fəlsəfəsi sözü azərbaycan dilində

fəlsəfəsi

Yazılış

  • fəlsəfəsi • 99.2593%
  • Fəlsəfəsi • 0.6349%
  • FƏLSƏFƏSİ • 0.1058%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ fəlsəfəsi
ABŞ fəlsəfəsi == Fəlsəfi cərəyanlar == Toro və Ralf Uold Emersonun rəhbərlik etdiyi transsendentalistlər ilk böyük Amerika fəlsəfi cəryanını qurdular. Vətəndaş müharibəsindən sonra, Çarlz Sanders, daha sonra isə Uilyam Ceyms və Con Dyui praqmatizmin inkişafında lider idi. Uillard van Orman Kuayn və Riçard Rotri, sonradan Noam Çomski analitik fəlsəfəni Amerika fəlsəfə məktəbində ön plana çıxarmışdılar. Con Rolz və Robert Nozik siyasi fəlsəfənin canlanmasına rəhbərlik etdilər və Marta Nussbaum bu gün bunun ən əhəmiyyətli simasıdır. Kornel Vest və Cudit Batler Amerika fəlsəfə məktəbində kontinental ənənəyə rəhbərlik etmişdir. Milton Fridmen, Ceyms Byukenen və Tomas Souell Çikaqo məktəbi iqtisadiyyatçıları sosial və siyasi fəlsəfədə müxtəlif sahələrə təsir ediblər.
Afrika fəlsəfəsi
== Növləri == === Şimali Afrika === Afrikanın ən qədim filosoflarından biri Ptahhotep idi.Onun şagirdləri uzun illər boyu siyasi fəlsəfə üzərində çalışmışlar.Misir filosoflarının fəlsəfəsi Helenestik və Xristian fəlsəfəsinə təsir göstərmişdir.Şimali Afrikada "maat" fəlsəfəsi aktual olmuşdur.Maat-ın tərcüməsi "doğru olan" və ya "ədalət","düzgünlük" olmuşdur.3-cü əsrdə Plotin antik idealist-filosof, Neoplatonizmin yaradıcılarından biri olmuşdur. O həmdə Neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər === Qərbi Afrika === Qərbi Afrikada müasir dövrdən əvvəl ən diqqət cəlb edən fəlsəfə Yoruba fəlsəfəsi idi.Diğər fəlsəfələrdən fərqlənən Yoruba fəlsəfəsi bir çox dinə və fəlsəfələrə zəmin hazırlamışdır.Bunlardan biridə Omoluabi idi.Yoruba fəlsəfə və mifologiyasından Itan dini yaranmışdır.Bunlardan başqa Akan,Doqon,Serer və Dahomeyada önəmli rola malik idi. Müstəmləkə dövründən əvvəl Seneqambiyada (Seneqal və Qambiya) Kocc Barma Fall 17-ci əsrdə yaşamış filosof idi.Onun atalar sözləri Seneqal və Qambiyada geniş istifadə olunur. === Afrika buynuzu === Afrika buynuzu ərazisində,xüsusilə Efiopiyada çox qədimdən fəlsəfi fikirlər geniş yayılmışdır.Bunların ən məşhuru 17-ci əsr filosofu Zera Yacob olmuşdur.Zera Yacob öz təlimlərində bütün inancların doğru olduğunu və bütün insanların bərabər olduğunu müdafiə edirdi.Onun əsərlərində din,əxlaq, və s.. kimi fəlsəfi mövzular öz əksini tapır. === Cənubi Afrika === Cənubi və Cənub-Şərqi Afrikada Bantu fəlsəfəsi Bantuların köçüilə regiondan getmiş amma digər fəlsəfələrə böyük təsir göstərmişdir.Bantu fəlsəfəsi kosmos və insanı birləşdirirdi.Bantu fəlsəfəsindən sonra isə Ubuntu regionun fəlsəfəsini şəkilləndirmiş və böyük kütləyə çatmışdır.Ubuntu humanizmi,etikanı və insanların bağlılığını öyrədən təlim idi.Şüarları "Sən sən olduğun üçün mən mənəm"-dir === Mərkəzi Afrika === Bantuların bura gəlişi ilə Bantu fəlsəfəsi ilə Nitolik və Sudan xalqlarının fəlsəfəi birləşmişdir.Zamanın və dünyanın yaradılışı,insanın təbiət ilə əlaqəsi və digər fəlsəfi mövzular Mərkəzi Afrika fəlsəfəsinin əsas mövzuları olmuşlar. === Afrika Diasporası === Müasir dövrdə Afroamerikanlar və Avropada yaşayan afrikalıların ideologiyaları və fəlsəfələri ilə meydana çıxmışdır.Daha çox birlik,bərabərlik və irqçiliyə qarşı olmaq əsas məsələlər idi. === Müasir Afrika === Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Afrika diasporasının ideologiyaları və digər alimlərin Afrika mədəni-fəlsəfi araşdırmaları müasir Afrika fəlsəfəsinə təsir göstərən amillərdir. == Dört fəlsəfə == Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Bunlar Etnik fəlsəfə,Müdriklik təlimləri,milliyyətçi fəlsəfə və akademik fəlsəfədir.Etnik fəlsəfə Afrika fəlsəfəsini günümüzə daşıyarkən, milliyyətçi fəlsəfə afrikalılarında fəlsəfə edə biləcəyini göstərməyi özünə məqsəd təyin etmiş və onu təməlləndirmişdir.Akademik fəlsəfə Avropa fəlsəfəsinə meyl edən afrikalı filosofları özündə cəmləyərkən, Müdriklik təlimləri qədim afrika fəlsəfəsi üzərindən fəlsəfə etməyə çağırır.
