tar sözü azərbaycan dilində

tar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tar • 92.7763%
  • Tar • 6.3257%
  • TAR • 0.8200%
  • TaR • 0.0781%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tar
== Söz açımı == Fars dilində tar (تار) "sim" deməkdir və mənsub olduğu musiqi aləti üçün dartılmış nazik "kəndir"-dir. Əsasən Abşeron zonasında işlənən "Tarım, tarum" (fel: taridən) sözü qədim Hind-avropa dilində tharagho – "dartmaq" sözündəndir. Həmçinin ilk hecasında olan uzanan saitə görə türk sözü deyil. Latın dilində də trahere – "dartmaq" feli olmuşdur və müasir dillərdə özünü italyan (tirare), fransız (tirer) və ispan (tirar) dillərində göstərir. Həmçinin altaist Sergey Starostin "Babil qülləsi" adlı etimologiya toplusunda "taram-/tera-" kökünün (saç, yun, yundan hazırlanmış sap) türk və altay dillərində, qırğız, qazax, noğay, başqırd və qaraqalpaq dillərində "taramış"; özbək, uyğur, şor və oyrat dillərində isə "taram" kimi mövcud olduğunu göstərib. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib, necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Mənasından belə bir nəticə çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir.
TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
Tar (dəqiqləşdirmə)
Tar — musiqi aləti. Tar (səhra) — Hindistanda səhra.
Tar (səhra)
Tar səhrası (hind. थार मरुस्थल) (və ya Marustxalli, Böyük hind səhrası) — Hindistanın şimal-qərbində və Pakistanın cənub-şərqində yerləşir. Sahəsi 446-min km² təşkil edir. Səhranın uzunluğu 850 km, eni 485 km təşkil edir. Səhra Hindistanın Pacastxan, Bikaner, Çuru, Şri-Qanqanaqar, Xanumanqarx vilayətləri və Xaryana və Pəncab ştatları ərazisini əhatə edir. Pakistanın isə Sind və Pakistan Pəncabı ərazilərini əhatələyir. Pakistanda səhra Xolistan səhrası adlandırılır. Tropik iqlimə malikdir. İl ərzində 90 mm yağıntı düşür. Şərqdə isə mussonlar zamanı 200 mm yağıntı düşə bilir.
Oxu, Tar (1968)
== Məzmun == Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. == Festivallar və mükafatlar == 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, Tar (1989)
== Məzmun == Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.
Tar məktəbi (kitab)
"Tar məktəbi" kitabı — Bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru Səid Rüstəmovun Azərbaycan, o cümlədən İran və Türkiyə üçün yazdığı dərs vəsaiti. İlk nəşri 1935-ci ildə işıq üzü görən bu toplu 80 ilə yaxındır ki, əvəzsiz bir dərsə vəsaiti kimi Azərbaycanın musiqi məktəblərində tədris olunur. Bu toplu İran, Türkiyə və bəzi şərq ölkələri üçün də qiymətli vəsaitdir.
Azərbaycan tar ifaçılıq sənəti
Azərbaycan tar ifaçılıq sənəti — Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
IMI Tavor TAR-21
TAR-21 (qısaca Tavor) avtomat silahı — 5,56×45 mm NATO sursatı işlədən, tək-tək yada avtomatik olaraq atəş edəbilmə bacarığına sahib bir silah sistemidir. TAR-21 İsrail Silahlı Qüvvələrinin perspektiv döyüş avtomatı hesab edilir. 2006-cı ildən İsrailin Givati briqadasının, 2008-ci ilin Qolani briqadasının və 2010-cu ilin başlanğıcından isə Nahal briqadasının standart silahı olaraq işlədilir. MTAR-21 versiyasının gələcək 5 il içində İsrail Silahlı Qüvvələrinin standart döyüş silahı olacağı planlaşdırılıb. TAR-21, 2008-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin istifadəsindədir.
La Brea Tar Pits
La Brea Tar Pits — ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində mövcud olan qədim fauna və flora qəbiristanlığı Bu sahənin 35 min illik yaşı vardır. Hazırda açıq havada muzey və mühüm elmi tədqiqat obyekti kimi istifadə edilir. == Mənbə == “Natural History” Azərbaycanın təbiətindən yazır.
