* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Tarda çalan çalğıçı; tarzən. Ey tarçı, çal, oxu! Könlümü al, oxu! M.Müşfiq. Qurban təzə-təzə əlinə tar almağa başladığı zamanlar Qarabağda tarçalan Sadıq yaşayırdı. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / tarçı1 TARÇI Tarçı şura gələr tarı görəndə; Tülək tərlan cumar sarı görəndə (M.Rahim); TARÇALAN Qurban təzə-təzə əlinə tar almağa başladığı zamanlar Qarabağda tarçalan Sadıq yaşayırdı (İ.Əfəndiyev); TARZƏN O tarzənin vurduğu xanalardan dərhal hiss etdi ki, Qurban Primovdur (Ə.Qasımov).
Azərbaycan dilinin sinonimlər lüğəti / tarçı