Alman fəlsəfəsi
Alman fəlsəfəsi — XVIII əsrin sonu və 19-ci əsrin başlarından etibarən diqqətə çarpacaq dərəcədə ağırlıq qazanan, bir mənada fəlsəfənin yurdu halına gələn Alman fəlsəfi ənənəsini ya da başqa bir baxımdan fərqli fəlsəfi meyllərə sahib olan Alman fəlsəfəçilərinin bütövlüyünü ifadə edir.
Avropa fəlsəfəsi
Qitə fəlsəfəsi — müasir Avropa fəlsəfəsinin iki əsas "ənənəsi"ndən birini bildirmək üçün istifadə olunan termin. Belə adlandırmadan bu ənənəni ingilis-amerikan fəlsəfəsindən və ya analitik fəlsəfədən fərqləndirmək üçün istifadə edirlər. Belə ki, fərq ilk dəfə üzə çıxarılanda (XX əsrin ortalarında) qitə fəlsəfəsi bütün Avropada dominat fəlsəfə idi, analitik fəlsəfə isə ingilisdilli dünyada əsas ənənə sayılırdı. == Fəlsəfi cərəyanlar == Qitə fəlsəfəsinin aşağıdakı cərəyanları var: Həyat fəlsəfəsi; Fenomenologiya; Ekzistensializm; Hermenevtika; Strukturalizm; Poststrukturalizm və postmodernizm; Dekonstruktivizm; Fransa feminizmi; Frankfurt məktəbi fəlsəfəsi; Psixoanaliz; Fridrix Nitsşenin əsərləri; marksizmin əksər qanadları (qeyd etmək lazımdır ki, özünə analitik ənənənin xüsusiyyətlərini daşıyan analitik marksizm də var).
Azərbaycan fəlsəfəsi
Azərbaycan fəlsəfəsi — tarixən Azərbaycanda və ölkə xaricində yaşayan azərbaycanlıların fəlsəfi irsinin təşəkkül və təkamülünü əhatə edir. == Tarixi == === Orta əsrlər === XIV əsrin əvvəllərindən XIX əsrin II yarısına qədər Azərbaycan ədəbiyyatında mövcud olan mövzular ya lirika, ya da mistik-fəlsəfi mövzu da hesab edilə bilər. Azərbaycan ədəbiyyatındakı şiə mövzusu ilkin dövrlərdə mistik-fəlsəfi istiqamətli idi, müxtəlif şiə təriqətləri və sufi birliklərinin geniş mövzu dağarcığından bəhrələnirdi.XV əsrin sonu və XVI əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Həbibinin şeirlərində hürufiliklə bağlı məzmunlar öz yerini tapmışdır. O, aydın və canlı metaforalarla məhəbbət və sufilik mövzularında fəlsəfi şeirlər yazmışdır.XVI əsrin əvvəllərində Səfəvilər imperiyasının qurulması və XVII əsrin əvvəllərində Şah I Abbasın qısamüddətli Osmanlı hakimiyyətindən sonra Şirvan və İran Azərbaycanını geri alması nəticəsində sünni fars, azərbaycanlı və kürd elm adamları Osmanlı imperiyasına köçmüşdür. Bu hadisə Osmanlı imperiyasında fəlsəfi elmlərə marağın artmasına gətirib çıxartmışdır. Səfəvilər imperiyasından qaçan bu alimlər özləri ilə Osmanlı imperiyasına məntiqi elmlər sahəsində yeni elmi əsərlər gətirdilər və bacarıqlı müəllimlər kimi şöhrət qazandılar.Şəmsəddin Səmərqəndinin "Əl-Risalə fi ədəb əl-baht" əsəri Osmanlı imperiyasında Məsud Şirvaninin (?-1499) şərhi ilə birlikdə tədqiq edilirdi. Dövrünün məşhur alimi Məmməd Əmin Sadruddin Şirvanizadənin (?-1627) əsərlərindən biri Məmməd Fərnarinin Əsirəddin Əbhərinin "İsaquci"sinin şərhinə həsr edilmiş traktatı idi. Bu traktat XIX əsrdə hələ də Osmanlı çevrələrində tədqiq edilirdi. Məmməd Əminin nəvəsi olan Məmməd Sadıq Sadruddin Şirvanizadə (?-1708) isə məntiq sahəsində ən azı bir əsər yazmışdır.Səfəvi ilahiyyatçısı Mirzə Zahirə Təfrişi (?-1702) məntiqi ilahiyyat və fəlsəfə sahəsində traktatlar müəllifi idi. O, Gürcüstanda katolik və ərəb pravoslav nümayəndələri və kilsə liderləri ilə dinlərarası debatlarda iştirak etmişdir.
