Tao sözü azərbaycan dilində

Tao

Yazılış

  • Tao • 82.1918%
  • tao • 9.5890%
  • TAO • 5.4795%
  • tAo • 2.7397%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tao Okamoto
Tao Okamoto (岡本 多緒, 22 may 1985, Çiba) və ya sadəcə Tao – Yaponiya aktrisası və modeli. 2009-cu ildə "Ralph Lauren" brendinin siması olmuşdur. 2013-cü ildə çəkilən "Şimal porsuğu: Ölməzlik" filmində Mariko Yaşida personajını canlandıraraq aktrisa kimi debüt etmişdir. 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Mersi Qreyvz rolunda çıxış etmişdir. "Hannibal", "Hündür qəsrdəki adam" və "Vest dünyası" seriallarında yan rollarda oynamışdır. == İlk illəri == Tao 22 may 1985-ci ildə Yaponiyanın Çiba prefekturasının eyniadlı şəhərində doğulmuşdur. Model karyerasına 14 yaşında başlamışdır. == Karyerası == === Modellik === 2006-cı ildə Parisə köçərək beynəlxalq səviyyədə model olmağa qərar vermişdir. Qısa müddət ərzində Avropa podiumlarında model kimi çıxış etmiş, tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 2009-cu ildə Nyu-Yorka köçmüşdür.Tao müxtəlif reklam layihələrində işləmişdir.
Terens Tao
Тerens Çi Şеn Тао (Çin əsilli|陶哲軒|陶哲轩|Táo Zhéxuān|Тао Zexuan, 17 iyul 1975[…], Adelaida) — avstraliya riyaziyyatçısı,əsasən riyyaziyyatın "harmonik analiz","xüsusi törəməli differensial tənliklər","kombinatorika","ədədlər nəzriyyəsi" və "nümayəndələr nəzəriyyəsi" (en:Representation theory).Ən çox tanınmış işi britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud "sadə ədədlər"in hesabi silsiləsinin varlığıdır (Qrin — Тао teoremi).Tao hazırda Los-Ancelesdə Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.Terens Tao 2006-cı ildə 31 yaşında Filds medalı ilə təltif olunmuşdur. == Şəxsi həyatı == Tao istedadlı uşaq idi.O 24 yaşında Los-Ancelesdə Kaliforniya Universitetinin professoru olur və bu hələki bu adı alan ən gənc alim olaraq qalır.Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olmuşdur.Onun atası Uilyam Rendolf Tao (Syanqo çin. 陶象國) pediator işliyir,anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışmışdır. Tonun atası mətbuata demişdiki,iki yaşında olarkan Tao bir dəfə ailə yığıncağında 5 yaşlı uşağa riyaziyyat və ingilis dilini öyrətməyə çalışırdı.Smitson online-jurnalına görə Tao hesabdan baza biliklərini iki yaşında öyrənmişdi.Atası ondan rəqəmləri və hərfləri hardan bildiyini soruşduqda Toa ona buları "Sezam küçəsi"(uşaqlar üçün öyrədici əyləncəli proqram) teleproqramdan öyrəndiyini demişdi. Taonun iki qardaşı var,hər ikisi Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil etmişlər. Naydcel Taonun (ing. Nigel Tao) İQ-su 180-di,o "Google Wave"-i yaradan Avstraliyadan olan komandanın iştrakçısı olmuşdur. Trevor Tao (ing. Trevor Tao) həm riyaziyyat həm də musiqi sahəsində iki qat alimlik dərəcəsinə malikdir.Onun haqqında Savant sindromu kitabında danışılacaq.Terens həyat yoldaşı və oğlu ilə Kaliforniyada Los Anceldə yaşıyır. == İstedadlı uşaq == "Riyaziyyatın Motsartı" adlanan Tao erkən yaşda qeyri-adi riyazi bacarıq nümayiş etdirirdi,beləki hələ 9 yaşındaykən universitetin riyaziyyat kursu mühazirələrinə qatılırdı.Tao 8 yaşında Cons Hopkins Universitetində xüsusi istedadların tədqiqi üçün nəzərdə tutulmuş riyaziyyat proqramında 700 baldan yuxarı nəticə göstərmiş iki uşaqdan biriydi(Tao 760 bal toplamışdı).1986, 1987 və 1988 ci illərdə Тerens Beynəlxalq riyaziyyat olimpiadasında iştrak edən ən gənc iştrakçı idi(ilk dəfə 10 yaşında).Həmin illərdə o uyğun olaraq bürünc,gümüş və qızıl medal qazanmışdı.13 yaşında qızıl medala sahib olmaqla Terens (bugünə kimi) olimpiada tarixində qızıl medala sahib olan yeganə ən gənc qalib olaraq qalır.14 yaşında Tao elmi araşdırmalar instituna daxil olur.O bakalavr və magistr dərəcəsini Flinders Universitetində professor Qarta Qodridən almışdır.1992-ci ildə o ABŞda aspiranturaya daxil olur.1992-ci və 1996 illər aralığında Tao Eliasa Steynin rəhbərliyi ilə Prinston Universitetində oxuyur,20 yaşında artıq doktorluq dərəcəsi alır.
