta
Mentha aquatica var. acutifolia

Mentha riparia var. acuta

Ac dovşan hücum edir (film, 2011)
Ac dovşan hücum edir (ingiliscə orijinal adı: Seeking Justice, Azərbaycan dilində: Ədalət axtarışında) 2011-ci ildə Rocer Donaldsonun rejissorluq etdiyi və Tobey Maguire və Ram Bergman tərəfindən istehsal olunan filmdir. Çəkilişləri Nyu Orleanda aparılmışdır. Rusiyada premyerası 12 yanvar 2012-ci ildə baş tutmuşdur. == Süjet xətti == Baş qəhrəman Nik Cerardın həyat yoldaşı Laura təcavüzə məruz qalır, vəhşicəsinə döyülərək, başından güllə yarası alır. Sağ qalmaq şansı demək olar ki, sıfıra bərabər olsa da, möcüzəvi şəkildə sağ qalır. Həyat yoldaşını zorlayan şəxsin yaxalanmasında hüquq mühafizə orqanları heç bir nəticəyə nail olmadığından, alternativ variantlar axtarır. İş elə gətirir ki, gizli fəaliyyət göstərən və seksual manyakları öz gücləri hesabına cəzalandıran və ya zərərsizləşdirən dəstənin başçılarından biri ilə tanış olur. Həmin qrupun nümayəndəsi cinayətkarı öldürərək, morqa zəng vurur və "Ac dovşan hücum edir" ifadəsini işlədir. Ancaq təcavüzkar heç də təmənnasız olaraq cəzalandırılmayıb. Bunun müqabilində Nik dəstə üçün bir neçə tapşırıq yerinə yetirməlidir.

ac sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Aclıq hiss edən, yeməyə ehtiyacı olan (tox ziddi). Ac pişik. Ac (z.) qalmaq. – Ac qurd balasını yeyər. (Ata. sözü). Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! M.Ə.Sabir. □ Ac qarın – 1) ac, heç şey yeməmiş; 2) məc. lüt, yoxsul, yurdsuz-yuvasız mənasında. Ac qoymaq – 1) yemək verməmək, yeməksiz-içməksiz qoymaq; 2) məc. gəlir mənbəyini kəsmək. Ac qurd məc. – son dərəcə ac, doymaq bilməyən, acgöz, qarınqulu. Ac saxlamaq – pis saxlamaq, lazımınca (doyunca) yemək verməmək. Acından öldürmək – tamamilə ac saxlamaq, heç yemək verməmək. Acından ölmək – 1) son dərəcə yoxsulluq çəkmək, çox aclıq çəkmək nəticəsində ölmək; 2) məc. fövqəladə aclıq hiss etmək, yemək istəmək. // İs. mənasında. Acları yedirtmək. // Aclıq ifadə edən. Ac gözləri ilə ona baxdı. 2. məc. Son dərəcə yoxsul, kasıb, fağır, möhtac. Ac ölkə. Kəndlilərin çoxu ac idi. 3. məc. Tamahkar, həris, gözüdoymaz. 4. Quraqlıqdan susamış. Ac torpaq.

    Azərbaycan dilinin izahlı lüğəti / ac

ac sözünün etimologiyası

  • 1 Dilimizdə həm feil (acmaq), həm də ad (ac adam) kimi işlədilir. Aş (xörək) sözü zə­minində yaranıb. Mənası “aş (xörək, yemək) istəmək”, “aş arzulamaq” demək olub. “Ərsəyə (əsli: əsrə) gətirmək”, “bəsləmək”(əsli: aşlamaq) sözləri də tarixi baxımdan aş (aşlamaq) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

    Azərbaycan dilinin etimologiya lüğəti / ac

ac sözünün sinonimləri (yaxın mənalı sözlər)

ac sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AC I sif. Qarnıboş, yeməyə ehtiyacı olan. Çağırma, yat, ay ac toyuq; Yuxunda çoxca darı gör! (M.Ə.Sabir). AC II f. Aclıq hiss etmək, yemək istəmək. Göy bulağın suyunu içən kimi adam acır. AC III sif. Həris, gözü doymayan. Sən boyda qızıl da azlıq edərdi; Xəzinə içində ac tamahlara (M.Araz).