Ağlıl fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn.XIX əsrdə Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu. Dekart kimi substansiya dualistləri ağılın müstəqil mövcud olan substansiya olduğunu iddia edirdilər, xüsusiyyət dualistləri isə ağılın beyində üzə çıxan və beyinə reduksiya edilə bilməyən bir sıra müstəqil xüsusiyyətlər olduğunu, ancaq ayrı bir substansiya olmadığını müdafiə edirlər.
Ağıl fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn.XIX əsrdə Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu. Dekart kimi substansiya dualistləri ağılın müstəqil mövcud olan substansiya olduğunu iddia edirdilər, xüsusiyyət dualistləri isə ağılın beyində üzə çıxan və beyinə reduksiya edilə bilməyən bir sıra müstəqil xüsusiyyətlər olduğunu, ancaq ayrı bir substansiya olmadığını müdafiə edirlər.
Biologiya fəlsəfəsi
Biologiya fəlsəfəsi və ya biofəlsəfə — bioloji və biotibbi elmlər sahəsindəki epistemoloji, metafizik və etik məsələlərlə məşğul olan, eyni zamanda həyat elmləri kompleksinin əsas istiqamətlərinin inkişaf qanunauyğunluqlarını analiz edən və izah edən fəlsəfənin bir qoludur. Biofəlsəfə bioloji biliklərin quruluşunu araşdırır; canlı obyektlərin və sistemlərin elmi biliklərinin mahiyyəti, xüsusiyyətləri və xüsusiyyətləri; bu cür biliklərin vasitələri və metodları. Biologiya fəlsəfəsi biologiyanın mövzusu və metodu, biologiyanın digər elmlər arasında və bütövlükdə elmi biliklər sistemindəki yeri, müasir cəmiyyətdəki idrak və sosial rolu haqqında ümumiləşdirən fəlsəfi mühakimələr sistemidir. Bəzi mütəxəssislər biologiya fəlsəfəsini özündə ehtiva edən biliklərin fənlərarası bir qolu kimi tanıyırlar. Digərləri bunun əksinə inanırlar: biologiya fəlsəfəsi biofəlsəfəni əhatə edir . Hazırda filosoflar arasında bu mövzuda bir fikir birliyi yoxdur . == İstinadlar == == Литература == Гриффитс, Пол. Философия биологии. Стэнфордская энциклопедия философии (версия осени 2014 года) / Ред. Эдвард Н. Залта.
Dil fəlsəfəsi
Dil insanın fəaliyyəti prosesində idraki və kommunikativ funksiyaları yerinə yetirərək istənilən fiziki təbiətli işarəs sistemidir. Dil ümumi olaraq iki müxtəlif aspektdə götürülə bilər. Süni dil və təbii dil.Dil haqqında ikinci siqnal sisteminin özünü büruzə verməsi kimi təsəvvür formalaşdıran alim, rus alimi və təbiətşünası Pavlov olmuşdur. Müasir nepozitivizst fəlsəfədə dil fəlsəfəsinə ümumiyyətlə geniş yer ayırılır. Məşhur fransız alimi və dil fəlsəfəsi üzrə tədqiqatçı alim Sösör bu barədə böyük araşdırmaları və yeni nəzəriyyənin banisi hesab edilir.
Din fəlsəfəsi
Din fəlsəfəsi — dinə yönəlmiş fəlsəfi baxışların məcmusu. == Fəlsəfi fikirlər == Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdə başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-Kərimin özü ilə eyni vaxta başlamışdır. Quranda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış "din fəlsəfəsi" elmindən forma və məzmunca bir qədər fərqlənir. Din fəlsəfəsi geniş şəkildə isə XIX əsrin ortalarında tanınmağa başladı.
