* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir hadisənin baş verdiyi, cərəyan etdiyi vaxt; keçmiş həyata aid olub adamların hafizəsində qalmış fakt və hadisələrin məcmusu. Tarixin təcrübəsi göstərir ki… Məsələnin tarixi. – [Nüşabə:] Şanlı tariximiz görməmiş ləkə; Zəfərlər qazanmış bu şanlı ölkə! A.Şaiq. 2. İnkişaf prosesindəki gerçəklik. Tarixin qanunları. Tarixin dialektikası. Tarixin gedişi. 3. İnsan cəmiyyətinin inkişafı haqqında elm. Azərbaycan tarixi. Orta əsrlər tarixi. – Tarix insan cəmiyyətinin həyatı haqqında elmdir. “Qədim dünya tarixi”. // Həmin fənnə aid kitab, dərslik, dərs. Tarixdən “5” almaq. Tarix kitabı. 4. Bir şəxs və ya şeylə bağlı olan fakt və hadisələrin tarixcə məcmusu. Sumqayıt şəhərinin tarixi. Onun başına gələn hadisələrin tarixini heç kəs bilmir. – [Qaraş:] Yaxşı, Qızyetərin tarixini danışma, sözünü de. M.İbrahimov. 5. Bir hadisənin, şeyin inkişafının gedişi, ardıcıl inkişafı. Yer qabığının təşəkkül tarixi. Hadisələrin inkişaf tarixi. 6. Təbiətin, mədəniyyətin, elmin hər hansı bir sahəsinin ardıcıl inkişaf və dəyişməsini öyrənən elm. Musiqi tarixi. Ədəbiyyat tarixi. – Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) Azərbaycan mədəniyyəti və maarifi tarixində tamamilə yeni və parlaq bir dövr açdı. M.İbrahimov. 7. Əhvalat, hekayə, rəvayət. Tarix uzundur… Tarixi gözdən keçirmək. 8. Keçmiş. [Xristofor:] Bu şux zahirin də faciəli bir tarixi var. Çəmənzəminli. 9. Bir hadisənin dəqiq təqvim vaxtı. Doğum tarixi. // Sənəddə, məktubda və s.-də onun yazılması vaxtı haqqında qeyd (il, ay, gün). Teleqramın tarixi. Əmrin tarixi. Təliqəyə tarix qoymaq. ◊ Tarix boyu – bütün tarix ərzində, bütün dövrlərdə, lap əvvəldən bu günə kimi. Bu qurultay tarix boyu görünməmiş nəhəng bir sıçrayış dövrünün başlandığını xəbər verəcək. M.Hüseyn. Tarixdə görünməmiş – heç vaxt olmamış, bu vaxta qədər misli görünməmiş hadisə haqqında. Tarixdən əvvəl (qabaq) – miladi tarixindən əvvəl (qabaq). Rüstəm kişi Mayanın sözünü kəsdi: – Tarixdən üç yüz il əvvəl deyirsən, onda neçə il elər? M.İbrahimov. Tarixdən əvvəlki (qabaqkı) – 1) miladi tarixindən əvvəlki (qabaqkı); 2) qədim dövrlərə aid olan, yazılı sənəd olmayan. Tarixdən əvvəlki dövrlər. Tarixə (tarixdə) yazılmaq – heç vaxt unudulmamaq, həmişə yadda qalmaq. [Koroğlu:] Mən gərək o Rum paşasına bir divan tutam ki, tarixlərdə yazıla. “Koroğlu”. Tarixin təkərini geri döndərməyə çalışmaq – tarixin qanunauyğun inkişafının qarşısını almağa, geri qayıtmağa çalışmaq. Canlı tarix – bax canlı. Xəstəlik tarixi – bax xəstəlik.
Azərbaycan dilinin izahlı lüğəti / tarix2 cəmiyyətin inkişafından bəhs edən elm; müəyyən bir işin görüldüyü vaxt.
