tarix-fəlsəfə sözü azərbaycan dilində

tarix-fəlsəfə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tarix-fəlsəfə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəlsəfə
Fəlsəfə (q.yun. φιλοσοφία) — varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elm. Fəlsəfə ictimai şüurun qədim və özünəməxsus formasıdır. Nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir. == Fəlsəfə sözü == "Filo" və "sofiya" yunan sözləridir. "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir."Filosofiya" — "hikməti sevmək" mənasını verir. "Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb. İlk dəfə Pifaqor özünü "filosof" adlandırıb və deyib: "Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm" === Fəlsəfənin predmeti === Fəlsəfə termininə ilk dəfə Pifaqorda təsadüf edilir.
Tarix
Tarix (q.yun. ἱστορία, historia — "sorğu; araşdırma nəticəsində əldə edilən biliklər") — keçmişdə insanı (onun fəaliyyətini, dünyagörüşünü, ictimai münasibətləri və s.) sistemli şəkildə öyrənən elm; keçmişin tədqiqi və sənədləşdirilməsi. Mənbələr üzrə insan meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir. Tarix – hadisələr ardıcıllığını, tarixi prosesi, təsvir olunan faktların obyektivliyini müəyyən etmək və hadisələrin səbəbləri haqqında nəticə çıxarmaq üçün keçmişlə bağlı bütün növ mənbələri öyrənən elmdir. Tarixi bilməyən insanlar keçmişin səhvlərini təkrarlamağa meyllidirlər. Keçmişin səhvlərini təkrarlamamaq üçün keçmişi bilmək lazımdır. Tarix fənnini yaxşı bilmək hər birimizin borcudur. Burada isə tarixi gerçəkliyi dərk etməyə çalışan alimlər – tarixçilər ön plana çıxır. Tarixçinin vəzifəsi hər bir alim kimi həqiqəti axtarmaqdır. Həqiqəti dərk etmək prosesi qeyri-adi dərəcədə mürəkkəb və çətindir, bu yolda alim bəzən uğursuzluqlarla qarşılaşa bilər.
Analitik fəlsəfə
Analitik fəlsəfə (ing. Analytic philosophy) — XX əsrin ənənəvi fəlsəfi dünyagörüşlərinə qarşı çıxmaqla yaradılmış fəlsəfi bir məktəb. Bu məktəb həmçinin analiz, lingivistik analiz, məntiqi analiz, fəlsəfi analiz, Kembric (Canbridge) analiz məktəbi və Oksford fəlsəfəsi kimi adlarla da tanınmışdır. == Yaradıcılar və nümayəndələr == Analitik fəlsəfənin qurucuları Kəmbric filosoflari G. E. Moore və Bertrand Russell olmağla birlikdə hər iki filosof da Alman filosofu və riyaziyyatçi Gottlob Frege və bu fəlsəfənin ən görkəmli nümayəndələrindən (Alman və Avstriya əsilli) Ludwig Wittgenstein, Rudolf Carnap, Kurt Gödel, Karl Popper, Hans Reichenbach, Herbert Feigl, Otto Neurath ve Carl Hempel kimi alimlərdən təsirlənmişdilər. İngiltərədə Rusell və Mooreni C. D. Broad, L. Stebbing, Gilbert Ryle, A. J. Ayer, R. B. Braithwaite, Paul Grice, John Wisdom, R. M. Hare, J. L. Austin, P. F. Strawson, William Kneale, G. E. M. Anscombe və Peter Geach, Amerikada isə Max Black, Ernest Nagel, C. L. Stevenson, Norman Malcolm, W. V. Quine, Wilfrid Sellar və Nelson Goodman Avstralya'da A. N. Prior, John Passmore və J. J. C. Smart davam etdirmişdir. == Əsas yanaşma == Analitik fəlsəfə mütləq varlığı və idealist görüşünə qarşı çıxmış bir istiqamətdir. Analitik fəlsəfədə biliklərlə bağlı anlayışların linqivistik cəhətdən analiz edilməsi və fəlsəfədə qarışıq və mürəkkəb mənalı kəlimələrin və ya anlayışların, hətta yanlış qurulan sualların təhlili ilə məşğul olur. == Analitik fəlsəfə barədə əlavə məlumatlar == Analitik fəlsəfə pozitivizmin 20-ci əsrdəki müasir şəklidir. Neo-pozitivizm və ya məntiqçi pozitivizm olaraq da bilinən bu anlayışa görə fəlsəfənin əsl məşğuliyyət sahəsi dildir. Bu yanaşmaya görə fəlsəfə varlıq, dəyər və tanrı barəsində doğruluğu test edilə bilməyən təlimlər irəli sürməməlidir.