Ellinizm fəlsəfəsi
Ellinizm fəlsəfəsi (IV - I yüzilliklər) — Aristoteldən sonra qədim yunan fəlsəfəsinin növbəti inkişaf mərhələsi. Ellinizm dövrü m. ö. 338 ildə Makedoniyanın Yunanıstan üzərində qələbə əldə etdiyindən sonra başlamışdır. Bu qələbədən sonra Makedoniyalı İskəndər Əhəmənilər dövlətini darmadağın edərək bütün Yaxın Şərq, Misir və Orta Asiyanın bir hissəsinin hökmdarı olmuşdur. Ancaq, İskəndərin ölümündən sonra onun yaratdığı imperiya dağılmış və onun ərazisində bir neçə dövlət yaranmışdır. Bu dövlətlərin ən böyükləri və nüfuzluları Selevkoslar (Orta və Yaxın Şərqdə) və Ptolemeuslar (Misirdə) olmuşdur. Ellinizm dövrü özünə məxsus mədəniyyəti ilə seçilmişdir. Bu mədəniyyət yunan dünyagörüşü, fəlsəfəsi və elminin Yaxın və Orta Şərq mədəniyyətləri ilə qarışması nəticəsində yaranmışdır. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra həmçinin, müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqələri güclənmişdir.
Elm fəlsəfəsi
Elmin fəlsəfəsi
Elmin fəlsəfəsi — elmin fələsəfə üzərində sistematik inikası, dövrün sosial-mədəni kontekstində mövcud elmin nailiyyətlərinin nəzərə alınması (qeyd edilməsi) fəlsəfi və xüsusi biliklərin sintezinin həyata keçirilməsi. Həmçinin "Elm fəlsəfəsi" biliklərin xüsusi sahəsi kimi bəşəri mədəniyyətin birliyini təmin edən mühüm inteqrasiya funksiyasını yerinə yetirir. Elmin fəlsəfəsi fəlsəfə ilə elm arasında zəruri əlaqə formalarından biri kimi onların qarşılıqlı inteqrasiyasına və zənginləşməsinə xidmət edir. Elmin fəlsəfəsinin inkişafında həm fəlsəfə, həm də xüsusi elmlər maraqlıdır. "Elm fəlsəfəsi"nin problemlərinə elm üzərində fəlsəfənin inikası, elmin strukturunun inkişafı və məzmununun ayrıca elmi fənn kimi, bütövlükdə elm kimi öyrənilməsi daxildir. == Kateqoriyaları == "Elm fəlsəfəsi" fənninin üç mühüm səviyyəsini ayırmaq mümkündür: Bütövlükdə fəlsəfə; Ayrı-ayrı elm sahələrinin fəlsəfəsi (təbiətşünaslıq, humanitar elmlər). Bu da iki yerə bölünür. Ayrı-ayrı elmlər, fənlər (mexanika, astronomiya, tarix, sosiologiya, kitabxanaşünaslıq, filologiya, dilçilik və s.).Elm fəlsəfəsini, onun strukturunu, predmetini öyrənərkən ayrı-ayrı elmlərin klassik fəlsəfə tərəfindən öyrənilməsini, onların irəli sürdüyü ideyaları, gəldiyi nəticələri öyrənmək, onlara isnad etmək hər bir tədqiqatçı üçün zəruridir. == Hegelin nəzəriyyəsi == Belə fəlsəfi əsərlər içərisində görkəmli alman filosofu Hegelin "Hüquq fəlsəfəsi", "Tarix fəlsəfəsi", "Dinin flsəfəsi" böyük maraq doğurur. Hegelin bu məşhur fəlsəfi əsəri ayrı-ayrı elmlərin fəlsəfəsini öyrənmək üçün məhək daşı, elmi-nəzəri metodoloji bazadır.
Fizika fəlsəfəsi
Fizika fəlsəfəsi — fəlsəfənin bir hissəsi kimi fizika anlayışını, sərhədlərini və metodologiyasını öyrənən bir fəlsəfə bölməsidir. Vəziyyətinin bir hissəsi olaraq, fizika fəlsəfəsi, məsələn, ontoloji və fiziki proqnozların uyğunsuzluq problemini təhlil edir: məsələn, fizikanın zamanı ən sabit prosesin axını kimi anlaması və zamanın axını kimi ontoloji anlayışı ümumi və ya faz dəyişikliyində: keçmiş, indiki, gələcək. Fizika fəlsəfəsinə yalnız fiziki aləmdə özünü göstərən səbəbiyyət problemi və sonuncusu ilə əlaqələndirmə problemi də daxildir. Son zamanların fizika fəlsəfəsi sahəsində ən əlamətdar araşdırmalar A. Grünbaumun "Məkan və zamanın fəlsəfi problemləri" və DV Dzhoxadzenin "Aristotel dialektikası" adlı əsərləri və B. Smithin çoxsaylı tədqiqatları, o cümlədən birgə fenomenoloji dünya "," Keyfiyyətli fizikanın yeni əsasları "və s. Eyni zamanda, fizika fəlsəfəsinin problemi, fəlsəfənin bu hissəsində, ümumiyyətlə qəbul edilmiş kateqoriyalar aparatlarının praktik olaraq olmamasıdır. == Biblioqrafiya == === Kitablar === Хютт В. П. Абсолютность и относительность в интерпретации квантовой механики. Тарту. Учёные записки Тартуского государственного университета. Вып. 174.