Oxu, tar (film, 1968)
== Məzmun == Film Azərbaycan çalğı alətləri haqqında kiçik bir sənədli poemadır. Tar Azərbaycan xalqının qədim tarixindən xəbər verən bir mahnı kimi səslənir. Tar Azərbaycan xalqının kədərini, sevincini, mübarizəsini tərənnüm edən gözəl və zəngin musiqi alətidir. Kamança könüllərin ən incə hisslərini əks etdirən, qəlbimizin ən incə tellərinə toxunan sevimli çalğı alətidir. Xalq şənliklərinin daimi iştirakçısı, Azərbaycan xalqının döyüşkən ruhunu əks etdirən qara zurna, nağara vüsət, əzəmət, əmək coşğunluğunun ifadəsidir. Filmdə bu gözəl alətlərdən hər biri barədə söhbət açılır. == Festivallar və mükafatlar == 1968-ci ildə Moskvada Ümumittifaq Televiziya Filmləri Festivalında bu film xüsusi qeyd olunmuşdur.
Oxu, tar (film, 1989)
== Məzmun == Film məşhur Azərbaycan tarzəni Ramiz Quliyevə həsr olunmuşdur.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu — 1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib. == Haqqında == Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə "Tarix və Mədəniyyət abidələri haqqında" qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu — 1988-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, qədim Gəncənin ərazisi qoruq elan edilib. == Haqqında == Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin "Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında" 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur. Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə "Tarix və Mədəniyyət abidələri haqqında" qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu. Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır. Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.
Gəncə Tarix-Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Gəncə Tarix Diyarşünaslıq Muzeyi
Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyi — Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə hazırda 30.000-dən çox eksponat saxlanılır. == Muzey binası == Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi. Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnmişdir. Onların şəxsi mülkü olan bina da, zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilmişdi. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilmişdir.
Gəncə zərbxanası tarixindən
Gəncə zərbxanası — Gəncə şəhərində yerləşən sikkə zərbxanası. Güman edilir ki, Gəncədə zərbxananın fəaliyyəti Sasani dövründən başlamışdır. Zərbxana 1804-cü ilə, Gəncə xanlığının süqutuna qədər fəaliyyət göstərmişdir. == Tarixi == === Sasani və Xilafət dövrü === Sasani hökmdarı II Xosrov Pərvizin adından Gəncədə zərb edilmiş sikkəsi hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilmişdir. Şəklin ətrafında Gəncə zərbxanasının monoqrammı zərb edilmişdir. Əməvi dövründə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilmişdir. Bu tip sikkələr h. 77-ci il (696-cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdur. Rusiya Dövlət Ermitaj Muzeyinin numizmatika fondunda h.
H.Z.Tağıyev adına Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi və ya Azərbaycan Tarix Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
Hacı Məmmədov (tarzən)
Hacı Məmməd oğlu Məmmədov (28 aprel 1920, Şamaxı – 2 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1963), Azərbaycan Tibb İnstitutunun müəllimi. == Həyatı == Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Hacı Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 25 aprel 1980 == İstinadlar == == Ədəbiyyat == Həsənova, Şəhla. Hacı Məmmədov.
Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyi
Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1989-cu ildə Hacıbaqbul razyonu ərazisində yaradılmış, eksponatlarının sayı 3000 keçmişdir. == Muzeyin tarixi == Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cü ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur. == Muzey binası == Bina 1975-ci ildə tikilməyə başlamış, 1977-ci ilin aprel ayında istifadəyə verilmiş və hazırda istifadəyəqismən yararlı vəziyyətdədir. Binada muzeylə yanaşı Yeni Azərbaycan Partiyasının rayon təşkilatı, rayon Məşğulluq Mərkəzi (birinci mərtəbə), rayon Gənclər və İdman İdarəsi (ikinci mərtəbə), rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialı, rayon Arxivi, Hacıqabul qəzetinin redaksiyası yerləşir. == Muzey ekspozisiyası == Muzey fəaliyyətini bərpa etdiyi 2003-cü ilin iyun ayından etibarən "Azərxalça" İstehsalat Birliyinin balansında olan və Hacıqabulşəhər İsmət Qayıbov küçəsi 4 ünvanında yerləşən üç mərtəbəli binanın ikincimərtəbəsində, ümumi sahəsi 220 m2 olan iki zalı (ekspozisiya sahəsi) və üç otaqda (direktorun digər işçilərin və fond otaqları) yerləşdirilmişdir. Muzeyin ekspozisiya sahəsi çox kiçik olduğundan əsas fondun yalnız az bir hissəsini nümayiş etdirməyə şərait vardır. 2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium, parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir. == Həmçinin bax == Hacıqabul Hacıqabul rayonu == Xarici keçidlər == "Hacıqabul tarixinin əks olunduğu məkan".
Hesablama avadanlığı tarixçəsi
Hesablama avadanlıqı tarixçəsi — İnformasiya texnologiyasının müasir inkişaf dövrü texnologiyasında edilən dəyişikliklərə uyğun olaraq, müxtəlif mərhələlərə bölünür. Hər mərhələ yeni nəsil kompyuterlərin meydana gəlməsi ilə bağlıdır. "Komputerlərin nəsilləri" başlıca olaraq komputerlərdə istifadə edilən məntiq elementlərinin müxtəlifliyi ilə fərqlənir. Məntiq elementi informasiyanın emalı və yadda saxlanması üçün istifadə edilən elektron komponentdir. Birinci nəsil — (1951–1958). Kompüterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi. Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki, istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi-proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki, buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi.
Hesablamanın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Hesabın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Heyvanlar tarixi
Heyvanlar tarixi (Aristotel)
Heyvanlar tarixi (Aristotel)
Heyvanlar tarixi (yun. Τῶν περὶ τὰ ζῷα ἱστοριῶν, Ton peri ta zoia historion, "Heyvanlar haqqında sorğular"; lat. Historia Animalium, "Heyvanlar tarixi") — Afinada Platon Akademiyasında təhsil almış qədim yunan filosofu Aristotelin biologiyaya dair əsas mətnlərindən biri. Eradan əvvəl IV əsrdə yazılmışdır. Aristotel özü eradan əvvəl 322-ci ildə vəfat etmişdir. Ümumi mənzərədə zoologiyanın pioneri hesab edilən əsərdə Aristotel nəyi (heyvanlar haqqında mövcud faktları) araşdırdığını izah etmiş, ardınca niyəni (bu xüsusiyyətlərin səbəblərini) müəyyən etmişdir. Beləliklə, kitabda fəlsəfəni təbii dünyanın bir hissəsinə tətbiq etməyə cəhd edilmişdir. Əsər boyu Aristotel həm fərdlər, həm də qruplar arasında fərqləri müəyyən etməyə çalışmışdır. Bütün üzvlərin eyni fərqləndirici xüsusiyyətlərə malik olduğu müşahidə edilirsə, bu, bir qrupdur. Məsələn, bütün quşların lələkləri, qanadları və dimdiyi var.
Hind teatrı tarixi