Van Tao
Vanq Tao (13 dekabr 1967) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Vanq Tao Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Vanq Tao Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub.
Çou Tao
Çou Tao (d. 30 mart 1988) — Çini təmsil edən bədii gimnast. Çou Tao, 2008-ci ildə Çini XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Çou Tao, 2008-ci ildə Çin bayrağı altında elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Çai Tonqtonq, Lü Yuanyanq, Sui Jianşuanq, Sun Dan və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Siu Nim Tao
Siu Nim Tao (小念頭) - Vin Çun döyüş sənətində ilk öyrənilən "açıq əl" hərəkətlərinin kompleks formasıdır. Mənası "Kiçik ideyanın yumruğu" ifadəsini verir. Bu formada düzgün dayanmağa, dirsəyin düzgün vəziyyətinə, nəfəs vermə və nəfəs alma qaydalarının düzgünlüyünə, əl hərəkətlərinin düzgün yerinə yetirilməsinə diqqət yetirilir. Həm də bu forma ilə meditasiya etmək olar.
Tao Te Çinq
== Tao Te Çinq (Dao De Tszin) == Tao Te Çinq, Qədim Çin fəlsəfəsi olan Taoizmə aid kitabdır. === Tao Te Çinqin tarixi === Tao Te Çinq ənənəyə görə eramızdan əvvəl 600-cü illərdə yazılmışdır. Kitabın müəllifi taoist mütəfəkkir [[Lao Tszı]] (və ya Lao Zı, mənası "Qoca Usta") hesab olunur. Rəvayətə görə Lao Tszı sarayda arxiv baxıcısı imiş. Lakin kitabin müəllifliyi və yazılış tarixi tam təyin edilməmiş hesab olunur. Tao Te Çinqin mətninin daha əvvəlki dövrlərə aid olduğu, eramızdan əvvəl 6-cı əsrdə onun sadəcə olaraq qələmə alındığı hesab edilir. Tao Te Çinq özündən sonra gələn fəlsəfi və dini cərəyanlara, o cümlədən Neo Konfusianizmə və Çin Buddizminə dərin təsir göstərmişdir. Tao Te Çinq 250 dəfədən çox müxtəlif dillərə tərcümə edilmişdir. === Kitabın adının tərcüməsi === Tao Te Çinq adı müxtəlif formalarda tərcümə oluna bilər. Tao (Dao) – sözü əsasən "yol" kimi tərcümə olunsa da, "cığır", "kök", "metod" mənalarını da verir.
Taoizm
Daosizm — milli dindir. Daosizm (Çin 道教 — dàojiào) din və fəlsəfə elementlərini özündə birləşdirən Çin ənənəvi təlimi olan Tao və ya "şeylərin yolu" doktrinasıdır Dini və fəlsəfəni birləşdirən "San tzyao" adlanan üç ənənəvi Çin təlimlərindən biridir. Lüğətdə "Dao" "yol" deməkdir. Termin kimi "Dao-tzyao" "yol haqqında təlim" və ya Tien Tao "Səmanın yolu" səfi təlim kimi hələ e.ə. IX əsrlərdə Sarı İmperator Xuan-di tərəfindən yaradılmışdı. İlkin mənbəyi ibtidai sehrə və şamanizmə gedib çıxır. Din kimi e.ə. II əsrdən etibarən yaranmağa başlasa da, Daos dini sistemi isə artıq III–IV əsrlərdə formalaşdı. Dinin əsasında Çju imperiyasının şaman kultu, ölümsüzlük ideyası, mistik mərasimlər və fəlsəfə ənənəsi durmuşdu. Daoizm harmoniyaya çatmağın təlimi əsasında yaradılmış dindir.
Taoniscus
Cırtdan tinamu (lat. Taoniscus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2006 ••••• 0.45
2008 ••• 0.24
2009 •••• 0.32
2010 ••••• 0.36
2011 ••• 0.26
2012 ••• 0.26
2013 •• 0.15
2014 •••• 0.34
2015 •• 0.17
2017 •••••• 0.49
2019 •••••••••••••••••••• 1.81

"tao" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tao nədir? #tao sözünün mənası #tao nə deməkdir? #tao sözünün izahı #tao sözünün yazılışı #tao necə yazılır? #tao sözünün düzgün yazılışı #tao leksik mənası #tao sözünün sinonimi #tao sözünün yaxın mənalı sözlər #tao sözünün əks mənası #tao sözünün etimologiyası #tao sözünün orfoqrafiyası #tao rusca #tao inglisça #tao fransızca #tao sözünün istifadəsi #sözlük