    Azərbaycan dilinin omonimlər lüğəti / ac

ac sözünün rus dilinə tərcüməsi

  • 1 голодный

    Azərbaycanca-rusca lüğət / ac
  • 2 I прил. голодный: 1. чувствующий потребность в еде. Siz acsınız? вы голодны? ac qurd голодный волк 2. выражающий голод. Ac gözlər голодные глаза 3. скудный продуктами, хлебом. Ac diyyar голодный край II в знач. сущ. 1. голодный. Acın imanı olmaz у голодного нет бога, toxun acdan xəbəri olmaz сытый голодного не разумеет 2. обжора, жадный; aclar голодные, бедные III нареч. голодно, впроголодь. Ac dolanmaq, bir qarnı ac, bir qarnı tox yaşamaq жить впроголодь, ac olmaq: 1. быть голодным; 2. быть бедным, нуждаться; ac qalmaq: 1. голодать; оставаться голодным; 2. остаться голодным; 3. остаться ни с чем; ac qoymaq: 1. оставить голодным; 2. оставить ни с чем; acından öldürmək доконать, уморить голодом, acından ölmək умирать, умереть от голода (с голоду): 1. чувствовать сильный голод 2. влачить жалкое существование; ac saxlamaq: 1. держать голодным (впроголодь); 2. плохо заботиться; ac qurd kimi: 1. как голодный волк; 2. жадно ◊ ac it qapıda durmaz голодная собака со двора бежит, ac qarınlar бедные, бездомные; acından qarnı quruldayır живот подводит; ac toyuq yuxusunda darı görər у голодной кумы всё хлеб на уме, голодной курице просо снится; ac qulağım, dinc qulağım малая доля, да полная воля; acından günorta durmaq крайне нуждаться, бедствовать; acından köpük qusmaq сильно голодать

    Azərbaycanca-rusca lüğət / ac

ac sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. hungry man*; aclar the hungry, the poor II. s. hungry; starving; ac qarın, hungry stomach; ac uşaqlar hungry children III. z. hungrily; ac olmaq to be* hungry; ac gəzmək / dolaşmaq to go* about hungry; acından ölmək 1) to starve to death, to die of starvation; 2) d.d. to be* very hungry; canavar kimi ac olmaq ≅ to be* as hungry as a hunter / as a wolf

    Azərbaycanca-ingiliscə lüğət / ac

ac sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) adj nécessiteu//x,-se (ehtiyacı olan, kasıb) ; affamé,-e (acından zəif düşmüş) ; famélique ; 2) faim f ; glouton m, -ne f ◊ acıdan üzülmək affamer vt ; acqarnına à jeûn ; acqarnına olmaq avoir faim ; ~ ölkə contrée f stérile ; ~ qalmaq jeûner ; qurd (canavar) kimi ~ olmaq être affamé comme un loup ; acından günorta durmaq être dans la misère ; manger de la vache enragée fam ; être dans la gêne ; être dans la dèche fam ; toxun acdan xəbəri olmaz les repus ne comprennent pas les affamés

    Azərbaycanca-fransızca lüğət / ac

ac sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. гишин; ac köpək гишин кицӀ; 2. пер. юхсул, кесиб; 3. темягькар, вил ичӀи, къаних; 4. пер. цихъ канвай (мес. чил, накьв).

    Azərbaycanca-ləzgicə lüğəti / ac

ac sözünün türk dilinə tərcüməsi

"ac" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ac nədir? #ac sözünün mənası #ac nə deməkdir? #ac sözünün izahı #ac sözünün yazılışı #ac necə yazılır? #ac sözünün düzgün yazılışı #ac leksik mənası #ac sözünün sinonimi #ac sözünün yaxın mənalı sözlər #ac sözünün əks mənası #ac sözünün etimologiyası #ac sözünün orfoqrafiyası #ac rusca #ac inglisça #ac fransızca #ac sözünün istifadəsi #sözlük