Hind teatrı Asiyanın ən qədim teatrıdır. Hind teatrı Tibetdən tutmuş İndoneziyaya qədər bütün Şərqi Asiya ölkələrinin teatr formalarının təşəkkülünə böyük təsir göstəmişdir. Hətta Çin və Yaponiyanın teatr sənətilə Hind teatrının estetik prinsipləri arasında bir sıra oxşar cəhətlər aşkarlamaq mümkündür. == Natyaşastra risaləsi == Hind teatrının estetik prinsipləri müəyyən bir elm, müəyyən bir təlim kimi meydana gəlir. Hind xalqlarının ənənəvi teatr formalarının estetik prinsipləri, onların poetikasının başlıca cəhətləri dramatik sənət haqqında ən qədim sanskrit risaləsi sayılan Natyaşastra toplusunda ifadə olunmuşdur. Özü də birinci dəfə olaraq ardıcıl surətdə, sahmanlı şəkildə. Natyaşastra teatr sənəti barəsində risalədir, elmi-praktiki kitabədir, prinsiplər, qanunlar cədvəlidir, hindlilərin teatr sənətinin paradiqmasıdır. Müəyyən dövrə qədər alimlər belə hesab edirdilər ki, bu risalə m.ö. IV–III yüzilliklərə aiddir. İndisə həmin risalənin bizim eranın I əsrinə mənsub oldugu israrla söylənilir.
Hüseynabad (Aşağı Tarım)
Hüseynabad (fars. حسین‌آباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 222 nəfər yaşayır (72 ailə).
Jurnalistika tarixi
Jurnalistika tarixi müntəzəm olaraq məlumat toplamaq və yaymaq üçün xüsusi üsulların meydana gəlməsi ilə qeyd olunan texnologiya və ticarətin böyüməsini əhatə edir, bu da bir jurnalistika tarixini ortaya qoyduğu kimi, mövcud xəbərlərin dairəsinin daim artmasına səbəb olmuşdur. Mətbəə icad olunmamışdan əvvəl ağızdan gələn xəbər xəbərlərin əsas mənbəyi idi. Geri dönən tacirlər, dənizçilər və səyahətçilər materikə yeni xəbər gətirirdilər, bu da şəhərdən şəhərə yayılırdı. Bu cür xəbərin yayılması çox etibarlı deyildi və bu üsul mətbəənin ixtirası ilə öldü. Jurnalistlər qədim dövrlərdə məlumat yaymaq üçün daha çox qəzetlərdən istifadə etsələr də, XX əsrdə radio və televiziya, XXl əsrdə isə internet əsas vasitəyə çevrilmişdir. == İlk və əsas jurnalistika == Avropa Avropada intibah dövrünün başlaması ilə əlaqədar yarmarkalar keçirilən şəhərlərdə informasiya mərkəzləri yarandı. Həm də həmin şəhərlərdə əlyazma halında qəzetlər buraxılırdı və burda ticarət xəbərləri ilə yanaşı digər informasiyalara da yer verilirdi. "Qəzet" sözü də həmin dövrdə meydana gəlmişdir. Bu ad Venesiyada (İtaliyada) işlənən pul vahidinin adından götürülüb. İnformasiyalar hıəmin pula, yəni qazettaya satılırdı.
Kabarda-Balkariyanın tarixi
Kabarda-Balkar Respublikası 31 yanvar 1991-ci ildə qurulub. Kabarda-Balkar Respublikası qurulmamışdan əvvəl bura: Kabarda, Balkariya, Pyatiqorsk rayonu, Nalçik rayonu (Tersk bölgəsi), Kabarda muxtar bölgəsi, Balkar milli dairəsi, Kabardino-Balkar Muxtar MSSR-dən ibarət idi. == Xronologiya == XV-XVI əsrlər — gələcək Kabardiyalıların bir hissəsinin əsasını təşkil edən Adıqlar Tamandan və Azov dənizinin sahilindən mərkəzi Ön Qafqazın mərkəzi şərq hissəsinə köç edirlər. 1557 — Kabarda Rusiya ilə ittifaq bağlayır. 1739 — Rusiya və Türkiyə arasındas imzalanmış Belqrad sülh müqaviləsinə görə, "həm Kabardiyalılar, həm də Kabardian xalqı azad olmalı və ya bu və ya digər imperiyanın mülkiyyətində olmamalı, yalnız hər iki imperiya arasındakı daha bariyerli dövlətin arxasında xidmət etməlidirlər"...Eyni zamanda hər iki müqavilə tərəfi təhlükəsizliyini təmin etmək üçün "girov götürdülər" (əmanətlar). Rusiya imperiyasının uzurpator imperatriçası II Yekaterinanın 5 may 1785-ci ildə Saratov və Qafqaz general-qubernatoru general-leytenant Pavel Potyomkinə ünvanladığı yazı ilə Həştərxan vilayəti əvəzinə Qafqaz qubernatorluğu təşkil edildi. Yekaterinoqrad əyalət şəhəri olaraq göstərildi və Qafqaz əyalətinin rayonlarının bölünməsi ilə eyni adlı bölgə təyin edildi. Böyük və Kiçik Kabarda qovşağında uğursuz coğrafi mövqeyə görə şəhər tez-tez Kabardiyalılar tərəfindən mühasirəyə alınaraq şəhəri öz torpaqlarından sökməyi tələb edirdilər. 1790-cı ildə Yekaterinoqradın pis şəraiti səbəbindən qubernatorluğun mərkəzi Həştərxana köçürüldü. 1832-1860 — Malka çayının cənubundakı KBR ərazisi Qafqaz qubernatorluğunun bir hissəsi olaraq Qafqaz kordon xəttinin nəzarəti altındadır.
