* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Aşıq-aşıq oyununda: aşığın bir üzü, toxan üzün arxa tərəfi. İkinci aşıq isə başqalarının əli ilə oynadılır, gah alçı durar, gah toxan. Belələrinə maça da deyilir. – Oynayanların birisi aşığın alçı durduğunu sübut etdikdə, o birisi aşığın alçı durmayıb, ancaq palazın qırışığına söykənib alçıya bənzədiyini söyləyir. Ə.Haqverdiyev. ◊ Aşığı (maçası) alçı durmaq – 1) aşığın, udmaq əlaməti olaraq yanı üstə durması. [Toyda] kimin qabağında maça alçı dursaydı, onu “xan” seçərdilər. H.Sarabski; 2) məc. Hər cəhətdən bəxti gətirmək, işi düz gətirmək.
Azərbaycan dilinin izahlı lüğəti / alçı1 Aşıq-aşıq oyununda sümüyün dörd tərfindən birinin adıdır, cik sözü də bunun dəyişmiş formasıdır. “Cikinə-bikinə bələd olmaq” deyirik. Məncə, ıncıq kəlməsinin dəyişmiş formasıdır, (ıncıq heyvanin dal ayağında iki çıxıntının adıdır). Bik sözü də aşığın tərəflərindən birinin adıdır. Oyunda aşığı atmaq məharəti əsasdır: necə atasan ki, cik üstünə düşə, necə atasan ki, bik üstünə düşə! Cikinə-bikinə bələd olmaq bununla bağlıdır: “hiyləsini, ustalığını, məharətini yaxşı bilirəm” deməkdir.
Azərbaycan dilinin etimologiya lüğəti / alçı1 сущ. некшуьдин ччинрикай сад (некшуь вегьиз къугъвадамаз); ** aşığı (maçası) alçı durmaq некшуь (сакъа) бег акъвазун; тухун (къугъунал); // пер. бахтуни гъун, гъили кьун, кар дуьз хьун.
Azərbaycanca-ləzgicə lüğəti / alçıalçı durmağ: (Salyan) üzə durmaq, cavab qaytarmaq. – Tərbiyəsiz uşağın qaydasıdı alçı durmax
Azərbaycan dilinin dialektoloji lüğəti.