Hərəkət (fəlsəfə)
Hərəkət - fəlsəfədə mühüm problemlərdən biri. == Ümumi xarakteristika == Dünyada hər şey daimi hərəkətdədir. Müxtəlif predmetlərdə molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə maddələr mübadiləsi gedir. Bundan əlavə, onlarda digər fizioloji proseslər də özünü göstərir. İlk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki, insanların əmək fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanmır. O fikirlərin hərəkəti deməkdir.
Kosmos (fəlsəfə)
Kosmos (yun. κόσμος) — Qədim Roma fəlsəfəsinə və mədəniyyətinə görə xaosa əks olan dünya haqqında vahid, harmonik təsəvvür. Yunanlar üçün "kosmos" anlayışı iki funksiyada idi — tənzimlənən və estetika.
Materiya (fəlsəfə)
Materiya — insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurla inikas etdirilən obyektiv reallıqdır. Bu istiqamətdə XVII əsr fransız filosofu Pol Anri Holbax ilk uğurlu cəhd etmişdir. O göstərmişdir ki, materiya insan şüurundan kənarda, şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan obyektiv reallıqdır. XX əsrin əvvəllərində Vladimir İliç Lenin bu tərifə materiyanın hiss üzvləri vasitəsi ilə bizə "bəlli olması" və "dərkedilən olması" keyfiyyətini əlavə etmişdir. Materiya real mövcud obyektlərin və dünya sistemlərinin sonsuz çoxluğunu əhatə edir, hər cür xassələrin və hərəkət formalarının substansial əsasıdır. Materiya yaradılmır və məhv edilmir, zamanca əbədi, özünün struktur təzahürləri etibarilə məkanca sonsuzdur, hərəkətlə qırılmaz bağlıdır. Şüur materiyaya xas inikasın ən yüksək forması kimi çıxış edir. Materiyanın substansiallığı, ümumiliyi və mütləqliyi dünyanın maddi vəhdətini səciyyələndirir. Dünyada elə bir şey yoxdur ki, o, materiyanın müəyyən növü və vəziyyəti, xassəsi və ya hərəkətinin forması, tarixi inkişafının məhsulu olmasın. Dünyanın maddi vəhdətinin etiraf edilməsi bütün ideal konsepsiyaların əksinə fəlsəfi materializmin əsas başlanğıc prinsipidir.
Metafizik fəlsəfə
Metafizik fəlsəfə, fəlsəfənin bir hissəsidir. İlk dəfə fəlsəfəçilər tərəfindən fəlsəfəyə "metafizik" sözü gətirilmişdir ki, bu "təbiətdən sonra", "təbiətdən sonra gələn" mənasını verir. Onun tədqiqat sahəsi mövcudluq, varlıq, var olmaq, ümumbəşəri, əlaqələr, səbəb, məkan, zaman, tanrı, hadisə kimi anlayışlara yönəlir.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin "freydizmi" , Ogüst Kontun " pozitivizmi" , Ralf Uold Emersonun "Transsendentalizmi" kimi fikirlərlə yanaşı "Postanarxizm" və "SSRİ fəlsəfəsi" kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. == Freydizm == Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z. Freyd (1856–1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin– "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Neorealizm (fəlsəfə)
== Neo-realizm == Anglo-American fəlsəfə istiqaməti, əsas fikir ABŞ və Böyük Britaniya filosofların XX əsrin qrupun başında müəyyən edilmişdir. Neo-realizm əsas xüsusiyyəti John Locke və realizm sonra formalarının qnoseoloji dualizm imtina etdi. Neorealizmi idrak prosesində mövzuya obyektlərin müstəqil mövcudluğunu və onların dərhal reallıq tanınmışdır. Neorealizmi əsas nümayəndələri: George Moore, Bertrand Russell, Samuel Aleksandr, AN Whitehead, RB Perry, William P. Montague (Eng.) Russian. Percy Nunn. Davranış reaksiyalar ilə bağlı insan bədəninin idrak