Kanada tarixi
== Kolumba qədərki dövrdə amerika ilə digər qitələr arasında əlaqələr == 28–30 min il bundan əvvəl ehtimal olunur ki, müasir tipli insanlar Berinq adlanan quru körpüdə-Çukot və Alyaska arasında məskunlaşmışlar. Məhz bu dövrdən Şimali Amerikanın mədəniyyətinin tarixi başlayır. Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid qrupuna məxsus olmuş altay, fin-uqor, tibet xalqlarına daha yaxındırlar. Təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslanmaqdadır. Amerikanın kəşfi və işğalı ilə digər avropalı çoxsaylı xalqların burada məskunlaşması ilə nəticələndi. Lakin bundan öncə bir sıra təmaslar baş vermişdir ki, bunlardan birini belə izah etmək olar:Belə ki, qayıq ilə avropalılara tanış olmayan bir insan tipi avropa sahillərinə yan almışdı və onların dəriləri qırmızı rəngə çalırdı. Ehtimal ki, bu gələnlər hindular olmuş və axına düşmüş, yollarını itirmiş buraya gəlib çatmışdılar. Bundan başqa daha bir ehtimalda vardır ki, Çin və Yaponiya bu ərazilərlə təmasda olmuşdur. Burada tapılan əşya və məmulatlar bunu deməyə imkan verir. Həmçinin Çin xəritələrində də bu ərazilərlə bağlı yerlər göstərilmişdir.
Kaçura Taro
Kaşar tarix və diyarşunaslıq muzeyi
Kaşar tarix və diyarşunaslıq muzeyi — Rostov vilayəti Kaşar yaşayış məntəqəsində yerləşən muzey. == Muzeyin tarixi == Muzey 27 dekabr 1969-cu ildə Kaşar rayonunun Deputatlar sovetinin qərarı ilə təşkil edilmişdir. Muzeyin ilkin təşkilində Böyük Vətən müharibəsinin iştirakçıları А. М. Rudenko və V. А. Biryulinin rolu böyükdür. Muzeyin arxivində Deputatlar sovetinin rayon sakinlərinə etdiyi ekponatların toplanması ilə əlaqədar müraciyyətinin yazılı sənədi saxlanılır. Hazırda muzeydə 1169 ekspinat vardır. Burada toplanmışdır: Kaşar rayonunun diyarşunaslıq materialları; Rayon əhalisinin yaşayışını əks etdirən eksponatlar; Böyük Vətən müharibəsi zamanı rayonun işğalını əks etdirən eksponatlar; Şimal və Baltik donanmasının admiralı İvan Matveeviç Kapitanes haqqında materiallar; Vətəndaş müharibəsi materialları; Kənd təsərrüfatı, heyvandarlıq, təhsil, tibb materalları. 2009-cu ildən muzey Rusiya Federasiyasının vahid muzey bazasına daxil edilmişdir. 9 may 2009-cu ildən muzey yeni binaya köçürülmüşdür. 2016-ci il məlumatına görə burada olan 22 ptedmet Rusiya Federasiyasının qeyri-dövlət muzey fonduna daxil deyil. == Muzeyin direktorları == Vasili Tromifoviç Vasilçenko (1979—1980) Qennadi Dmutrieviç Kuleşov (1981—1986) Aleksandr Mizayloviç Rudenko (1987—2001) Nadejda Anatolevna Qrişkova (2001—2002) Sergey Vladimiroviç Savostikov (2002—2009) Anna Vladimirovna Qorina (2009-cu ildən) == Adres == Muzeyin yerləşdiyi adres: Rostov vilayəti, Kaşar rayon, Kaşar kəndi, Lenin küçəsi, ev 62.
Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu
Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu — Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinində qoruq. == Coğrafi mövqeyi == "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. Kompleks sərhəd zolağı boyunca 25 km-dək uzanır. "Keşikçidağ" mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750–950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir. == Ümumi məlumat == Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, “Keşikçidağ” mağaralar kompleksində yerləşən, yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah yerli sakinlərin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etnik xüsusiyyətlərini özündə əks etdirir. “Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır. Sovetlər dönəmində həmin abidələri tədqiq etmək mümkün olmamışdır. Freskaların çəkildiyi mağara divarlarının dağıntıları nə təbiətin, nə də zamanın müdaxiləsi nəticəsində baş verib. 1948-ci ildən başlayaraq 1990-cı ilədək mağaraların çapıldığı qayaların yaxınlığında hərbi poliqon yerləşib. Uzun illər burada artilleriya təlimləri keçirilib.
