* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Falabaxan, fal açmaqla, falçılıqla məşğul olan adam. Falçı falçıya fənd vurmaz. (Ata. sözü). Xanbibim falçı, nənəm bağtoxuyan; Bizdə, haşa, yox idi bir oxuyan. M.Ə.Sabir. // Sif. mənasında. Gəzir qapıları falçı qadınlar; Bəşər taleyini həll edir onlar! S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / falçı1 FALÇI [Pəri xanım:] Falçı duanı yazıb buyurdu ki, gərək vəzirin başının üç buğda ağın səməni qoyub füqəraya paylayasan (M.F.Axundzadə); FALABAXAN Amma siz deyirsiniz: Allaha da sitayiş edin, peyğəmbərə də, imamlara da, mollalara da, dərvişlərə də, ilan oynadanlara da, falabaxana, tas qurana... bunların cümləsinə sitayiş edin! (C.Məmmədquluzadə); RƏMMAL İnanma gər desə rəmmal sirri-qeybə ağahəm (S.Ə.Şirvani); RƏMLÇİ.
Azərbaycan dilinin sinonimlər lüğəti / falçı1 i. fortune-teller; palmist; (kahin, rəmmal) augur; soothsayer
Azərbaycanca-ingiliscə lüğət / falçı1 is. diseuse f de bonne aventure, devineresse f ; cartomancienne f, tireuse f de cartes ; chiromancienne f ; cabale f
Azərbaycanca-fransızca lüğət / falçı