şüur əmlak hesab Neorealists; onların fikrincə, onun rolu təcrübə obyektlərin seçilməsi və sifariş ilə məhdudlaşır == Tarix == Yeni fəlsəfi hərəkət kimi neo-realizm mütləq idealizm və Amerika praqmatizm idealist empiricism-Hegelianism neo bir reaksiya idi. Neo-realizm fəlsəfəsi əhəmiyyətli qatqı F. Brentano, A. Meinong ideyası, eləcə də ümumi mənada Scottish məktəb etdik. Şüurun qəsdən xarakterli Brentano və Meinong təhlili aparılmış iş olan əslində neo-realizm prinsiplərinə biri əqli aktları ayırmaq və sonra ki, bu aktları yönəldilir İngiltərədə, real hərəkət çıxması jurnalında "Mind" (ing. Idealizm təkzib, 1903) Corc Moore "idealizm təkzib" tərəfindən maddənin görünüşü ilə başladı [6]. Nəhayət, "fəlsəfi vəziyyəti XX əsrin ayrılmaz ana erkən 30-cu illərində oldu" neopositivist fəlsəfə Advent ilə ölkədə English realizm populyarlıq itirdi.
Obyekt (fəlsəfə)
Оbyekt (latınca: objectum) — fəlsəfi kateqoriya, predmet. Təfəkkürdən asılı olmayaraq real şəkildə mövcud olan predmet, hal və ya proses. Ona daima müşahidəçinin praktiki marağı yönəlir. Şəxs, sosial qrup və cəmiyyət həm obyekt, həm də subyekt şəklində iştirak edə bilər. Obyekt – [lat. objectum – alət, əşya] 1)sintaksisin forma və məzmun kateqoriyası, obyekt, məzmunca, feldə ifadə olunan hərəkətin yönəldiyi əşya və ya şəxsin adı olub subyektə qarşı qoyulur. Obyektin – formal və funksional səciyyələri bir-birinə uyğun gəlməyə bilər; 2)fəlsəfədə: xarici aləm, maddi varlıq; 3)mövzu, öyrənilən, nəzərdən keçirilən fakt, əşya, hadisə; 4)müəssisə, zavod, təşkilat. Obyekt dərk edilən reallıqdır və dəqiq formalaşmış davranışı var. Obyekt kimi aşağıdakılar ola bilər: dərk edilən ya görülən predmet; təfəkkürlə qəbul edilən nəsə; fikir və hərəkət yönələn nəsə. A.Smitə görə obyekt — konkret dərk edilən predmet, vahidlik və ya mövcudluqdur.
Plüralizm (fəlsəfə)
Plüralizm — materialist monizmə zidd olaraq, kainatın və onun hadisələrinin əsasını bir çox müstəqil mənəvi əsaslar təşkil etdiyini iddia edən idealist fəlsəfi cərəyanı.
Realizm (fəlsəfə)
Realizm, fəlsəfədə — daimi və ya ümumi mənası olmayan ortaq bir Avropa fəlsəfi termini. Avropa fəlsəfəsinin istiqamətlərini təyin etmək üçün, konsepsiyaların bu və ya digər əlaqələrini gerçəkliyə postulyasiya etmək üçün istifadə edilmişdir. Fərqli dövrlərdə tamamilə fərqli (və hətta əks) istiqamətlərə mənsub idi: sxolastikizmdəki realizm (Avropa orta əsr fəlsəfəsi): bu konsepsiyaya daxil olan fərdi nümayəndələrdən ayrı (ümumbəşəri problem) ümumi anlayışların (insan, ağcaqayın, ... kimi) real mövcudluğunu postulat edir. Əks istiqamət nominalizmdir. Realizmin yumşaldılmış bir versiyası var idi - konseptualizm (mülayim realizm); realizm, mistisizmə və daha geniş şəkildə idealizmə qarşı çıxan müasir dövrün fəlsəfi istiqamətini təyin etməyə xidmət edir. Bu cür realizmin nümayəndəsi Herbart və onun tərəfdarları idi; XX əsrin əvvəllərində Oxbridge ingilis fəlsəfəsindəki realizm. Bu realistlər həqiqi anlayışların birbaşa həqiqətə uyğun olduğuna inanırdılar. Qalan hər şey (bütün metafizika) “idealizm” adlanan yalan və artıq hesab olunurdu. Bu istiqamət öz missiyasını "idealizmə" qarşı çıxdı.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə — Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir. Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır.