Kolxoz tarlalarının qəhrəmanları (film, 1950)
Koreya Mərkəzi Tarix Muzeyi
Koreya Mərkəzi Tarix Muzeyi Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşir. Əsası 1945-ci ilin dekabrın 1-də qoyulmuşdur. Burada ibtidai dövrdən müasir dövrədək Koreya tarixi nümayiş olunur. Muzey Kim İr Sen meydanının şimal hissəsində yerləşir. == Tarix == Əsası 1945-ci ildə qoyulan muzeydə 19 sərgi otağı mövcuddur. Toplam 10.429 m² ərazini əhatə edir. Bina 1960-cı ildə neoklassik memarlığı üslubunda yenidən inşa edilmişdir. Muzeydə Koreya tarixi ile bağlı əsərlər, rəsimlər, silahlar, geyimlər, gəmi modelləri, sikkələr ve ümumilikdə 4000 əsər sərgilənir. Bununla bərabər muzeydə Koreya kralı Danqun Vanqqeomdan qalan qalıqlar və həyatına dair əsərlərdə yer alır.
Koreya tarixi
Koreya tarixi — Koreya yarımadası və Mancuriya bölgəsində yaşayan Koreya xalqı ilə bağlı baş verən hadisələri əhatə edir. == Qədim dövr == Əfsanəyə görə, hələ ilk Koreya dövləti eramızdan əvvəl 1300-cü ildə Tanqun tərəfindən qurulmuşdur. Tarixçilər Koreya tarixinin ən erkən mərhələsini Qədim Çoson dövləti (Ko Çoson) dövrü adlandırırlar. Qədim Çoson ərazisi Koreya yarımadasının və Lyaodun yarımadasının şimalında yerləşirdi. Müasir tarixçilərin bir çoxu onun tarixinin miladdan əvvəl 2333-cü ilə aid olduğunu qəbul edirlər. Lakin bu, çox mübahisəlidir, çünki ayrı-ayrı orta əsr Koreya salnamələri (Samquk Yusa və bənzəri) istisna olmaqla bu fakt, heç bir tarixi sənədlə təsdiqlənmir. Qədim Çoson haqqında ilk məlumatlar eramızdan əvvəl 4–3 əsrlərə aiddir. İnkişafının başlanğıcında Qədim Çoson ayrıca nəzarətdə olan şəhər dövlətlərindən ibarət qəbilə birliyi olduğu və e.ə. IV əsrdə mərkəzləşmiş bir dövlət halına gəldiyi güman edilir. Eyni zamanda, yarımadanın cənubunda Çin proto-dövləti, həmçinin Tri-Xan (Samxan) proto-dövlətləri meydana gəldi.
Kövsər Tarverdiyeva
Kövsər Məmməd qızı Tarverdiyeva (14 iyul 1914, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 2013, Bakı) — ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, publisist, filologiya elmləri namizədi (1952). == Həyatı == Kövsər Tarverdiyeva 14 iyul 1914-cü ildə İrəvanda Gedərçay üstündəki Dəmirbulaq məhəlləsində bağbanlıqla məşğul olan Məşədi Məmmədin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri bu bağ-bağatlı şəhərdə keçən Kövsər xanım o zaman bütün İrəvanda məşhur olan Haşım bəy məktəbində təhsil alır. 9-cu sinfi bitirərkən onun qabiliyyətini nəzərə alaraq İrəvan Pedaqoji Texnikumunun sonuncu kursuna dəyişdirirlər. Pedaqoji məktəbi bitirdikdən sonra Kövsər xanım 1932-ci ildə Bakıya yollanmışdır. Ailəlikcə Bakıya köçdükdən sonra pedaqoji fəaliyyətə başlamış və 1932-ci ildən fəhlə-gənclər məktəbində müəllimlik etmişdir. Kövsər Tarverdiyeva 1937-ci ildən 1939-cu ilə qədər V. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun Ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1942-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsilini tamamlamışdır. 1942–1943-cü illərdə Azərbaycan SSR Təhsil Nazirliyində Kadrlar İdarəsinin rəisi vəzifəsində çalışmış. Daha sonra, 1948-ci ilə qədər Azərbaycan SSR Təhsil Nazirliyi Müəllimləri Təkmilləşdirmə İnstitutunun elmi-tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir.