Fransız fəlsəfəsi
Fransız fəlsəfəsi, Fransız dilində fəlsəfə mənasını verən bu düşüncə, son dərəcə çoxyönümlü olmuşdur və yüz illərlə, Orta Əsrlərdəki Pyer Abelar sxolastikçiliyindən, Rene Dekart tərəfindən müasir fəlsəfənin qurulması ilə, XX əsr fəlsəfəsinə qədər, Qərb fəlsəfəsinə bir bütün olaraq təsir etmişdir. elm fəlsəfəsi , ekzistensializm , fenomenologiya , strukturalizm, postmodernizm.
Hind fəlsəfəsi
== Qədim Hindistan fəlsəfəsi == Bəşəriyyətin fəlsəfi fikri qəbilə– tayfa münasibətlərinin dağılması ilk sinfi cəmiyyətlərin və dövlətin əmələ gəlməsi ilə eyni dövrdə formalaşmağa başlamışdır. Bəşəriyyətin çoxminillik təcrübəsini ümumiləşdirən ayrı– ayrı fəlsəfi ideyalara Qədim Misirin və Qədim Babilistanın ədəbi abidələrində rast gəlmək mümkündür. Qədim Şərq ölkələrində yaranan fəlsəfə ən qədim fəlsəfə hesab olunur. Bunlar Misir, Babilistan, Hindistan və Çində yaranmışdır. Lakin bir sıra tarixi səbəblər ucbatından Qədim Babilistan və Misirdə fəlsəfi məktəblər yarana bilməmişdi. Bütün ölkələrdən əvvəl fəlsəfi məktəb və ənənələr Qədim Hindistanda yaranıb inkişaf etmişdir. Hind fəlsəfi mədəniyyəti abidələrində qeyd edildiyi kimi, II və I minilliyin başlanğıcında orada fəlsəfi məktəblər yaranmışdır. Həmin dövrdə maldar tayfalar olan ari tayfaları şimal– qərbdən Hindistana soxulmuş və yerli əhalini əsarət altına almışdır. Burada ibtidai– icma cəmiyyətinin süqutu sinifli cəmiyyətin və dövlətin yaranmasına gətirib çıxarmışdır. Hər bir belə dövlətin başında torpaq sahibkarlığı aristokratiyasına və nəsli kahin (Brahman) hakimiyyətinə arxalanan racələr dururdu.
Həyat fəlsəfəsi
Həyat fəlsəfəsi (alm. Lebensphilosophie‎) — XIX illərin sonu — XX əsrin əvvəllərində Almaniyada üstünlük təşkil edən Avropa fəlsəfəsindəki irrasionalist cərəyan. == Yaranması == Həyat fəlsəfəsi romantizmin hökmranlığı fonunda yaranmış və Maarifçiliyin rasionalizminə bir reaksiya idi . Bu hərəkatın “xaç atası”, fəlsəfəsi ilə qəribə şəkildə Kantian və Buddist motivləri birləşdirən Artur Şopenhauerdir . Əgər fenomenlər dünyası təmsilçilikdirsə, onda özümüzdə bildiyimiz tək şey dünya iradəsidir.
Kimya fəlsəfəsi
Kimya fəlsəfəsi — fəlsəfənin əsas anlayışları, inkişaf problemlərini və elmin bir hissəsi kimi kimya metodologiyasını öyrənən bir bölməsidir. Elm fəlsəfəsində kimyəvi problemlər fizika fəlsəfəsi və insan biliyinə gətirib çıxaran həddindən artıq idrak vəziyyətlərinin təzahür etdiyi riyaziyyat fəlsəfəsindən daha təvazökar bir yer tutur. Kimyəvi biliklərin inkişafı və kimya təməl konsepsiyalarının təkamülünün fəlsəfi təhlili kimya fəlsəfəsində mühüm rol oynayır. Bu analizdə mühüm rolu kimya elminin inkişafı üçün konseptual sistemlər nəzəriyyəsini yaradan və inkişaf etdirən görkəmli rus kimyaçısı və filosofu V.İ.Kuznetsov oynamışdır. Mütləq ideyanın formalaşma tarixini təsvir edən Hegelin “Məntiq” də üç növ “obyektivlik” — mexanizm, kimya və orqanizm qeyd olunur. == Kimya ilə fizika arasındakı əlaqənin fəlsəfi problemləri == Kvant mexanikası faktiki olaraq kimya problemlərini tətbiqi riyaziyyat problemlərinə qədər azaldır. Q.M. Şvab bu vəziyyəti kimyanın nəzəri və idrak böhranı adlandırdı. Bununla birlikdə, kimyəvi fenomenlər mürəkkəbliyinə görə fiziki hadisələrlə azaldır. “Bir fizik üçün bir maddə ən çox sadəcə maraq fəaliyyətinin baş verdiyi arenadır; fərqli maddələrə yalnız müşahidə olunan fenomen tamamilə fərqli yollarla davam etdiyi təqdirdə, prosesin fərqli modellərinin yaradılması tələb olunduqda müraciət edəcəkdir. Kimyaçı maddə ilə və xüsusilə vacib olan maddələr seriyası ilə maraqlanır.