Sosial fəlsəfə
Sosial fəlsəfə — cəmiyyətdə baş verən hadisələri öyrənən elm. == Sosial fəlsəfənin predmeti == Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: birinci — sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınmasıdır), ikinci – tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək), üçüncü – varislik prinsipi (mühavizəkar və novator tərəflərin ayırd edilməsi), 4-cü – sosial ziddiyyətlərin aşkarı və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması. Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o, konkret ictimai elmlərə (iqtisadiyyat, sosialogiya. Politalogiya, tarix, hüquq, statiskia və s.) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar. Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli dyeildir.
Xassə (fəlsəfə)
Xassə — predmetin digər predmetlərdən fərqini və ya oxşarlığını şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfi (məsələn, sahə, elastiklik, rəng, elektrikkeçirmə və s.). Hər bir xassə nisbidir. Ağaca münasibətdə dəmir möhkəmdir, almaza münasibətdə yumşaqdır. Hər bir ayrıca şeyin müxtəlif xassələri vardır. Həmin xassələrin vəhdəti keyfiyyəti təşkil edir (keyfiyyət və kəmiyyət). Bütün predmetlərə xas olan və ya materiyanın öz təbiəti bağlı xassələr ümumi (atributiv) xassələr adlanır. Xassələr səciyyəvi və ümumi, başlıca və qeyri başlıca, zəruri və təsadüfi, mühüm və qeyri-mühüm, xarici və daxili, bir araya sığışan və ya bir araya sığışmayan, ayrılan və ayrılmaz, təbii və süni və s.olur. Materializmə görə şeylərin bütün xassələri şeylərin özünə məxsusdur, yəni obyektivdir. Predmetmetlərin ayrı-ayrı xassələrinin öyrənilməsi onların keyfiyyətlərinin dərk edilməsi pilləsidir.
Yadlaşma (fəlsəfə)
Yadlaşma anlayışı - Marksın nəzəriyyəsinin xüsusilə başlanğıc mərhələsində bariz bir prioritetə və əhəmiyyətə malikdir. == Haqqında == Marksın ilkin yazılarında bu prioriteti və yadlaşma anlayışını müxtəlif məzmunlarda görmək olar. 1844-cü il əlyazmalarını və "Alman ideologiyası"nı bu nöqtədə xatırlamağa dəyər. Marksın bu əsərlərində iki cür yadlaşmadan danışmaq olar. Bunlardan birincisi təbiətdən qopma mənasındakı yadlaşma: insan təbiətdən qoparaq mədəni-ictimai sahədə özünə ikinci bir təbiət qurmaq mənasında təbiətə yadlaşır. Bu insani keyfiyyət baxımından müsbət qarşılanan yadlaşmadır, müəyyən bir müddət olaraq başa düşülür. İkinci yadlaşma isə şəxsən kapitalist bazarın və kapitalist ictimai sistemin yaratdığı yadlaşmadır. Bunun nəticəsi kimi insan öz təbiətinə yadlaşır. Beləliklə, insan özünə, öz əməyinə, münasibətlərinə, dünyaya və həyata yadlaşır. Kapitalist bazarın bir elementi olaraq işləyən mexanizmlərdən biri halına gəlir.
