* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Allah. [Elxan:] Mənim tanrım başqalarına zərər verməz azad diləklərimdir. C.Cabbarlı. ◊ Tanrı bəndəsi – bax Allah bəndəsi (“Allah”da). [Nənəxanım:] [Şaqqulunun] özünün də avara gəzdiyi bəsdir, gedim, bir tanrı bəndəsinin qızını gətirim, bəlkə küçələrdən daşına. Çəmənzəminli. Tanrı bilir – bax Allah bilir (“Allah”da). [Əmrah:] İllər ilən gözüm baxsa gözünə; Tanrı bilir, səndən dönən deyiləm. “Əmrah”. Tanrı qoysa – arzu bildirir. Tanrının verən günü – bax Allahın verən günü (“Allah”da). Tanrısına təpik atmaq – qudurmuş, yolunu azmış, naşükür, nankor adam haqqında. [Anası qızına:] Adam tanrısına təpik atmaz. Ə.Haqverdiyev. Tanrıya bax! – bax Allaha bax! (“Allah”da). Əqlə gəl, tanrıya bax, eyləmə qəflət, Hadi. S.Ə.Şirvani. Tanrıya şükür – bax Allaha şükür (“Allah”da). Sən (siz, sizi) tanrı – bax sən (siz) allah (“Allah”da). Sizi tanrı, bircə dürüst diqqət ilə hesab ediniz. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / tanrı2 \ – Dini iman sistemində fövqəltəbii və fövqəladə xüsusiyyətləri, yetişkin bir əsas olaraq ən yüksək varlıq. Tanrı haqqında elm – \ – ümumiyyətlə Tanrı və tanrılar haqqında, dini olan haqqında təlimlər. Konkret anlamda isə dini təfsirlərə əsaslanan Tanrı haqqında təlim. Bax: Allah maddəsi.
Fəlsəfə terminlərinin izahlı lüğəti / tanrı1 Mənşəyi haqqında iki mülahizə ola bilər: 1. Tanımaq feili ilə bağlıdır, “tanınan”, “sitayiş edilən” deməkdir. 2. Göy (səma) mənasında xan təgrə birləşməsinə rast olmuşam. Təgrə “qübbə” deməkdir, xan isə məlumdur. Bizdə tanrı və göy sinonim sözlər olub. Deməli, Tanrı –göyün xanı (sahibi) deməkdir. Allah sözü ərəb dilindən keçənə qədər türk aləmində Tanrı sözü onu əvəz edib və islamdan çox-çox qabaq tanrıçılıq (təngriçilik) dinimiz olub.
Azərbaycan dilinin etimologiya lüğəti / tanrı2 сущ. Аллах, Бог, Господь, Всевышний. Tanrı göstərməsin не приведи Господи; bir Tanrı bəndəsi (см. Allah bəndəsi): 1. кто-то, некто 2. раб Божий; Tanrı bilir (см. Allah bilir) Бог знает, Аллах знает (ведает); Tanrı qoysa (см. Allah qoysa) Бог даст, если Аллах позволит; Tanrı günü görməmək не видеть дня божьего, дня белого не видеть; Tanrıya bax (см. Allaha bax) ради Бога; Tanrıya şükür (см. Allaha şükür) слава Богу; Tanrının verən (var) günü см. Allahın verən (var) günü; каждый божий день; Tanrısına təpik atmaq: 1. платить чёрной неблагодарностью; 2. беситься с жиру; sən (siz) Tanrı заклинаю тебя (вас) Богом; ради Бога
Azərbaycanca-rusca lüğət / tanrı1 сущ. Танри, Аллагь; Гъуцар; ** tanrı bəndəsi кил. allah (allah bəndəsi); tanrı bilir кил. allah (allah bilir); tanrı qoysa кил. allah (allah qoysa); tanrının verən günü кил. allah (allahın verən günü); tanrısına təpik atmaq хъсанвал течир (квадардай), шукур тийир, къадирсуз, къудур касдин гьакъинда; tanrıya bax кил. allah (allaha bax); tanrıya şükür кил. allah (allaha şükür).
Azərbaycanca-ləzgicə lüğəti / tanrı