Misir fəlsəfəsi
Qədim Misir mifologiyası — Qədim Misirdə Xristianlığa qədərki dövrdə etiqad edilən dini baxışların məcmusu. Misir mifologiyasında əsas elementlər doğum, ölüm, yenidən canlanma, və bərəkət idi. İnsanlar tayfaların hamisi hesab olunan heyvana - totemə sitayiş edirdilər. Ona görə də tanrılar təsvir olunarkən heyvan bədənlərinin hissələrindən (baş, bütöv bədən, ayaqlar və s.) istifadə olunurdu. Bir çox tanrının boyundan aşağısı insan, başı isə müxtəlif heyvan başı (çaqqal, meymun, timsah, aslan və s.) şəklində təsvir olunurdu. Tanrılar insanlar kimi təsəvvür edilirdi. Onlar yeyir, içir, müharibə edir, ovçuluqla məşğul olurdular. Tanrılar arasında kəskin ierarxiya mövcud deyildi və daha çox hakimiyyətdə olan firona görə dəyişirdi. Misir mifologiyasında adlar çox mühüm idi. Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir.
Muğam fəlsəfəsi
Muğam fəlsəfəsi — Könül Bünyadzadənin 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi olaraq nəşr etdiyi kitab. == Məzmun == Kitabda Universal Səsin bir təzahürü olaraq təqdim edilən muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə onunla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Müasir dövrün ruhuna uyğun olaraq kitabda həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaına görə muğam Azərbaycanın “yumşaq gücüdür”. Kitab mütəxəssislər, gənc araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müharibə fəlsəfəsi
Müharibə fəlsəfəsi — fəlsəfənin müharibənin səbəbləri, müharibə ilə insan təbiəti arasındakı əlaqə və müharibə etikası kimi məsələlərin araşdırılmasına həsr olunmuş sahəsi. Müharibə fəlsəfəsinin müəyyən aspektləri tarix fəlsəfəsi, siyasi fəlsəfə, beynəlxalq münasibətlər və hüquq fəlsəfəsi ilə üst-üstə düşür . == Əsərlər == Müharibə fəlsəfəsində ən böyük və ən təsirli əsərlərdən biri Karl fon Klauzevitsin "Müharibə haqqında" əsəridir. O, strategiyaya dair müşahidələri insan təbiəti və müharibənin məqsədi ilə bağlı suallarla birləşdirir. Klauzevits xüsusilə müharibənin teleologiyasını – müharibənin özündən kənarda bir məqsədə çatmaq üçün bir vasitə olub-olmaması, yoxsa öz-özlüyündə məqsəd olub-olmamasını araşdırır. O, nəticəyə gəlir ki, sonuncu belə ola bilməz və müharibə "müxtəlif vasitələrlə siyasət"dir. Yəni, müharibə yalnız öz naminə mövcud olmamalıdır. Bu, dövlət üçün müəyyən məqsədlərə xidmət etməlidir. Lev Tolstoyun "Hərb və sülh" romanında müharibə fəlsəfəsinə dair tez-tez fəlsəfi eskurslar, həmçinin xristianlıqdan və Tolstoyun Napoleon müharibələri ilə bağlı müşahidələrindən əldə edilən daha geniş metafizik fərziyyələr yer almışdır. Əsər növbəti dövrlərdə müharibə haqqında düşüncələrə təsir etmişdir.
Mədəniyyət fəlsəfəsi
Mədəniyyət fəlsəfəsi — ümumiyyətlə mədəniyyətin mahiyyətini, quruluşunu və inkişafını izah etmək üçün istifadə olunur. Onun tarix fəlsəfəsi ilə ümumi bir sahədə maraqları var. Mədəniyyət fəlsəfəsi adlandırması çox sonralar müzakirə mövzusu olmaqla birlikdə, bu sahədə işlər Sokrat əvvəli filosoflara qədər uzanmaqdadır.
Məntiq fəlsəfəsi
Məntiq fəlsəfəsi — məntiq fəlsəfəsinin məqsədi məntiq elminin əsas konsepsiyalarını aydınlaşdırmaq və onun prinsiplərini əsaslandırmaqdır.