tar sözünün leksik mənası və izahı

  • 1 is. Üst-üstə dərəyə yağıb yığılmış qalın qar yığını. Tara düşmək. Tara batmaq. – Dağ başında çar qala; Duman keçə, tar qala; Bir arzum var ürəkdə; Mən ölsəm də yar qala. (Bayatı). [Bəylər] tarın yanına gəlib gördülər ki, Nəbigil tüfənglən ayaqyolu açıb addamışlar o tərəfə. “Qaçaq Nəbi”. □ Tar bağlamaq – yağıb bir yerə yığılmaq, təpə əmələ gətirmək (qar haqqında). Elə ki əsnədi çovğunla külək; Çöldə tar bağlayıb qar çıxdı dizə. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / tar
  • 2 is. Ev quşlarının üstündə durub gecələməsi üçün hinə qoyulan ağac. Bir qış axşamıydı, qapıda soyuq; Qalxdı tar üstünə bizim çil toyuq. S.Vurğun. Tardakı xoruz qanadlarını şappıldadıb banladı. S.Rəhimov. ◊ Toyuq tara çıxanda (çıxan vaxt) – bax toyuq. Toyuq tardan düşəndə (düşən vaxt) – bax toyuq.

    Azərbaycan dilinin izahlı lüğəti / tar
  • 3 sif. [fars.] klas. Qara. Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. X.Natəvan. // Tutqun, donuq, aydın görünməyən. Tar şüşə. – Bu gün mənim gözümə afitab tar (z.) gəlir. S.Ə.Şirvani. □ Tar olmaq – qaranlıq çökmək, qaranlıqlaşmaq. Dağlar başı qar oldu; Bulud gəldi, tar oldu. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti / tar
  • 4 is. Azərbaycan və İranda çox yayılmış mizrabla çalınan simli musiqi aləti. Tar çalmaq. Tar Azərbaycanın milli musiqi alətidir.

    Azərbaycan dilinin izahlı lüğəti / tar
  • 5 TAR1 f. 1) bax tarə1 (1-ci mənada); 2) əziz. Tari-zülf zülf teli. TAR2 f. 1) bax tarək; 2) tutqun; 3) aydın görünməyən, yaxşı seçilməyən.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tar

tar sözünün etimologiyası

  • 1 Bu çalğı alətinin adı farscadır, tar “sim” deməkdir (simli alət olduğu üçün belə adlanır).  Bu söz bir neçə mənada işlədilir: toyuğun çıxdığı hündür yer, qar topası və s. Hər iki halda hündürlük anlamı əsas götürülür, fars mənşəlidir. Tar rus dilinə “вершина” kimi tərcümə olunub. Güman ki, talvar (hündür yer) sözü də bununla qohumdur. Demək, tar qaranlıq, musiqi aləti, sap (tük, əriş, sim, ip) mənalarında işlədilir. Çadır (əsli: çəhar tar) sözü də “dörd sap” (dörd sapdan toxunduğu üçün belə adlanıb) deməkdir. 

    Azərbaycan dilinin etimologiya lüğəti / tar

tar sözünün sinonimləri (yaxın mənalı sözlər)

tar sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 TAR I is. [ ər. ] mus. Azərbaycan simli musiqi aləti. Dostumun əlində bir sızlayan tar; Səpirdi ətrafa şəffaf dalğalar (M.Müşfiq). TAR II is. Toyuqların üstündə yatdığı ağac. Bir qış axşamıydı, qapıda soyuq; Qalxdı tar üstünə bizim çil toyuq (S.Vurğun). TAR III is. Qar yığımı, topası. Dərələrin boğazında işıldayan xarlanmış qar tarları ətrafa sərinlik yayırdı (C.Bərgüşad). TAR IV is. [ fars. ] Qaranlıq. Hava tar, yer dar, bimar zar; Sızıldardı ney tək leylü nahar (M.Ə.Möcüz). TAR V is. Arabanın yan tərəflərində olan paralel üfüqi ağac. Su əvvəlcə təkərin topunu, sonra da cağları batırıb tara çıxanda təkərlərin qıcırtısı da kəsildi (İ.Şıxlı).