Zaman (fəlsəfə)
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Ölçü (fəlsəfə)
Ölçü — predimetin və ya hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriyadır. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır. Bu xarakteristikalar dəyişkən və mütəhərrikdir. Lakin onların özünün dəyişməsi zəruri surətdə müəyyən hüdudlarla məhdudlaşır ki, bunlardan kənara çıxdıqda kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə gətirib çıxarır.(Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.) Bu hüdudlar Ölçüdür. Öz növbəsində mövcud obyektin keyfiyyətinin dəyişməsi onun kəmiyyət xarakteristikalarının və ölçüsünün dəyişməsi ilə nəticələnir.Kəmiyyət və keyfiyyətin əlaqəsi və vəhdəti mövcud obyektin təbiətindən asılıdır. Əgər obyektin inkişafını nəzərdən keçirsək, o zaman bu prosesin bir pilləsindən digər pilləsinə keçid nöqtələri dəyişkən nöqtələr kimi aşkara çıxır. Belə düyün nöqtələri sistemini ölçülərin düyün xətti adlandırmaq qəbul olunmuşdur. Fəlsəfə tarixində Ölçü kateqoriyasını ilk dəfə Hegel hazırlamışdır. == Mənbə == Fəlsəfə Ensklopedik lüğəti.
Ülgüc (fəlsəfə)
Ülgüc — fəlsəfədə prinsipdir, hansı ki, müxtəlif fenomenlər üçün azehtimallı izahatları nəzərə almamağa ("qırxmağa") icazə verir. Ülgüclərin nümunələri: Okkam ülgücü: Bir-birinə zidd fərziyyələr toqquşanda daha az sayda fərziyyələrə əsaslananı seçmək lazımdır ki, bu onun yoxlanmasını sadələşsin. "Ehtiyac olmadan müddəaları artırmaq lazım deyil." Henlon ülgücü: "“Axmalqlığın nəticəsi kimi izah oluna bilən şeyləri bəd niyyətlə izah etməyin." Hitçens ülgücü: Sübutsuz iddia olunan məsələ, sübutsuz da rədd oluna bilər. Mayk Alder ülgücü: Əgər nəyisə eksperiment və ya müşahidə yolları ilə müəyyənləşdirmək olmursa, onda o, müzakirələrə layiq deyil. Popperin saxtalaşdırma prinsipi: Nəzəriyyə elmi hesab olunması üçün saxtalaşdırılmalıdır. Ayn Rand ülgücü: Xüsusi ehtiyac olmadan müddəalar artırılmamalıdılar və nəticə kimi müddəalar ehtiyac olmadan birləşdirməməlidilər. Saqan standartı: Fövqəladə iddialar fövqəladə sübut tələb edir.
İmmanent fəlsəfə
İmmanent fəlsəfə — 19- cu əsrin sonunda fəlsəfədə yaranmış cərəyanlardan biridir. Bu fəlsəfəyə görə "yalnız haqqında fikir yürüdülən şeylər mövcuddur", varlıq şüura immanentdir, obyekt subyektlə qırılmaz bağlıdır. Tanınmış nümayəndələri; Şuppe, Şubert - Zoldern, Remke, Lekler və b. immanentlər Kantın "şey özündə"sini tənqid etmiş, kantçılıqdan Berkli və Yuma qayıtmağı irəli sürmüşlər. İmmanent fəlsəfənin inikas nəzəriyyəsini inkar etməsini, idrakı "şeylərin şüura daxil olması" kimi səciyyələndirməsini sonralar neorealizm tərəfdarları qəbul etmişlər. 20- ci əsrin əvvəlində immanent fəlsəfə xırda cərəyanlara parçalanmışdır.
Şey (fəlsəfə)
Şey — maddi aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir Şey o biri Şeydən özünün keyfiyyət müəyyənliyi ilə fərqlənir. Şeylərin öz aralarındakı eyniyyət və fərq problemi, həmçinin Şeylərin obyekt və predimetdən fərqli problemi mühüm qnoseoloji və xüsusi-elmi problemdir.
Emanasiya (fəlsəfə)
Emanasiya (lat. emanatio - axın, paylanma) — qədim fəlsəfə anlayışı, [semantik və aksioloji cəhətdən] Kainatın ən yüksək sferasından aşağı, daha az mükəmməl sferalara keçid vektoru: mütləq Varlığın həddindən artıq dolğunluğunun [öz varlığının hüdudlarından kənara] yayılması.