Qərb fəlsəfəsi
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta əsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdır Fəlsəfə → XX əsr Qərb fəlsəfəsi Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan «neopozitivizm», «praqmatizm», «ekzistensializm», «personalizm» və «neotolizm» və başqaları əsas yer tutur. «Neopozitivizm» cərəyanı ingilis dilli ölkələrdə geniş yayılmışdır. Onun görkəmli nümayəndələri P.Karnap, A.Ayer, B.Rassel, L.Vitgensiteyn və başqaları olmuşdur. Məntiqi pozitivizm özünü materializm ilə idealizm arasında gedən mübarizənin fövqündə durduğunu bəyan edərək fəlsəfənin sinonimi kimi başa düşülür. Məntiqi pozitivizm «hadisələri və faktları», daha doğrusu subyektin şüurundakı «hissi məlumatları» hər cür idrakın ilkin şərti hesab edirdi. Bu cərəyanın xüsusiyyətlərindən biri obyekti onun haqqında fikirlə, nəzəriyyə ilə eyniləşdirməsidir.
Riyaziyyat fəlsəfəsi
Riyaziyyat fəlsəfəsi — riyaziyyatın fəlsəfi əsaslarını və problemlərini araşdıran elm fəlsəfəsinin bir hissəsi: ümumiyyətlə riyaziyyatın ontoloji, epistemoloji, metodoloji, məntiqi və aksioloji əsasları və prinsipləri, onun müxtəlif istiqamətləri, fənləri və nəzəriyyələri. Geniş mənada, riyaziyyat fəlsəfəsi riyazi ifadələrin mənasını və mücərrəd obyektlərin mahiyyətini öyrənmək üçün riyaziyyat "dilinin" semantik nəzəriyyəsinin qurulması ilə məşğul olur. == Tarixi == Pifaqor kimi yunan riyaziyyatçıları mülahizələrin sübutu anlayışını işləyib hazırlamaqla, hər şeydən öncə riyaziyyatın prosedur və operasion tərəflərini inkişaf etdirmişlər. Yəni, riyazi sübut – aşkar aksiomlardan məntiqi olaraq ümumi əhəmiyyətə malik olan həqiqi nəticələrin alınmasından ibarətdir. Biz o sistemi aksiomatik-deduktiv sistem adlandırırıq ki, o, aksiomlardan, nəticə çıxarma qaydalarından və onların köməyi ilə alınmış mülahizələrdən (teorem) ibarətdir. B.e.ə. təxminən 300-cü illərdə İsgəndəriyyədə yaşamış Evklid bu nəzəri əsasa istinad edərək riyaziyyata dair dərslik yazmışdı, bu dərslik də öz əhəmiyyətini bizim günlərə qədər saxlamışdır. Bu dərslikdən Nyuton özünün fizikasında istifadə etmişdir, burada şərh olunan təfəkkür tərzini isə Dekart və digər filosoflar qədim təfəkkürün istənilən şəklinin idealı olaraq şərh etmişlər. == İstinadlar == == Ədəbiyyat == Riyaziyyat // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Alman klassik fəlsəfəsi
Alman klassik fəlsəfəsi — İmmanuel Kantdan başlayaraq Alman klassik fəlsəfəsi ənənəvi metafizikadan subyektin öyrənilməsinə doğru uğurlu addımlar atmağa başlamışdır. == Haqqında == Yenə də Kantdan başlayaraq fəlsəfi bilik sahəsində çox böyük dəyişikliklər, o cümlədən ağırlıq mərkəzinin subyektin və onun fəaliyyətdə olan təbiətinin öyrənilməsinə yönəldilməsi ilə bağlı olmuşdur. Alman klassik fəlsəfəsinin inkişafının kuliminasiya momenti Hegel (1770– 1831) fəlsəfəsi olmuşdur. Hegelin Kantı tez– tez tənqid etməsinə baxmayaraq, onun sistemi Kantın fəlsəfi sistemi olmadan meydana gələ bilməzdi. Ümumiyyətlə, XIX əsr fəlsəfəsinə Hegelin təsiri olduqca böyük olmuşdur. XIX əsrin sonunda Amerika, İngiltərə, ümumiyyətlə Avropanın bütün aparıcı filosoflarının əksəriyyəti, demək olar ki, hegelçi olmuşlar. Hegel fəlsəfəsi siyasi nəzəriyyələrə də böyük təsir göstərmişdir. Məlum olduğu kimi, Karl Marks gəncliyində hegelçi olmuş və bütün ömrü boyu öz yaradıcılığında hegelçilik cizgilərini saxlamışdır. Təsadüfi deyildir ki, hegel fəlsəfəsi Marksizmin əsas mənbələrindən biri olmuşdur. "Hegel fəlsəfəsini əsl əhəmiyyəti və inqilabi xarakteri də məhz ondan ibarətdir ki, o, insan təfəkkürü və hərəkəti nəticələrinin son– qəti xarakteri haqqındakı hər cür təsəvvürə birdəfəlik son qoydu.