Azərbaycan kişi adlarının izahlı lüğəti / tarix3 ə. 1) müəyyən işin görüldüyü vaxt (ay, gün və il); 2) həmin vaxtı göstərən rəqəm; 3) cəmiyyətin inkişafından bəhs edən elm. Tarixi-din din tarixi; tarixi-hicri hicri tarix (Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü vaxtdan hesablanan müsəlman tarixi); tarixi-islam islam tarixi; tarixi-miladi miladi tarix (İsa peyğəmbərin anadan olduğu gündən hesablanan tarix); tarixi-müqəddəs müqəddəs tarix.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / tarix2 I сущ. 1. история: 1) действительность в процессе развития. Tarixin qanunları законы истории, tarixin dialektikası диалектика истории, tarixin gedişi ход истории 2) совокупность фактов и событий, относящихся к прошлой жизни; прошлое, сохраняющееся в памяти людей. Tarixin səhifələri страницы истории, tarixin təcrübəsi опыт истории 3) наука о развитии человеческого общества. Azərbaycan tarixi история Азербайджана, orta əsrlər tarixi история средних веков 4) предмет преподавания в средней и высшей школе. Tarixdən mühazirə лекция по истории, tarix müəllimi учитель истории 5) ход, последовательное развитие чего-л. Yer qabığının təşəkkül tarixi история становления земной коры; мед. xəstəlik tarixi история болезни (развитие болезни во времени и описание этого развития) 6) наука, изучающая последовательное развитие, последовательные изменения какой-л. области природы, культуры, знания. Azərbaycan dilinin tarixi история азербайджанского языка, musiqi tarixi история музыки, teatr tarixi история театра 7) совокупность фактов и событий, связанных с кем-, ч ем-л. Operanın yaranma tarixi belədir такова история создания оперы, tanışlığın tarixi история знакомства 8) происшествие, событие, случай. Tarixi uzundur длинная история 9) отдалённое время с его событиями, происшествиями, прошлое. Bu kitab bizim üçün artıq bir tarixdir эта книга для нас – уже история, onun faciəli tarixi var его история трагична 2. дата, число (пометка на документе, письме и т.п. о времени его написания). Məktubun tarixini qoymaq поставить дату (число) на письме, датировать письмо, əmrin tarixi дата приказа 3. летосчисление (система определения времени по годам от какого-л. условленного момента). Azərbaycan teatrının tarixi 1873-cü ildən başlanır азербайджанский театр начинает своё летосчисление с 1873 г II прил. исторический. Tarix fakültəsi исторический факультет, tarix elmi историческая наука ◊ tarix boyu на протяжении истории; tarixdə görünməmiş невиданный в истории; tarixə yazılmaq вписаться в историю; tarixin təkərlərini geri döndərməyə çalışmaq стараться, попытаться повернуть колесо истории вспять; canlı tarix живая история; tarix susur kim, nə haqqında история умалчивает о ком, о чём; tarix açmaq пространно рассказывать о чём-л.; tarixdə adı qalanlar великие мира сего; tarixdə iz qoyanlar оставившие след в истории
Azərbaycanca-rusca lüğət / tarix1 I. i. 1. history; orta əsrlər ~ i history of the Middle Ages, medieval history; ictimai inkişaf ~i history of social development; incəsənət ~i history of art; dil ~i history of language; Bu hadisə tarixə daxil olacaq This event will go down in history; 2. date; ~ qoymaq to date (d.) II. s. 1. history; ~ kitabı history book; ~ dərsi history lesson; 2. historical; ~ elmi historical science
Azərbaycanca-ingiliscə lüğət / tarix1 is. 1) histoire f ; orta əsrlər ~i histoire du Moyen Vge ; histoire médiévale ; incəsənət ~i histoire de l’art ; dil ~i histoire de la langue ; ~ kitabı livre m d’histoire ; ~ dərsi leçon f d’histoire ; ~ elmi science f historique
Azərbaycanca-fransızca lüğət / tarix1 [ər.] сущ. тарих (1. история (урус.); // тарихдин, историядин (мес. факультет); 2. кьиса, агьвалат, гьикая, риваят; 3. са касдихъ ва я затӀунихъ галаз алакъалу тир фактарин ва вакъиайрин тарихрин кӀватӀал; // хьана алатай вахт (девир, аям), виликрай хьайи крар, вакъиаяр ва мсб.; 4. чарарал, документрал къалурдай вахт, чӀав, йис, варз ва югъ; doğum tarixi дидедиз хьайи тарих); ** tarix boyu тарихда, вири тарихдин къене, вири девирра, лап эвелдай къенин йикъалди; taixdə görünməmiş тарихда такур (тахьай) хьтин, са чӀавузни (и чӀвавалди) тахьай (такур) хьтин (вакъиа, кар ва мс.); tarixdən əvvəl (qabaq) тарихдилай эвел (вилик), миладдин тарихдилай эвел (вилик); tarixə (tarixdə) yazılmaq тарихдиз (тарихда) кхьин (кхьенваз хьун), тарихда гьатун, са чӀавузни рикӀелай алуд тавун, гьамиша рикӀел аламукьун; tarixin təkərini geri döndərməyə çalışmaq тарихдин чарх кьулухъ элкъуьриз алахъун, тарихдин вилик финин вилик пад кьаз алахъун; canlı tarix кил. canlı; xəstəlik tarixi кил. xəstəlik.
Azərbaycanca-ləzgicə lüğəti / tarix