* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və cavahiratla bəzənmiş papaq. Padşah bunların ağıl-dərrakəsin görüb, yavaşca durdu ayağa, tacı götürüb qoydu oğlanın başına. (Nağıl). [Vaqif:] Nifrət! Qan çanağı taclara nifrət; Var olsun azadlıq, bir də məhəbbət! S.Vurğun. 2. məc. Padşah hakimiyyəti. Tacdan əl çəkmək. İmperiya dağılır, taclar düşür. 3. məc. Taca oxşayan, tacı xatırladan şey. // Bəzi quşların başında daraq şəklində çələng. // Zinət üçün başa qoyulan çələng və s. [Qəmər:] Bunlardan tac hörüb sənin başına qoyacağam. S.S.Axundov. [Səvər:] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər. C.Cabbarlı. 4. məc. Son zirvə, ən yüksək zirvə; ən sevimli, ən qiymətli adam, şey haqqında. Sən mənim həyatım, ömrüm, tacımsan. M.Rahim. Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq həyat ağacıdır. B.Vahabzadə. 5. astr. Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işıq dairəsi; halə. Tam Günəş tutulma zamanı xromosferin parlaq gümüşü rəngli geniş təbəqə ilə əhatə olunduğunu görürük. Buna Günəş tacı deyilir. R.Hüseynov. 6. bot. bax taccıq. ◊ Başına tac qoymaq məc. – yaxşı işə, münasibətə qarşı yaxşılıq etmək.
Azərbaycan dilinin izahlı lüğəti / tac2 f. hökmdarın başına qoyduğu hakimiyyət rəmzi sayılan bəzəkli və qiymətli örtük. Taci-sər «baş tacı» m. əziz, sevimli, istəkli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tac4 1. TAC (padşahların başlarına qoyduqları papaq) [Piri baba:] Sən də təzədən mənim başıma tac qoymaq istəyirsən (S.S.Axundov); ƏFSƏR Oldum vüsali-ruyinə şaiq, bu başıma; Qoydum cünunluq əfsərini mən əbəsəbəs (A.Şaiq). 2. tac bax çələng 1
Azərbaycan dilinin sinonimlər lüğəti / tac2 I сущ. 1. корона: 1) золотой венец с драгоценными украшениями, являющийся символом власти монарха. Şahın tacı корона шаха 2) перен. власть монарха. Tacdan əl çəkmək отказаться от короны (отречься от престола), сложить с себя корону 3) астр. светлый ореол вокруг Солнца, видимый во время солнечного затмения. Günəş tacı солнечная корона 4) символ мирового чемпионства (в шахматах, шашках). Şahmat tacının sahibi обладатель шахматной короны 2. венец: 1) устар. драгоценный головной убор, возлагавшийся на кого-л. в знак присвоения высокого звания, признания заслуг и т.п. 2) перен. последняя высшая ступень, завершение, верх чего-л. Eşq sözü bütün sözlərin tacıdır слово любовь – венец всех слов 3. гребень (мясистый нарост на голове некоторых птиц) 4. бот. венчик (часть цветка, состоящая из отдельных или сросшихся лепестков). Qatlı tac складчатый венчик, ayrıləçəkli tac раздельнолепестный венчик 5. бот. крона (верхняя разветвлённая часть дерева, ствол вместе с сучьями и ветвями). Ağacın tacı крона дерева 6. стом. коронка (наружная часть зуба). Diş tacı коронка зуба 7. архит. цоколь II прил. 1. коронарный. мед. Tac damar спазмы спазма коронарных сосудов 2. корональный. астр. Tac xətləri корональные линии 3. коронный. эл.-тех. Tac gərginliyi коронное напряжение, tac boşalması коронный разряд 4. венечный. анат. Tac arteriyaları венечные артерии ◊ başına tac qoymaq kimin надеть корону на кого
Azərbaycanca-rusca lüğət / tac1 [fars.] сущ. таж (1. гьукумдарвилин лишан яз пачагьри кьилел алукӀдай къизилдалди ва я мс. жавагьирралди дамах ганвай бармак; 2. пер. пачагьвал, пачагьдин гьукумат; 3. пер. таждиз ухшар, таж хьтин затӀ (мес. бязи къушарин кьилел жедай, цуькверикай храй ва мс.); 4. пер. эхиримжи кукӀуш, лап кьакьан кӀукӀ; лап рикӀ алай (кӀани, сейли, масан) кас, затӀ; 5. астр. ракъинин, вацран ва я бязи гъетерин элкъвер тирвал аквадай экуьнин элкъвей зул; 6. бот. кил. taccıq; ** başına tac qoymaq пер. кьилел таж эцигун, хъсан кардиз (рафтардиз) къарши хъсанвал авун.
Azərbaycanca-ləzgicə lüğəti / tac