* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 top. Həmyaş və ya hər cəhətdən bir-birinə uyğun olan adamlar, yaxın yoldaşlar, yaşıdlar. [Şahbaz bəy:] Mənim taytuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət, izzət tapıb xoşbəxt olublar. M.F.Axundzadə. Şahmar nənəsini tək qoyub, hara gedə bilərdi? El-oba, tay-tuş ona nə deyərdi? B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / tay-tuş1 Tay “cütün biri” deməkdir, tuş sözü isə əş sözü ilə bağlıdır (əş –“dost”, “tanış” deməkdir). Tay-tuş (əsli: tay-əş) sinonimlər birləşməsidir. Əş sözünün tuş şəklinə düşməsi tay sözünün təsiri ilə bağlıdır (buna distant təsir deyirlər). M.Cümədə oxuyuruq: Mən səni sevmişəm yeddi yaşında, Bərabərin yoxdur tayı-tuşunda... (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tay-tuş2 сущ. 1. ровесник, сверстник (человек одинакового с кем-л. возраста). Onlar tay-tuşdurlar они ровесники 2. ровня, ровня (человек, равный другому по каким-л. признакам – по социальному происхождению, по положению). Tay-tuş deyil kim kimlə не пара не ровня кто кому
Azərbaycanca-rusca lüğət / tay-tuş1 i. equal, match; ~ olmaq to be* equal (in); to be* nearly of the same age; Onlar sənin tay-tuşun deyil They are not equal for you
Azərbaycanca-ingiliscə lüğət / tay-tuş1 is. égal m ; ~ olmaq 1) être l’égal de qn ; 2) être presque du même âge, avoir presque le même âge
Azərbaycanca-fransızca lüğət / tay-tuş