* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Enli, dairəvi, dayaz metal qab; teşt, ləyən. Hamam tası. – Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə … tövşüyətövşüyə içəri girdi. İ.Hüseynov. 2. Köhnə məişətdə: tas qurmaqla fala baxma, tas falı. [Sərvinaz xanım:] Deyib, arxayın ol, arvad, tas yaxşı göstərir. N.Vəzirov. □ Tas qurmaq – köhnə məişətdə: içi su ilə dolu tası müşahidə etməklə fala baxmaq. Nəhayət, uşaq üçün fala baxdırıb tas qurdurar və dua yazdırardılar. H.Sarabski. Falçı [Sayalı arvadla] tas qurardı. Mir Cəlal. ◊ Köhnə hamam, köhnə tas – hər şey əvvəldə olduğu kimi, qətiyyən heç bir şey dəyişmədən (dəyişməmiş).
Azərbaycan dilinin izahlı lüğəti / tas2 is. [ər.] Nərd oyununda üç, bəzən də dörd xal qazanıb oyunu udma və ya üç, bəzən də dörd xal itirib oyunu uduzma.
Azərbaycan dilinin izahlı lüğəti / tas3 TAS1 ə. əsasən hamamda işlədilən su qabı, təşt. Tasi-fələk göy qübbəsi. TAS2 ə. 1) nərd; 2) nərd oyununda: uduş dövrəsi, üç xal qazanıb udulan oyun.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tas4 1. Teşt, ləyən. 2. Tas qurmaqla falabaxma, tas falı. 3. Su içmək üçün qulplu qab. Dastanda 3-cü mənada işlənir. Belədi Sam üçün haqqın ətası, Mövlamın dəstindən nuş etdim tası. (“Sam şahzadə”)
Azərbaycan dastanlarının leksikası / tas1 Fars sözüdür, iri mis qabı (teşti) bu sözlə adlandırıblar. Rus dilində bizdəki çanaqlıq (hövsələ sümüklərinin birləşdiyi yer) yerinə taz işlədirlər. Çanaq və tas (taz), təxminən, eyni şeydir (hər ikisinin içi çökək, oyuq olur). Ruslardakı taz bizdəki tas sözünün azca dəyişmiş formasıdır. İkinci tas sözü də var və nərdlə bağlı işlədirik, mənası “zər” (oyun zəri) deməkdir. İndi başqa anlamda işlədirik.
Azərbaycan dilinin etimologiya lüğəti / tas1 TAS I is. [ ər. ] Tabaq kimi qab. Hava qaralcaq qapını kilidləyib, tası taxtapuşa çıxardı (S.Qədirzadə). TAS II is. [ ər. ] Nərd oyununda uduş dövrəsi: üç xal qazanıb udulan oyun. Gəl bir tas nərd oynayaq.
Azərbaycan dilinin omonimlər lüğəti / tas2 1 сущ. 1. таз (щирокий и неглубокий или овальный сосуд, чаще металлический, для умывания, стирки мелких вещей и т.п.). İki tas su два таза воды, hamam tası банный таз 2. раковина (водоотводная воронка под водопроводным краном) 3. хир. лоток; этног. tas qurmaq гадать на воде, налитой в таз ◊ köhnə hamam, köhnə tas всё по-старому, всё без изменений; а воз и ныне там 2 сущ. тас (партия игры в нарды из трёх, четырёх выигрышей или проигрышей). Bir tas nərd oynamaq сыграть один тас в нарды
Azərbaycanca-rusca lüğət / tas1 i. 1. basin; (əl yumaq üçün) wash-basin, wash-hand-basin; (mürəbbə bişirmək üçün) pan; ~ qurmaq (tasa baxmaq) to tell* fortunes by peering into the water in a basin; 2. a set consisting of three games in backgammon
Azərbaycanca-ingiliscə lüğət / tas1 is. bassine f, cuvette f ; mürəbbə bişirmək üçün ~ bassine f à confiture ; ~ qurmaq prédire l’avenir en regardant dans la tasse
Azərbaycanca-fransızca lüğət / tas2 сущ. тас (металлдин гьяркьуь, элкъвей, даяз къаб); лиген; 2. куьгьн. тасунай фалдиз килигун, тасунин фал; tas qurmaq куьгьн. тас туькӀуьрун, цив ацай тасунай фалдиз килигун; ** köhnə hamam, köhnə tas цӀуру гьамам, цӀуру тас; куьгьне-гьамам, куьгьне тас (гьар са затӀ куьгьнедай (эвелдай) авайвал, са затӀни дегиш тахьана ва я тавуна).
Azərbaycanca-ləzgicə lüğəti / tas(Qax) su içmək üçün qulplu qab
Azərbaycan dilinin dialektoloji lüğəti.