Məna (fəlsəfə)
Məna — hər sözcüyün izah etdiyi düşüncədir. Sözlər birdən çox anlama gələ bilər. Bu vəziyyətdə mənalardan biri digərləri üçün məcazi mənadır. Sözlər zamanla yeni mənalar götürərək zənginləşə bilər. Zamanla mənalarının itirmələrinə məna daralması deyilir. Dar mənası olan sözlərin mənalarının genişləməsinə də məna genişləməsi deyilir.
Analiz (fəlsəfə)
Analiz (analizis, fr. analyse və ya lat. analysis, q.yun. ἀνάλυσις — «parçalanma, ərimə» sözündən) — fəlsəfədə sintezdən fərqli olaraq, təhlil bir anlayışın müəyyənləşdirilməsinin məntiqi üsuludur, o zaman verilmiş anlayışı xüsusiyyətlərinə görə onun tərkib hissələrinə parçalayır və bununla da öz biliklərini tam həcmdə aydınlaşdırmaq üçün. “Analitik anlayış” birincini ehtiva edən başqa bir anlayışın təhlili nəticəsində əldə edilən anlayışdır. Eyni şəkildə, məfhumun tərkib hissələrinə parçalanaraq izahı “analitik şərh”, “nəticə” adlanır. Mühakimələr və ya nəticələr də oxşar şəkildə parçalana bilər. Analitik mühakimə subyektin özü anlayışına xas olan müəyyən keyfiyyəti nəzərdə tutur, başqa sözlə desək, predikat subyektin özünün konsepsiyasında yatır, sintetik mühakimədə isə subyektə elə bir keyfiyyət aid edilir ki, o, onun özündə mövcud ola bilməz. subyekt anlayışı, başqa sözlə, subyekt anlayışı ilə istər-istəməz əlaqələndirilmir. Bir sıra nəticələrə əsaslanan sübutlarla, xüsusən də hər hansı bir elmi nəzəriyyənin işlənib hazırlanmasında və ya formalaşdırılmasında “təhlil” ifadəsi bir qədər fərqli məna kəsb edir, bu o deməkdir ki, sübutlar şərtidən şərtiyə doğru reqressiv şəkildə irəliləyir, sintetik üsulla.
İmperativ (fəlsəfə)
İmperativ (lat. imperativus, lat. impero — əmr edirəm) — tələb, əmr, qanun. Kantın "Praktik zəkanın tənqidi" əsərinin meydana çıxması ilə imperativ şəxsi prinsipdən (maksima) fərqli olaraq universal etibarlı reseptdir; öhdəliyi ifadə edən qayda (bu və ya başqa cür hərəkət etməyə obyektiv məcburiyyət). Hipotetik imperativ yalnız müəyyən şərtlər daxilində etibarlıdır; Kateqorik imperativ qeyd-şərtsiz, sarsılmaz öhdəliyi ifadə edir, davranışda əməl edilməli olan forma və prinsipi müəyyən edir. Kateqorik imperativ və ya əxlaqi imperativ Kant tərəfindən belə formalaşdırılır: "Elə hərəkət edin ki, istənilən vaxt iradənizin maksimumu universal qanunvericilik prinsipinə çevrilsin". Başqa bir mənbədə isə qeyd olunur ki, Kateqorik imperativ İ. Kantın terminologiyasında qeyd-şərtsiz imperativ formada mənəvi borcdur .

Oxşar sözlər

#tarix-fəlsəfə nədir? #tarix-fəlsəfə sözünün mənası #tarix-fəlsəfə nə deməkdir? #tarix-fəlsəfə sözünün izahı #tarix-fəlsəfə sözünün yazılışı #tarix-fəlsəfə necə yazılır? #tarix-fəlsəfə sözünün düzgün yazılışı #tarix-fəlsəfə leksik mənası #tarix-fəlsəfə sözünün sinonimi #tarix-fəlsəfə sözünün yaxın mənalı sözlər #tarix-fəlsəfə sözünün əks mənası #tarix-fəlsəfə sözünün etimologiyası #tarix-fəlsəfə sözünün orfoqrafiyası #tarix-fəlsəfə rusca #tarix-fəlsəfə inglisça #tarix-fəlsəfə fransızca #tarix-fəlsəfə sözünün istifadəsi #sözlük