    Azərbaycan dilinin omonimlər lüğəti / tar

tar sözünün rus dilinə tərcüməsi

  • 1 1. тар (струнный музыкальный инструмент); 2. жердочка для птиц; 3. тусклый, темный, матовый, сумрачный;

    Azərbaycanca-rusca lüğət / tar
  • 2 1 сущ. тар (азербайджанский струнный щипковый музыкальный инструмент). Tarın pərdələri ступени тара, tarın simləri струны тара, tarın ifaçılıq imkanları исполнительские возможности тара, tarı kökləmək настраивать тар, tar çalmaq играть на таре 2 сущ. 1. темнота, сумерки 2. жёрдочка, насест (перекладина, на которую куры и индейки садятся с наступлением темноты) ◊ toyuq tara çıxanda когда наступают сумерки; toyuq tardan düşəndə на рассвете, когда рассветает 3 сущ. диал. сугроб (наметённая ветром куча снега). Tara düşmək попасть в сугроб, tar bağlamaq лежать (возвышаться) сугробом (сугробами – о снеге)

    Azərbaycanca-rusca lüğət / tar

tar sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. tar (an Azerbaijani stringed folk musical instrument); ~ çalmaq to play the tar II. i. (ev quşlarının gecələməsi üçün hinə qoyulan ağac) roost, perch; toyuq ~ı a hen roost; ~a çıxmaq to go* to roost, to take* roost; ~da oturmaq to roost, to perch; to be* at roost; Toyuqlar tardadırlar The hens are at roost III. i. (havanın qaralan vaxtı) dusk, gloaming IV. i. (qar yığını) snow-drift

    Azərbaycanca-ingiliscə lüğət / tar

tar sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) tar m (instrument m de musique azerbapdjanais à cordes) ; ~ çalmaq jouer du tar ; 2) perchoir m, juchoir m ; ~da oturmaq percher vi sur ; percher (se), jucher (se) ; 3) crépuscule m ; 4) congère f, tas m de neige

    Azərbaycanca-fransızca lüğət / tar

tar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. тар (тезенагдал ядай симер алай музыкадин алат); tar çalmaq тар ягъун; // тардин (мес. ван).

    Azərbaycanca-ləzgicə lüğəti / tar
  • 2 [fars.] прил. клас. чӀулав; // рагъул, кьалу; tar şüşə кьалу шуьше (усана аквадай рагъул шуьше); tar olmaq мичӀи хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / tar
  • 3 сущ. кьур (йифиз верчер ацукьдай кӀарас); ** toyuq tara çıxanda (çıxan vaxt) кил. toyuq.

    Azərbaycanca-ləzgicə lüğəti / tar

tar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Ağdərə, Basarkeçər, Borçalı, Çənbərək, Gədəbəy, Qarakilsə, Qazax, Şuşa, Tovuz) toyuqların axşamlar üstündə yatdığı ağac. – Töüxlar gejə tarda yatışır (Ağdam); – Çücələr tara çıxa bilmir (Basarkeçər); – Tö:ygə tar qoy üsdə çıxsın (Çənbərək); – Tö:üxlər tarda yater (Gədəbəy); – Tar hində qoyulur ki, tö:üxlər çıxıf orda yatsınnar (Ağdərə); – Töyuxların hamısı tarda yatıf (Tovuz); – Toyuğun tarı ağajdan qayrılar (Borçalı); – Toyux yatan ağaca tar deyirix’ (Şahbuz); – Tö:üxlər tara çıxıf (Şuşa) II (Basarkeçər, Başkeçid, Borçalı, Çənbərək, Hamamlı, Qazax, Şəmkir, Tovuz) arabanın yan tərəflərindəki paralel üfüqi ağaclar. – Haravanın tarı qırılıf (Qazax); – Haravanın dört tarı olor (Borçalı); – Haravanın qazıxların birləşdirən ağaca deirix’ tar (Hamamlı) III (Ağcabədi, Ağdərə, Basarkeçər, Başkeçid, Borçalı, Cəbrayıl, Çənbərək, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir, Şuşa) küləyin bir yerə topladığı qar yığını. – Tarın altınnan yap adam gedir (Ağcabədi); – Tar dağlardo:lur, hara küləx’ dəydi ordo:lur (Ağdərə); – Meşə: gedəndə tara patmışdım, güjnən çıxdım (Gədəbəy); – Tar yolları basıf (Çənbərək); – Arıx keçi tara batdı (Cəbrayıl)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tar nədir? #tar sözünün mənası #tar nə deməkdir? #tar sözünün izahı #tar sözünün yazılışı #tar necə yazılır? #tar sözünün düzgün yazılışı #tar leksik mənası #tar sözünün sinonimi #tar sözünün yaxın mənalı sözlər #tar sözünün əks mənası #tar sözünün etimologiyası #tar sözünün orfoqrafiyası #tar rusca #tar inglisça #tar fransızca #tar sözünün istifadəsi #sözlük