Antik Misir fəlsəfəsi
Saab 17 — Saab şirkətinin istehsal etdiyi İsveç bombardmançı-kəşfiyyat təyyarəsidir. Layihə əvvəlcə 1930-cu illərin sonlarında ASJA tərəfindən L 10 kimi başlandı və 1937-ci ildə şirkət Saab ilə birləşdikdən sonra Saab 17 adlandırıldı. Qanadları şığıyıcı bombardmançı kimi istifadə edilmək məqsədi üçün gücləndirildi. Mühərrik çatışmazlığı üzündən təyyarələrin mühərrikləri çıxarıldı və gələcək çatdırılma məntəqələri istiqamətində uçuruldular. Təyyarə müxtəlif mühərrik modeli ilə üç fərqli modeldə istehsal edilmişdir. Təyyarə ilk uçuşunu 18 may 1940-cı ildə etmişdir və 1942-ci ildə İsveç Hərbi Hava Qüvvələrinin xidmətinə qəbul edilmişdir.
Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq.Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır. == Sparta tərbiyə sistemi == Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi.Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir". == Tərbiyə sisteminin mərhələləri == Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi: a) 7 yaşdan 14 yaşadək; b) 14 yaşdan 20 yaşadək; c) 20 yaşdan 30 yaşadək.Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi. === I mərhələ === Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar. === II mərhələ === Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi. Likurq pul sikkəsini hörmətdən salsa da "söz sikkəsi" ilə başqa cür davrandı.O,istəyirdi bir neçə sadə sözdə çox dərin məna ifadə olunsun.Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib,dərin mənalı cavab verməyə alışırdılar.Ona görə də belə yığcam danışan adamların vətəninin adından "lakonik danışıq " anlayışı yaranmışdır.Sonralar spartalılar bu xüsusiyyəti daha da inkişaf etdirirdilər.Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşıyır,sərt fiziki və hərbi tərbiyə əsas yer tutur,savad təliminə,təhsilə də kifayət qədər diqqət yetirilmirdi.Fiziki tərbiyədə dövlət üçün möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu.Spartada mükəmməl şəxsiyyət dedikdə,fiziki cəhətdən möhkəm döyüş çü nəzərdə tutulurdu.Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim dövrlərdə formalaşmış dövlət sistemi ilə şərtlənirdi.Dövlətin əsas vəzifəsi isə qulları itaətdə saxlamaq idi. == Afina tərbiyə sistemi == Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzifəsi qarşıya qoyulmuşdu.Onlar həm fiziki,əxlaqi,həm də əqli cəhətdən inkişaf etmiş,gözəl zövqə malik insanlar olmalı idilər.Bu cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nəzərdə tutulurdu.Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarış prinsipi (aqonistika) təşkil edirdi.Uşaqlar,yeniyetmələr və gənclər həmişə gimnastikada,rəqsdə,musiqidə yarışır,öz bilik,bacarıq və vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər. Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar.Bundan sonra oğlan uşaqları məktəbə gedir,qızlar isə ailədə tərbiyə almaqla ev işlərinə alışdırılırdı.Varlı ailələrdən olan oğlanlara xüsusi peda qoq nəzarət edirdi.
Muğam fəlsəfəsi (kitab)
Muğam fəlsəfəsi — Könül Bünyadzadənin 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun layihəsi olaraq nəşr etdiyi kitab. == Məzmun == Kitabda Universal Səsin bir təzahürü olaraq təqdim edilən muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə onunla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Müasir dövrün ruhuna uyğun olaraq kitabda həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaına görə muğam Azərbaycanın “yumşaq gücüdür”. Kitab mütəxəssislər, gənc araşdırmaçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.47 dəfə / 1 mln.
2002 ••••••••••••• 6.85
2003 •••••••••••••• 7.09
2004 ••••••••••••• 6.74
2005 •••••••••••• 6.07
2006 ••••••••••••• 6.76
2007 •••••••••••••••• 8.67
2008 ••••••••••••• 6.82
2009 •••••••••••• 6.40
2010 ••••••••••• 5.81
2011 •••••••••••••• 7.55
2012 •••••••••••••••• 8.43
2013 •••••••• 4.23
2014 •••••••• 4.29
2015 •••••••••••••• 7.32
2016 ••••• 2.60
2017 •••••••• 4.23
2018 ••••••••••• 5.54
2019 •••••••••••••••••••• 10.85
2020 •••••••••• 5.30

"fəlsəfəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fəlsəfəsi nədir? #fəlsəfəsi sözünün mənası #fəlsəfəsi nə deməkdir? #fəlsəfəsi sözünün izahı #fəlsəfəsi sözünün yazılışı #fəlsəfəsi necə yazılır? #fəlsəfəsi sözünün düzgün yazılışı #fəlsəfəsi leksik mənası #fəlsəfəsi sözünün sinonimi #fəlsəfəsi sözünün yaxın mənalı sözlər #fəlsəfəsi sözünün əks mənası #fəlsəfəsi sözünün etimologiyası #fəlsəfəsi sözünün orfoqrafiyası #fəlsəfəsi rusca #fəlsəfəsi inglisça #fəlsəfəsi fransızca #fəlsəfəsi sözünün istifadəsi #sözlük